Ədalətli və vicdanlı xəbərlərin ünvanı
Reklam və əməkdaşlıq, məlumat göndərmək, əlaqə yaratmaq üçün instagram @arazaxmadov (direktə)
Last updated 2 months, 2 weeks ago
?️ Kitabları sevin, onlardan sizə zərər gəlməz...
? PDF kanalımız: @kitabchi
?️ İstək və müzakirə qrupumuz: @kitabseverler
? Ödənişli reklam qəbul olunur - @HiDearly
Last updated 2 months, 1 week ago
Oskar sezonu yaxınlaşır, mənim də baxılası 30-35 film siyahım var deyə, yəqin ki, bu aralar filmlərdən çox yazacam bir az.
Ona görə başa düşək bir-birimizi 😅
Bu filmin isə Oskara aidiyyəti yoxdur, normalda heç haqqında yazmazdım da.
Filmin bir səhnəsi məni məcbur elədi: adətən belə vurhavurlu filmlərdə bankda və s. atışmaya qurban gedən adamların hekayələrini bilmirik. Hər şey baş rolların ətrafında olur. Bu filmdə banka girən quldurların öldürdüyü qadının epizodik hekayəsini isə görürük. Analıq məzuniyyətindən qayıdır, övladını buraxmaq istəmir, kədərlənə-kədərlənə bir təhər evi tərk edir, övladına yaxşı bir gələcək qurmaq üçün avtobusa minib işə gedir və öldürülür.
Əsas hekayə tamam ayrıdır, amma bu detal çox xoşuma gəldi. Belə qanlı səhnələr çoxdur, düzdür, amma filmi də yaxşı hesab etmək olar. Polis janrında baxılası filmlərdəndir.
Balım:
Mel Qibson: 9/10.
Ümumi film: 7/10.
Daha çoxu üçün: @goyushow
Derrik Rouz (Derrick Rose) bir çox basketbol fanatının ürəyində ən böyük "what if”lərdəndir. Cəmi 22 yaşında Milli Basketbol Liqasında ("NBA") MVP (most viable product yox, most valuable player 😅) olmağı bacaran Rouz, təəssüf ki, sonralar zədə səbəbindən eyni səviyyədə qala bilmədi.
"Küləklər şəhəri (Çikaqo) suiqəsdçisi" ləqəbli basketbolçu bu il karyerasını yekunlaşdırdı, amma onu təbii ki nə şəhəri unutdu, nə də "Adidas" firması.
Chikago Bulls komandası Rouzun 1 nömrəli formasını təqaüdə göndərdi, Adidas isə şəhərdə 100.000 güldən ibarət belə gözəl kompozisiya hazırladı.
Sloqan da əla idi: 100.000 flowers, 1 Rose. 🌹
Gördüyünüz başmaqlar qədim Yunanıstanda istifadə edilirdi. Başmağın altına yazılan sözlər "Arxamca gəl" mənasına gəlir. Bu başmağı geyinən bəzi qadınlar torpaqda qeyd edilən cümlənin əksinin alınması ilə özlərinə müştəri axtarırdı.
Daha çoxu üçün: @goyushow
"Sherlock" (2010) serialının "A Study in Pink" epizodunda ölmüş qadının yanında "Rache" yazısını görmək olar. Kriminalist-mütəxəssis bu yazını "qisas" (almanca "rache" sözündən) kimi təhlil edir, amma Şerlok bunu gülünc hesab edib, yazının "Rachel" (qadın adı) olduğunu söyləyir.
Bura qədər hər şey normaldır, maraqlı olan isə budur ki, Artur Konan Doylun orijinal romanında isə müstəntiq "Rache" yazısını gördükdə əvvəlcə "Rachel" olduğunu güman edir, amma əsərdə Holms bu yazının "Rache" olduğunu və qurbanın alman olduğunu bildirir.
Serialda romandakı süjet tam tərsinə işlənilib. ?
Hiromi Kawakaminin “Nakano köhnə əşyalar mağazası" əsərində hadisələr 20-li yaşlarda bir qızın dilindən verilir.
Yazıçı əsərdə maraqlı bir fənddən istifadə edir: belə ki başlarda hər fəsilin ayrı süjet xətti olan bir hekayə olduğunu düşünürsən, daha sonra bu hekayələrdə verilən xırda detalların romanın ana xəttini əmələ gətirdiyini görürsən.
Yapon mədəniyyətindən bir çox məqamın sətiraralarına ustalıqla işlənildiyi əsərdə xaraktercə soyuq, introvert xarakterə malik Hitomi adlı qızın hadisələrə yanaşması, münasibətindən gözləntiləri birinci şəxsin təkində təhkiyə edilir.
Əsəri oxuyarkən heç bir məqamda Hitomini və ya digər personajı mühakimə etmirsən. Murakami, Kavabata və s. nəzərə almasaq, Yapon ədəbiyyatının çox da məşhur olmayan yazıçılarından ilk dəfə idi ki, nəsə oxuyurdum, bəlkə buna görə təcrübəm də azdır, amma əsər mənə yaxşı bir Koreya/Yapon filminə (məs: "Past lives") baxırmış hissi verdi.
Böyük hadisələr baş vermir, həyatın içindən, sadə hekayələr.
Balım: 8/10
Daha çoxu üçün: @goyushow
"Ove adlı adam".
İsveç kinematoqrafiyasından çox duyğusal, real bir hekayə.
Mən ümumən skandinav ədəbiyyatını çox sevirəm, yazıçıların təhkiyə bacarıqları yüksək səviyyədə olur. Bu filmə baxanda da sanki əsər oxuyursan hissi verir.
Həyat yoldaşını yenicə itirmiş, 43 ildir eyni zavodda işləyən Ove işdən çıxarılır, intihar etmək qərarına gəlir. Amma bu məqamda yaşadığı kompleksə yeni qonşular köçür və Ove heç cür intihar edə bilmir.
Balım 8/10.
Ədalətli və vicdanlı xəbərlərin ünvanı
Reklam və əməkdaşlıq, məlumat göndərmək, əlaqə yaratmaq üçün instagram @arazaxmadov (direktə)
Last updated 2 months, 2 weeks ago
?️ Kitabları sevin, onlardan sizə zərər gəlməz...
? PDF kanalımız: @kitabchi
?️ İstək və müzakirə qrupumuz: @kitabseverler
? Ödənişli reklam qəbul olunur - @HiDearly
Last updated 2 months, 1 week ago