✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 2 months, 1 week ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 4 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 2 months ago
“İnsan yönümlü şəhərlər” layihəsinin təsisçisi Anar Əliyev əvvəlki illərdə bir çox ölkələrdə tətbiq edilən avtomobil mərkəzli şəhər modellərinin özünü doğrultmadığını və piyadanın prioritet olmalı olduğunu bildirir.
“İnsan yönümlü şəhərlər” təşəbbüsünün təsisçisi Anar Əliyevlə Bakının insanın mərkəzdə olduğu şəhərə çevrilməsi üçün atılmalı olan addımlar barədə danışdıq.
Avtomobil sahibləri üçün xoş səslənməsə də, insan mərkəzli şəhər modelində avtomobillər əhəmiyyət baxımından piyada, velosipedçi və ictimai nəqliyyatdan sonra gəlir.
Qonağımız COP29 ərəfəsində görülən işlərin yaxşı bir başlanğıc olduğunu qeyd etsə də, növbəti illərdə bu işləri daha iddialı şəkildə davam etdirməyi təklif edir.
*❗️ Dostlar, bu gün hələ ki naməlum səbəblərə görə YouTube-kanalım bağlanıb.⠀
Bununla bağlı hər hansı bir xəbərdarlıq məktubu almamışam (misal üçün, "şübhəli fəaliyyət", musiqinin icazəsiz istifadəsi və s.).
⠀
Problemlə bağlı Google-un dəstək xidmətinə müraciət etmişəm, lakin qeyd edim ki son iki ildə yüklənən bütün videolarda istifadə olunan musiqi YouTube-un musiqi kolleksiyasına daxil idi və istifadəsinə icazə verilirdi.
⠀
Hesab özü "hack" olunmayıb, iki-mərhələləi təhlükəsizlik ilə qorunur.
⠀
☑️* Kanalın 19,900 izləyicisi var idi.
*❓ Pulsuz ictimai nəqliyyat - yaxşı ideyadır yoxsa pis?⠀
?? Serbiyanın paytaxtı Belqradda ictimai nəqliyyat tamamilə pulsuz oldu. İlk baxışdan bu, çox əla bir ideya kimi görünə bilər. Hər kəs maşını evdə qoyub ictimai nəqliyyatdan istifadə edəcək, tıxac olmayacaq.
⠀
? Lakin bu təşəbbüsün arxasında bir sıra problemlər görsənir:
⠀
? Pulsuz heçnə olmur. Bu gediş haqqları olmayacaq deyə, daşıyıcılar şəhər büdcəsindən daha çox subsidiya alacaq. Bu da faktiki olaraq vətəndaşların vergiləridir.
⠀
? Pulsuz ictimai nəqliyyatdan onun sui istifadəsinə gətirib çıxaracaq. İnsanlar 10-15 dəqiqə piyada gəzməkdənsə, avtobus və tramvaya minəcək (Belqradda metro yoxdur). Bu da daha çox sıxlığa səbəb olacaq. Veloicarələrin gəlirləri də azalacaq.
⠀
? İstismar xərcləri artacaq, nəqliyyat vasitələrinin qulluğuna daha çox xərc lazım olacaq.
⠀
? Faktiki olaraq, statistikanı aparmaq mümkün olmayacaq. İctimai nəqliyyatdan nə qədər insan istifadə edib, nə qədər insan avtobusa/tramvaya daxil olub — bilet vurulmayacaqsa, bu məlumat necə toplanacaq? Xəbərlərdə bu açıqlanmır. Statistika olmayanda isə idarəetmə çətinləşir.
⠀
? Pulsuz ictimai nəqliyyat dünyada geniş yayılmış təcrübə deyil. Vaxtilə Tallində tətbiq etdilər ki (yerli sakinlər üçün), tıxaclar azalsın, lakin indiyədək ortada konkret araşdırma və sübut yoxdur ki, bu həqiqətən düzgün addım idi.
⠀
☑️* Məsləhət vermək kimi çıxmasın, amma Belqrad tıxaclardan qurtulmaq istəyirsə, digər üsullarla avtomobil istifadəsini destimulasiya etməlidir.
?? Belqradda olanda ən çox gözümə dəyən problem — səkilərin kütləvi şəkildə parkinqə çevrilməsi oldu. Çox yerdə piyada gəzmək narahatdır. Bəli, müasir tramvaylar hərəkət edir, küçələrdə urbanistik islahatlar keçirilir, lakin inkişaf ediləsi məqam çoxdur.
⠀
✅ İctimai nəqliyyatı isə əlçatan etmək istəyiriksə, bunun üçün güzəştli tariflər tətbiq olunmalıdır.
⠀
? Baxaq görək, Belqradda bu addım hansı nəticələr verəcək, lakin bunu qətiyən Bakı üçün nümunə götürmək olmaz.
*⬆️ Mövzunun davamı olaraq faydalı bir kitab paylaşıram sizinlə.
⠀
? Bəlkə nə vaxtsa öz şəhərinizdə velosiped zolaqları təşkil edəsi olsanız, öz küçəniz üçün velozolaq layihə verməli oldunuz, və yaxud sadəcə urbanistika sayəsində maariflənmək istəyirsinizsə, NACTO-nun velozolaqların təşkilinə dair bu "Urban Bikeway Design Guide" faydalı olar.
⠀
? PDF formatında urbanistikaya dair digər kitablarım çoxdur. Maraqlı gəlsə, şərhlərdə yazın və ?* reaksiyaları atın, vaxtaşıırı olaraq burada paylaşacam.
⠀
#kitablar
*?? Tramp yeni tıxacların səbəbkarı olacaq?
⠀
? Dünənki çıxışında ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp qeyd etdi ki, hər bir Amerika vətəndaşı ürəyi istəyən avtomobil ala biləcək, neft və yanacaq qiymətləri isə aşağı düşəcək (bunu dolayısıyla vurğuladı).
⠀
? Sirr deyil ki, bu ölkədə avtomobil bir kultdur, şəhərlərin əksəriyyəti isə elə qurulub ki, avtomobilsiz həyat yaşaya bilmərsən. Nəticə olaraq, məsafələr çox böyük, parkinqlərlə verilmiş böyük kvartallar, piyada infrastrukturu bərbad, ictimai nəqliyyat və dəmiryolunun zəif inkişafı, kilometrlərlə ölçülən tıxaclar, səs və ekoloji kirliyi...
⠀
?Qısa bir fakt: ABŞ-da avtomobilləşmə səviyyəsi 91,7% təşkil edir. Müqayisə üçün Azərbaycanda bu rəqəm 17%-dir. İndi isə D.Tramp deyir ki, biz avtomobilləri daha da əlçatan edəcəyik. İndi buna hər hansı bir dövlət investisiya ayıracaq yoxsa yox — bu açıqlanmır.
⠀
❗️ Amma başqa bir maraqlı rəqəm var. Hər il tıxaclar ABŞ iqtisadiyyatına 166 milyard dollar ziyan vurur.
⠀
? Təbii ki, Amerikada hər bir ştatın öz büdcəsi var, nəqliyyat sahəsində qərarları özü verə bilir, lakin ABŞ tıxaclardan qurtulmaq istəyirsə, heç olmasa bir az da olsa alternativ istiqamətdə düşünməlidir. Hətta siyasi çıxışlar səviyyəsində bunu hərdən vurğulamaq lazımdır. Avtomobil kultunu yeritməklə isə sadəcə daha çox avtomobil istifadəsini və daha da bərbad tıxaclara gətirib çıxaracaq.
⠀
*? Fotoda: Los Ancelesdə 7-zolaqlı yolda müşahidə olunan tıxac.
*? Neftçilər prospektindəki piyada və velokeçidinin faydası.*
? Əvvəl avtomobil hərəkətini nizamlayan işıqfor indi şəhəri piyada və velosipedçilər üçün daha əlçatan etdi.
*?️ Baş plan — bir il keçdi, nə dəyişdi?
⠀
Bakı şəhərinin baş planın təsdiqindən düz bir il keçir. Bu bir il ərzində şəhərdə bəzi dəyişikliklər görsə də, perspektivimiz tam məlum deyil.
⠀
Bu sənədi ətraflı təhlil edən şəhərsalma üzrə memar Dilqəm İsmayılov öz fikirlərini, təkliflərini və xarici təcrübəni növbəti podkastımızda paylaşdı.
⠀
➡️* https://youtu.be/bOXnb9uPhOM
⠀
#podkast
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 2 months, 1 week ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 4 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 2 months ago