✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 3 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago
Abduləziz bin Bəz (Allah rəhmət etsin) deyib:
Yatan zaman Ayətul-kursini oxumaq sehirdən və şeytandan salamat qalmağın səbəblərindəndir.
Nurun alə dərb/3/295
Abdullah bin Mutəz (Allah rəhmət etsin) deyib:
Təvazökarlıq şərəfli olmaq üçün bir vasitədir!
Cəmi əxlaq ravi/231
t.me/islamfezileti
Əbu Dərda (Allah razı olsun) deyib:
Ölüm moizə olaraq kifayətdir.
Zaman da ayrılıq üçün kifayətdir.
Bu gün yaşamaq var sabah isə qəbir vardır!
Lətaiful məarif /108
Əbu Hureyra (Allah razı olsun) deyir: Rəsuləllah(Allahın salavatı və salamı olsun) buyurmuşdur:
Ümmətimin hamısı Cənnətə daxil olacaq yalnız üz çevirənlərdən başqa.
Səhabələr dedi: Üz çevirən kimlərdir ey Allahın Rəsulu?
Dedi: Kim mənə tabe olarsa Cənnətə daxil olacaq kim də mənə asi olarsa artıq üz çevirmişdir.
Buxari 7280.
Əbu Ubeyd Qasim bin Səlləm (Allah rəhmət etsin) buyurmuşdur:
Peyğəmbərin sünnətinə tabe olan öz ovucunda közü tutmuş kimidir. Həmin şəxs bu gün mənim yanımda Allah yolunda qılınc vurmaqdan daha üstündür.
Aqidətu sələf və əshəbil hədis/252
İmam Şatibi (Allah rəhmət etsin) demişdir:
Peyğəmbərin (Allahın salavatı və salamı olsun) doğum gününü bayram kimi qeyd etmək bidətin növlərindən sayılır.
İtisam/34
Ədəbin üç növü var!
1- Uca Allaha qarşı ədəbli olmaq.
2- Muhəmməd peyğəmbərə (Allahın salavatı və salamı olsun) qarşı ədəbli olmaq.
3- Yaradılmışlara qarşı ədəbli olmaq.
Ədəb unvanus-səadət.
İbn Qayyim (Allah rəhmət etsin) buyurmuşdur:
Lovğalıq və özündən razılıqdan daha çox, saleh əməli fəsada uğradan bir şey yoxdur.
Fəvaid 1/152.
Abdulğani əl-Məqdisi (Allah rəhmət etsin) demişdir:
Qul Rəbbindən üç şeyi qazanmağı daha çox istəyər:
Zeylu tabaqat hənəbilə3/20.
Biz İbrahim peyğəmbər deyilik… bu od alov bizi yandırar.
Biz Yaqub peyğəmbər deyilik… qəm kədər bizi bitirər.
Biz Yunus peyğəmbər deyilik bu qaranlıq bizi sıxar. Allahım öz lütfü və kərəminlə bizdən ehsnını əskik etmə.
Allahım bu gün (gecə) diqqət mərkəzində olanlar günahkarlardır, bu gün (gecə) günahkarların bağışlanma günüdür. (gecəsidir)
Bu gün (gecə) əli boş gələnlərin günüdür (gecəsidir). Bu gün (gecə) Sənin rəhmətin günahkarları elə qucaqlayır ki salehlər belə həsəd edir. Allahım bizi bu günün (gecənin) rəhmətindən məhrum eləmə.
Ey bizi günahlarımıza rəğmən tərk etməyən dost, Ey hamı bizdən üz çevirəndə bizi tərk etməyən, tövbə etməyimiz üçün yolumu gözləyən dost.
Artıq sənin hüzuruna gəlmişik bizi hüzurundan əli boş geri çevirmə.
Allahummə Sən Kərimiən, bağışlamağı sevənsən, sevdiyin şeyi Səndən istəyirik, sevdiyin şeyi bizdən əsirgəmə, bizləri və bu dua da əməyi olan Amin deyən qardaşımızı bağışla. Günahları bağışlayan ancaq Sənsən.
Və ən son duamız isə aləmlərin Rəbbi olan Allaha həmd səna etməkdir. O hər şeyə qadirdir.
Hazırladı: Elman Qasımov.
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 3 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago