Unlock a World of Free Content: Books, Music, Videos & More Await!

🌐 XƏBƏR Lenti

Description
🌐 ƏN SON XƏBƏRLƏR

ƏLAQƏ: @tlgrmhesap2
Advertising
We recommend to visit

Operativ Xəbər kanalı
Reklam üçün əlaqə WP: 070-584-84-04
Yalnız reklam üçün yazın

Last updated 1 Monat, 1 Woche her

Əlaqə üçün: @tural_05 📲
Oynamaq üçün link- https://1wsyob.top
YouTube kanalımız https://youtube.com/@aviatorbaku555?si=CWVNUJzfy
Wip Kanal https://t.me/aviatorazevip_01 🎰
Depositlərinizi M10 və ya Master kartla edin.

Qaydalar sabit mesajda

Last updated 1 Monat her

📈 Qazananlar Bizi İzləyir!
👇🏻 Reklam Yerləşdirmək üçün Əlaqə:
m.me/eco.expert (facebook ilə)

📝📊📈 Economics • Capitalism • Finance

✅ Facebook.com/eco.expert

✅ Instagram.com/eco.expert

✅ X.com/eco_expert_

✅ Linkedin.com/in/tipik-iqtisadçı-ekspert

Last updated 1 Monat, 1 Woche her

hace 17 horas

Gürcüstan üçün çətin sınaq

Gürcüstanda daxili gərginliyin artması fonunda ölkənin hakim partiyasının təsisçisi Bidzina İvanişvilinin açıqlamaları geniş rezonansa səbəb oldu. İctimaiyyət qarşısına nadir hallarda çıxan və bir qayda olaraq, öz mesajlarını digərləri vasitəsilə çatdıran siyasi lider bu dəfə birbaşa və sərt bəyanatlar səsləndirdi.

Keçmiş baş nazir “qlobal müharibə partiyası”nı Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açmaq cəhdlərində ittiham etdi. O, Qərbin ölkə və regiondakı mənfi təsirlərindən danışsa da, Rusiyanın analoji fəaliyyətlərinə toxunmadı.

Konsensus pozuldu

Sirr deyil ki, 2012-ci ildə Tbilisidə İvanişvili hökumətinin qurulması Kreml və Qərb arasında əldə edilən konsensusun nəticəsi idi. Lakin Qərbin Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq istiqamətində atdığı addımlar bu ortaq məxrəcin pozulmasına gətirib çıxardı.

Moskvanın regionda ən geniş təsir dairəsinə malik olduğu ölkənin Ermənistan olduğunu nəzərə alsaq, Qərbin Rusiyanı bölgədən sıxışdırmaq prosesinə məhz Ermənistandan başlaması anlaşılandır. Lakin bu planların icrası üçün vacib olan logistik imkanlar yalnız Gürcüstan ərazisindədir.

Odur ki, Qərbin nəzərində, Tbilisi prosesin tərkib hissəsi olmalıdır. Aİ-nin geosiyasi məqsədləri rəhbər tutaraq Gürcüstana Birliyə namizədlik statusu verməsini həm də bu kontekstdə nəzərdən keçirmək lazımdır.

Tbilisinin təhlükəli vasitəçiliyi

Təsadüfi deyil ki, sözügedən statusun təqdim edilməsindən dərhal sonra Gürcüstan ərazisindən Qərb silahlarının ilk partiyası Ermənistana göndərildi. Başqa sözlə desək, Tbilisi “İrəvanın təhlükəsizliyinin diversifikasiyası” adı altında digər dövlətlərə qarşı öz ərazisindən istifadə edilməsinə icazə verdi.

Qərbin Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açması cədlərinə etiraz edən İvanişvili heç şübhəsiz ki, Ermənistanın öz ərazisində analoji planlarla razılaşdığını anlayır. Təcrübəli siyasətçi başa düşür ki, hazırda Cənubi Qafqazda Qərbin Kreml əleyhinə forpostu roluna başlıca namizəd məhz İrəvandır.

Belə şəraitdə, Gürcüstan hakimiyyətinin müəyyən qərarları onun tərəfdaşlarında, o cümlədən də Azərbaycanda haqlı suallar yaradır: Tbilisi Ermənistanda Rusiyaya qarşı ikinci cəbhənin açılmasında iştirak edəcəkmi? Bu baş verdiyi halda Rusiyanın reaksiyasını nəzərdən keçirirmi? Gürcüstan Ermənistanın qlobal güclərin mübarizə meydanına çevrilməsi işində vasitəçi olacaqmı?

