✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 4 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago
Builki Venesiya Film Festivalının proqramını elan ediblər. Pedro Almadovar, Luca Guadagnino, Todd Phillips, Pablo Larrain kimi artıq hər kəs tərəfindən tanınan rejissorların filmləri əsas yarışmadadır. Keçən dəfə Jokerə əsas mükafatı vermişdilər, bu il də…
Qazaxıstanda keçiriləcək MDB ölkələri Kinotənqidçilərinin 3-cü forumunda iştirak edəcəm bu il. Mənimlə birgə Aygün Aslanlı və Aliyə Dadaşova da orada olacaqlar, hətta onlar Azərbaycan kinosu ilə bağlı mühazirə də deyəcəklər. Bayaq öyrəndim ki, "Tammetrajlı debüt filmləri" bölməsində jüri olacam. Günün sürprizi.
Digər sosial şəbəkə hesablarımda hər gün videolar paylaşıram. Bu videolar içində "qalıcı" olsun deyə "Dünya kinosundan 100 film" seriyasına başlamışam. Hər dəfə müxtəli on illiklərdən 5 film tövsiyə edirəm. Əslində, bu videolar az izlənir və kanallara ziyandır. Ancaq bunu bilsəm də, davam etməyi düşünürəm. Çünki bircə nəfərə də fərqli perspektiv qazandıra bilsəm, uğurdur. Keçən dəfə bir nəfər mənə yazmışdı ki, sizin videonuzdan sonra Rumın Yeni Dalğası ilə maraqlanıb sevmişdim. Belə şeylərin dəyəri misilsizdir. Mən özüm də 17-18 yaşımda, təzə-təzə filmləri öyrənməyə başlayanda Sevda Sultanovanın Kulisdə çıxan "Baxılası 50 film" xeyli bəhrələnmişdim. Rejissorları tanıyır, araşdırırdım. Bir də "Film Fiction"ın əməyi böyük idi. Onlar da arthaus kinonu tanıtmaq üçün misilsiz xidmətlər göstəriblər. Buradan bir daha təşəkkür edirəm. ?
Kulis.az
Dünyanın ən yaxşı 50 filmi - SİYAHI
Dünyanın ən yaxşı 50 filmi - SİYAHI
Fəridlə (@cpkfm) birgə hazırladığımız "Axşambazarı" iqtisadi bülleteninin üçüncü sayı hazırdır! Təəssüflər olsun ki, bu dəfə mən tək bu bülleteni təqdim etməli oluram. Fəridin polis tərəfindən tutulduğu gün axşam elə görüşüb, bülletenin növbəti nömrəsinə dair son qeydləri müzakirə etmək niyyətində idik. Fərid də hazırladığı materialları paylaşmalı idi. Amma alınmadı.. və yalnız indi məlum oldu ki, onu Xətai Rayon Məhkəməsinə aparırlar. İşinə saat 14.00-da baxılacaq.
Bülletenin davamlılığını təmin etmək üçün növbəti nömrəni onsuz hazırlamağa qərar verdim.
Bu sayda nələr var?
- Azərbaycanda ali təhsil müəssisələrinin gəlir və xərcləri (Xəzər Universiteti nümunəsində);
- Çinin Azərbaycana ixracatının artması (istiqamətlər və səbəblər);
- Yaşayış mənzillərin tikintisinə dair icmal (ay ərzində tikintisinə icazə verilmiş yaşayış mənzilləri).
Bülletenlə tanış olmaq üçün Patreon platformasında hesab yaradaraq bizi izləyin!
Daha ətraflı bu link üzrə: https://www.patreon.com/posts/axsambazari-n3-105356326
Patreon
"Axşambazarı" Bülleten N3 | axshambazari
Get more from axshambazari on Patreon
20-26 may tarixləri arasında Bakıda əla mədəni tədbirlər silsiləsi olacaq: II Bakı Müasir Musiqi Günləri. Saat 12:00-da vörkşoplar, 16:00-da portretlər, 19:00-da da axşam konsertləri: Stockhausen, Arvo Part, Luigi Nono, Xəyyam Mirzəzadə, Səid Qəni, Firudin Allahverdi. Hələ qeyd etmədiyim nə qədər ad, nə qədər event var. Necəsə musiqimiz yenə kinomuzu qabaqlayır. Mütləq iştirak etmək lazımdır. Bütün tədbirlər barədə məlumatı linkdən tapa bilərsiniz:
Kannda bu il əsas müsabiqədə jüri olacaq şəxslər açıqlanıb. Əvvəlcədən məlum idi ki, jürinin rəhbəri Greta Gerwig olacaq ("Barbie"nin rejissoru). Jürilər arasında isə Eva Green, Ebru Ceylan, Omar Sy, Lily Gladstone filan var. Əsas qızğın müzakirə yaradan məqam isə Koreedanın da jüridə olmasıdır. İnsanlar haqlı olaraq deyirlər ki, Koreeda olan yerdə, niyə Greta Gerwig jüri rəhbəridir? Koreeda həm Palme D'or udub, həm də daha əvvəl dəfələrlə Kannda əsas yarışmaya seçilib. Gerwigin isə Kannda əsas yarışmaya seçilən film sayı sıfırdır. ? Adamlar öz festivallarına hörmət etmirlər.
P. S Qısametraj yarışmasında Azər Quliyevin "Sanki yoxsan" filmi yarışacaq. Təbrik edirəm və filminin treylerinin yayımlanmağını gözləyirəm. Video hazırlamaq istəyirəm, kadr yoxdur. Burdan türklər demiş yetkililere sesleniyorum, tizer ya treyler paylaşın, video edim. ?
Ramilin danışdığı buraxılışı çoxdan görmüşdüm, ancaq baxmaq imkanım olmamışdı. Ədəbiyyat üçün nəsə etməyə çalışmağını və çalışqanlığını həmişə təqdir etmişəm. Burada da xeyli gözəl söhbətlər edib.
https://youtu.be/ZrfWg427nII?si=xWbXAOgt8pfsIvSf
YouTube
Yazmağa hardan başlayaq? | Hamı yazar ola bilər? | Ramil Əhməd | Söhbətgah
Qonağımız Dr. Ramil Əhmədlə yaradıcı yazarlıqdan danışdıq. Necə yazaq? Yazmağa hardan başlayaq? Bədii ədəbiyyat niyə var və nələrə təkamül olacaq? Bütün bu s...
Kannda əsas müsabiqəyə seçilən filmlər elan oldundu və bu dəfə də Azərbaycandan heç bir film yoxdur. Onsuz yaxın beş ildə də olacaq kimi görünmür. Amma yenə də bir ümidlə baxırsan da. Əsas müsabiqədə od tutub yanır. Jacques Audiard, Ali Abbasi, Karim Ainouz, Andrea Arnold, Crononberg kimi adlar var ki, buralarda tez-tez görürük. Lanthimos, Sorrentino, Sean Baker kimi artıq bütün dünyada özünə auditoriya tapmış müəlliflər də var. Serebrennikovun yeni filmi "Limonov" da yarışmadadır (Əli Novruzov kefdədir). Paul Schrader də Kannda əsas yarışmadadır. Çox əla feysbuk hesabı var, izləməyinizi tövsiyə edirəm. Təbii ki, gözlər isə əsas Coppolanın üzərində olacaq. 120 milyona, öz pulu ilə çəkdiyi "Megalopolis" ilə yarışacaq. Coppola daha əvvəl iki dəfə "Palme D'or" udub, görək üçüncünü ala biləcəkmi. Kağız üzərində xeyli yaxşı line-updır.
Sevda xanımın sözünə qüvvət, keçən dəfə mən də ARKA-nın beynəlxalq əlaqələr şöbəsində işləyən bir əməkdaşını gördüm. Jurnalistikanı bitirsə də, bir otelin pr komandasında işləyirmiş, sonra necəsə ARKA-ya dəvət alıb. Bir tanış deyirdi ki, Semih Kaplanoğlu özü onu dəvət edənlər barəsində "kinodan anlayışları yoxdur" deyib. ? İndi bu ölkədə bir dənə ADMİU məzunu olan, həm də ingiliscə bilən bir adam yoxdur beynəlxalq əlaqələrə gətirəsiniz? Onsuz çətin bir iş də deyil, bir müddət sonra öyrənərsiniz.
