✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 2 months ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 1 month ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 11 months ago
⚡️ Ermənistanda çağırışçı əsgər güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib, həyati təhlükəsi yoxdur.
Ermənistan Müdafiə Nazirliyi bildirib ki, hadisə ehtiyatsızlıq səbəbilə yaşanıb.
▶️ @clubhay
🇦🇿📞🇺🇸 Əliyev və Blinken arasında telefon danışığı olub:
✔️ Əliyev: "Azərbaycanın səyləri nəticəsində bölgədə ədalətə və beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar və status-kvo yaranıb".
✔️ Blinken: "ABŞ Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunması üçün səylərini əsirgəməyəcək"
▶️ @clubhay
🌐Caliber:
“Ermənistanın Rusiyaya malların təkrar ixracı hesabına sürətlə zənginləşməsi İrəvana imkan verdi ki, xaricdən, o cümlədən Qərbdən silah alışının həcmini xeyli artırsın.
Rusiya-Ermənistan münasibətləri yalnız Rusiya ilə Ermənistanın məsələsidir. Amma bir şərtlə ki, bu, ölkəmizin maraqlarına və təhlükəsizliyinə toxunmasın.
Rusiya və Qərb Ermənistanı silahlandırmaqla, iqtisadi göstəricilərini gücləndirməklə sülh perspektivini ləngidir və regionumuzun təhlükəsizliyinə xələl gətirir.
Artıq Ermənistan hakimiyyəti bir neçə il əvvəlkindən qat-qat “cəsarətli" davranır.
Yavaş-yavaş ermənilər məğlubiyyət şokundan uzaqlaşır və erməni məsələsi üzrə ənənəvi müttəfiqlər yenidən regiondakı geosiyasi layihəsini dəstəkləməkdə birləşirlər.
Rəsmi Bakı buna səssiz qala bilməz və qalmayacaq da.”
🌐@hashplusmedia | Caliber
???? Ermənistan və ABŞ arasında ticarət dövriyyəsi 2020-ci illə müqayisədə 3 dəfədən çox artıb.
? 2020-ci il: 96 milyon dollar ➡️ 2023-cü il: 321 milyon dollar
▶️ @clubhay
❗️ Dostlar, salam. Bu günlərdə sual-cavab videosu olacaq. Son proseslərlə və bizim fəaliyyət istiqamətimizlə bağlı suallarınızı eşitmək xoş olardı. Sizi maraqlandıran məsələləri qeyd edin, cavablandırmağa çalışaq.
*?? Məsud Pezeşkianın prezident seçilməsi ilə bağlı qeyd*
İrandakı prezident seçkisinin ikinci turunun gedişində və nəticələr açıqlandıqdan sonra bəziləri İranda köklü dəyişikliklərin olacağını bildirirlər.
Nəzərə almaq lazımdır ki, İran islam respublikasıdır və burada prezident əsas söz sahibi deyil. Digər tərəfdən, İranda prezidentin siyasi xətti dəyişmək imkanları xeyli məhduddur.
Ali dini liderin siyasi baxışları və İranın mövqeyi bizə məlumdur. Belə bir şəraitdə Məsud Pezeşkianın açıq şəkildə türkçülükdən danışması təsadüfdürmü? Təbii ki, yox. Pezeşkian regiondakı siyasi proseslərin nəticəsi kimi prezident olub.
İran ətrafında cərəyan edən siyasi prosesləri yaxşı görür. Türkiyə və Azərbaycanın mövqeyinin güclənməsi, türk dövlətlərinin Rusiya və Çin ilə birlikdə yeni siyasi formatlar barədə düşünməsi mənzərəni xeyli dəyişib. İranın Azərbaycanla münasibətləri, hələ də tam qaydasına düşməyib. Türkiyə ilə İran arasındakı rəqabətin isə bir neçə əsr yaşı var. Belə bir şəraitdə Məsud Pezeşkian kimi prezidentə ehtiyac var idi.
Türkiyə və Azərbaycanın güclənməsi İrandakı türkdilli xalqa xarici təsir imkanlarının artmasına gətirib çıxarıb. Bu, İran üçün potensial təhlükədir. Məsud Pezeşkianın da qarşısında duran əsas vəzifə İrandakı türkdilli əhalini hakimiyyət ətrafında birləşdirmək, onları Türkiyə və Azərbaycanın təsirlərindən qorumaq olacaq.
▶️ @clubhay
Sabah @hashplusmedia kanalında söhbətimiz var. Həvəsiniz və vaxtınız olsa, görüşərik ?
*?*Qazaxıstan XİN:
“Ceyhun Bayramov və Ararat Mirzoyan arasında keçiriləcək görüşün dəqiq tarixi müəyyən olunmayıb.
Tərəflər Qazaxıstanda görüşməyə razılıq veriblər.”
???? "Marqara-Əlican keçid məntəqəsindəki təmir işləri yekunlaşıb. Sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir".
"Ermənistan tezliklə Türkiyəyə iki ölkə arasındakı sərhəddə yerləşən Ani körpüsünün bərpası məsələsində öz yanaşmalarını çatdıracaq".
Ermənistan XİN | @CaucasianLive
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 2 months ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 1 month ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 11 months ago