Ədalətli və vicdanlı xəbərlərin ünvanı
Reklam və əməkdaşlıq, məlumat göndərmək, əlaqə yaratmaq üçün instagram @arazaxmadov (direktə)
Last updated 1 day, 19 hours ago
?️ Kitabları sevin, onlardan sizə zərər gəlməz...
? PDF kanalımız: @kitabchi
?️ İstək və müzakirə qrupumuz: @kitabseverler
? Ödənişli reklam qəbul olunur - @HiDearly
Last updated 2 months, 4 weeks ago
Lamarkın təkamül nəzəriyyəsi - Lamarkizm - Məqalə #23
Babalar və qaqalar diyarı
Əvvəl biri desəydi ki, vaxt gələcək hər şey o qədər inkişaf edəcək ki, uşaqlar 15 yaşında baba ola biləcək, kimsə inanmazdı, gülərdilər. On beş yaşlı baba olar?
Niyə olmur ki, 50 yaşlı babalar qaqa olandan bu da oldu.
Xalqımızı "Lenin baba çox yaşa!" şüarı öldürdü. İndi özümüzü küllərimizdən yaratmağa çalışırıq. Bəs yaratmaq Allaha məxsusdur axı? Sovet ideologiyasından sonra artıq bu belə deyil. Çünki Lenin baba göyə çıxandan heç Allah baba da bizim üzümüzə-sözümüzə baxmır.
Leninin şalbanını hamı çiyinlərdən atıb,
Çoxunun yox xəbəri, bizdədi şalban, gedirik.
Raman: Hara gedirik belə?
Xalqın cavabı: Çərə belə, çora belə, sənə nə var hara belə, özümə baba axtarıram.
İndi bu hansı babadı? Yaradan baba, dağıdan baba, yoxsa şair baba?
Gənclərin xətrinə dəyməsin deyə bir də variantlara daxil etmədiyim "Çaxır baba" var.
Çaxır siqaret çəkir, xalq da Çaxırı.
Əvvəl qocalar baba olardı, indi qaqalar baba olur. Əvvəlkilər Leninə baba deyirdi, indikilər də Çaxıra baba deyir. Baba həmin babadı, yol həmin yol deyil!
Pullu axirət
Kim deyir ki, pul insanın axirətinə təsir eləmir? Şəriətdə ölünün qəbri üstə avazla və düzgün qiraətlə Quran oxumaq tövsiyə olunur. Çünki bu onun axirət həyatında günahlarının yüngülləşməsinə və qəbir əzabının rahatlaşmasına təsir edir. Pulun çox olsa, öləndə cəsədini tanınmış, savadlı axundlar götürüb başın üzərinə yaxşı-yaxşı "Yasin" oxuyar, amma kasıbı isə savadsız, Quranı düzgün oxuya bilməyən biri dəfn edir. Ölünün axirəti üçün ehsan vermək önəmlidir. Pulu olan adamın yasında daha çox adam, daha gözəl ehsan yeyib, daha çox rəhmət oxuyur, amma kasıbın yasında isə çox vaxt 20-30 nəfər olur, o da axşama kimi ac-susuz qalıb, gedəndə də "goruna lənət" deyib gedirlər. Ona görə də pul bütün qapıları açdığı kimi cənnətin də qapısın aça bilir. Əgər cənnətdə yaxşı yer istəyirsənsə, mütləq pulun olmalıdır! Buna görə də zəhmət çəkib işləyin və qazanın, yoxsa cənnətdə də heç sizi sayan olmaz.
Ps: Sadəcə ironiyadır...
Müəllif: Raman İsmayılov
Ədalətli və vicdanlı xəbərlərin ünvanı
Reklam və əməkdaşlıq, məlumat göndərmək, əlaqə yaratmaq üçün instagram @arazaxmadov (direktə)
Last updated 1 day, 19 hours ago
?️ Kitabları sevin, onlardan sizə zərər gəlməz...
? PDF kanalımız: @kitabchi
?️ İstək və müzakirə qrupumuz: @kitabseverler
? Ödənişli reklam qəbul olunur - @HiDearly
Last updated 2 months, 4 weeks ago