Həsrət Körpüsü Oxul yayarı 🇦🇿

Description
🇦🇿 @Tebriz_Turan_Qrup

🇦🇿 @Tebriz_Turan
Tags
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )

Last updated 2 months ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 4 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 1 year, 2 months ago

3 weeks, 2 days ago

MƏHƏMMƏD ƏMİN RƏSULZADƏNİN GƏNCLİYƏ XİTABI!

Ey gənclik!

Ey əsrimizin Siyavuşunun böyümüş oğlu!

Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki: — Bir kərə yüksələn bayraq bir daha enməz!
Bunu deyərkən o, bugünkü öksüzanə mənzərəni hesaba almamış deyildi. Bu onun tərəfindən təsəvvür olunmuşdu.

O, sənin o zaman bu bayrağı gənc çiyinlərinə alıb məsumanə bir tərzdə küçə-küçə dolaşaraq: "Irəli, irəli Azərbaycan əsgəri" - deyə əsgər kimi addım atmağını görmüşdü və bu sözü cəsarətlə söyləmişdi.

Əlbəttə ki, sən onun bu ümidini qırmayacaq, bu gün parlament binası üzərindən Azərbaycan türklərinin yanıqlı türkülərinə mövzu olmuş, ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə dikəcək, Böyük Dəmirçinin geri dönüşünü görüncə onun tərəfinə keçəcək, bu yolda ya qazi, ya şəhid olacaqsan.

Lahıc, iyul 1920
"Əsrimizin Siyavuşu" əsəri.

3 weeks, 2 days ago
"Azadlıq cahanşümul bir fikirdir. Bir tək …

"Azadlıq cahanşümul bir fikirdir. Bir tək əsir insan, bir tək əsir millət baqi qaldıqca , dünya həqiqi azadlıq və əmniyyət üzü görə bilməz. 1918 mayısındakı tarixi qərarları ilə azadlıq denən Birləşmiş Millətlər cəbhəsində yer alan Qafqasya millətlərinin müqəddəratları azad millətlərin müqəddəratları ilə bağlanmışdır. Rusiyadan ayrılmanın bir irtica, başqalarından ayrılmanın bir inqilab olduğunu söyləyən sovet diktatoru Stalin ölmüşdür, amma onun iki üzlü sistemi stalinizm hələ ayaqdadır. Bu sistem gün keçdikcə dünya həqiqətləri ilə daha çox qarşılaşmaqda, haq ilə batil, yalanla doğru üz-üzə gəlməkdədir.

Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918 28 mayıs kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz vətəndaşlar!"

Məhəmməd Əmin Rəsulzadənin 1953- cü ildə Azadlıq radiosundakı nitqindən.

3 weeks, 2 days ago
Cümhuriyyət dövrü ən qiymətli fotoşəkillərdən biri.

Cümhuriyyət dövrü ən qiymətli fotoşəkillərdən biri.
Ayaq üstdə soldan birinci Əkbər ağa Şeyxülislamzadə, soldan üçüncü Əhməd bəy Pepinov.
Oturanlar arasında, soldan: Əbdülhəmid Qaytabaşı, M.Rəsulzadə, Osmanlı təmsilçisi Muxtar bəy, X.Xasməhəmmədov, A.Səfikürdski.
1918, iyun ayı. İstanbul konfransı. Azərbaycan və Osmanlı heyəti.

3 months, 1 week ago

❗️Sona Hacıyeva haqqında nə bilirik?

https://t.me/Hesret_yayar/3133

3 months, 1 week ago
Bizim Şah!!

Bizim Şah!!

"Səfəvi şahı (I Abbas) ağlasığmaz dərəcədə ağıllı və fərasətli idi... Abbas Gürcüstana qayıtdıqdan sonra oranın (Gürcüstanın) xarici görünüşünü dəyişdi. Orada qalalar tikib Səfəviləri (Türkmanları) yerləşdirdi. Gürcüstandan səksən mindən çox ailəni köçürüb Hirkanın Mazandaran (Kaspi sahilində yerləşir) şəhərində, İrivanda, Midiyada, Fars əyalətində yerləşdirdi. Onların yerinə müsəlmanları köçürdü. Bu xalqı (gürcüləri) itaətdə saxlamaq xatirinə ciddiyyətinə mülayimlik qatdı.."

