Unlock a World of Free Content: Books, Music, Videos & More Await!

𝐁𝐚𝐥𝐚𝐜𝐚 𝐝𝐮̈𝐧𝐲𝐚𝐦

Description
Advertising
We recommend to visit

Last updated 3 months, 2 weeks ago

4 weeks, 1 day ago
Bayram namazı iki rükətdir.

Bayram namazı iki rükətdir.

Bu namaz doqquz qunutla belə qılınır:

📌 Birinci rəkətdə həmd-surədən sonra beş təkbir deyilməli, hər təkbirdən sonra bir qunut tutulmalıdır. Beşinci qunutdan sonra isə bir təkbir deyib rükü və iki səcdəni yerinə yetirmək lazımdır.

📌 İkinci rükətdə isə həmd surədən sonra dörd təkbir deyilməli, hər təkbirdən sonra bir qunut tutub beşinci təkbirdən sonra rükü, səcdəni yerinə yetirib təşəhhüd və salamı demək lazımdır.

1 month, 1 week ago

Qədr gecəsinin əməlləri

🌙🌹🌙🌹🌙🌹🌙🌹🌙🌹🌙🌹🌙🌹🌙🌹

💠Qüsl almaq. (Gün batan vaxtı qüsl alıb, həmən qüsl ilə işa namazını qılmaq daha fəzilətlidir.)🌙

💠İki rükət namaz qılmaq Hər rükətdə“Fatihə”dən sonra 7 dəfə “İxlas” surəsini oxumaq. Namazı bitirdikdən sonra isə 70 dəfə "Əstəğfirullahə və ətubu ileyh" demək. Peyğəmbər (s) buyurub: “Hər kim bu əməli etsə, yerindən durana kimi ata-anasının və özünün günahlarını Allah bağışlayar”.🌙

💠Quranı açıq şəkildə qarşıya qoyub bu duanı oxumaq: Allahummə inni əs'əlukə bi kitabikəl-munzəl. Və ma fihi və fihi ismukəl-əkbər və əsmaukəl-husna. Və ma yuxafu və yurca ən təc'ələni min utəqaikə minən-nar. Sonra hacətinizi istəyin.🌙

💠Quranı başının üzərinə qoyub demək: Allahummə bi həqqi hazəl-Quran və bi həqqi mən ərsəltəhu bihi və bi həqqi kulli muminin mədəhtəhu fihi və bi həqqikə əleyhim, fəla əhədə ə'rəfu bi həqqikə minkə.🌙

💠Bundan sonra aşağıdakı sözləri demək lazımdır:

10 dəfə "Bikə ya Allah"🌙

10 dəfə "Bi Muhəmmədin"🌙

10 dəfə "Bi Əliyyin"🌙

10 dəfə "Bi Fatimətə"🌙

10 dəfə "Bil-Həsəni"🌙

10 dəfə "Bil-Huseyni"🌙

10 dəfə "Bi Əliyyibnil-Huseyn"🌙

10 dəfə "Bi Muhəmməd ibni Əli"🌙

10 dəfə "Bi Cəfər ibni Muhəmməd"🌙

10 dəfə "Bi Musəbni Cəfər"🌙

10 dəfə "Bi Əliyyibni Musa"🌙

10 dəfə "Bi Muhəmməd ibni Əli”🌙

10 dəfə "Bi Əliyyibni Muhəmməd”🌙

10 dəfə “Bil-Həsən ibni Əli”🌙

10 dəfə “Bil-hoccəti”🌙

Sonra hacətinizi istəyin.

💠 İmam Huseyni (ə) ziyarət etmək. (Ziyarətiaşura oxumaq)🌙

💠Bu gecələrin hər birini oyaq qalmaq. Hədisdə var ki, hər kim bu üç gecəni oyaq qalsa, günahları nə qədər olsa bağışlanar.🌙

💠100 rükət namaz qılmaq. (qəza namazı olan hər bir kəs 6 günün qəzasını qıla bilər.)🌙

1 month, 1 week ago

**Rza'bala Sərxan oğlu üçün, vəhşət namazı qılmağınızı xahiş edirik

Qıla bilməyənlər Ruhuna (1 fatihə,3 ixlas,1 qədr,1 nas,1 fələq,3 pak Salavat hədiyyə edək qurbətən İLƏLLAH)