Nəticə

Böyük dövlətlər arasında qlobal rəqabətin artması özünü dünyanın müxtəlif bölgələrində, o cümlədən də Cənubi Qafqazda büruzə verir. Hazırda Gürcüstanda baş verənlər məhz bu rəqabətin regional təzahürüdür. Aİ Gürcüstana Birlik üzvlüyünə namizəd statusu verməklə regiondakı daxili və xarici aktorları hərəkətə gətirdi.

İndi rəsmi Tbilisi çətin sınaq qarşısındadır. Bütün digər məsələlərlə yanaşı, ölkə rəhbərliyi anlamalıdır ki, Rusiyanın Ermənistandakı təsirinin zəiflədilməsi üçün vasitəçilik təkcə Gürcüstanda deyil, bütün regionda gərginliyi artırır. Xüsusilə də, Ukrayna müharibəsinin nəticələrinin hələ məlum olmadığı bir zamanda, belə addımlar ciddi nəticələri olan fəsadlar yarada bilər.

Azərbaycana gəlincə, ölkəmiz bölgədə hərarəti aşağı salmaq üçün əlindən gələni edir. Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması, Ermənistanla sərhədlərin delimitasiyası məhz bu nəticəyə xidmət edir. Lakin regonun taleyi təkcə Azərbaycandan asılı deyil.

@cssc_cqtm

hace 22 horas

#SONDƏQİQƏ

Konstitusiyanın tələbinə görə parlament seçkiləri noyabrın əvvəlidir, amma önə də çəkilə bilər.

Bu fikirləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

"Lakin hər yerdə də səsləndirilir ki, ola bilsin noyabrda olacaq COP29 tədbirinə görə seçkilər önə çəkilsin. Ona görə vaxtımız çox azdır və işimiz çoxdur. İndidən maarifləndirmə işlərinə  başlamalıyıq. Hesab edirəm ki, bununla bağlı zəmin var. Maksimum çalışmalıyıq ki, dairələrdə hər hansı problem olmasın".

hace 1 día, 22 horas

*🇦🇿* Qərbi AZƏRBAYCAN kanalını təqdim edirik!

Kanala dəstək olaq!**Qərbi Azərbaycandan EKSKLÜZİV GÖRÜNTÜLƏR: İrəvandakı tarixi irsimizin son halı

Kanalı izləyin 👇**

👉** https://t.me/+oFKH-wrJ1vk1MWRi

hace 1 semana, 2 días

Sülhməramlılar niyə Ermənistana yollanıblar?!

Dünən Rusiya Sülhməramlı Kontingentinə məxsus ağır tonnajlı avtomobil karvanı Laçın yolu ilə Ermənistana doğru hərəkət edib. Ermənistan Təhlükəsizlik Şurasının katibi bunu Gorus və Sisianda RSK-nın infrastrukturu və şəxsi heyətinin mövcudluğu, onların öz fəaliyyətini yekunlaşdırmaq üçün son işlərin aparılması ilə izah edib.

**Belə çıxır ki, rəsmi İrəvan Azərbaycan ərazisində yerləşən RSK-nı Ermənistan ərazisində də infrastrukturla təmin edib. Bu qərar Paşinyanın RSK-nın Qarabağda uzun müddət qalacağına ümid etdiyi bir vaxtda verilib.

Bununla da, Paşinyan Rusiyanın Azərbaycanda hərbi mövcudluğu üçün şərait yaradıb və eyni zamanda da Kremlin Ermənistan ərazisindəki hərbi mövcudluğunun sahəsini genişləndirib. Ümumilikdə isə baş nazir Rusiyanın Cənubi Qafqaz regionunda hərbi mövcudluğunun genişlənməsinə töhfə verib.

Azərbaycan və Rusiya rəhbərliyi arasında RSK-nın Qarabağdan çıxarılmasına dair razılaşma təkcə Rusiyanın hərbi mövcudluğunun Azərbaycandan çıxarılması deyil, həm də Rusiyanın Ermənistandakı hərbi mövcudluğunun məhdudlaşdırılmasıdır.** Özü də bu, avqustun 1-də İrəvan hava limanını tərk etməli olan onlarla rusiyalı sərhədçi deyil, elə indi Ermənistan ərazisindən yüzə qədər Rusiya hərbçisinin və texnikasının çıxarılmasıdır.

Digər tərəfdən, məhz Qazaxın sərhəd kəndləri ilə bağlı Azərbaycanla razılaşma Paşinyanın Rusiya sərhədçilərinin Voskepardakı dayaq məntəqəsindən çıxarılmasına dair bəyanatı üçün şərait yaradıb. Bu razılaşmadan əvvəl Paşinyan bunu heç dilə gətirmirdi.