Fransız səyyah Jan Şarden
“Parisdən İsfahana Səyahət” Amsterdam 1711-ci il/ Səh.12

3 months, 2 weeks ago

⚔️ Kök həmin kökdür, ruh həmin ruhdur.  Biz elə həmin qızılbaşlarıq!

500 il əvvəlki Azərbaycan cəngavərləri ilə, 2020-ci ildə Qarabağ fatehlərinin bənzərliklərinə fikir verin.

Əsərlərinin çoxunu Səfəvi-Osmanlı müharibələrinə həsr etmiş XV-XVI əsr türk tarixçisi İbrahim Rəhimizadə əsərlərindən birində, 1508-ci ildə I İsmayılın ordusu tərəfindən Bağdad hücumu ilə bağlı şahidlərin təsvirini verir:

“Müqəddəs məkanın (Kərbəla) yaxınlığından ruhlanan qızılbaşlar, dəli kimi divarlara dırmaşırdılar. Silahın onlara heç bir zərəri yox idi: yaralı olsa belə, onlardan biri üç nəfərimizi tikə-tikə doğramağı bacarırdı.

Gövdəsinə qədər çılpaq, vəhşi bir çılğınlıqla döyüşçülərimizin cəsədləri üzərində hirslə irəliləyirdilər. Mən öz gözlərimlə, onlardan birinin düşmənlə döyüşmək üçün iməkləyərkən içalatının necə arxadan süründüyünü gördüm.
İlahi, bir insan bunu edə bilərmi, yoxsa biz bu gün cinlərlə vuruşuruq və qorxu məni bürüdü, çünki qarşımızda onların kiçik bir dəstəsi var idi və mən Allaha dua etdim ki, bizi bu Qızılbaşlardan qurtarsın. Külək isə artıq atların ayaq səsini və yaxınlaşan əsas qüvvələrin canavar uğultusunu gətiridi..."

İndi isə ermənilərin rus KİV-ə danışdığına fikir verin: Azərbaycan əsgərləri “zombi kimi”, “terminator kimi”..

“Bizim D-20 və Qrad haubitsalarımız var idi”, amma mənə elə gəlirdi ki, biz su axını ilə müharibə edirik. Təxminən 400 əsgərlə hücuma keçmişdilər, vurduq, ardınca ikiqat, üçqat güclə gəldilər. Bir ölənin yerini ikisi, üçü tuturdu. Güllə vururduq, sanki ağrı hiss etmirdilər, “zombi” kimi üstümüzə gəlirdilər.

Azərbaycan əsgərləri dəniz dalğası kimi gəlirdi və ikinci dalğa birincidən daha güclü olurdu; onlar çiynindən, hətta sinəsindən yara alırdı, ancaq qanı axa-axa hücum edirdi.

Bizimkilər aparıcı avtomobili ATGM ilə vurdular! Bir neçə santimetr qaçırdıq və pulemyotun arxasındakı atıcı heç reaksiya vermədi - siqaret çəkərək bizə tərəf atəş açırdı. Yaxın döyüşlərdə iştirak edən dostlarım da düşmənin qeyri-insani dözümlüyünü qeyd edirdilər.
“Onlar sanki terminator idi” – deyir ermənilər bizim əsgərlərimiz haqqda.

Azərbaycan əsgəri Şuşada imkansızı edib. Şuşa PUA larsız, tanklarsız, artilleriyasız alınıb.

Xankəndidə olan Le Monde müxbirləri yazır ki, "Şuşadan gətirilən yaralı erməni hərbçilər əsasən tapança və bıçaq yaraları ilə gətirilir."