🔷Vəhşət namazının qaydası:
👉🏻Meyitin qəbrinin ilk gecəsi xiftən namazından sonra qılınır.
👉🏻Müstəhəbdir. İki rükətdir. Niyyətdə vəhşət namazı deyilir.
1⃣-ci rükətdə həmddən sonra bir dəfə ayətəl-kürsi.
2⃣-ci rükətdə isə, həmddən sonra on dəfə qədr surəsi oxunur.
Namaz bitdikdən sonra deyirik:
"Allahummə salli ələə muhəmməd və əəli muhəmməd. İlahi! Bu namazın savabını, filankəsin qəbrinə (vəfat edənin ad və ata adı deyilir) yetir".
Bu namaz səbəb olar ki, vəfat edən şəxs qəbr sıxıntısından amanda qalar.

Allah ölənlərinizə rəhmət etsin. Amin.🤲**

2 months, 2 weeks ago

🌿🌹🌿🌹🌿🌹

**Bismilləhir Rahmənir Rahim

🟪 Şəban ayının 14-15 (Fevralın 24-25 -nə) keçən gecənin bəzi əməlləri: (Nimeyi  Şəban).

1️⃣ Qüsl almaq.

2️⃣Oyaq qalmaq:
Sübh namazına qədər oyaq qalmaq və imkan çatan qədər namaz qılmaq, istiğfar etmək və  dualar oxumaq olar.

3️⃣ Qur'an oxumaq:
Bacardığımız qədər Qur'an oxuya bilərik və xüsusi ilə  Yasin surəsinin çox oxunması tövsiyə olunur. Ən azından 3 dəfə oxunması tövsiyə olunur.(Hacətlərimizin rəva olmasına səbəb ola bilər).

4️⃣İmam  Hüseyni(ə) ziyarət etmək:

«اَلسَّلامُ عَلَيْكَ يا اَبا عَبْدِاللّهِ اَلسَّلامُ عَلَيْكَ وَ رَحْمَةُ اللّهِ وَ بَرَكاتُهُ»
🔷Əssəlamu ələykə ya Əba Əbdilləh,Əssəlamu ələykə və rahmətullahi və bərakətuhu.

Hətta üzaqdan Salam versək kifayət edər.

5️⃣ Cəfər Təyyar  namazı:

🟧Niyyət: Cəfər Təyyar namazı.
Rükət sayı: 2 + 2 = 4 (eyni ilə sübh namazı kimi 2 (iki)rükətli namaz).
🟣Qaydası:
Həmd və Surədən sonra hər rükətdə 15 dəfə "Təsbihati-Ərbəə"ni demək:

سُبْحانَ اللهِ وَالْحَمْدُ للهِِ وَ لا اِلـهَ اِلاَّ اللهُ وَ اَللهُ اَكْبَرُ .
🟣"Sübhənəllahi, vəl-həmdu lilləhi, vələ iləhə illəllahu, vəllahu əkbər".

🔸Rükularda 10 dəfə
"Sübhənəllahi, vəl-həmdu lilləhi, vələ iləhə illəllahu, vəllahu əkbər" demək.

🔸Rükulardan qalxdıqdan sonra:
10 dəfə "Sübhənəllahi, vəl-həmdu lilləhi, vələ iləhə illəllahu, vəllahu əkbər" demək.

🔸Səcdələrdə 10 dəfə
"Sübhənəllahi, vəl-həmdu lilləhi, vələ ilahə illəllahu, vəllahu əkbər" demək.

🔸Səcdələrdən qalxdıqdan sonra 10 dəfə
"Sübhənəllahi, vəl-həmdu lilləhi, vələ ilahə illəllahu, vəllahu əkbər" demək.

🟧Əgər bu namazın bütün təsbihatı ilə qılmağa vaxtınız yoxdursa, təkcə 2 (iki) rükətli namaz (4 rükət)=Cəfər Təyyar namazı niyyəti ilə sadə şəkildə qılın və sonra təsbihati-ərbəəni yol gedərkən və ya işləyərkən 300 dəfə zikr edin.

🔵Bu namazın digər günlərdə, xüsusi ilə də  Cümə günlərində ən fəzilətli vaxtı  Zöhr namazına yaxın zamandır.
🔵Bu namazın da digər namazlar kimi hər ikinci rükətində  Qunut tutulur.
🟢İmamlarımız (ə) buyururlar ki, hər kəsin mühüm bir hacəti və istəyi varsa, bu namazı qılaraq Allahdan istəsin, İnşaallah, istəyinə çatar.

6️⃣ Kumeyl duasını oxumaq:

7️⃣Və...

🟢Bu gecə Ağamız İmam  Zamanı(ə.f) dualarımızda yaddan çıxarmayaq məxsusən zühurunun tezləşməsi üçün dua edək.
🟢Allah ibadətlərimizi çox ali və əhsən dərəcədə qəbul eləsin.İlahi amin ya Rəbbəl aləmin.🤲

🌿🌹🌿🌹🌿🌹**

2 months, 2 weeks ago

🗣️🪄 **Üzünü qibləyə tut və de:

Əssəlamu ələykə ya Səyyidəna və Mövlana ya Rəsuləllah

Əssəlamu ələykə ya əbəl Həsəni ya Əmirəl-möminin

Əssəlamu ələykə ya Fatimətəz-Zəhrai

Əssəlamu ələykə ya əba Muhammədin ya Həsənəbnə Əliyyin əyyuhəl muctəba yəbnə Rəsulillah

Əssəlamu ələykə ya əba Əbdillahi ya Husəynəbnə Əliyyin əyyuhəş - şəhidu yəbnə Rəsulilləh

🤲🏻🌷🤲🏻🌷🤲🏻🌷🤲🏻🌷🤲🏻🌷**

2 months, 2 weeks ago

**İmam Hüseynə (ə) hər gün salam verməyin fəziləti

Bir alim yuxuda görür ki filankəs bir qadını qəbiristanlıqda dəfn edirlər və o qadının hörmətinə Allah bütün qəbiristanlıq əhlinin günahlarını bağışlayır. Alim yuxudan oyanır və həmin qadının ailəsini axtarıb tapır və ondan soruşur ki bu qadın nə əməl sahibi idi?

Qadının yoldaşı da cavabinda deyir ki o hər gün İmam Hüseynə (ə) salam verirdi.

Alim başa düşür ki qadının bu əməlidir ki onu Allah qatında bu qədər onu əziz, hörmətli - izzətli edib.

📖 Hacı Şahin xütbəsindən

📍 Əziz izləyicilər çox sadə əməl olmasına baxmayaraq çox böyük fəziləti var və heç yarım dəqiqəmizi belə almir. Xahiş edirəm ki, bu əməli etməkdə səhlənkarlıq göstərməyəsiniz. Allah hamımızın aqibətini xeyirli etsin. Amin 🤲🏻❤️**

4 months, 2 weeks ago

**İmam Sadiq (ع) buyurub:

- “Mənim hədisim, atamın hədisidir. Atamın hədisi, babamın hədisidir. Babamın hədisi, Əli ibn Əbu Talibin (ع) hədisidir. Möminlərin əmiri Əlinin (ع) hədisi, Allah Rəsulunun (ص) hədisidir. Allah Rəsulunun (ص) hədisi isə, Allahın sözüdür”.

📚Əl-İrşad, səh.-416, hədis-10**

4 months, 2 weeks ago

**Namazın iqaməsinə başlayarkən "Allahu-Əkbər" deməzdən əvvəl İmam Hüseynə (a) Salam verin. Bu namazınız çox ali namaz olacaq!

✍🏻Ayətullah Müctehidi Tehrani (r)

Hər namazdan sonra İmam Zaman (ə, f) üçün dua etməyi unutmayın və onun üçün dua etmədən mehrabdan uzaqlaşmayın.

Seyyid Əli Qazi **

4 months, 2 weeks ago

**وَلَيَنْصُرَنَّ اللَّهُ مَنْ يَنْصُرُهُ

Allah Ona (Öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər.

📖 Həcc surəsi-40**

6 months ago

**"Əgər hər kəs döyüşdə şəhid olsa, bir dəfə şəhid olmuş olar. Amma hər kəs öz həvayi-nəfsi ilə döyüşsə, hər gün şəhid olmuş kimidir."

Ayətullah Cavedan**

We recommend to visit

Last updated 3 months, 2 weeks ago