P. S Təvazökarlıqdan uzaq da olsa deyim ki, ölkədə kinonun ən çox təbliğini mən edirəm. Hətta kommersiya fəaliyyəti ilə məşğul olan markalara dil töküb inandırıram ki, baxın kino da ciddi bir işdir, videolarım da xeyli izlənir, gəlin sponsor olun. Onlar da sağolsunlar, etimad göstərirlər. O sponsorlu videolar hesabına fəaliyyət davam edə bilir. Görəsən, ARKA bəs daha çox dövlət pulunu xərcləməyinə baxmayaraq, etdiyi təbliğat nə qədər adama çatır? Statistik rəqəmlər mənə çox maraqlıdır. Mən aylıq azı bir milyon auditoriya çata bilirəm. ?
Telegram
Sevdalı kino
Kino ilə ədəbiyyatın “əlaqəsi” Kino Agentliyinin audiovizual təhlil və strateji inkişaf şöbəsinin müdiri Rüfət Qarazadənin “Sinema Radio”ya müsahibəsi Agentliyin yaydığı press-relizlərin məzmunundan fərqlənmədi və o, suallara dolğun cavab verə bilmədi. Cümlələrindən…
Yaza-yaza ağlıma daha bir gözboyama məsələsi gəldi. Keçirilən pitçinqdən sonra Semih Kaplanoğlunu dəvət etdilər və bəh-bəhlə elan etdilər ki, ssenari laborotoriyasıdır bu. Halbuki işin içində olanlar bilir ki, ssenarini inkişaf etdirmək üçün iki həftə çox az müddətdir. Üstəlik bu iki həftədə Kaplanoğlu sırf bir layihə ilə işləməyə yox, bütün layihələrlə tanış olmağa gəlmişdi. Yəni bu sadəcə görüntü üçün edilmiş iş idi. Semih Kaplanoğlu həm də arthaus filmləri ilə tanınıb, adamın ənənəvi ssenarilərlə işləmək bacarığı sual altındadır.
Eşitdiyimə görə bir layihəyə deyib ki, mən bu janrı bilmirəm, mənim tərzim deyil, çox da kömək edə bilməyəcəm. Əslində, Semihlik nəsə yoxdur, hətta o öz peşəkarlığını göstərib bu söhbətlə. Günah ona bu ağır "yükü" yükləyənlərdədir.
Filmləri inkişaf etdirmək üçün ən optimal versiya sırf "Layihə inkişafı" adlı yarışma yaradıb, 150-200 min manat büdcə ayırmaqdır. On layihə seçib, hərəsinə 15-20 min verirsən. Onlar da gedib müxtəlif inkişaf layihələrində iştirak edirlər. Həm layihə tanınmış olur, həm də professionallar layihənin istiqamətini müəyyənləşdirməyə kömək edir.
Məsələn, TorinoLab var, bir layihə üçün 1500 avro pul istəyirlər. Seçilsən, gedib professionallarla ssenari barədə danışırsan, axırda da layihəni təqdim edirsən, xarici prodüserlərin diqqətini çəkmək imkanın olur. Ya da Midpoint Institute adlı təşkilat var. İnkişaf mərhələsində olan, ssenarisi hələ yazılmayan layihələri götürürlər. 800 avro ödəniş etməlisən. İki dəfə onlayn, iki dəfə isə rezidensiyaları olur. Axırda da yenə layihəni təqdim edirsən. Artıq layihəni inkişaf mərhələsindən beynəlxalq auditoriyaya çatdırmış olursan. Bu da layihə yekunlaşanda daha böyük imkanlar, daha yaxşı festivallar deməkdir.
Lap müsabiqə etməsələr də, təqaüdlər ayrıla bilər belə tədbirlərdə iştirak üçün. Bildiyimə görə, mövcud qanunveriliklə bu mümkün deyil. Ona görə də ARKA-da sırf xarici səfərlərin xərclərini qarşılamaq üçün iş gedir. Ümid edirəm, həqiqətən yekunlaşdırarlar. Gənclər də bundan yaxşı istifadə edə bilərlər.
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 4 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago