Ədalətli və vicdanlı xəbərlərin ünvanı
Reklam və əməkdaşlıq, məlumat göndərmək, əlaqə yaratmaq üçün instagram @arazaxmadov (direktə)
Last updated 1 month, 3 weeks ago
?️ Kitabları sevin, onlardan sizə zərər gəlməz...
? PDF kanalımız: @kitabchi
?️ İstək və müzakirə qrupumuz: @kitabseverler
? Ödənişli reklam qəbul olunur - @HiDearly
Last updated 1 month, 2 weeks ago
Göydə parlasa da, nə qədər ulduz
Günəşdir nur verən aləmə yalnız
#Nizami Gəncəvi
Elə zən eyləmə ki getdi Hüseynin (ə)🌹 dövrü.
And olsun xaliqə hər dövürdə sultandı Hüseyn (ə).🌹
"O ki bir adi ərəbdir” - deyənə vay olsun.
Ürəyi daş nə bilə höccəti Sübhandı Hüseyn (ə)🌹
Mən buralı deyiləm.
Eyni dildə danışıb,
Anlamıram heç kimi.
Bu varlığın içində
Bircə mənəm “heç” kimi…
Qəribəm bu dünyada,
Sözümü anlayan yox.
Bu dünyada pas atan
Dəmir kimi qəribəm.
Bir ölüyə yazılan şeir kimi
Qəribəm…
Mən buralı deyiləm.
Bütün qəriblər kimi
Məni də bu dünyadan
Qarğalar yola salır.
Buralılar,
Buranı tanınmaz hala salır.
Mən buralı deyiləm..
Ayrılıq həsrəti nə yaman şeymiş,
Bəlkə də ölümə bərabər hissdir.
Ölümü dadmadan deyə bilmərəm,
Qoy ölüm deyərəm, bu ya o pisdir...
Başladın gül açmağa;
Bu gün sənin yurdunda
Nə qul vardır,nə ağa!
Sən bu sərbəst göylərin
Sərbəstcə ulduzusan.
Qayğısız bir ölkənin
Qayğı bilməz qızısan.
Sərbəstdir alnındakı
Qıvırcıq tellərin də.
Sərbəstdir sənin kimi
Gün görmüş ellərin də.
Elə isə bir də coş,
Səsin düşsün dağlara.
Sən kimdən çəkinirsən?
Qız hara susmaq hara?
#Əhməd Cavad
"Səsli qız"poemasından.
Əziz məktəbli valdiyenlər!
Bu qurupda İslam dinin və milli uşaq ədəbiyyatımızın təqdim etdiyi təlim və tərbiyə barəsində tövsiyələri, metodları və eləcədə klassik ədəbiyyatdan seçmələr paylaşılacaqdır.
Xahiş olunur ki, qurupa sadəcə valideyinlər üzv olsun.
Üzv olmaq tam olaraq sərbəstdir və hal hazırda keçirilən dərslərlə əlaqəsi yoxdur.
Qeyd: Kiçik yaşlı uşaqlarında valideyinləri qoşula bilər.
Şeir-azadlığım, şeir-həyatım,
Ömrüm, səadətim, müqəddəratım!
Şeirsiz bir dünya kədər,qəm kimi,
Şeirsiz cənnət də cəhənnəm kimi.
#M. Şəhriyar
Ah, bu uzun sevda yolu
Vurulurmu başa, könül!
Nişan aldım, kaman atdım,
Dəydi oxum daşa, könül!
Bir od düşdü buluduna,
Yandı könül eşq oduna,
Qaldın hicran umuduna,
Ey qırılan şişə könül!
Tərlansan, göydən enməzsən,
Bu torpaqda sevinməzsən,
Mən dönərəm, sən dönməzsən,
Yaşa, könül, yaşa, könül!
Mikayıl Müşfiq
Ya Hüseyn,etmə kənar gəl məni bu eşq-səfərindən,
Nə olar yaz adımı dəftəri eşqə-nəzərindən.
Ədalətli və vicdanlı xəbərlərin ünvanı
Reklam və əməkdaşlıq, məlumat göndərmək, əlaqə yaratmaq üçün instagram @arazaxmadov (direktə)
Last updated 1 month, 3 weeks ago
?️ Kitabları sevin, onlardan sizə zərər gəlməz...
? PDF kanalımız: @kitabchi
?️ İstək və müzakirə qrupumuz: @kitabseverler
? Ödənişli reklam qəbul olunur - @HiDearly
Last updated 1 month, 2 weeks ago