Əhlibeytin_izi_ilə313

Description
🤍🕊
HƏDİSLƏR
QURAN AYƏLƏRİ
MƏRSİYƏLƏR
MOİZƏLƏR
KİTABLAR
Advertising
We recommend to visit

Ədalətli və vicdanlı xəbərlərin ünvanı
Reklam və əməkdaşlıq, məlumat göndərmək, əlaqə yaratmaq üçün instagram @arazaxmadov (direktə)

Last updated 18 hours ago

🖋️ Kitabları sevin, onlardan sizə zərər gəlməz...

📚 PDF kanalımız: @kitabchi
🗣️ İstək və müzakirə qrupumuz: @kitabseverler

💸 Ödənişli reklam qəbul olunur - @HiDearly

Last updated 1 month, 1 week ago

𐍃ᥲᥒκi ɦᥱç δiᴛⲙəsiᥒi isᴛəⲙəɗiyiᥒ ⲙᥙsiqiᥒiᥒ s᧐ᥒ ᥒ᧐ᴛᥣᥲrı ᧐ᥣ göᤁüⲙɗᥱ🪐

¹⁵'⁰¹'²⁰²³🪐

Last updated 1 week, 5 days ago

1 month, 3 weeks ago

Hz.Peyğəmbər(s) buyurur:
Ey Əli, kim qüdrəti çatdığı halda qeyzini udarsa, Qiyamət günü Allah-taala onu əmin-amanlıqda qərarlaşdırar və əfvini ona dadızdırar.
Ey Əli, kim ölərkən gözəl tərzdə vəsiyyət etməzsə, onun mürüvvətində nöqsan olar və şəfaətə nail olmaz.
Ey Əli, ən üstün cihad heç kəsə zülm etmək barədə düşünməməkdir.
Ey Əli, insanlar kimin dilinə düşməkdən qorxarlarsa, o, cəhənnəm əhlindəndir.
Ey Əli, ən pis insan camaatın onun şərindən amanda qalmaq üçün hörmət etdiyi kəsdir.
Ey Əli, pis insan axirətini dünyasına satan insandır. Ondan da pis insan axirətini başqasının dünyasına satan insandır.

Şeyx Səduq, "Əl-Məvaiz"

https://t.me/ehli_beytin_izi

Telegram

Əhlibeytin_izi_ilə313

***🤍******🕊*** HƏDİSLƏR QURAN AYƏLƏRİ MƏRSİYƏLƏR MOİZƏLƏR KİTABLAR

Hz.Peyğəmbər(s) buyurur:
2 months, 1 week ago

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَكْرَانَ النَّقاش قَالَ: حَدَّثَنَا أَحْمَدُ بْنُ مُحَمَّد الْهَمَدَانِيُّ مَوْلَى بَنِي هَاشِمٍ قَالَ: أَخْبَرَنَا عَلِيّ بْنُ الْحَسَنِ بْنِ عَلِيِّ بْنِ فَضَّالٍ عَنْ أَبِيهِ عَنْ أَبِي الْحَسَنِ عَلِيِّ بْنِ مُوسَى الرِّضَا (ع)، أَنَّهُ قَالَ:
مَنْ كَانَ تَائِباً مِنْ ذَنْبٍ، فَلْيَتُبْ إِلَى اللَّهِ تَبَارَكَ وَتَعَالَى مِنْهُ فِي شَهْرِ رَمَضَانَ، فَإِنَّهُ شَهْرُ التَّوْبَةِ وَ الْإِنَابَةِ وَ شَهْرُ الْمَغْفِرَةِ وَ الرَّحْمَةِ. وَ مَا مِنْ لَيْلَةٍ مِنْ لَيَالِيهِ وَ لِلَّهِ تَبَارَكَ وَتَعَالَى فِيهَا عُتَقَاءُ مِنَ النَّارِ، كُلُّهُمْ قَدِ اسْتَوْجبُوا بِذُنُوبِهِمُ النَّارَ.

Əli ibn Həsən ibn Əli ibn Fəzzal öz atasından belə nəql edir: “İmam Rza (ə) buyurdu: "Kim hər hansı bir günahdan tövbə etmək istəyirsə, həmin günahdan Ramazan ayında Allah qarşısında tövbə etsin. Çünki, həqiqətən də, bu ay tövbə, inabə, məğfirət və rəhmət ayıdır.
Bu ayın elə bir gecəsi yoxdur ki, o gecədə Allah-taala cəhənnəm odundan kimlərisə azad etməsin. Hansılar ki, onlar öz günahları ilə Cəhənnəmdə yanmağı qazanmışdılar".

Şeyx Səduq "Fəzailul-Əşhuris-Səlasə".

https://t.me/ehli_beytin_izi

Telegram

Əhlibeytin_izi_ilə313

***🤍******🕊*** HƏDİSLƏR QURAN AYƏLƏRİ MƏRSİYƏLƏR MOİZƏLƏR KİTABLAR

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَكْرَانَ النَّقاش قَالَ: حَدَّثَنَا أَحْمَدُ بْنُ مُحَمَّد الْهَمَدَانِيُّ مَوْلَى بَنِي هَاشِمٍ قَالَ: أَخْبَرَنَا عَلِيّ بْنُ الْحَسَنِ بْنِ …
2 months, 3 weeks ago
حَدَّثَنَا الْحُسَيْنُ بْنُ أَحْمَدَ بْنِ إِدْرِيسَ …

حَدَّثَنَا الْحُسَيْنُ بْنُ أَحْمَدَ بْنِ إِدْرِيسَ قَالَ: حَدَّثَنَا أَبِي عَنْ مُحَمَّدِ بْنِ عَبْدِ الْجَبَّارِ عَنْ صَفْوَانَ بْنِ يَحْيَى عَنْ إسْحَاقَ بْنِ عَمَّارٍ عَنِ الْمِسْمَعِي أَنَّهُ سَمِعَ أَبَا عَبْدِ اللَّهِ (ع) يُوصِي وُلْدَهُ وَ يَقُولُ: «إِذَا دَخَلَ شَهْرُ رَمَضَانَ فَأَحْهِدُوا أَنْفُسَكُمْ فِيهِ، فَإِنَّ فِيهِ تَقسِيمَ الْأَرْزَاقِ وَ يُثَبّتُ الْآجَالُ وَ يُكْتَبُ وَفدُ اللَّهِ الَّذِينَ يَفِدُونَ إِلَيْهِ وَ فِيهِ لَيْلَة الْعَمَلُ فِيهَا خَيْرٌ مِنَ الْعَمَلِ فِي أَلْفِ شَهْرٍ.

Misməi belə rəvayət edir: "İmam Sadiq (ə) övladlarına vəsiyyət edərkən buyurdu: "Ramazan ayı daxil olanda nəfsinizə qarşı cihad edin. Bu ayda ruzilər paylanılır, əcəllər yazılır və il ərzində həccə gedəcək insanlar təyin edilir. Bu ayda elə bir gecə var ki, həmin gecədə edilən bir xeyir əməl min ayda görülən işdən daha xeyirlidir".
Səh:165

https://t.me/ehli_beytin_izi

2 months, 3 weeks ago
İmam Rza (ə) buyurur: "Allah rəsulundan …

İmam Rza (ə) buyurur: "Allah rəsulundan (s) soruşdular "O nədir ki, əksər insanlar onun vasitəsilə Cənnətə daxil olur?"
Allah rəsulu (s) buyurdu: "İlahi təqva və gözəl əxlaq".
Soruşdular: "O nədir ki, əksər insanlar onun vasitəsilə cəhənnəm oduna daxil olur?"
Allah rəsulu (s) buyurdu: "İki içıboş (mənasız və dəyərsiz) olan qarın və insanın eyb yeri".
"Səhifətur-Rza. Səh:130. Hədis:123 (Azərbaycan dilindən tərcümə olunmuş kitabdan)

https://t.me/ehli_beytin_izi

3 months, 2 weeks ago

Allah rəsulu (s) buyurur: "Mömin beş vaxt namazlarına riayət etdikcə şeytan ondan qorxar. Amma onları zay etdikdə (onun vaxtlarına əhəmiyyət vermədikdə) ona qarşı cürətlənib (hücum edib) onu böyük günahlara çəkər".

Əhməd ibn Amir Tai "Səhifətur-Rza"

https://t.me/ehli_beytin_izi

Telegram

Əhlibeytin_izi_ilə313

***🤍******🕊*** HƏDİSLƏR QURAN AYƏLƏRİ MƏRSİYƏLƏR MOİZƏLƏR KİTABLAR

Allah rəsulu (s) buyurur: "Mömin beş vaxt namazlarına riayət etdikcə şeytan ondan qorxar. Amma onları zay etdikdə (onun vaxtlarına əhəmiyyət …
3 months, 3 weeks ago
Həsən ibn Zeyd İmam Sadiqdən (əleyhissəlam), …

Həsən ibn Zeyd İmam Sadiqdən (əleyhissəlam), o da öz atasından nəql edərək deyir:
“Allah rəsulu (sallallahu əleyhi və alihi və səlləm) buyurdu: “Xeyriyyəçilik – ən tez mükafatı olan (yetişən) xeyir əməldir. Sıxışdırmaq – ən tez cəzası olan (yetişən) şər əməldir. İnsan üçün bir qüsur kifayətdir ki, insanlarda gördüyünü özündə görməsin, insanlarda pislədiyini özü tərk edə bilməsin və münasibəti olmadığına görə öz həmsöhbətinə əzab versin”.

Şeyx Səduq "Səvabul-əmal və iqabul-əmal " hədis 632; səh. 221-222. (Azərbaycan dilində olunan nəşrdə)

https://t.me/ehli_beytin_izi

4 months, 3 weeks ago

قَالَ قَالَ رَسُولُ اللهِ ص الْقُلُوبُ أَرْبَعَةٌ قَلْبُ فِيهِ إِيمَان وَ لَيْسَ فِيهِ قُرْآنٌ وَ قَلْبٌ فِيهِ إِيمَانٌ وَ قُرْآنٌ وَ قلب فِيهِ قُرْآنٌ وَ لَيْسَ فِيهِ إِيمَان و قلب لا إيمان فيه ولا قرآن فأما الأول كالتمْرَةِ طَيِّبٌ طَعْمُهَا وَ لَا طِيب لها و الثاني كجراب الْمِسْكِ طيب إن فتح و طَيِّبٌ إِنْ وَعَاهُ وَ الثالث كالأسِنَّةِ طَيِّبٌ رِيحُهَا خَبِيث طَعْمُهَا و الرابع كالحَنْظَلَةِ خبِيث رِيحُهَا وَطَعْمُهَا.

İmam Əli (ə) buyurur: "Peyğəmbər (s) buyurdu: "Qəlblər dörd cürdür:
1. İmanı olub, lakin Quranın olmadığı qəlb.
2. İmanın və Quranın olduğu qəlb.
3. Quranın olub, imanın olmadığı qəlb.
4. Nə imanın, nə də Quranın olduğu qəlb.
Birinci qəlb xurma kimidir, dadı xoşdur, lakin ətirsizdir. İkinci qəlb müşk kisəsi kimidir, açıldıqda və bir şey qoyulduqda xoş ətir verər. Üçüncü qəlb mamır kimidir, qoxusu xoş, tamı pisdir. Dördüncü qəlb isə kolosint bitkisi kimidir ki, iyi də, dadı da pisdir".

Ziyauddin Əbu Rza Fəzlullah ibn Əli Həsəni Ravəndi, Ən-Nəvadir (Nadir Hədislər) (Azərbaycan nəşri).

https://t.me/ehli_beytin_izi

Telegram

Əhli-Beytin(ə) izi ilə

***🤍******🕊*** HƏDİSLƏR QURAN AYƏLƏRİ MƏRSİYƏLƏR MOİZƏLƏR KİTABLAR

قَالَ قَالَ رَسُولُ اللهِ ص الْقُلُوبُ أَرْبَعَةٌ قَلْبُ فِيهِ إِيمَان وَ لَيْسَ فِيهِ قُرْآنٌ وَ قَلْبٌ فِيهِ إِيمَانٌ وَ قُرْآنٌ …
5 months ago

عَبْدُ اللَّهِ بْنُ جَعْفَرِ الْحِمْيَرِيُّ، عَنْ أَحْمَدَ بْنِ هِلَالٍ، عَنِ ابْنِ مَحْبُوبٍ، عَنْ أَبِي أَيُّوبَ الْخَزَازِ، وَ الْعَلَاءِ بْنِ رَزِينٍ، عَنْ مُحَمَّدِ بْنِ مُسْلِمٍ قَالَ: سَمِعْتُ أَبَا عَبْدِ اللَّهِ عَلَيْهِ السَّلَامُ : يَقُولُ : إِنَّ قُدَّامَ الْقَائِمِ عَلَامَاتٍ تَكُونُ مِنَ اللَّهِ عَزَّ وَ جَلَّ لِلْمُؤْمِنِينَ.
قلْتُ: وَ مَا هِيَ؟ جَعَلَنِيَ اللَّهُ فِدَاكَ.
قَالَ : ذَلِكَ قَوْلُ اللَّهِ عَزَّ وَ جَلَّ : «وَ لَنَبْلُوَنَّكُمْ » يَعْنِي الْمُؤْمِنِينَ قَبْلَ خُرُوجِ الْقَائِمِ عَلَيْهِ السَّلَامُ بِشَيْءٍ مِنَ الْخَوْفِ وَالْجُوعِ وَنَقْصٍ مِنَ الْأَمْوَالِ وَ الْأَنْفُسِ وَ الثَّمَرَاتِ وَبَشِّرِ الصَّابِرِينَ.
قَالَ : يَبْلُوهُمْ بِشَيْءٍ مِنَ الْخَوْفِ ، مِنْ مُلُوكِ بَنِي فَلَانٍ فِي آخِرِ سُلْطَانِهِمْ وَ الْجُوعِ بِغَلَاءِ أَسْعَارِهِمْ.
«وَ نَقْصٍ مِنَ الْأَمْوَالِ» قَالَ: كَسَادِ التِّجَارَاتِ وَ قِلَّةِ الْفَضْلِ.
وَ نَقْصٍ مِنَ الْأَنْفُسِ، قَالَ: مَوْتُ ذَرِيع.
وَ نَقْصٍ مِنَ الثَّمَرَاتِ، قَالَ: قِلَّةُ رَيْعِ مَا يُزْرَعُ.
«وَ بَشِّرِ الصَّابِرِينَ» عِنْدَ ذَلِكَ بِتَعْجِيلِ خُرُوجِ الْقَائِمِ عَلَيْهِ السَّلَامُ.
ثُمَّ قَالَ لِي: يَا مُحَمَّدُ، هَذَا تَأْوِيلُهُ، إِنَّ اللَّهَ تَعَالَى يَقُولُ: «وَ مَا يَعْلَمُ تَأْوِيلَهُ إِلَّا اللَّهُ وَ الرَّاسِخونَ فِي الْعِلْمِ.

Muhəmməd ibn Müslim İmam Sadiqdən (əleyhissəlam) belə eşitdiyini nəql edib: "Qaimdən az əvvəl Allah-taala tərəfindən möminlər üçün bəzi əlamətlər baş verəcək".
Dedim: "Allah məni sənə fəda etsin, o əlamətlər nədir?"
Buyurdu: "O, izzət və cəlal sahibi Allahın kəlamıdır "Sizi mütləq imtahan edəcəyik", yəni Qaimin (əleyhissəlam) zühurundan öncə möminləri "bir az qorxu və aclıqla, eləcə də mal, can və məhsul azlığı ilə. Səbir edənləri müjdələ".
Buyurdu: "Onları "bir qədər qorxu ilə", yəni Bəni-filanın hakimiyyətinin axır dövrlərində onların hakimləri ilə, "aclıq ilə", yəni onların zamanında qiymət bahalığı ilə, "mal azlığı ilə", yəni ticarətlərin kasadlaşması və ondakı xeyrin az olması ilə, "can azlığı ilə", yəni sürətli ölüm ilə, "məhsul azlığı ilə", yəni əkilənlərin az bərəkətli olması ilə imtahan edəcəkdir. "Səbir edənlərə müjdə ver", yəni bunlar baş verdiyi zaman səbir edənlərə Qaimin (əleyhissəlam) zühurunun müjdəsini ver.
Sonra mənə dedi: "Ey Muhəmməd, bu (dediklərim), ayənin təvili idi. Həqiqətən də izzət və cəlal sahibi olan Allah buyurur: "Onun təvilini (həqiqi mənasını, yozumunu) yalnız Allah və elmdə güclü olan kəslər bilir".

Əbül-Həsən Əli ibn Hüseyn ibn Babəveyh Qumi "Əl-imamətu vət-təbsirətu minəl-heyrət (İmamət Heyrətdən aydınlığa)" kitabı (Azərbaycan nəşri)

https://t.me/ehli_beytin_izi

Telegram

Əhli-Beytin(ə) izi ilə

***🤍******🕊*** HƏDİSLƏR QURAN AYƏLƏRİ MƏRSİYƏLƏR MOİZƏLƏR KİTABLAR

عَبْدُ اللَّهِ بْنُ جَعْفَرِ الْحِمْيَرِيُّ، عَنْ أَحْمَدَ بْنِ هِلَالٍ، عَنِ ابْنِ مَحْبُوبٍ، عَنْ أَبِي أَيُّوبَ الْخَزَازِ، وَ الْعَلَاءِ بْنِ رَزِينٍ، …
5 months, 2 weeks ago

الْحِمْيَرِيُّ، عَنِ السِّنْدِيِّ بْنِ مُحَمَّدٍ، عَنِ الْعَلَاءِ بْنِ رَزِينٍ، عَنْ مُحَمَّدِ بْنِ مُسْلِمٍ: عَنْ أَبِي جَعْفَرٍ عَلَيْهِ السَّلَامُ ، قَالَ : لَا تَبْقَى الْأَرْضُ بِغَيْرِ إِمَامٍ ظَاهِرٍ أَوْ بَاطِنٍ.

Muhəmməd ibn Müslim İmam Baqirin (əleyhissəlam) belə buyurduğunu nəql edib: "Yer üzü aşkar və ya batin (gizli) imam olmadan qala bilməz".

"Əl-İmamətu vət-təbsirətu minəl-heyrət" kitabı, səh.30 (Bakı çapı)

https://t.me/ehli_beytin_izi

Telegram

Əhli-Beytin(ə) izi ilə

***🤍******🕊*** HƏDİSLƏR QURAN AYƏLƏRİ MƏRSİYƏLƏR MOİZƏLƏR KİTABLAR

الْحِمْيَرِيُّ، عَنِ السِّنْدِيِّ بْنِ مُحَمَّدٍ، عَنِ الْعَلَاءِ بْنِ رَزِينٍ، عَنْ مُحَمَّدِ بْنِ مُسْلِمٍ: عَنْ أَبِي جَعْفَرٍ عَلَيْهِ السَّلَامُ ، قَالَ …
7 months ago
و عن أبي الحمراء، قال: قال …

و عن أبي الحمراء، قال: قال رسول الله صلى الله عليه و آله: "من أراد أن ينظر إلى آدم في علمه، و إلى نوح في فهمه، و إلى يحيى في زهده، و إلى موسى في بطشه فلينظر إلى عليّ بن أبي طالب عليه السلام"
Əbu Həmra Allah rəsulunun (s) belə buyurduğunu nəql edir: "Kim Adəmə elmində, Nuha dərrakəsində, Yəhyaya zahidliyində, Musaya gücündə baxmaq istəyirsə, Əli ibn Əbu Talibə (ə) baxsın!"

Şeyx Həsən ibn Əbülhəsən Muhəmməd Deyləmi. "Hz Əlinin(ə) fəzilətlərindən incilər"kitabı səh.18 (Azərbaycan dilində tərcümə olunmuş kitabdan)

https://t.me/ehli_beytin_izi

https://whatsapp.com/channel/0029VaD0oxwDp2Q8kBxMFc1m

We recommend to visit

Ədalətli və vicdanlı xəbərlərin ünvanı
Reklam və əməkdaşlıq, məlumat göndərmək, əlaqə yaratmaq üçün instagram @arazaxmadov (direktə)

Last updated 18 hours ago

🖋️ Kitabları sevin, onlardan sizə zərər gəlməz...

📚 PDF kanalımız: @kitabchi
🗣️ İstək və müzakirə qrupumuz: @kitabseverler

💸 Ödənişli reklam qəbul olunur - @HiDearly

Last updated 1 month, 1 week ago

𐍃ᥲᥒκi ɦᥱç δiᴛⲙəsiᥒi isᴛəⲙəɗiyiᥒ ⲙᥙsiqiᥒiᥒ s᧐ᥒ ᥒ᧐ᴛᥣᥲrı ᧐ᥣ göᤁüⲙɗᥱ🪐

¹⁵'⁰¹'²⁰²³🪐

Last updated 1 week, 5 days ago