Infinite Entertainment, Zero Cost: Get Your Free Books, Music, and Videos Today!

Əhli-Beyt Maarifi Nəşrləri

Description
Advertising
We recommend to visit

Last updated hace 1 día, 7 horas

Last updated hace 1 mes, 3 semanas

Hacı Abgül Süleymanov u sosial şəbəkələrdə @AbgulSuleymanov yazaraq izləyə bilərsiniz.

Last updated hace 2 semanas

1 month, 3 weeks ago

📃 Allah rəsulu (s) buyurur:

“Uca Allah dörd şeydən dördünü seçmiş və üstün qərar vermişdir: dinlərdən İslamı, aylardan Ramazan ayını, gecələrdən Qədr gecəsini və günlərdən cümə gününü”.

📗 Şəhid Əvvəl, "Pak sədəflərdən çıxan parlaq incilər və qırx hədis", hədis 9/9

🌐 t.me/ehli_beyt_maarifi

1 month, 3 weeks ago

📄 Ümmü-Hani belə rəvayət edir:

"İmam Baqirdən (ə) soruşdum: "Allah-taalanın buyurduğu "And olsun (gündüz) gizlənən, gecə qayıdan ulduza" (Təkvir, 15) ayəsinin mənası nədir?" İmam (ə) buyurdu: "Ey Haninin anası! Bu, həmin imama işarədir ki, iki yüz altmışıncı ildə özünü gizləyəcək, barəsində heç bir xəbər alınmayacaq, sonra isə zülmət gecədə parlayan yanar bir ulduz kimi zahir olacaq. Əgər o zamanı görə bilsən, gözün aydın olsun!"

📕 Seyid Haşim Bəhrani, "əl-Məhəccə", səh. 244

🌐 t.me/ehli_beyt_maarifi

2 months ago

📄 Namazın rüku və səcdəsinə diqqət etməməyin təhlükəsi.

İmam Baqir (ə) buyurur: "Peyğəmbər (s) məsciddə əyləşmişkən bir kişi gəldi və namaz qılmağa başladı. Lakin rüku və səcdələrini kamil yerinə yetirmədi. Peyğəmbər (s) buyurdu: "Qarğa kimi dimdik vurur. Əgər bu şəxs namazı bu halda ikən ölsə, mənim dinim üzərində ölməmişdir".

📙 Şəhid Əvvəl, "əl-Ərbəunə hədisə", səh. 41

🌐 http://t.me/ehli_beyt_maarifi

3 months ago
***📣*** YENİ KİTAB / ARTIQ SATIŞDA

📣 YENİ KİTAB / ARTIQ SATIŞDA

Mərhum Şeyx Səduqun qələmə aldığı dəyərli "Üç ayın fəziləti" kitabı artıq satışda!
Adıçəkilən əsərdə Rəcəb, Şaban və Ramazan ayının fəzilətləri barədə hədislər nəql olunmuşdur.

Müvəffəqiyyət Allahdandır!

🔖Qiyməti 14 AZN

🌐 t.me/ehli_beyt_maarifi

3 months ago
***📣*** YENİ KİTAB / ARTIQ SATIŞDA

📣 YENİ KİTAB / ARTIQ SATIŞDA

Peyğəmbər (s) və onun pak Əhli-Beytinin (ə) tarixi barədə qələmə alınmış dəyərli "Tacul-məvalid" kitabı artıq satışda!
Bu şərafətli kitabda on dörd məsumun (ə) müxtəsər tarixləri qeyd olunmuşdur. Adıçəkilən əsər Əhli-Beyt imamlarını (ə) tanımaq istəyənlər üçün əvəzsiz bir xəzinədir.

Müvəffəqiyyət Allahdandır!

🔖Qiyməti 14 AZN

🌐 t.me/ehli_beyt_maarifi

3 months, 1 week ago

Əhli-Beytin maarifini özündə ehtiva edən kitabı qələmə almağın və ya həmin kitabın ərsəyə gəlməsində vasitəçilik edən şəxsin mükafatı.

Mərhum Nəcaşi belə nəql edir: "Davud ibn Qasim Cəfəri deyir: "İmam Həsən Əskəriyə (ə) Yunusun "Gündüz və gecə" kitabını göstərdim. İmam (ə) məndən soruşdu: "Bunu kim yazıb?" Dedim: "Yəqtin ailəsinin xadimi Yunus yazıb". İmam (ə) buyurdu: "Allah Qiyamət günü ona hər hərfin qarşılığında bir nur verəcək".

🌐 t.me/ehli_beyt_maarifi

5 months, 1 week ago

📄 İmam Sadiq (ə) buyurur: “Atamın öz atasından nəql edərək belə buyurduğunu eşitdim:

“Bir şəxs Möminlərin əmiri Əlinin (ə) qarşısına gəlib soruşdu: “Ey Möminlərin əmiri, Rəbbini necə tanımısan?”

İmam Əli (ə) buyurdu:

“Qərarların puç edilməsi və planların pozulması ilə. Hər hansı bir plan qurduqda O, mənimlə planların arasına girir, bir qərar qəbul etdikdə isə hökmü qərarımın ziddinə olur. Bununla da, idarəçimin (işlərimin tədbirini tökənin) məndən başqası olduğunu anlayıram”.

📙 Həsən ibn Süleyman Hilli - "Muxtəsər Bəsairud-Dərəcat", hədis 1/380

🌐 t.me/ehli_beyt_maarifi

5 months, 2 weeks ago

📄 İshaq İmam Baqirdən (ə) soruşdu: "Sənə fəda olum, sizə qarşı düşmənçiliyi olan kəs bir şeylə paklana bilərmi?"
İmam (ə) buyurdu: "Xeyr".

📗 Şeyx Həsən Hilli, "Muxtəsər bəsair", səh. 602, hədis: 582

🌐 t.me/ehli_beyt_maarifi

5 months, 3 weeks ago

📄 Zeyd Şəhham İmam Baqirdən (ə) Allahın “İnsan hələ bir yeməyinə baxsın!” (Əbəsə, 24) kəlamı barədə “Onun yeməyi nədir?” – deyə soruşulduqda belə buyurduğunu rəvayət edir: “Kimdən öyrənməli olduğu elmi”.

📕 Şeyx Müfid - "əl-İxtisas", səh. 7

🌐 t.me/ehli_beyt_maarifi

6 months, 3 weeks ago
İnşallah, 2024-cü ildə işıq üzü görəcək …

İnşallah, 2024-cü ildə işıq üzü görəcək bəzi nəşrlərimizin adları:

  1. əl-Məlhuf əla qətlət-tufuf
  2. Muxtəsər bəsairud-dərəcat
  3. Nəvadirul-əxbar fi ma yətəəlləqu bi-usulid-din
  4. Fiqhur-Rza (ə)
  5. əl-Ğarat
  6. Təfsirul-Qummi

Müvəffəqiyyət Allahdandır!

🌐 t.me/ehli_beyt_maarifi

We recommend to visit

Last updated hace 1 día, 7 horas

Last updated hace 1 mes, 3 semanas

Hacı Abgül Süleymanov u sosial şəbəkələrdə @AbgulSuleymanov yazaraq izləyə bilərsiniz.

Last updated hace 2 semanas