📚Şəriət Hökmləri✍️💜

Description
Advertising
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 4 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 12 months ago

1 year, 1 month ago

DƏSTƏMAZIN HÖKMLƏRİ

DƏSTƏMAZ ALMAĞIN QAYDASI

SUAL 13: Qurani-Kərimdə dəstəmaz haqda ayə vardırmı? Dəstəmazın mənası nədir və onun alınma qaydası necədir?

CAVAB: Qurani-Kərimin “Maidə” surəsinin 6-cı ayəsində dəstəmaz haqda belə buyurulur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ إِذَا قُمْتُمْ إِلَى الصَّلاةِ فاغْسِلُواْ وُجُوهَكُمْ وَأَيْدِيَكُمْ إِلَى الْمَرَافِقِ وَامْسَحُواْ بِرُؤُوسِكُمْ وَأَرْجُلَكُمْ إِلَى الْكَعْبَينِ...

“Ey iman gətirənlər, namaza durarkən üzlərinizi və dirsəklərlə birlikdə əllərinizi yuyun, başınıza və iki ayaqlarınızın üzərinə hər iki ayağınızın üstündəki qabarıq yerə qədərməsh edin...”

Dəstəmaza ərəbcə “vuzu” deyilir və paklamaq, təmizləmək mənasını ifadə edir. Fiqh (şəriət) leksikonunda isə “xüsusi yumaq tərzi”nə deyilir, başqa sözlə, dəstəmaz üz və əlləri yumaqdan, başın qabaq hissəsi və ayaqlara məsh çəkməkdən ibarətdir və bunu iki cür yerinə yetirmək mümkündür: 1. Tərtibi; 2. İrtimasi.

“Tərtibi dəstəmaz” belə alınır: “Qürbətən iləllah” (Allahın əmrinə itaət) məqsədilə, əvvəlcə üzü alının yuxarı hissəsindən, yəni tük bitən hissədən çənənin qurtaracağınadək yumaq lazımdır. Sonra sağ qol dirsəkdən barmaqların ucunadək, sonra isə sol qol eyni qayda ilə yuyulur. Qollar yuyulduqdan sonra əldə qalmış dəstəmaz suyu ilə başın qabaq hissəsinə məsh çəkilir. (Yaxşı olar ki, məsh yuxarıdan aşağıya çəkilsin). Ondan sonra ayaqlara barmaqların başından ayağın dik hissəsinə qədər məsh çəkilir".

İnsanın üzü və əllərini dəstəmaz məqsədi ilə suya batırmasına isə “irtimasi dəstəmaz” deyilir. İrtimasi dəstəmazda da üzü və qolları yuxarıdan aşağıya yumaq (dəstəmaz niyyəti etdikdən sonra üzü alın hissədən, qolları dirsəkdən başlayaraq suya batırmaq) lazımdır. Ondan sonra başa və ayaqlara (“tərtibi dəstəmaz”da qeyd edildiyi kimi) məsh çəkilir.

Bəzi əməlləri yerinə yetirmək (məsələn, gündəlik vacib namazlar) üçün dəstəmaz almaq vacib, bəzi əməllər (dua oxumaq, Quran tilavət etmək, meyit namazı qılmaq, daim təharətli qalmaq və s.) üçün isə müstəhəbdir.

(Mərcəi-təqlidlərin “Tozihul-məsail” və “İstiftaat” kitabları, “Dəstəmazın hökmləri” bölümü).

Qeyd edək ki, şəri-dini suallara cavablar 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanıb və əziz oxuculara təqdim olunur.
–Ayətullah Seyid Əli Xamenei;
–Ayətullah Seyid Əli Hüseyni Sistani;
–Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani.
–Ayətullah Şeyx Hüseyn Nuri Həmədani;
–Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani;
–Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət;
–Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ;
–Ayətullah Şeyx Mirzə Cavad Təbrizi;
–Ayətullah Şeyx Nasir Məkarim Şirazi;

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
? Kanalımızın Linki ?✍️
? t.me/seriethokmleri ?

1 year, 1 month ago

"MÜHTƏZİRİN (CAN VERƏNİN) HÖKMLƏRİ

Məsələ 521: Mühtəziri, yəni can verməkdə olan bir mömini, istər kişi olsun, istərsə qadın, istər böyük olsun, istərsə kiçik, ehtiyata əsasən mümkün olduğu təqdirdə ayaqlarının altı qibləyə tərəf arxası üstə uzatmalıdırlar.
Məsələ 522: Meyitin qüslü tamam olmayanadək onu əvvəlki məsələdə deyildiyi kimi, üzü qibləyə uzatmaq daha yaxşıdır. Amma qüslü tamam olduqdan sonra ona namaz qılınan zaman uzandırıldığı şəkildə uzatmaq daha yaxşıdır.
Məsələ 523: Ehtiyata əsasən mühtəziri üzü qibləyə çevirmək hər bir müsəlmana vacibdir. Belə ki, mühtəzirin özü razı olsa və qasir də olmasa, bu iş üçün onun vəlisindən icazə almaq lazım deyil. Bundan digər hallarda onun vəlisindən icazə almaq ehtiyata əsasən lazımdır.
Məsələ 524: Müstəhəbdir ki, can verən halda olan hər şəxsə, iki şəhadət kəlmələrini (kəlmeyi şəhadəti), on iki İmamın (ələyhis-səlam) adlarını və s. kimi haqq əqidələrini elə təlqin etsinlər ki, başa düşsün. Həmçinin, müstəhəbdir ki, qeyd olunan əməlləri öldüyü ana qədər təkrar etsinlər.
Məsələ 525: Müstəhəbdir bu duanı can verən şəxsə elə təlqin etsinlər ki, başa düşsün:

أَللَّهُمَّ اغْفِرْلِيَ الْكَثِيرَمِنْ مَعَاصِيكَ وَاقْبَلْ مِنِّي الْيَسِيرَ مِنْ طَاعَتِكَ يَا مَنْ يَقْبَلُ الْيَسِيرَ وَيَعْفُ عَنْ الْكَثِير إِقْبَلْ مِنِّي الْيَسِيرَ وَاعْفُ عَنِّي الْكَثِيرَ إِنَّكَ أَنْتَ الْعَفُوُّ الْغَفُورُ أَللهُمَّ ارْحَمْنِي فَإِنَّكَ رَحِيم.

Əllahumməğfir liyəl-kəsirə min məasikə vəqbəl minnil-yəsirə min taətikə ya mən yəqbəlul-yəsir, və yəfu ənil\-kəsir, iqbəl minnil\-yəsir vəfu ənnil-kəsir, innəkə əntəl-əfuvvul-ğəfur. Əllahummərhəmni fəinnəkə rəhim.
"
??????????????

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
? Kanalımızın Linki ?✍️
? t.me/seriethokmleri ?

1 year, 1 month ago

"MÜSTƏHƏB QÜSLLƏR

Məsələ 633: Müqəddəs İslam şəriətində müstəhəb qüsüllər çoxdur, o cümlədən;
1. Cümə qüslü: Onun vaxtı (cümə günü) sübh azanından zöhr azanına qədərdir. Daha yaxşı olar ki, zöhrə yaxın vaxtlarda yerinə yetirilsin. Əgər bir şəxs zöhrə qədər yerinə yetirə bilməsə, yaxşı olar ki, əda və qəza niyyəti etmədən cümənin əsr vaxtınadək yerinə yetirsin. Əgər cümə günü qüsl etməsə, müstəhəbdir şənbə günü sübhdən qüruba qədər onun qəzasını yerinə yetirsin. Əgər bir şəxs cümə günündə su tapmayacağını bilsə, cümə axşamı günü, yaxud cümə axşamı gününün gecəsi qüsl edə bilər. Cümə axşamı gecəsində “rəca” niyyəti ilə etsin. Cümə qüslünü alan zaman müstəhəbdir ki, bu duanı oxusun:

أَشْهَدُ أَنْ لاَإِلَهَ إِلاَّ الله ُوَحْدَهُ لاَشَرِيكَ لَهُ وَأَنَّ مُحَمَّداً عَبْدُهُ وَرَسُولُهُ أَللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَاجْعَلْنِى مِنَ التَّوَّابِينَ وَاجْعَلْنِى مِنَ الْمُتَطَهِّرِينَ.