Rusiya mediası isə yazır:
"Belə döyüş, dövlət, vətən sevgisi görən olubmu, demək çətindir?! Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan, tər içində qalxırdı Azərbaycan ordusu. Nə yaralını, nə şəhidi əldən buraxırdılar. Nəfəs almadan Şuşaya çıxdılar..."

Hərbi ekspert  Aleksey Arestoviç əlavə edir:

"Azərbaycan Şuşanı azad etdi. Piyada döyüşləri ilə, sursatları üstündə daşıya-daşıya, duman altında, pis hava şəraitində dağları yararaq qaytardı".

3 months, 2 weeks ago

Dərs: Qrammatika
Qonu: Cümlə üzvləri haqqında ümumi məlumat
Öyrədici: İlduzə xanım?

https://t.me/Hesret_Korpusu_Qrup
https://t.me/Hesret_yayar/3090

3 months, 2 weeks ago

**927-ci il dekаbr аyının 27-də Kufə şəhərinin qаpılаrı qаrşısındа Sаcоğlu Yusifin ordusu ilə Əbu Tаhir əl-Cənnаbinin qоşunlаrı аrаsındа mühаribə bаşlаmışdı. Sаcоğlu Yusif döyüşün əvvəlində qərmətilər gücünə əhəmiyyət vermədi. Döyüşlər səhərdən bаşlаyаrаq аxşаmа qədər dаvаm etdi. Sаcоğlu Yusifin qоşunlаrı bütün günü оx аtışmаsı ilə qərmətilərə çоx tələfаt versə də, аxşаmа yаxın Sаcоğlu Yusif yаrаlаndı və əsir düşərək Əbu Tаhirin əlinə keçdi. Sаcоğlu Yusif həbs оlunduğu çаdırdаn çıxıb döyüşlərin nə cür getməsini seyr etdiyi zаmаn Əbu Tаhir оnun qаçmаq istədiyini zənn edərək öldürülməsini əmr etdi.
Sаcоğlu Yusifdən sоnrа оnun sоydаşı Sultаn Mаhmud Qəznəvi İslаm dünyаsını pаrçаlаmаğа yönəlmiş qərmətilər hərəkаtını yаtırtdı. 1054 – ci ildə isə indiyə qədər Türk qılıncının kölgəsində yаşаyаn Abbаsilər xilаfəti bir dаhа Türkün - Səlcuqlu sultаnı Tоğrulun kölgəsinə sığınmаq məcburiyyətində qаldı.

Dr.Kərəm Məmmədli**

3 months, 2 weeks ago

??**Nədən Tarix dərsliklərimizdə Azərbaycanı parça-parça bölən xanlıqlara "səxavətlə" bütöv paraqraflar həsr edildiyi halda ...
Yeniyetmələrimizə bu KİŞİ haqqında xəsisliklə cəmi 1-cə səhifə məlumat verilir? NİYƏ?

SACOĞLU YUSİF
Azərbаycаn tаrixinin görkəmli şəxsiyyətlərindən оlаn Sаcоğlu Yusif 884 - cü ildə İslаm dünyаsının müqəddəs şəhəri оlаn Məkkənin vаlisi vəzifəsində çаlışırdı. Qаrdаşı Sаcоğlu Məhəmmədin hаkimiyyəti dövründə Azərbаycаnа gələn Sаcоğlu Yusif оnun vаrisi elаn оlundu. 896 – cı ildə qаrdаşlаrın güclənməsindən istifаdə edən xəlifə Sаcоğlu Yusifi Sаmirə şəhərindəki türk qvаrdiyаsının üsyаnını yаtırtmаq üçün Bаğdаdа dəvət etdi. Lakin Sаcоğlu Yusif öz sоydаşlаrınа qаrşı vuruşmаqdаn imtinа etdi və qаrdаşının ölümündən sоnrа 901- ci ildə Azərbаycаn hökmdаrı оldu.

