İranian Revolution

Description
İslam İnqilabı
Advertising
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 1 week ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 1 year ago

1 Woche, 3 Tage her

Allahın adı ilə

Biz məzlumun dəstəklənməsində onun hansı dində olmasına baxmırıq. İmamın (r.ə) xətti bu idi. İmam (r.ə) Livanda şiə müqavimətinə necə münasibət göstərirdisə, Fələstində sünni müqavimətinə eyni münasibəti nümayiş etdirirdi. Arada heç bir fərq qoyulmurdu. Biz Livandakı qardaşlarımızı necə dəstəkləyiriksə, Qəzzədəki qardaşlarımıza da eləcə dəstək veririk. Livandakılar şiədir, Fələstindəkilər sünnidir. Amma biz fərq qoymuruq. Biz İslam kimliyinin, məzlumların, Fələstinin müdafiəsinə qalxmışıq. Bu gün regiondakı məsələlər arasında Fələstin məsələsi prioritet təşkil edir. Bu əsas mövzudur. Düşmənçilikdə də beləcə fərq qoymuruq. Dünya imperializminin əlaltısı olan şah Məhəmməd Rza Pəhləvi şiə idi. Amma İmam (r.ə) onunla da sünni Səddam Hüseynlə necə mübarizə aparırdısa eləcə mübarizə aparırdı. Əslində nə Məhəmməd Rza şiə idi, nə də Səddam sünni idi. Hər ikisi dinə biganə idi, zahirdə özlərini şiə və sünni kimi göstərirdilər. İmam onların ikisi ilə də eyni şəkildə mübarizə aparırdı. Çünki bizim prinsipimiz İslamdır. Əmirəlmöminin (ə) buyurduğu kimi, zalımla düşmən, məzlumla dost ol. Bu İslamın göstərişidir, bu bizim yolumuzdur, bu bizim xəttimizdir.

Ayətullah Xamenei (həfizəhullah)

Düşmən nüfuzu kitabından.

https://t.me/iranian_revolution_1979

1 Woche, 4 Tage her

Allahın adı ilə

Bu gün regionda ixtilaf üzərində gərgin vəziyyət yaradırlar. Bu ixtilafları aradan qaldırmağa çalışmaq lazımdır. Açıq və ümumi şəkildə bildiririk ki, biz məntəqənin bütün müsəlman dövlətlərinə dostluq üçün əl uzadırıq. Müsəlman dövlətlərlə heç bir problemimiz yoxdur. Əksər qonşularla dost-qardaş münasibətindəyik. Şimalda, cənubda, qərbdə, şərqdə olan ölkələrlə normal münasibətlərimiz var. Əlbəttə ki, müəyyən ixtilaflar da mövcuddur. Bəziləri inadkarlıq edir. Bizim tərəfimizdən dostluq əli uzadılıb. Xüsusi ilə millətlərlə dostluq münasibəti qurmaq əzmindəyik. Ölkəmizin bütün xalqlarla münasibəti dostluq münasibətidir. Təbii ki, etiqadımızın əsasları var. Etiqad əsasları qorunmalıdır. İmam Xomeyni (r.ə) prinsiplərə bağlılıq gücü ilə inqilabı qələbəyə çatdırdı. Bu prinsiplərdən biri Fəth surəsinin 29-cu ayəsində buyurulan prinsipdir: "Kafirlərə qarşı sərt, öz aralarında mehribandırlar!" Bizim düşmənlə, imperializmlə dostluğumuz ola bilməz. Əksinə, müsəlman qardaşlarımızla düşmənçilik və ədavətdən uzağıq. Məqsədimiz dostluq və qardaşlıqdır.Çünki kafirlərlə sərt,öz aralarında mehriban olmaq prinsipinə etiqadlıyıq.

Ayətullah Xamenei (həfizəhullah)

Düşmən nüfuzu kitabından.

https://t.me/iranian_revolution_1979

1 Woche, 5 Tage her
Allahın adı ilə

Allahın adı ilə

"Düşmənin nifrətini qəlbinizdən çıxarmayın!"