Beləliklə, bütün bu üç il ərzində Bakının tezisləri öz təsdiqini tapır. Azərbaycanla münasibətlərin normallaşması Ermənistan rəhbərliyinə daha da suveren olmağa, öz məhdudlaşdırılmış subyektivliyini artırmağa imkan verir. Odur ki, Qərb əslində Azərbaycana minnətdar olmalıdır.

Təəssüf ki, Qərb və Paşinyan 2021-ci ildən bu yana fərqli yol tutdular ki, bu da vəziyyəti daha da çətinləşdirdi və çoxsaylı insan tələfatına səbəb oldu. Qərbin erməni mərkəzli yanaşması onun özünə qarşı çevrildi. Reallıqların, coğrafiyanın, Azərbaycanın maraqlarının tam olaraq inkar edilməsi Qərbi elə bir vəziyyətə gətirib çıxarıb ki, hazırda onlar regionda baş verənləri yalnız tamaşaçı kimi seyr edirlər.

Regionda mühüm hadisələr baş verir. RSK-nın Qarabağ və Ermənistandan çıxarılması, sərhədlərin müəyyənləşdirilməsi prosesinin başlanmasından sonra sülh müqaviləsi üzrə danışıqların da intensivləşməsi gözlənilir.

@cssc_cqtm

hace 1 semana, 2 días

*⚡️ Prezident sərhədlərin bağlanmasından danışdı*
Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşahidə olunub. Onların bəziləri ictimaiyyətə açıqlanıb, bəziləri isə açıqlanmayıb.

hace 1 semana, 2 días

Prezident: COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür

hace 2 semanas, 2 días
İbrahim Rəisi Putinə zəng edib, İranın …

İbrahim Rəisi Putinə zəng edib, İranın eskalasiyada maraqlı olmadığını bildirib

hace 2 semanas, 2 días
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi …

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbirlərlə 1994-cü il təvəllüdlü, “Semka” ləqəbi ilə tanınan Samir Ramazanov saxlanılıb.
Müvafiq qərarla S.Ramazanov 30 sutka inzibati qaydada həbs edilib.

hace 2 semanas, 3 días
***❗️***QMİ bu il Həcc ziyarətinə getmək …

❗️QMİ bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1500 kvota yeri ayırıb.

hace 3 semanas, 3 días

BRİCS-in transformasiyası: Azərbaycan üçün yeni imkanlar

Müasir dünyada uğurla inkişaf edən qlobal miqyaslı təşəbbüslərdən biri də BRİCS platformasıdır. 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən G7-yə alternativ olaraq yaradılan BRİC formatı sonradan öz sərhədlərini xeyli genişləndirib. Vaxtilə 4 ölkə tərəfindən əsası qoyulan bu qrupun artıq 9 üzvü var.

İlk genişlənmə hələ 2011-ci ildə baş tutub. Belə ki, CAR platformaya qoşularaq hazırki BRİCS abriviaturasının yaranmasına səbəb olub. 2023-cü ildə daha altı ölkənin qrupa qatılmaq müraciəti müsbət cavablandırılıb. Argentina, Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və BƏƏ-yə platformaya qoşulmaq üçün dəvət göndərilib.

Lakin onlardan yalnız dördü bu dəvəti qəbul edib. Argentina BRİCS-ə qatılmaqdan imtina edib, Səudiyyə Ərəbistanı isə hələ ki qəti qərarını verməyib. Misir, Efiopiya, İran və BƏƏ-yə gəlincə onlar 2024-cü ilin yanvarın 1-dən etibarən BRİCS üzvü sayılsalar da, rəsmi sənədlərin imzalanması proseduru hələ tamamlanmayıb. Platformanın genişlənməsindən sonrakı adı BRİCS+ şəklində təklif edilsə də, hələ rəsmən təsdiq edilməyib.

Hazırda qrup üzvü olan 9 ölkənin əhalisi təxminən 3,5 milyard olmaqla
dünya əhalisinin 45%-ni təşkil edir. Ümumilikdə üzv ölkələrin iqtisadiyyatları 27,4 trilyon dollardan çox dəyərə malikdir ki, bu da dünya ÜDM-nin 27%-dən çoxu deməkdir. Həmçinin, müxtəlif hesablamalara görə, qlobal ticarətin 25%-dən çoxu da məhz BRİCS+ ölkələrinin payına düşür.

2024-cü ildə qrupa Rusiya başçılıq edir və növbəti BRİCS+ sammitinin oktyabr ayında Kazanda keçirilməsi planlaşdırılır. İclasda üzvlük üçün müraciət etmiş daha 16 ölkənin (Əlcəzair, Pakistan, Banqladeş, Bəhreyn, Belarusiya, Boliviya, Venesuela, Vyetnam, Kuba, Honduras, Qazaxıstan, Küveyt, Tayland, Fələstin, Nigeriya, Seneqal) qrupa qoşulması məsələsinə baxılacaq. BRİCS-ə qatılmaq üçün müraciət etmiş İndoneziya isə sonradan fikrini dəyişərək müraciətini geri götürüb.

BRİCS beynəlxalq təşkilatların klassik təsnifatına uyğun gəlməyərək daha çox müxtəlif ölkələrin qarışıq tipli əməkdaşlıq formatı kimi fəaliyyət göstərir. Hələ ki, konsultativ şura səviyyəsində olsa da, artıq altqurumlar yaranır və BRİCS tam hüquqlu təşkilata çevrilmə yolunda irəliləyir.

Günümüzdə BRİCS-i bir çox birgə fəaliyyət mexanizmləri biriləşdirir. 2009-cu ildən etibarən platforma iştirakçıları olan ölkələrin mütəmadi Zirvə Görüşləri, xarici işlər nazirləri, maliyyə nazirləri və digər rəsmilər səviyyəsində toplantıları keçirilir. Həmçinin, BRİCS üzvləri parlament və bələdiyyə forumları, gənclər düşərgələri, Universitetlər Liqası, Ehtiyat Fondu, Yeni İnkişaf Bankı və BRİCS Kabeli kimi tədbir və layihələr ətrafında bir araya gəlir. Qrupun ötənilki son sammitində artıq təhlükəsizlik sahəsində əməkdaşlıq da gündəmə gətirilib.

Platforma iştirakçıları arasında müəyyən ziddiyyətlər mövcud olsa da, onları iki mühüm məqam birləşdirir. Bu ölkələrin çoxu Qərblə əməkdaşlıq etsə də, qarşılıqlı münasibətlərdə üstün deyil, bərabərhüquqlu tərəfdaş qismində çıxış edir. Qrup ölkələrini, xüsusilə də onların yeni dalğasını birləşdirən digər mühüm məqam isə bu dövlətlərin hər birinin öz regionunun lideri olmaq iddiasıdır.

Qeyd olunan hər iki meyar Azərbaycan üçün də keçərlidir. Belə ki, ölkəmiz Qərbin diktəsinə qarşı çıxır və bir çox parametrlərə görə regionun lider dövlətidir. Odur ki, rəsmi Bakı Rusiya və İran vasitəsilə artıq iki tərəfdən sərhədlərimizə çatan BRİCS-lə qonşuluqdan maksimum faydalanmalıdır. Hindistan, İran və Rusiya kimi BRİCS ölkələrini birləşdirən “Şimal-Cənub” dəhlizinin Qərb marşrutunun məhz Azərbaycandan keçməsi ölkəmiz üçün əlverişli imkanlar açır.

Digər tərəfdən, Azərbaycana yaxın olan Qazaxıstan və Pakistan kimi ölkələr də BRİCS-ə marağını gizlətmir. Qrupa üzvlüyün hər hansı məhdudiyyətlər qoymadığını nəzərə alaraq, Bakı perspektivli tərəfdaşlarla əməkdaşlığı dərinləşdirməli və BRİCS-ə qoşulma imkanlarını nəzərdən keçirməlidir. Bu kontekstdə, Türkiyə Qərb platformalarında, Azərbaycan isə alternativ məkanlarda fəaliyyətləri koordinasiya edə bilər.

@cssc_cqtm

We recommend to visit

Operativ Xəbər kanalı
Reklam üçün əlaqə WP: 070-584-84-04
Yalnız reklam üçün yazın

Last updated 1 Monat, 1 Woche her

Əlaqə üçün: @tural_05 📲
Oynamaq üçün link- https://1wsyob.top
YouTube kanalımız https://youtube.com/@aviatorbaku555?si=CWVNUJzfy
Wip Kanal https://t.me/aviatorazevip_01 🎰
Depositlərinizi M10 və ya Master kartla edin.

Qaydalar sabit mesajda

Last updated 1 Monat her

📈 Qazananlar Bizi İzləyir!
👇🏻 Reklam Yerləşdirmək üçün Əlaqə:
m.me/eco.expert (facebook ilə)

📝📊📈 Economics • Capitalism • Finance

✅ Facebook.com/eco.expert

✅ Instagram.com/eco.expert

✅ X.com/eco_expert_

✅ Linkedin.com/in/tipik-iqtisadçı-ekspert

Last updated 1 Monat, 1 Woche her