✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 2 months ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 4 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 2 months ago
"Hz,İmam Cavadın(ə) İlahi elmlərə sahib olması".
♻️İlahi elmlər Hz,İmam Cavada(ə) atasının vasitəsi ilə öyrədilmişdir.O həzrət dünyaya gəldikdə Hz,İmam Rıza(ə) onun beşiyinin yanında əyləşər səhərə qədər onun üçün zikr və münacat edərdi.
Bir gün Hz, İmam Rızaya(ə) dedilər:
"Hər dəfə Hz, İmam Cavadın(ə) beşiyinin yanında zikr oxumağınızın səbəbi nədir?"
🔸İmam Rıza(ə) buyurdu:
📜"Mən zikr və münacat edərək İlahi elmləri ona öyrədirəm".
انما اعزّه بالعلم عزّا
📜"Həqiqətən onun elmi mənim üçün qiymətlidir".
🔰Hz,İmam Cavad(ə) uşaqlıq dövründə İmamət məqamına sahib olduqda,ondan soruşdular.
"Məgər uşaq da İmamət məqamının sahibi ola bilər?"
İmam(ə) buyurdu Allah təala öz müqəddəs kitabında belə buyurur:
وَ آتَیناهُ الْحُكْمَ صَبِیاً
📜"Və Biz ona uşaqlığında hikmət (və ilahi maarifin dərkini və peyğəmbərlik) əta etdik". (Məryəm/12)
✒️Biz Qurani Kərimə müraciət etdikdə bu suala cavab tapa bilərik. Bir şəxs "Elmi lədunni'ə" sahib olsa İlahi qüdrət əsasında mümkündür ki, uşaq vaxtı İmamət və Nübuvvət məqamının sahibi olsun.Bu məqam sahiblərinin vəzifəsi İlahi elmləri cəmiyyətə bəyan etməsidir. Hz,İmam Cavad(ə) bu ayənin təfsirini belə bəyan edir.
الَّذِينَ يَسْتَمِعُونَ الْقَوْلَ فَيَتَّبِعُونَ أَحْسَنَهُ ۚ أُولَٰئِكَ الَّذِينَ هَدَاهُمُ اللَّهُ ۖ وَأُولَٰئِكَ هُمْ أُولُو الْأَلْبَابِ
📜"Sözlərə qulaq asıb onların ən yaxşısına tabe olan kəslərə! Allahın hidayət etdiyi kəslər və əsl ağıl sahibləri onlardır".
Hz,İmam Cavad(ə) buyurdu:
📜"Hər kim bir şəxsin sözünə qulaq asırsa bu o şəxsə itaət etməsi deməkdir.Söz sahibi əgər Allah və onun Peyğəmbəridirsə(s.a) bu halda Allaha ibadət edib onun Peyğəmbərinə(s.a) itaət etmiş olur.Yox əgər batilin sözünə qulaq asırsa bu halda şeytana ibadət etmiş olur".
Hz,İmam Cavadın(ə) bu kəlamı bizə hər şəxsin sözünü qəbul etməməyi və əvvəlcə onu araşdırmağı əmər edir.
✍️Məxsusən dövrümüzdə baş verən hadisələri Allah Rəsulunun(s.a) buyurduğu əsasında Quran və Əhli-beytə istinad edərək qəbul etməyimiz bizim haqın yanında olub batilin qarşısında olma səbəbimizdir.
-------------------
📚Mənbə:
1.Ayətullah Cəvadi Amulinin əxlaq dərsləri.
?"Hz,Fatimənin(ə) baxışında İmamət".
✍️Allah təala Həzrəti Muhəmmədi(s.a) Peyğəmbərliyə seçərək bütün bəşəriyyətin O həzrətə iman gətirməsini əmr etdi. Və hər kim ki, Allah Rəsuluna(s.a) iman gətirsə, onu öz Peyğəmbəri bilib O həzrətin itrəti olan Əhli_beytə(ə) məhəbbət bəsləyib, Peyğəmbərin(s.a) haqq canişinlərini öz İmamı bilməsi ona vacibdir. Allah Rəsulu(s.a) hər bir şəxsin öz zəmanə İmamını tanıması barəsində belə buyurur:
من ماتَ و لم يعرف امام زمانه فقد مات ميتةً جاهلية
?"Kim öz zəmanəsinin imamını tanımadan ölərsə, cahiliyyət ölümü ilə ölmüşdür".¹
Hz,İmam Sadiq(ə) Allah Rəsulunun(s.a) buyurduğu "Cahiliyyət ölümünü" təfsir edərək belə buyurdu:
جاهليّة كفرٍ و نفاقٍ و ضلَال
?"Cahiliyyət ölümündən məqsən küfr, nifaq və zəlalətdir".²
?İmamı tanımaq hər bir zamanda vacibdir.Hətta bir gecə belə İmamı tanımadan yatmaq insanın zəlalətlə ölməsinə səbəbdir.
?Əhli sünnə alimi Fəxri Razi belə deyir;
Allah Rəsulu(s.a) buyurur:
من مات و لم يعرف امام زمانه فليمت ان شاء يهوديا و ان شاء نصرانيا
?"Kim öz zəmanəsinin imamını tanımadan ölərsə, ya Yəhudi ya da Nəsrani kimi ölmüşdür".³ (Müsəlman olaraq ölməmişdir)
.
✒️Şiə və Əhli sünnənin bir çox mənbələrində bu hədis nəql olunmuşdur. Nəticədə bu sual meydana gəlir ki Peyğəmbərin(s.a) itərti Hz,Fatimə(ə) öz cəddinin buyurduqlarını inkar etmişdir!?
?Bu məsələni sizin əqliniz necə qəbul edir!?
✍️Bir halda ki sizin öz Əhli sünnə alimləriniz bir çox yerdə Peyğəmbər(s.a) Əhli beytinin(ə) paklığına və xətadan uzaq olduqlarına şəhadət vermişlər.Bəzi yerlərdə də mübahisədən qaçaraq öz məğlubiyyətlərini izhar etmişlər.Nəticədə Hz, Fatimənin(ə) öz zəmanə İmamını tanımamsı əsassız bir şübhədir.Ən əsasıda Peyğəmbər(s.a) qızının Əbu Bəkrə beyyət etməməsi və ömrünün son anlarında belə onu danışdırmamsı məlum məsələdir.Əgər iddia etsəz ki Hz,Fatimə(ə) Əbu Bəkrə beyyət etmişdir,bəs niyə beyyət edənin evin yandırırsınız!?
?Sizin öz kitablarınız "Səhih Müslim"və "Səhih Buxari" də Peyğəmbər(s.a) qızı Xanım Fatimənin(ə) Əbu Bəkrə qəzəblənməsini belə bəyan edir:
انٍّي اُشهدُ الّله وَ مَلاىِٔكتهُ اَنّكُما
اَسخَطتُمانى وَ ما اَرضَيتُمانى و لَىِٔن الَقِيتُ النَّبِىَّ لَاشكُوَنَّكُمَا
?"Allah və onun Mələklərini şahid tuturam ki siz iki nəfər məni qəzəblədirdiniz.Peyğəmbərə(s.a) sizdən şikayət edəcəyəm".⁴
♻️Hz, Fatimə(ə) ömrünün sonunda belə Əbu Bəkr və Ömərə qəzəbli oldu və heç bir halda onlarla danışamdı. İmamı Həzrəti Əlini(ə) müdafiə etmək üçün öz canından keçrək İmamət yolunda şəhadətə çatdı.
?Salam olsun sənə Peyğəmbərin(s.a) ciyər parəsi.
------------
?Mənbə:
1.Mənaqib Ali Əbitalib c,1 səh,246, Biharul Ənvar c,32 səh,331
2.Üsuli Kafi c,1 səh,377
3.Məcmuğətül Rəsail səh,384
4.İmamət və Siyasət c,1 səh,20,31.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Bağışlayan və mehriban Allahın adı ilə.
?"Hz,Fatimə(ə) Quranın bənzəridir".
▫️Hz,Fatimənin(ə) mübarək vücudu Quranla bərabərdir.Çünki Quranda elə bir həqiqət yoxdur ki Hz, Fatimə(ə) bilməsin və Hz,Fatimənin(ə) elə bir əməli, rəftarı yoxdur ki Quran onu deməmiş olsun.Nəticədə Hz, Fatimə(ə) bütün vücudu ilə Quranın bənzəridir.
▫️Əgər bir şəxsin vücudu İncilin bənzəridirsə və hal_hazırda bütün aləmi özünə cəzb edibsə,bu məsihiyyətin Hz,Məryəmi(ə) aləmə tanıtdırmasından ibarətdir.Amma biz hələ də o göz yaşlarında qalmışıq.
Əza məclisləri qurub göz yaşı tökmək bizim milli və mənəvi dəyərlərimizdir. Əlbəttə böyük səvabı vardır.Amma bu məclislərdə bizim ən mühüm vəzifəmiz Əhli_beyti(ə) bütün insanlara tanıtmaqdır.Bu mühüm vəzifəni də bizə Allah Rəsulu(s.a) buyurumuşdur:
یا اَیُّها النّاسُ اِنّى قَدْ تَرَکْتُ فِیکُمْ ما
اَخَذتُمْ بِهِ کِتابَ اللهِ وَ عِترَتِى، اَهْلَبَیْتِى
?"Ey camaat! Mən sizin aranızda iki əmanət qoyuram. Əgər onlardan yapışsanız (onlara sarılsanız), heç vaxt zəlalətə düşməzsiniz. (O iki əmanət) Allahın kitabı və Əhli-beytimdir!"¹
✍️Allah Rəsulu(s.a) Quran və İtrətini(Əhli beyt) birgə zikr edərək bu iki əmanətin bir birindən ayrı olmadığını və Qurandan yapışmağın eyni Əhli_beytdən yapışmaq olduğunu bəyan etmişdir.Allah Rəsulunun(s.a) itrəti olan Hz,Fatimə(ə) heç bir halda Qurandan ayrı düşməmiş və Quran da daim onunla olmuşdur.
-----------------
?Mənbə:
1.Səhihi-Termizi", 5-ci cild, səh. 662, "Əhli-beytin fəzilətləri" bölümü, hədis: 3786
2.Fatimə Üsve Bəşər_səh,73
3.Şəriət Ayne Mərifət_səh,144
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Bağışlayan və mehriban Allahın adı ilə.
?"Əhli_beyti tanımağın vacibliyi".
✍️İnsan nəfsinin islahı və səadətə çatmağın ən dəyərli anları cavanlıq vaxtlarıdır.İnsan gərək bu anların qədrin bilsin, çünki cavanlıqda pak olan fitrətinin vasitəsi ilə hidayət yolunu tapa bilər və müxtəlif elmləri, saleh əməl sahiblərini və ilahi rəhbərləri tanımış olar.Bu hidayət yolunda İlahi Rəhbərlərin buyurduqları və əməlləri həqiqətə çatmaq üçün ən doğru vasitədir.Bunun bariz nümunəsi isə Hz,Siddiqə Tahirədədir(s).Çünki yalnız hidayətə qovuşmuş şəxs digərlərini hidayət edə bilər.Əks halda bu mümkün deyildir.Bəşəriyyətin əbədi hidayətə qovuşması Allah Rəsulu(s.a) və onun Əhli_beytinə(ə) məhəbbət bəsləyib, onları özlərinə nümunə qərar verilməsindən ibarətdir. Allah təala bu barədə öz Rəsuluna(s.a) belə buyurur:
ذَٰلِكَ الَّذِي يُبَشِّرُ اللَّهُ عِبَادَهُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ ۗ قُلْ لَا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَىٰ ۗ وَمَنْ يَقْتَرِفْ حَسَنَةً نَزِدْ لَهُ فِيهَا حُسْنًا ۚ إِنَّ اللَّهَ غَفُورٌ شَكُورٌ
?"Bu, Allahın, iman gətirərək yaxşı işlər görmüş bəndələrini müjdələdiyi həmin şeydir. De: «Sizdən bunun (ilahi tapşırıqların çatdırılmasının) müqabilində qohumlarım barəsində (qəlb və əməldə olan) məhəbbətdən başqa bir muzd istəmirəm.» Kim bir yaxşı iş görsə, Biz onun üçün həmin işdə yaxşılıq artırarıq. Həqiqətən Allah bağışlayan və qədirbiləndir".¹
✒️Bəşər əgər dünya və axirət səadətinə nail olmq istəyirsə, Allah Rəsulunun(s.a) Əhli beytini(ə) tanımaqdan və onları özlərinə nümunə qərar veməkdən başqa çarələri yoxdur.Çünki Quran ayələrinin əsasında İsmət və Təharət sahibi olan və Allahın yer üzərində xəlifəsi Peyğəmbər(s.a) və Əhli_beytidir. Bəşəriyyətin bu ilahi rəhbərlərin müqabilində vəzifəsi onlara məhəbbət bəsləyib, itaət etməsidir.Allah təala bu barədə öz müqəddəs kitabında belə buyurur:
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ وَأُولِي الْأَمْرِ مِنْكُمْ
?"Ey iman gətirənlər, Allaha itaət edin, Onun peyğəmbərinə və (Peyğəmbərin məsum canişinləri olan) öz əmr sahiblərinizə tabe olun".²
? Bir çox ayə və rəvayətlər əsasında Peyğəmbər(s.a) qızı Xanım Zəhranın(s) bütün bəşəriyyətə nümunə olması aşkar bir məsələdir.Aişə Hz,Zəhranın(ə) bir çox cəhətdən atası Rəsuləllaha(s.a) oxşamasını belə bəyan edir:
?"Simada, danışıqda, rəftarda, oturub və durmaqda Peyğəmbərə(s.a) Fatimdən(s) başqa oxşayan görmədim".³
?Sonra Aişə belə dedi:
?"Peyğəmbərdən(s.a) başqa Fatimə(ə) qədər doğru danışanı görmədim".⁴
♻️Biz həqiqətən Peyğəmbər(s.a) qızının məqamını dərk etməkdə acizik.Bəşəriyyətin vəzifəsi ismət sahibi olan Əhli_beytin(ə) həqqaniyyətini əql vasitəsilə qəbul etməsidir.
-------------------
?Mənbə:
1.Şura surəsi Ayə/ 23.
2.Nisa surəsi Ayə/59.
3.Sünəni Termizi c,5 səh,361
4.Mənaqib Ali Əbi Talib c,3 səh,341
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 2 months ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 4 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 2 months ago