ŞƏHRİYAR ƏLİYEV

Description
ارکض انت الی الاضواء کی یلاحظوک، اما انا فساذهب الی العتمة کی انیرها
@lovely_religion
Advertising
We recommend to visit

كل شيئ يخص مسلسل بلاحدود موجود ههنا .

المالك ولمُلك لله : @rrFrFFFF

Last updated 1 year, 1 month ago

Gündəlik Bürclər 📆
Xarakter analizi 🗣️
Yüksələn, ay bürcü ⬆️ 🌙
Psixaloji Testlər
Gülməli bürc paylaşımları 😂

Digər kanallar : @cako_chanels

Sahib : Cako ♣️

Last updated 1 day, 15 hours ago

İctimai radio, 90FM dalğasında, hər iş günü, səhər 8:00-10:00’da canlı yayımlanan “Manpası” səhər radio şousunun rəsmi telegram səhifəsi

www.manpasi.az • 0506662021

Last updated 2 months, 1 week ago

2 months, 2 weeks ago

Mən cahan mülkündə, mütləq, doğru halət görmədim,
Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim
Aşinalar ixtilatında sədaqət görmədim,
Biətü iqrarü imanü dəyanət görmədim,
Bivəfadan lacərəm təhsili-hacət görmədim

Xah sultan, xah dərvişü gəda bilittifaq,
Özlərin qılmış giriftari-qəmu dərdü fəraq,
Cifeyi-dünyayədir hər ehtiyacü iştiyaq,
Munca kim, etdim tamaşa, sözlərə asdım qulaq,
Kizbü böhtandan səvayı bir hekayət görmədim

Hər sədavü səs ki, dünyaya dolub əksər əqəl,
Cümlə məkrü alü fənnü fitnədir, cəngü cədəl,
Dirhəmü dinar üçündür hər şeyə yapışsa əl,
Müqtədilərdə itaət, müqtədalərdə əməl,
Bəndələrdə simu bəylərdə ədalət görmədim.

Xəlqi-aləm bir əcəb düstur tutmuş hər zaman,
Hansı qəmli könlü kim, sən edər olsan şadiman,
О sənə, əlbəttə ki, bədguluq eylər, bigüman,
Hər kəsə hər kəs ki, etsə yaxşılıq, olur yaman,
Bulmadım bir dost ki, ondan bir ədavət görmədim.

Alimü cahil, müridü mürşidü şagirdü pir,
Nəfsi-əmmarə əlində sərbəsər olmuş əsir,
Həqqi batil eyləmişlər, işlənir cürmi-kəbir,
Şeyxlər şəyyad, abidlər abusən qəmtərir,
Hiç kəsdə həqqə layiq bir ibadət görmədim.

Hər kişi hər şey ki, sevdi, onu behtər istədi,
Kimi təxti, kimi taci, kimi əfsər istədi.
Padşahlar dəmbədəm təsxiri-kişvər istədi,
Eşqə həm çox kimsə düşdü vəsli–dilbər istədi,
Heç birində aqibət, bir zövqü rahət görmədim.

Mən özüm çox kuzəkarı kimyagər eylədim,
Sikkələndirdim qübari-tirəni zər eylədim,
Qara daşı döndərib yaquti-əhmər eylədim,
Daneyi xərmöhrəni dürrə bərabər eylədim,
Qədrü qiymət istəyib, qeyr əz xəsarət görmədim.

Eyləyən viranə Cəmşidi-Cəmin eyvanını,
Yola salmış, bil ki, bəzmi-işrətin çəndanını,
Kim qalıbdır ki, onun qəm tökməyibdir qanını,
Dönə-dönə imtahan etdim fələk dövranını,
Onda mən bərəkslikdən özgə adət görmədim.

Gün kimi bir şəxsə gündə xeyr versən səd həzar,
Zərrəcə etməz ədayi-şükri-nemət aşikar,
Qalmayıbdır qeyrəti şərmü həya, namusu ar,
Dedilər ki, etibarü etiqad aləmdə var,
Ondan ötrü mən də çox gəzdim, nəhayət, görmədim.

Müxtəsər kim, belə dünyadən gərək etmək həzər,
Ondan ötrü kim, deyildir öz yerində xeyrü şər,
Alilər xaki-məzəllətdə, dənilər mötəbər,
Sahibi-zərdə kərəm yoxdur, kərəm əhlində zər,
İşlənən işlərdə ehkamü ləyaqət görmədim.

Dövlətü iqbalü malın axırın gördüm tamam,
Həşmətü cahü cəlalın axırın gördüm tamam,
Zülfü ruyü xəttü xalın axırın gördüm tamam,
Həmdəmi-sahibcəmalın axırın gördüm tamam,
Başədək bir hüsnü-surət, qəddü qamət görmədim.

Ya imam-əl-insü vəlcinnü şahənşahi-ümur,
Getdi din əldən, bu gündən böylə sən eylə zühur,
Qoyma kim, şeytani-məlun eyləyə imanə zur,
Şöleyi-hüsnünlə bəxş et tazədən dünyayə nur
Kim, şəriət məşəlində istiqamət görmədim.

Baş ağardı, ruzigarım oldu gün-gündən siyah,
Etmədim, səd heyf kim, bir mahi ruxsarə nikah,
Qədr bilməz həmdəm ilə eylədim ömrü təbah,
Vaqifə, ya rəbbəna, oz lütfünü eylə pənah,
Səndən özgə kimsədə lütfü inayət görmədim.

2 months, 2 weeks ago

UNİKAL İNSAN (19)

Allahın adı ilə! Mövzumuz unikal insandır. Bu mövzuya aid bütün bəhslərin istiqamətverici istinadı "Maidə" surəsinin 105-ci ayəsidir:
 يَا أَيُّهَا الَّذِينَ آمَنُوا عَلَيْكُمْ أَنْفُسَكُمْ...
Hz. İbrahimin (ə s) əhvalatını nəql etdik. Bildirildi ki, İbrahim "mən süquta və tənəzzülə uğrayanları sevmirəm"-deyərək bütün insanlara sevgi dərsi verdi. İzah olundu ki, Allahdan başqa heç bir şey əsil məhəbbətə layiq deyil. Çünki, Ondan başqa hər şey və hər kəs afildir-"uful"-a məhkumdur. Əlbəttə ki, Peyğəmbər (s) və Əhli-beytini (ə.s) istisna etdik. O həzəratı Haqq-təalanın izni və əmri ilə sevdiyimizi bildirdik. Əhli-beyt özü də bir kəsi sevirdisə, mərhəmətlilik və fədakarlıq göstərirdisə, bütün bunları Haqq-təalaya xatir edirdilər və Mütəal Allaha olan sevgiləri, onları fədakarlığa sövq etdirirdi.
وَيُطْعِمُونَ الطَّعَام َعَلَىٰ حُبِّهِ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًا إِنَّمَا نُطْعِمُكُمْ لِوَجْهِ اللَّهِ لَا نُرِيدُ مِنْكُمْ جَزَاءً وَلَا شُكُورًا
(İnsan surəsi, 8 və 9-cu ayə). Onlar bu fədakarlığı etdilər. (Yoxsula, yetimə və əsirə yemək verdilər) Məhz Allahı sevdikkərinə görə etdilər. Allah rızasından ötrü yedirdilər. Bu fədakarlıq müqabilində bir mükafat və yaxud təşəkkür tələb etmədilər. Haqq-təala da onları o günün şər və fitnəsindən qorudu; onlara gözəllik və sevinc əta etdi; onları cənnətlə və ipək libaslarla mükafatlandırdı; onlar behiştdə izzət taxtlarına söykənəcək, orada nə günəş, nə də sərt soyuq görməyəcəklər; Behişt ağaclarının kölgələri üstlərinə düşəcək, meyvələri də onların ixtiyarında olacaqdır; gözəl hurilər (saqilər) onların ətrafında gümüş qablar və büllur kuzələrlə gəzib-dolanacaqlar; əhlinə münasib miqdarda olan xam gümüşdən gözəl kuzələr; orada onlar zəncəfil dadı verən şərab da içəcəklər; orada səlsəbil adlanan çeşmə də var; o behiştlərin dövrəsində həmişə gənc xidmətçi oğlanlar olacaq, onları gördükdə səpilmiş inci olduqlarını güman edərsən; o gözəl məskəni müşahidə etdikdə bol nemətli bir aləm və bir mülkü görərsən; behişt əhlinin əyinlərinə yaşıl taftadan və ipəkdən libaslar olacaq, əllərinə gümüş bilərziklər taxılacaq, Allah onlara çox pak bir şərab içirdəcək.
إِنَّ هَٰذَا كَانَ لَكُمْ جَزَاءً وَكَانَ سَعْيُكُمْ مَشْكُورًا
Bu əbədi behişt sizin etdiyiniz əməllərə görə mükafatınızdır. (Haqq-təalanı sevə-sevə itaət etdiyinizə görə) zəhmətiniz qəbul, təqdirəlayiqdir!
Fədəkarlıq əxlaqi keyfiyyətlər arasında ən üstünü sayılır. İnsan Allaha xatir öz yeməyindən, malından, hətta canından keçir. Allah da onu ən gözəl biçimdə mükafatlandırır. Hər halda insanın etdiyi əməl (hətta fədakarlıq olsa belə) onun özünə qayıdır (hətta o fədakarlığı məsum imam etsə belə). Bəli, o həzrət Əmir (ə.s) idi. Təəssüflər olsun ki, çoxları onu tanımadı və tanımır. Həzrət özü buyurub ki;
غدا تعرفوننی (ترون ایامي) و یکشف لکم سرایری
(Nəhcül bəlağə-147-ci xütbə). Sabah (yəni mən dünyamı dəyişəndən sonra) məni tanıyacaqsınız və sirrlərim sizlər üçün kəşf olacaq!!!
Elə də oldu. Camaat Əlini (ə.s) şəhid olandan sonra tanımağa başladılar. Aşağıdakı sözlər, özümün daxilən demək istəyim sözlərdir. Öz təbirimlə, öz ifadələrimi deyirəm (öz hisslərimi dəyişmədən ifadə etməyə çalışıram): "Əli bu dünyanın adamı deyildi. O bu dünyada (dünyəviliyə) ölü kimi idi, sanki şəhvəti, qəzəbi olmayan bir kəs idi, o dünyaya üç təlaq vermişdi, o Allahın dəlisi (divanəsi-aşiq) idi, dəlicəsinə Allaha aşiq idi. Həm mərifəti var idi, həm də o mərifət əsasında addımlayırdı. Məhz Allahı ondan istədiklərini edirdi. Öz gələcəyi, ailə uşaqlarının gələcəyindən zərrə qədər qorxmurdu. Özünü şəhid etdilər. Hər iki balasını (Həsən və Hüseyn .ə.) şəhid etdilər. Evinə hücum çəkdilər. Amma bütün əməlləri Allah eşqinə idi.
Təkcə yetim-yesirə verdiyi yemək deyil, hər işi, hətta ölümü də َعَلَىٰ حُبِّهِ idi. Əli (ə.s) dövrünün لَا أُحِبُّ الْآفِلِينَ deyən İbrihimi idi. O unikal insandır!
وحید دهره
ardı var...

Şəhriyar Əliyev
T.me/lovely_religion

2 months, 2 weeks ago

استاد شعبان عبدالعزیزصیاد🥀بقره

2 months, 2 weeks ago

استاد ابراهیم شعشاعی🥀احزاب

2 months, 2 weeks ago

استاد محمدصدیق منشاوی🥀اعراف
h

3 months ago

Zu-n-Nun Misri — Vikipediya
https://az.wikipedia.org/wiki/Zu-n-Nun_Misri

Wikipedia

Zu-n-Nun Misri

Zu-n-Nun Əbu Faid Savban ibn İbrahim Misri (ərəb. ذو النون المصري‎; 796, Ahmim[d], Misir, Abbasilər xilafəti – 859, Qahirə, Misir, Abbasilər xilafəti və ya Cizə) — Misir sufi alimi.

3 months ago

Serî es-Sakatî - Vikipedi
https://tr.wikipedia.org/wiki/Ser%C3%AE_es-Sakat%C3%AE

Wikipedia

Serî es-Sakatî

Sırrı Sekatî ya da Serî-i Sakati (d. ? - ö. 867), erken dönem mutasavvıflardan ve evliyalardandır. Doğduğu Bağdat'ta ticaretle uğraşırdı ve orada ölmüştür. Maruf Kerhi'den feyiz almıştır. Cüneyd Bağdadi'nin şeyhi ve dayısıdır. Vera ve takvası ile bilinirdi.…

3 months, 1 week ago

Bir ailənin 250 manata ehtiyacı var. Kim yardım etmək istəsə mənim kartıma göndere bilər. Amma mütləq çekini də gönderin.

250 manat toplandı. Hər birinizə təşəkkür edirem. Allah qəbul etsin Allah razı olsun?

We recommend to visit

كل شيئ يخص مسلسل بلاحدود موجود ههنا .

المالك ولمُلك لله : @rrFrFFFF

Last updated 1 year, 1 month ago

Gündəlik Bürclər 📆
Xarakter analizi 🗣️
Yüksələn, ay bürcü ⬆️ 🌙
Psixaloji Testlər
Gülməli bürc paylaşımları 😂

Digər kanallar : @cako_chanels

Sahib : Cako ♣️

Last updated 1 day, 15 hours ago

İctimai radio, 90FM dalğasında, hər iş günü, səhər 8:00-10:00’da canlı yayımlanan “Manpası” səhər radio şousunun rəsmi telegram səhifəsi

www.manpasi.az • 0506662021

Last updated 2 months, 1 week ago