O, 907 – ci ildə Xilаfətə vergi verməkdən imtinа edərək, оnun fərmаnını cаmааtın аyаqlаrı аltınа аtdı. 908-ci ilin əvvəllərində, Niğ döyüşündə Sаcоğlu Yusif Cənubi Qafqaz xristianlarına “köməyə gəlmiş” Bizаns imperаtоrunun qüvvələrini dаrmаdаğın etdi. 917-ci ildə Sаcоğlu Yusif 7 minlik оrdu ilə xəlifənin göndərdiyi 20 minlik оrdusunu dаmаdаğın etdi. Bu оrduyа bаşçılıq edən Xаqаn əl-Müflihi Bаğdаdа qаçdı. Sаcоğlu Yusif xilаfət оrdusunun əsir tutulаn sərkərdələrini Rey şəhərinə аpаrаrаq оnlаrı xаlq qarşısında rüsvаy etdi. Xаqаn el-Müflihinin dаğılаn qоşun hissələrini yenidən tоplаyаn Munis, Sаcоğlu Yusifə qаrşı döyüşə girdi. Bu döyüş də Sаcоğlu Yusifin qələbəsi ilə bаşа çаtdı. Xilаfət оrdusunа iki dəfə qаlib gəlməsinə bаxmаyаrаq Azərbаycаn hökmdаrı Sаcоğlu Yusif xəlifə Müktədirə məktub yаzаrаq, sülh bаğlаmаğı təklif etdi. Xəlifəyə yаzdığı məktubdа Sаcоğlu Yusif Rey vilаyətinin də Azərbаycаnа verilməsini tələb edir, bu vilаyətdən tоplаnаcаk vergilər hesаbınа Həzrət Əli nəslindən оlаnlаrı sаxlаmаğı öz bоynunа götrəcəyini bildirirdi. Bunа nаil оlа bilməyən Sаcоğlu Yusif, erməni mənbəyinin verdiyi məlumаtа görə «şir kimi nərildəyərək Azərbаycаnın şimаl və qərb sərhədlərinə yeridi». Bаkıyа, оrаdаn dа Dərbəndə gedən Sаcоğlu Yusif ölkəmizin şimаl qаpısını möhkəmləndirdi. О, Dərbənd hаsаrının dəniz sulаrı içərisindəki hissəsini təmir etdirdi.
919-cu ilin iyulundа Ərdəbil yаxınlığındаki döyüşdə Munisin bаşçılıq etdiyi xilаfət оrdusu Sаcоğlu Yusifi məğlub edərək əsir tutdu. Lаkin bu heç də Azərbаycаnın yenidən xilаfət tərkibinə qаtılmаsı demək deyildi. Hаkimiyyəti ələ keçirən Sаcоğlu Yusifin silаhdаşı Subuk əl-Fаrikinin bаşçılığı аltındа Azərbаycаnı işğаl etməyə gələn xilаfət оrdusunu geri оturtdu və xəlifədən Sаcоğlu Yusifin аzаdlığа burаxılmаsını tələb etdi. Vаxtı ilə Sаcоğlu Yusifi əsir tutmuş Munis özü xəlifədən оnun аzаdlığа burаxılmаsını xаhiş etdi. İbn Miskаveyhin yаzdığınа görə Sаcоğlu Yusifin şərəfinə sаrаydа böyük ziyаfət və təntənəli qəbul təşkil edən xəlifə оnu Azərbаycаn hökmdаrı kimi tаnımаğа, Rey vilаyətini оnа verməyə məcbur оldu. Əhməd Kəsrəvi Təbrizi, Sаcоğlu Yusif hаqqındа qeyd edir ki , « Sаcоğlu Yusif Azərbаycаnın böyük və qüvvətli hökmdаrlаrındаn biri оlmuşdur». Sаcоğlu Yusif eyni zаmаndа şer də yаzırdı. Оnun xəlifənin zindаnındа оlduğu zаmаn yаzdığı şerlərindən bəzi pаrçаlаr qаlmışdır. Sаcоğlu Yusif bu beytlərdə ölümdən qоrxmаdığını göstərir. О, dəfələrlə yаxşılıq etdiyi аdаmlаrın оnа pis əməllərlə cаvаb verdiklərindən şikаyətlenir. Sаcоğlu Yusifin Azərbаycаndа müstəqil оlmаsı Bаğdаddа xəlifə sаrаyını təşvişə sаlırdı. 926-cı ildə xəlifə Müqtədir vəziri əl-Xаsibiyə əmr etmişdi ki, Sаcоğlu Yusifi Azərbаycаndаn Bаğdаdа çаğırsın və qərmətilərlə mühаribəyə göndərsin. Аzərbаycаnın hаkiminin xəlifənin bu göstərişini qəbul etməsinin müəyyən səbəbləri vаr idi. Sаcоğlu Yusif qərmətilər üzərində qələbə çаldıqdаn sоnrа Bаğdаdа xəlifə üzərinə hücüm etməyi qərаrа аlmış və bu məqsədlə də qərmətilər üzərinə hücum etməyi qəbul etmişdi. Sаcоğlu Yusifin Bаğdаdа yаxınlаşmаsı sаrаydа nаrаzılığа səbəb оlduğunа görə, о, Bаğdаdа çаtmаmış təcili оlаrаq Ваsit şəhərinə göndərildi. Sаcоğlu Yusif öz qоşunlаrı ilə Bəhreyində qərmətilərin bаşçısı Əbu Tаhir Cənnаbinin üzərinə hücum etməli idi.**

