Nurulənvar

Description
وَالسَّلَامُ عَلَىٰ مَنِ اتَّبَعَ الْهُدَىٰ

"Hidayət (haqq) yoluna tabe olanlara salam olsun!"

(Taha surəsi, ayə 47)


#Nurulənvar (ə.f.ş)
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )

Last updated 4 months ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 6 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 1 year, 3 months ago

2 months ago

*Salman Farsi (r) belə nəql edir:

"Möminlərin əmiri (ə) Mehdini (ə) xatırlayaraq belə buyurdu: "Allaha and olsun ki, qeybə çəkiləcək. Hətta, cahillər belə deyəcəklər: "Allahın Ali-Muhəmmədlə heç bir işi qalmadı". Sonra vaxtında çıxan on beş günlük Ay və parlaq Günəş kimi doğacaq. (Həmin vaxtda) bəzi gözlər aydınlaşacaq, bəzi gözlər isə kor olacaq".

📗Şeyx Xəsibi, "Əl-hidayətul-kubra", səh.421*

#İmamMəhdi #qeyb #zühur
t.me/Nurulenvar

2 months ago

*İmam Məhdinin (ə.f) zühur əlamətləri nələrdir?

İmam Məhdinin (ə.f) zühurunun əlamətləri çoxdur. Lakin, bunlardan beşi mütləq əlamətlərdir. Hansı ki, o əlamətlərdən biri olarsa, həmin il İmam  (ə.f) zühur edəcəkdir.

1) **Ramazan ayının 23-cü gecəsinin səhəri səmadan gələn və hər kəsin eşidəcəyi Nida (səs).

2) Süfyaninin (l.ə) xürucu (ortaya çıxması).

3) Yəmaninin xürucu (ortaya çıxması).

4) Beyda çölünün (Məkkə və Mədinə arasındakı ərazi) çökməsi

5) Nəfsi Zəkiyyənin öldürülməsi.***
#İmamMəhdi #zühurəlamətləri
t.me/Nurulenvar

2 months, 1 week ago
4 months, 2 weeks ago

*İmam Rza (əleyhissəlam) buyurub:

O (İmam Məhdi(ə.f)), Bətulun (Fatimənin (s.ə)) pak nəslindəndir. Onun nəsli şəcərəsində heç bir qüsur yoxdur. O (ə.f), Allah rəsulunun (s.a.a) Əhli-Beytindəndir (ə.s). O, Allah-Təala tərəfindən razı olunmuş və bəyəniləndir. Allahın əmrini qoruyan, canlı tutan və Allahın dinini müdafiə edən şəxsdir. Şərəflilərin ən şərəflisidir".

?"Səhifətur-Rza (ə)", səh.77*
t.me/Nurulenvar

4 months, 2 weeks ago

*İmam Baqir (əleyhissəlam) buyurub:

Fatimə (salavatullahi və sələmuhu əleyha) Cəhənnəmin qapısında dayanacaq. Qiyamət günü olduqda hər bir şəxsin alnında mömin və ya kafir yazılacaq. Əhli-beyti (ə) sevən (amma) və günahları çox olana Cəhənnəmə getmək əmr olunacaq. Fatimə (s.ə) onun alnında (Əhli-beyti) sevən yazıldığını oxuyacaq və deyəcək: İlahim və Seyyidim! Məni Fatimə adlandırdın. Məni və mənim zurriyəmdən olanlarla dost olanları mənim vasitəm ilə Cəhənnəm odundan ayırdın. Və Sənin vədin haqqdır və verdiyin vədə xilaf çıxmazsan.

Allah deyəcək: Ey Fatimə, düz dedin. Mən səni Fatimə adlandırdım. Və səni sevəni, sənə dost olanı, sənin zürriyəni sevəni və onlara dost olanı sənin vasitən ilə Cəhənnəm atəşindən ayırdım (onları Cəhənnəmə aparmayacam).

?"İləluş şərai", c.1, səh.179*•t.me/Nurulenvar

4 months, 2 weeks ago

*İmam Sadiq (əleyhissəlam) buyurub:

Ey Yunus! "Cəddim Rəsulullah (s.a.a) dedi ki: "Qızım Fatiməyə (s.ə) zülm edən, haqqını qəsb edən və onu öldürən məlundur, məlundur (lənətlənmişdir)."¹

İmam Sadiq (əleyhissəlam) "Onlar cəhənnəm oduna necə də səbrlidirlər" (Bəqərə, 175) ayəsi ilə əlaqədar belə buyurmuşdur: "Özlərini oda sürükləyəcəyini bildikləri hərəkət etməkdə nə qədər səbrlidirlər".²

?:
¹"Kənzul-Fəvaid", c. 1, səh. 149-150
²"əl-Kafi", c.5, səh.84, hədis 2404*
t.me/Nurulenvar

4 months, 3 weeks ago

Umarə nəql edir: "İmam Sadiqdən (əleyhissəlam) soruşdum ki: "Fatiməni (səlamullahi əleyha) nə üçün "Zəhra" (parlaq) adlandırıblar? Buyurdu: "Çünki o, mehrabda dayananda onun nuru səma əhlinə, ulduzların yerdə olanlar üçün saçması kimi saçırdı".¹

*İmam Sadiq (əleyhissəlam) buyurub :

"Fatimənin (səlamullahi əleyha) Allah yanında doqquz adı var: Fatimə,Siddiqə, Mübarəkə,Tahirə, Zəkiyyə, Rəziyyə, Mərziyyə, Mühəddisə, Zəhra".²

?:
¹Şeyx Səduq, "Məani əl-Əxbar", səh.64, hədis 15
²Şeyx Səduq, "Əmali", səh.474, hədis 18*
t.me/Nurulenvar

4 months, 3 weeks ago

*Muhəmməd Peyğəmbər (sallallahu əleyhi və alih) buyurub :

"Kim qızım Fatiməni sevərsə, məni sevmişdir. Fatiməni razı salan məni razı salmışdır. Fatiməni qəzəbləndirən məni qəzəbləndirmişdir".

Əhli Xilaf (sünni) mənbəsinə əsasən:

?"Səhihi-Buxari", fəsil: Xumsun fəziləti.
?"Əs-Səvaiqul-muhriqə", səh.9.*
t.me/Nurulenvar

4 months, 3 weeks ago

*Xanım Fatimətuz-Zəhra (salavatullahi və sələmuhu əleyha) buyurub:

"Bizim şiələrimiz, həmçinin bizi və övliyalarımızı sevənlər, düşmənlərimizlə düşmənçilik edənlər, habelə dili və qəlbilə bizə təslim olanlar Cənnətin ən üstün şəxsləridirlər".

?"Biharul-ənvar", c.68, səh.155*
t.me/Nurulenvar

4 months, 4 weeks ago

*İmam Həsən Əskəri (əleyhissəlam) buyurub:

"Biz imamlar (ə) Allahın sizin üzərinizdəki höccətləriyik. Bizim höccətimiz isə anamız Fatimədir (s.ə).

?"Təfsirul ətyəbil bəyan", c.13, səh.226*

We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )

Last updated 4 months ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 6 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 1 year, 3 months ago