Ədalətli və vicdanlı xəbərlərin ünvanı
Reklam və əməkdaşlıq, məlumat göndərmək, əlaqə yaratmaq üçün instagram @arazaxmadov (direktə)
Last updated 1 day, 19 hours ago
?️ Kitabları sevin, onlardan sizə zərər gəlməz...
? PDF kanalımız: @kitabchi
?️ İstək və müzakirə qrupumuz: @kitabseverler
? Ödənişli reklam qəbul olunur - @HiDearly
Last updated 2 months, 4 weeks ago
Quranda gələn kiçik işarələrin mənaları🌷✨
CƏNNƏTƏ DAXİL OLMAĞA MANEƏ OLAN ƏMƏLLƏR.
Peyğəmbərﷺ buyurmuşdur:
"Ümmətimin son hissəsində elə qadınlar olacaq ki, geyinmələrinə baxmayaraq çılpaq kimi görsənəcəklər. Onlar yollarını azmışlar və digərlərini də sapdıracaqlar. Lənət olsun onlara, onlar lənətlənmişlər. Onlar Cənnətə girməyəcək, heç qoxusunu da hiss etməyəcəklər."
Səhih Muslim 2128
●■■●■●■●■
Allah Rəsuluﷺdemişdir:
"Cənnətə içki düşkünü, sehrə inanan və qohumluq əlaqələrini kəsən daxil olmaz."
Buxari 880,
Muslim 846
●■■●■●■●
Abdullah ibn Məsud (radıyallahu anhu)rəvayət edir ki,Rəsulullah ﷺ buyurmuşdur:
«Qəlbində zərrə qədər təkəbbürlük olan kəs cənnətə girməyəcək». Bir kişi soruşdu:"Bir insan paltarının və ayaqqabısının gözəl olmasını xoşlayır", Rəsulullahﷺbuyurdu: «Həqiqətən Allah Gözəldir və gözəlliyi sevir; Təkəbbürlük haqqı inkar etmək və insanları aşağılamaqdır»
Muslim, 91
Tirmizi 1999
●■●■■●■●
Abdullah İbn Məsud (radiyAllahu anhu) nəql edir ki, Rəsulullahﷺ demişdir:
“Üz-gözün döyən, yaxud paltarın yaxasını cıran, yaxud cahiliyyət dövründə deyilən sözlrəri deyən kimsə bizdən deyildir."
(Buxari,1294;
Ayrıca Buxari, Cənaiz, 36,38;
Əbu Davud, 4174;
Səhih Muslim,165).
●■●■●●■●■
Abdullah [ibn Məsud] (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsuluﷺ belə buyurdu:
“Qəlbində xardal dənəsi ağırlığında təkəbbür olan kimsə Cənnətə girməz. Qəlbində xardal dənəsi ağırlığında iman olan kimsə cəhənnəmə girməz.”
İbn Macə 59.Albani səhih demişdir.
■●■■●■●■●
Harisə ibn Vahb (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbərﷺ belə buyurdu:
“Pis əxlaqlı və təkəbbürlü olan kəs Cənnətə girməz.”
Əbu Davud 4801. Albani, sahihul cami 7696.səhih
●■●■●■●■●
Cubeyr ibn Mutim (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbərﷺ belə buyurdu:
“Qohumluq əlaqəsini kəsən Cənnətə girməz.”
Buxari 5984
Muslim 2556
●■●■■●■●■
Abdullah ibn Amr (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbərﷺbelə buyurdu:
“Verdiyini başa qaxan, valideynlərinin üzünə ağ olan və içki düşkünü olan Cənnətə girməz.”
Nəsai 5672. İbn Hibban 3383.Albani,sahihul cami 7676.səhih
●■■●■●■●
Aişə(radiyallahu anhə) buyurmuşdur:
"Hər hansı bir qadın ərindən başqasına övrətini açarsa, Allah onu Qiyamət günündə çılpaq və əlləri önündə olduğu halda həşr (dirildər) edər!."
Albani,Səhih əl-Cəmius- Sağir,2708
■●■●■●■■■
Peyğəmbərﷺdemişdir: “Canım Əlində olan Allaha and olsun ki, əgər borclu olan adam Allah yolunda şəhid olsa, sonra dirilib yenə vuruşub şəhid olsa,sonra dirilib bir daha vuruşub şəhid olsa belə, borcu qaytarılmayınca, Cənnətə girməz!”
Sunən ən-Nəsai, 6237; Musnəd Əhməd 5/289; Səhih əl-Cami, 3600
=========
Peyğəmbərﷺdemişdir: “Birisindən borc alan adam onu qaytarmamaq niyyəti ilə alarsa, Allahın hüzuruna oğru olaraq gələr!”
Səhih İbn Macə,1954; Səhih əl-Cami,2720
●■■●■●■●■
Abdullah ibn Ömər (radiyallahu anhumə) Allah Rəsuluﷺ belə buyurdu:
"Üç şəxs varki Allah qiyamət günü onların üzünə baxmaz; Valideynlərinə asi olan. Özünü kişilərə oxşadan qadın. Dəyyus {ailəsinin qeyrətini çəkməyən}. Üç şəxs də varki cənnətə girməz; Valideynlərinə asi olan. İçki düşkünü olan. Verdiyini başa qaxan."
Nəsai 2561.Albani, silsilə sahiha 674
●■■●■■●■●
Amr bin əl-Əs(radıyallahu anhu)rəvayət edir ki:
"Biz Peyğəmbərləﷺ bu dağın yolunda olarkən o dedi: "Baxın,siz nə görürsüz?" Biz dedik:"Biz qarğalar görürük və onlardan biri qıraqda durub,çünki onun dimdiyi və ayaqları qırmızıdır". Peyğəmbərﷺdedi:"Bu qarğa digər qarğalar arasında nadir olduğu kimi heç bir qadın da başqa qadınlar arasında bu cür olmayana qədər Cənnətə girməyəcək"
Əlbani,Silsilə
Ədalətli və vicdanlı xəbərlərin ünvanı
Reklam və əməkdaşlıq, məlumat göndərmək, əlaqə yaratmaq üçün instagram @arazaxmadov (direktə)
Last updated 1 day, 19 hours ago
?️ Kitabları sevin, onlardan sizə zərər gəlməz...
? PDF kanalımız: @kitabchi
?️ İstək və müzakirə qrupumuz: @kitabseverler
? Ödənişli reklam qəbul olunur - @HiDearly
Last updated 2 months, 4 weeks ago