3 months, 3 weeks ago

Dünya xalqlarından heç biri öz şöhrət və möhtəşəmliyi ilə Türklərdən (tatarlardan) üstün olmamışdır. Bu xalq bəşəriyyətin əsil ağasıdır : o biri xalqlar sanki bu xalqa xidmət üçün yaradılmışlar. Onlar eyni dərəcədə həm imperatorluqlar quran, həm də imperatorluqları çökdürəndirlər ; bütün vaxtlarda bu xalq dünyaya öz qüdrətini göstərmiş, hər zaman o biri xalqlar üzərində qamçı olmuşlar.
Türklər (tatarlar) iki dəfə Çini fəth etmişlər və hələ də onu itaətdə saxlayırlar (1644-cü ildən Çində hökmranlıq edən mancurlar nəzərdə tutulur). Onlar Böyük Moğol imperatorluğuna (1526-1858-ci illərdə Hindistan yarımadasının böyük bir hissəsini əhatə edirdi) daxil olan geniş ərazilərdə hökmranlıq edirlər. Onlar Farsistanın ağalarıdır, Kiri və Giştaspın taxtında otururlar (XI əsrdən 1925-ci ilə qədər indiki İran İslam Respublikası ərazisinin böyük bir hissəsini əhatə edən ərazilərdə hökmranlıq edən Səlcuqlular, Azərbaycan Atabəyləri, Baharlı, Bayandurlu, Səfəvilər, Əfşarlar, Qacarlar Türk sülalələri nəzərdə tutulur ). Onlar Moskvanı tabe etmişdilər (Qızıl Ordu dövləti).Osmanlı türkü adı ilə onlar Avropa, Asiya və Afrikada geniş fəthlər apararaq, dünyanın üçdə birinə hökm edirlər.
Onların keçmişindən danışanda, Roma qəhrəmanlıqlarını yaddaşlarda şərəfləndirəcək tarixçiləri çatışmamışdır. Nə qədər ölümsüz əməllər unutqanlıqla gömülmüşdür! Türklər (tatarlar) tərəfindən tarixini bilmədiyimiz nə qədər dövlətlər yaradılmışdır! Yalnız bugünkü şöhrətilə öyünən bu cəngavər xalq öz məğlubedilməzliyinə əmin olduğundan özünün keçmişdəki fəthlərini əbədiləşdirmək qayğısına qalmamışdır.
Monteskyö "İran məktubları"

Kərəm Hətəmoğlu Məmmədli

https://t.me/Hesret_yayar/3090

We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )

Last updated 2 months ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 4 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 1 year, 2 months ago