FAYDALAN_FAYDALANDIR

Description
Minhəcüs sünnə qrupunun rəsmi səhifəsi.

Səhifəyə Mədinə islam universitetinin Elm tələbələri nəzarət edir

Qayəmiz Dəvətimizlə Ümmətə Quran və Sünnəni saleh sələfilərimizin fəhmi ilə Və müasir alimlərimizin göstərdiyi şəkildə ümmətə çatdırmaqdır.
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )

Last updated 2 months, 3 weeks ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 5 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 1 year, 2 months ago

2 weeks, 4 days ago
[#isti](?q=%23isti) [#soyuq](?q=%23soyuq)

#isti #soyuq

📖 ALLAH RƏSULU - ona Allahın salavatı və salamı olsun - DEMİŞDİR:

«CƏHƏNNƏM ODU RƏBBİNƏ ŞİKAYƏT EDİB DEDİ: "EY RƏBBİM! BİR TƏRƏFİM O BİRİ TƏRƏFİMİ YEDİ". BU SƏBƏBLƏ ALLAH TƏALA ONA İKİ DƏFƏ – BİR DƏFƏ QIŞDA, BİR DƏFƏ DƏ YAYDA NƏFƏS ALMAĞA İCAZƏ VERDİ. SİZİN GÖRDÜYÜNÜZ ƏN ŞİDDƏTLİ İSTİ VƏ ƏN ŞİDDƏTLİ SOYUQ MƏHZ BU İKİ NƏFƏSALMAYA GÖRƏDİR.»

📚 Səhih əl-Buxari, 69.

Arif Allahyarov

https://t.me/elm_ve_emel

https://t.me/FAYDALAN_FAYDALANDIR

2 weeks, 4 days ago
**Məhəmməd peyğəmbər kimdir?**

Məhəmməd peyğəmbər kimdir?

Muhəmməd peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun -
🟢Allahın ən sevimli dostu,
🟢Onun sonuncu peyğəmbəri və
🟢bütün bəşəriyyətə göndərdiyi elçisi,
habelə ən abid, ən əxlaqlı, ən həlim, Allahı ən yaxşı tanıyan və Ondan ən çox qorxan bir insan olmuşdur. Allah onu ən gözəl əxlaq sahibi etmişdir. Peyğəmbərə iman gətirmək imanın altı əsasından biri sayılır. Ona iman gətirmək üçün isə onu tanımaq gərəkdir. Onu tanımadan ona iman gətirmək qeyri-mümkündür.

Peyğəmbərimiz Muhəmməd miladi tarix ilə 571–ci ildə Məkkə şəhərində anadan olmuşdur.
O, Muhəmməd ibn Abdullah ibn Abdulmuttalib ibn Haşimdir.
Onun
📗atasının adıAbdullah,
📗anasının adı isə Əminədir.

O hələ dünyaya göz açmamışdan əvvəl atası vəfat edir. Bir neçə ildən sonra isə anası dünyasını dəyişir. Bundan sonra o, babası Abdulmuttalibin himayəsində qalır. Babası vəfat etdikdən sonra əmisi Əbu Talib ona qəyyumluq edir. O, Məkkə şəhərində Allahın himayəsi altında təmiz bir həyat sürərək dürüst şəxsiyyət kimi böyüyür.
O, həyatı boyu bir yalan belə söyləməmiş və heç kəsə pislik etməmişdir. Hətta, öz həmyerliləri onu
Muhəmməd Əmin”, “Etibarlı Muhəmməd” deyə çağırırdılar.

İyirmi beş yaşına qədəm qoyduqda o, Məkkənin ən təmiz və ən zəngin qadınlarından olan Xədicə bint Xuveylid ilə evlənir və ondan altı övladı dünyaya gəlir.

Qırx yaşına çatdıqda Uca Allah ona peyğəmbərlik bəxş edərək onu bütün bəşəriyyətə elçi olaraq göndərir və onun vasitəsilə Öz nurunu bütün dünyaya yayır.....

🌐 Zikr.az

────≪✿🕌✿≫────

🌐 https://t.me/balamuselman

🌐 https://t.me/FAYDALAN_FAYDALANDIR

2 weeks, 4 days ago
[#qadın](?q=%23qad%C4%B1n) [#gözəldavran](?q=%23g%C3%B6z%C9%99ldavran)

#qadın #gözəldavran

Qadınlarla gözəl davranın (13)

Peyğəmbər ﷺ bizlər üçün gözəl örnək və nümunədir. O bizləri qadına qarşı yaxşı davranmağa və onunla yaxşı rəftar etməyə rəğbətləndirir. Əgər kişi öz qadınının təbiətini və Allahın onu hansı fitrət üzərində yaratdığını¹ bilərsə, bu zaman onunla bu əsaslar üzərində müamilə edər və onunla olan əxlaqını və davranışını düzəldər.

¹ 12-ci paylaşıma bax.

Mənbə: Şeyx Abdullah əl-Buxarinin "Qadınlarla gözəl davranın" adlı dərsi.

Tərcümə etdi: Toğrul Əkbərli.

🔗 https://t.me/uc_asas

http://t.me/FAYDALAN_FAYDALANDIR

2 months, 3 weeks ago
[#çətinliklər](?q=%23%C3%A7%C9%99tinlikl%C9%99r) [#qış](?q=%23q%C4%B1%C5%9F) [#dəstəmaz](?q=%23d%C9%99st%C9%99maz)

#çətinliklər #qış #dəstəmaz

❄️Çətinliklər kəffarədir

Hafiz İbn Rəcəb (rahiməhullah) demişdir:

"Şübhəsiz ki, soyuq havada dəstəmazı kamil şəkildə almaq nəfsə ağır gəlir və insana əziyyət verir. Nəfsə əziyyət verən və çətin olan hər bir şey günahlara kəffarədir".

Mənbə: "Məcmu əl-Rasəil", 1/67.

Tərcümə etdi: Toğrul Əkbərli.

? https://t.me/uc_asas

http://t.me/FAYDALAN_FAYDALANDIR

2 months, 3 weeks ago
[#fəzilətliəməllər](?q=%23f%C9%99zil%C9%99tli%C9%99m%C9%99ll%C9%99r)

#fəzilətliəməllər

  1. (Vaxtı ilə) Sad ibn Əbu Vəqqas radiyallahu anhu (fitnə-fəsaddan uzaq durmaq məqsədilə) çöldə dəvələrini otararkən oğlu Ömər onun yanına gəldi. Səd radiyallahu anhu onu görəndə: “Bu gələn atlının şərindən Allaha sığınıram”- dedi. Oğlu onun yanına gəlib çatdı və atdan enib ona dedi: “Sən (burada) dəvə və qoyun otarırsan, camaat isə öz aralarında var-dövlət üstündə mübahisə edirlər”. Onda Səd (yavaşca) onun sinəsindən vurub dedi: “Sus! Mən Allah Elçisinin salləllahu aleyhi və səlləm belə dediyini eşitmişəm: “Şübhəsiz ki, Allah Ondan qorxan, (aza) qane olan və xəlvətə çəkilib (öz işi ilə məşğul olan) qulunu sevər”.

? Muslim, 2965, 5266, 7621.

✔️Yoxladı: Elşən Şəkərov.

⭐️ https://t.me/Elsen_sekerov

⭐️ http://t.me/FAYDALAN_FAYDALANDIR

2 months, 3 weeks ago
***?*** ALLAH RƏSULUNUN - sallallahu aleyhi …

? ALLAH RƏSULUNUN - sallallahu aleyhi və səlləm - NAMAZ QILMASININ QAYDASI.

? ALLAH RƏSULU - sallallahu aleyhi və səlləm - DEMİŞDİR:

«SƏCDƏ ETDİKDƏ ƏLLƏRİNİ YERƏ QOY DİRSƏKLƏRİNİ İSƏ QALDIR.»

? Səhih Muslim, 494.

Arif Allahyarov

? https://t.me/elm_ve_emel

? http://t.me/FAYDALAN_FAYDALANDIR

2 months, 3 weeks ago
[#Quran](?q=%23Quran) [#vəsiyyət](?q=%23v%C9%99siyy%C9%99t) [#tövsiyyə](?q=%23t%C3%B6vsiyy%C9%99) [#nəsihət](?q=%23n%C9%99sih%C9%99t)

#Quran #vəsiyyət #tövsiyyə #nəsihət

? BÖYÜK ALİM ŞEYX ABDULƏZİZ İBN BƏZ - Allah ona rəhmət etsin - DEMİŞDİR:

EY MƏNİM ALLAH ÜÇÜN OLAN QARDAŞLARIM! MƏN SİZƏ ALLAHIN KİTABINI VƏSİYYƏT EDİRƏM. QURANİ-KƏRİMİ VƏSİYYƏT EDİRƏM. ALLAHIN KİTABINDA HİDAYƏT VƏ NUR VAR. ALLAHIN KİTABI ALLAHIN MÖHKƏM İPİDİR VƏ O ALLAHIN DOĞRU YOLUDUR. O HİKMƏT SAHİBİ OLAN UCA ALLAHIN ZİKRİDİR. ONDAN MÖHKƏM TUTUNAN XİLAS OLACAQ VƏ ONU TƏRK EDƏN İSƏ HƏLAK OLACAQ. ALLAH - AZZƏ VƏ CƏLLƏ - BU ƏZƏMƏTLİ KİTAB HAQQINDA DEYİR: «HƏQİQƏTƏN, BU QURAN İNSANLARI ƏN DOĞRU YOLA YÖNƏLDİR VƏ YAXŞI İŞLƏR GÖRƏN MÖMİNLƏRƏ, ÖZLƏRİ ÜÇÜN BÖYÜK MÜKAFAT OLACAĞI İLƏ MÜJDƏ VERİR. AXİRƏTƏ İMAN GƏTİRMƏYƏNLƏR ÜÇÜN İSƏ AĞRILI-ACILI BİR ƏZAB HAZIRLAŞMIŞIQ.»

? "Şeyxin səsli dərsindən."

Arif Allahyarov

? https://t.me/elm_ve_emel

? http://t.me/FAYDALAN_FAYDALANDIR

2 months, 3 weeks ago
[#nəfs](?q=%23n%C9%99fs)

#nəfs

Şeyxülislam ibn Teymiyyə (Allah ona rəhmət eləsin) demişdir:

"Gözəl nəfs yaxşılıq və əfv etməklə ləzzət alır. Xəbis nəfs isə pislik və düşmənçiliklə ləzzət alır".

مجموع الفتاوى( 560/1

✒️ Tərcümə: Pərvin Əliyev

⚡️ https://t.me/Eliyev_Pervin

⚡️ http://t.me/FAYDALAN_FAYDALANDIR

2 months, 3 weeks ago
[#fəzilətliəməllər](?q=%23f%C9%99zil%C9%99tli%C9%99m%C9%99ll%C9%99r) [#qəlb](?q=%23q%C9%99lb) [#qəlbzənginliyi](?q=%23q%C9%99lbz%C9%99nginliyi)

#fəzilətliəməllər #qəlb #qəlbzənginliyi

QƏLB ZƏNGİNLİYİ

  1. Əbu Hureyra radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər salləllahu aleyhi və səlləm buyurdu:

“Zənginlik var-dövlətin çoxluğu ilə bağlı deyil, əsil zənginlik nəfsin zəngin olmasıdır”.

? əl-Buxari “Ədəbul-Mufrad” 276. əl-Albani hədisin səhih olduğunu bildirmişdir.

✔️Yoxladı: Elşən Şəkərov

⭐️ https://t.me/Elsen_sekerov

⭐️ http://t.me/FAYDALAN_FAYDALANDIR

2 months, 3 weeks ago
[#qış](?q=%23q%C4%B1%C5%9F)

#qış

? «EY QIŞ XOŞ GƏLDİN».

❄️ «QIŞ FƏSLİ MÖMİNİN BAHARIDIR.»

? «QIŞ FƏSLİNDƏ EDİLƏN FƏZİLƏTLİ ƏMƏLLƏR.»

  1. ORUC TUTMAQ.
  2. GECƏ İBADƏTLƏR ETMƏK.
  3. GECƏ NAMAZLARI QILMAQ.
  4. QURANİ-KƏRİM OXUMAQ.
  5. ÇOXLU DUA ETMƏK VƏ ALLAHDAN BAĞIŞLANMA İSTƏMƏK.
  6. ÇƏTİNLİYƏ BAXMAYARAQ, TAM VƏ KAMİL ŞƏKİLDƏ DƏSTƏMAZ ALMAQ.
  7. YAĞIŞ YAĞAN ZAMAN DUA ETMƏK.
  8. YAĞIŞ YAĞIB QURTARDIQDAN SONRA OLUNAN DUANI ETMƏK.
  9. KÜLƏK ƏSƏN ZAMAN OLUNAN DUANI ETMƏK.
  10. İLDIRIM ÇAXAN ZAMAN OLUNAN DUANI ETMƏK.
  11. XOFLARIN VƏ CORABLARINI ÜZƏRİNƏ MƏSH ÇƏKMƏK KİMİ ALLAHIN VERDİYİ RUXSƏTLƏRDƏN FAYDALANMAQ.
  12. KASIBLARA, FƏQİR-FÜQƏRAYA VƏ EHTİYAC SAHİBLƏRİNƏ KÖMƏKLİK ETMƏK.
  13. QIŞDA UCA ALLAHIN ENDİRDİYİ RƏHMƏT VƏ BƏRƏKƏTDƏN FAYDALANMAQ.

✍️ Arif Allahyarov

? https://t.me/elm_ve_emel

? http://t.me/FAYDALAN_FAYDALANDIR

We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )

Last updated 2 months, 3 weeks ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 5 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 1 year, 2 months ago