Düşmənin nifrəti qəlbinizdən çıxmamalıdır. Düşmənə qarşı ürəyinizdə kin və nifrətin azaldığını hiss etsəniz, bilin ki, bu bir təhlükə əlamətidir, gərək imanın tənəzzül halında olduğunu anlayasınız. Bu eynilə Allah bəndələrinə olan məhəbbət kimidir. Bu məhəbbət günbəgün güclü və köklü olmalıdır. Əgər şeytana kin və ədavət bəsləməsəniz, o gəlib sizin Allaha doğru yolunuzda sədd qurar. Bunu isə daha düzəltmək mümkün olmaz. Buna görə, bu hadisənin özünə, təhlilinə və onu törədən rüsvayçılara kiçikli- böyüklü bütün xalq nifrət və kin bəsləməli, bunu bir-birinə tövsiyə etməlidir.

Ayətullah Xamenei (həfizəhulla)

Amerika kitabından.

https://t.me/iranian_revolution_1979

2 Wochen, 2 Tage her

Telegramın ən gözəl elmi və dini kanalları ilə qarşınızdayıq. Adlarını qeyd etdiyimiz və etmədiyimiz bir çox kanala abunə ola bilərsiniz.

@toplu_admini

2 Wochen, 3 Tage her

Telegramın ən böyük və ən faydalı elmi, dini, xəbər, motivasiya kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla qeyd etdiyimiz kanallara abunə ola bilərsiniz.

@toplu_admini

2 Wochen, 3 Tage her

📌 Aşağıdakılardan seçim edib yeni tədris ilində imtahanlarınıza pulsuz hazırlaşmaq üçün ən faydalı kanallara nəzər yetirə bilərsiz 👇

@toplu_admini

3 Wochen, 3 Tage her
Bismilləhir-Rahmənir-Rahim

Bismilləhir-Rahmənir-Rahim

Mücahid qardaş və bacılarıma xitabən:

Ey, bu aləmdə yaşayan mücahid bacı və qardaşlarım!
Ey, başlarını Allah yanında sərmayə qoyanlar!
Ey, canlarını götürüb eşq bazarına, eşq müqabilində dəyişməyə gələnlər!
Diqqət edin, İslam Cümhuriyyəti - İslamın və şiə məktəbinin mərkəzidir. Bu gün Hüseyn ibn Əlinin (ə) qərargahıdır. Bilin ki, İslam Cümhuriyyəti hərəmdir və bu hərəm salamat qalarsa, digər hərəmlər də toxunulmaz qalar. Əgər düşmən bu hərəmi məhv edərsə, heç bir hərəm qalmayacaqdır. Nə İbrahimi, nə Muhəmmədi hərəmlər qalmayacaq.

Şəhid Hacı Qasim Süleymaninin vəsiyyətnaməsi

https://t.me/iranian_revolution_1979

3 Wochen, 4 Tage her
Allahın adı ilə

Allahın adı ilə

İdeoloji müharibə silahlı müharibədən təhlükəsiz deyil. Silahlı müharibədə torpaqlar, ideoloji müharibədə mənəviyyat hədəfə alınır. İdeoloji müharibənin hədəfi cəmiyyətin imanı, inancı, əzm və iradəsi, prinsipləridir. Bu müharibədə düşmən etiqadları alt-üst etmək istəyir. Onlar bir cəmiyyətin sütunu olan etiqadları dağıtmaqla cəmiyyəti əsarətə almağa çalışırlar.

Ayətullah Xamenei (həfizəhullah)

Xibrə Məclisi üzvləri ilə görüş, 1999

https://t.me/iranian_revolution_1979

3 Wochen, 5 Tage her

Mərhəmətli və Rəhimli olan Allahın adı ilə

İmam Xomeyninin (r.ə) böyüklüyünün xaricilər tərəfindən etirafı

İmamın şəxsiyyəti nəinki dostlarını, hətta onun və İslam inqilabının düşmənlərini də belə İmamın valehedici xüsusiyyətlərindən söz açmağa vadar edirdi:

"الفضل ما شهدت به الاعداء"¹

Hətta böyük dövlətlərin bəzi nümayəndələri də İmamın böyüklüyü qarşısında təslim olaraq aşağıdakıları etiraf etmişlər: "Şübhə yoxdur ki, o, bu əsrdə tarixin böyük şəxslərindən biri idi. Bu gün çox az adam tapmaq olar ki, nəinki İranda, hətta bütün dünyada onun kimi nüfuz və cazibəyə malik olsun və böyük dövlətlərin diqqətini bu qədər özünə cəlb etsin."²

"Ayətullah Xomeyni Qərbi ciddi proqramlaşdırma böhranı ilə üzləşdirdi. O, elə ildırımsürətli qərarlar çıxarırdı ki, siyasətçilər və siyasi analitiklər hər cür fikirləşmə və proqramlaşdırma imkanlarından məhrum olmuşdular.
Heç kəs onun qərarlarını qabaqcadan güman edə bilməzdi. O, dünyada məlum meyarlardan fərqli meyarlarla danışır və iş görürdü. Sanki başqa yerdən ilham alırdı. Ayətullah Xomeyninin Qərblə düşmənçiliyi ilahi təlimlərdən qaynaqlanırdı. O öz düşmənçiliyində də pak və təmiz niyyətə malik idi.³

Müstəmləkəçi İngiltərə dövlətinin ikiyüzillik sözçüsü kimi tanınmış "London tayms" qəzeti İmam haqqında belə yazır: "İmam Xomeyni kütlələri öz kəlamı ilə məftun edən bir şəxs idi. O, adi adamların dilində danışırdı, kasıb və məhrum tərəfdarlarında özünə inam hissi aşılayırdı. Bu hisslər onlara yollarının üstündə dayanan hər kəsi aradan qaldırmağa imkan verirdi. O, camaata göstərdi ki, hətta Amerika kimi güclü dövlətlərin qarşısında dayanıb qorxmamaq olar.⁴

"Herald Tribun" qəzeti də İmam haqqında etiraf edərək yazmışdır. "Ayətullah Xomeyni hayatının son anına kimi İranda İslam cəmiyyəti və İslam hökuməti qurmaq üçün öz arzusuna sadiq qalan yorulmaz inqilabçı idi. Ayətullah Xomeyni qədim ölkəsi üçün nə istəyirdisə, bir an ləngimirdi, o özünə borc bilirdi ki, İranı Qərbdə gördüyü fəsad və tənəzzüldən (geriləmədən) təmizləməli və xalis İslamı millətə qaytarmalıdır."⁵

¹. Fəzilət odur ki, düşmənlər ona şahidlik edib etiraf etsinlər.
². Henri Prakt, İranda Amerika səfirliyinin siyasi və hərbi müşaviri (1972-1978) və bu ölkənin xarici işlər nazirliyində İran kontorunun məsulu (1978-1980) "Hüzur fəsilnaməsi", 1373-cü ilin xordad ayı.
³. Henri Ksincer, 70-ci onillikdə Amerika prezidentinin müşavırı. "Suruş" jurnalı, 20/11/1380.
⁴. Professor Həmid Mövlananın müsahibəsi, "Hüzur fəslnaməsi", №29, payız 1378
⁵. Professor Həmid Mövlananın müsahibəsi, "Hüzur fəslnaməsi", №29, payız 1378

https://t.me/iranian_revolution_1979

1 Monat her
Allahın adı ilə

Allahın adı ilə

Düşünməyin ki, düşmən yalnız silahlı hücumla müdaxilə edir. Qarşı tərəf güclü olduqda hazırki şəraitdə İslam Respublikası kimi iqtidara çatdıqda silahlı təcavüz imkanları məhdudlaşır. Başa düşürlər ki, bu xalqa qalib gələ bilməyəcəklər. Bu zaman müdaxilə üsulunu dəyişirlər, nüfuz yolu seçirlər. Çalışırlar ki, milli münasibətləri qızışdırsınlar, ölkə daxilində problem yaratsınlar.

Ayətullah Xamenei (həfizəhullah)

(İmam Həsən Müctəba (ə) qərargahında bəsic günü, 1991)

https://t.me/iranian_revolution_1979

We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 1 week ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 1 year ago