“Əşhədu ənla ilahə illəllah vəhdəhu la şərikələh və ənnə Muhəmmədən əbduhu və rəsuluh, Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, vəcəlni minət\-təvvabin, vəcəlni minəl-mutətəhhirin”.
2 - 7. Ramazan ayının 1-ci, 17-ci, 19-cu, 21-ci, 23-cü və 24-cü gecələrinin qüslü;
8 - 9. Fitr və Qurban bayramı gününün qüslü; Bunun vaxtı sübh azanından Günəş batana qədərdir. Daha yaxşı olar ki, onu bayram namazından qabaq etsinlər.
10 - 11. Zil-Həccənin 8 və 9-cu günlərinin qüslü; 9-cu günün qüslü, daha yaxşı olar ki, zöhrə yaxın vaxtlarda yerinə yetirilsin.
12. Bədəninin hər hansı bir yerini qüsl verilmiş meyitin bədəninə vuran şəxsin qüslü;
13. Ehram qüslü;
14. Məkkə şəhərinin hərəm sayılan yerlərinə daxil olmaq qüslü;
15. Məkkəyə daxil olmaq qüslü;
16. Kəbə evinin ziyarəti qüslü;
17. Kəbəyə daxil olmaq qüslü;
18. Nəhr və zibh üçün qüsl;
19. Həlq üçün edilən qüsl;
20. Mədineyi-münəvvərənin hərəminə daxil olmaq qüslü;
21. Mədineyi-münəvvərəyə daxil olmaq qüslü;
22. Peyğəmbərin (s) məscidinə daxil olmaq qüslü;
23. Peyğəmbərin (s) pak qəbrinin vida qüslü;
24. Düşmənlə mübahilə üçün edilən qüsl;
25. Dünyaya təzə gələn uşağa verilən qüsl;
26. İstixarə üçün edilən qüsl;
27. İstisqa (yağış tələb etmək) üçün edilən qüsl;
Məsələ 634: Fəqihlər müstəhəb qüsl kimi bir sıra qüsllər deyiblər ki, onlardan bəziləri bunlardır:
1. Ramazan ayının bütün tək gecələri və axırıncı on günlüyün gecələrinin qüslü və 23-cü gecənin axırındakı başqa bir qüsl.
2. Zilhəccənin 24-cü gününün qüslü.
3. Novruz bayramının, Şəbanın 15-ci və rəbiəl-əvvəlin 9-cu və 17-ci gecələri, zil-qədənin 25-ci gününün qüslü.
4. Ərindən özgəsi üçün xoş ətir vuran qadının qüslü.
5. Məst halda yatan şəxsin qüslü.
6. Dara asılanın tamaşasına gedib onu görən şəxsin qüslü. Əgər təsadüfən və ya çarəsizlikdən gözü sataşsa, yaxud məsələn, şəhadət vermək üçün getsə, qüsl etmək müstəhəb deyildir.
7. Yaxından və ya uzaqdan məsumların (ə) ziyarəti üçün edilən qüsl. Amma bunun müstəhəb olması sübuta yetməyib. Bu qüslləri yerinə yetirmək istəyən şəxs gərək rəca qəsdi ilə yerinə yetirsin.
Məsələ 635: Əgər insan 634-cü məsələdə zikr edilən müstəhəb qüslləri kimi şərən müstəhəb olması sübuta yetən bir qüslü edərsə, namaz kimi dəstəmaz vacib olan işləri görə bilər. Amma 435-ci məsələdə deyildiyi rəca qəsdilə edilən qüsllər dəstəmaz əvəzində kifayət etməz.
Məsələ 636: Əgər şəxsə bir neçə qüsl müstəhəb olsa, hamısının niyyəti ilə bir qüsl etsə kifayətdir. Amma mükəlləfin gördüyü bir iş səbəbiylə ona müstəhəb olan qüsüllər, məsələn, bədənin bir yerini qüslü verilmiş meyitə toxunduran şəxsin qüslü kimi; bu kimi qüsüllərdə bir neçə müxtəlif səbəb üçün bir qüsüllə kifayətlənmək işkallıdır.
"
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
? Kanalımızın Linki ?✍️
? t.me/seriethokmleri ?

1 year, 1 month ago

? HƏDİSLƏRDƏ TƏQLİD

? İmam Baqir (ə) Əban ibn Təğlibə xitabən buyurdu:

“Mədinə məscidində əyləş və insanlara fətva ver. Mən şiələrimin arasında sənin kimilərin görülməsini istəyirəm”.

قال له الإمام أبو جعفر الباقر عليه السلام: اجلس في مسجد المدينة وافت الناس، فاني أحب ان أرى في شيعتي مثلك.

? Mənbə:
“Ricalul-nəcaşi”, səh.10.
“Mustədrəkul-Vəsail”, c.17, s.315, h.21452.

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
? Kanalımızın Linki ?✍️
? t.me/seriethokmleri ?

1 year, 1 month ago

? ?İmamzadələrdə,Hüseyniyyələrdə və çadırlarda olan əzadarlıqda şəri üzrü olan qadınların iştirak etməsi:

?Şəri üzrü olan qadınlar İmamzadələrdə,Hüseyniyyələrdə və çadırlarda olan əzadarlıq məclisində iştirak edə bilərlər?

✍️?Bütün müctəhidlər:
İmamzadələrin hərəmi,Hüseyniyyələr,çadırlar,şəhid qəbirləri,möminlərin qəbrləri və bu misalda olan yerlər məscid hökmündə deyillər və cünub,haiz və nifas qüslü olanlar,belə yerlərə gedə bilərlər.

??Tozihul məsaili mərace,məsələ 355 və 450.

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
? Kanalımızın Linki ?✍️
? t.me/seriethokmleri ?

1 year, 1 month ago

Haizin Hökmləri

"Məsələ 462: Əgər qadın namaz vaxtının axırında qandan pak olsa, qüsl edib bir rəkət, yaxud bir rəkətdən çox namaz qılmağa vaxtı olmuş olsa, o namazı qılmalıdır. Əks təqdirdə, onun qəzasını yerinə yetirməlidir.
Məsələ 463: Əgər haiz qadın paklandıqdan sonra qüsl edəcək qədər vaxtı olmasa, amma təyəmmüm ilə namazı vaxtında qıla bilərsə, ehtiyat-vacib budur ki, o namazı təyəmmüm ilə qılsın. Əgər qılmasa qəza etməlidir. Amma vaxtın darlığından digər bir səbəbə görə, vəzifəsi təyəmmüm etmək olsa, məsələn, suyun ona zərəri olsa, təyəmmüm edib, o namazı qılmalıdır. Əgər qılmasa qəza etməlidir.
Məsələ 464: Heyzli qadın pak olduqdan sonra namaz üçün vaxt qalıb-qalmadığında şəkk edərsə namazını qılmalıdır.
Məsələ 465: Əgər hədəsdən pak olub bir rəkət qıla biləcək qədər vaxt qalmadığını güman edib namaz qılmazsa və sonradan vaxt qalmış olduğunu anlayarsa, o namazın qəzasını qılmalıdır.
Məsələ 466: Müstəhəbdir ki, heyzli qadın namaz vaxtında qanlarını təmizləsin, pambığı və dəsmalı dəyişsin, dəstəmaz alsın, əgər dəstəmaz ala bilmirsə təyəmmüm etsin və namaz qıldığı yerdə üzü qibləyə oturub zikr, dua, salavat desin.
Məsələ 467: Quran oxumaq, Quranı özü ilə aparmaq, bədənin hər hansı yerini onun yazılarının arasına vurmaq, həmçinin həna və s. kimi şeylərlə rənglənmək haiz qadına məkruhdur
?????????????

Seyid Əli Hüseyni Sistani

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
? Kanalımızın Linki ?✍️
? t.me/seriethokmleri ?

1 year, 1 month ago

Haizin Hökmləri

"Məsələ 458: Əgər su dəstəmaz və qüslə kifayət edəcək qədər olmasa, yalnız qüsl edəcək miqdarda olarsa gərək qüsl etsin. Dəstəmaz əvəzinə də təyəmmüm etməsi daha yaxşıdır. Əgər su yalnız dəstəmaza yetəcək miqdarda olsa və qüslə yetəcək miqdarda olmasa, onunla dəstəmaz alması daha yaxşıdır, qüsl əvəzinə təyəmmüm etməlidir. Əgər onlardan heç birisi üçün suyu olmasa, bu zaman qüsl əvəzinə təyəmmüm etməlidir. Daha yaxşısı budur ki, dəstəmaz əvəzinə də təyəmmüm etsin.
Məsələ 459: Qadının heyzli olduğu zaman qılmadığı namazların qəzası yoxdur. Amma heyzli olduğu vaxt tutmadığı Ramazan ayının oruclarını qəza etməlidir. Həmçinin ehtiyat-lazıma əsasən nəzir səbəbiylə müəyyən vaxtda vacib olub, (amma həmin vaxtda) heyz halında olduğu üçün tutmadığı orucları da qəza etməlidir.
Məsələ 460: Əgər namaz vaxtı daxil olsa və qadın namazını təxirə salacağı təqdirdə, heyzli olacağını biliərsə, dərhal namazını qılmalıdır. Həmçinin ehtiyat-lazıma əsasən namazını təxirə salacağı təqdirdə haiz olacağına ehtimal verərsə də, hökm eynidir.
Məsələ 461: Əgər qadın namazını təxirə salsa və vaxtın əvvəlindən bütün müqəddimələr ilə birlikdə, o cümlədən dəstəmaz almaq, pak libas tədarük görmək və s. ilə namaz qıla biləcəyi qədər vaxt keçdikdən sonra haiz olsa, həmin namazın qəzası ona vacibdir. Hətta vaxt daxil olsa və dəstəmaz, qüsl və ya təyəmmümlə bir namaz qıla bildiyi halda qılmasa, ehtiyat-vacibə görə hərçənd sair şəraitləri tədarük görməyə vaxt çatmayıbsa belə gərək onun qəzasını qılsın. Amma tələsik qılmaq, yavaş oxumaq və namazın digər işlərində öz vəziyyətini nəzərə almalıdır. Məsələn, səfərdə olmayan bir qadın əgər günorta vaxtının əvvəlində namaz qılmazsa, onun qəzası ancaq günortanın əvvəlindən su ilə dəstəmaz, ya təyəmmüm alıb dörd rəkət namaz qıla biləcək qədər bir müddət keçdikdən sonra haiz olursa vacibdir. Müsafir olan qadın üçünsə təharət hasil etdikdən sonra iki rəkət namaz qıla biləcək qədər müddətin keçməsi kifayətdir."
??????????????
Seyid Əli Hüseyni Sistani
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
? Kanalımızın Linki ?✍️
? t.me/seriethokmleri ?

1 year, 1 month ago

Haizin hökmləri

"Məsələ 451: Haiz qadınla yaxınlıqdan başqa, öpüşmək və mazaqlaşmaq kimi sair ləzzətlər almağın eybi yoxdur.
Məsələ 452: Heyz halında ikən qadına talaq vermək talaq hökmlərində izah olunacağı kimi batildir.
Məsələ 453: Qadın heyzli olduğunu və ya heyzdən pak olduğunu söyləyərsə, yalan danışmaqla ittiham edilmirsə sözü qəbul edilməlidir. Əks təqdirdə sözünün qəbul edilməsi işkallıdır.
Məsələ 454: Əgər qadın namaz əsnasında haiz olsa namazı batildir. Hətta əgər heyz axırıncı səcdədən sonra və salamın axırıncı hərfindən qabaq olsa, ehtiyat-vacibə görə batil olur.
Məsələ 455: Əgər qadın namaz əsnasında haiz olub-olmamasında şəkk edərsə namazı səhihdir. Amma namazdan sonra namaz əsnasında haiz olduğunu başa düşərsə, keçən məsələdə dediyimiz kimi qıldığı namaz batildir.
Məsələ 456: Qadının heyz qanından pak olduqdan sonra namaz, dəstəmaz, qüsl, yaxud təyəmmüm ilə yerinə yetirilən digər ibadətlər üçün qüsl etməsi vacibdir. Heyz qüslü eynilə cənabət qüslü kimi yerinə yetirilir. Dəstəmaz əvəzinə də kifayət edir. Qüsldən qabaq dəstəmaz da alması daha yaxşıdır.
Məsələ 457: Qadına heyz qanından pak olduqdan sonra qüsl etməyibsə də əri də onunla cinsi əlaqədə ola bilər və talaq vermək səhihdir. Amma ehtiyat-lazıma əsasən cinsi əlaqə fərcin yuyulmasından sonra olsun. Həmçinin ehtiyat-müstəhəb budur ki, qüsl etməzdən qabaq onunla cinsi əlaqədə olmaqdan çəkinilsin. Amma Quranın yazısına toxunmaq kimi heyzli olduğu zaman təharətin şərt olması səbəbindən ona haram olan şeylər qüsl etməyincə halal olmaz. Həmçinin ehtiyat-vacibə görə məsciddə dayanmaq kimi haramlığı təharətin şərt olduğuna görə haram olması sübuta yetməyən işlər də eyni hökmü daşıyır."
??????????????

Seyid Əli Hüseyni Sistani

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
? Kanalımızın Linki ?✍️
? t.me/seriethokmleri ?

1 year, 1 month ago

"Haizin hökmləri

Məsələ 448: Haiz qadına bir neçə şey haramdır:
1. Namaz kimi dəstəmaz, qüsl və ya təyəmmümlə yerinə yetirilməsi lazım olan ibadətlər; Əgər haiz qadın bu kimi əməlləri səhih əməl qəsdi ilə yerinə yetirsə icazəli deyil. Lakin meyit namazı kimi dəstəmaz, qüsl və ya təyəmmüm tələb etməyən ibadətləri yerinə yetirsə eybi yoxdur.
2. Cünub şəxsə haram olan işlərin hamısı; (cənabət hökmlərində izah olunub).
3. Fərc ilə (cinsiyyət üzvü ilə) cima etmək; həm kişi, həm də qadın üçün, hətta sünnət olunan yerə qədər daxil olsa və məni gəlməsə də haramdır. Ehtiyat-vacib budur ki, sünnət olunan yerdən az da daxil etməsin. Bu hökm arxadan edilən yaxınlığa şamil deyil. Amma ehtiyata əsasən qadınla arxadan (anal dəliyindən) cinsi əlaqədə olmaq, əgər qadın razı olmasa istər haiz olsun, istərsə də olmasın, icazəli deyil.
Məsələ 449: Qadının heyz olduğu qəti olaraq məlum olmadığı, amma şər`ən özünü heyzli hesab etməsi lazım olan günlərdə də onunla cima etmək haramdır. O halda on gündən çox qan görən və sonradan açıqlanacaq göstərişlərə əməl edən qadın gərək öz qohumlarının adət günlərini özünə heyz qərar versin. Əri o günlərdə onunla yaxınlıq edə bilməz.
Məsələ 450: Əgər kişi öz qadını ilə heyz halında yaxınlıq etsə, istiğfar etməsi lazımdır. Kəffarənin vacib olmamasına baxmayaraq verilməsi daha yaxşıdır. Onun kəffarəsi heyzin əvvəlində bir misqal sikkəli qızıldır və onun ortasında misqalın yarısı və axırında misqalın dörddə biridir. Şəri misqal 18 noxuddur."
?????????????

Seyid Əli Hüseyni Sistani

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
? Kanalımızın Linki ?✍️
? t.me/seriethokmleri ?

We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 4 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 12 months ago