İslam Elmləri

Description
İslami elmlərlə bağlı paylaşımlar

t.me/islamelmlerii
Advertising
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 4 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 12 months ago

6 months, 2 weeks ago

﷽ QURANİ  KƏRİM.
•┈┈••✾•???????•✾••┈┈•
          BİSMİLLAH-IN  TƏFSİRİ
•✾••┈┈••✾••┈┈••✾••┈┈••✾••┈┈•
2:✾İNCƏ NÖQTƏLƏR.
"Allah" kəlməsi,Allahın adları arasında ən geniş mənaya malik olanıdır.
"Bismillah"cümləsinin əvvəlində ilk növbədə "isim"kəlməsi ilə qarşılaşırıq. Ərəb Ədəbiyyatı alimlərinin dediyinə əsasən,bu kəlmənin əsli, ucalıq mənasını çatdıran "Sümüvv" sözündən alınmışdır.Bu səbəbdən də bu ada ona görə isim deyilmişdir ki,onun məfhumu ad qoyulandan sonra gizli və məxfi olmaqdan zühura çıxır, ucalıq aləminə çatır.Yaxud digər bir səbəbi də bu ola bilər ki,söz ad qoyulmaq vasitəsi ilə məna kəsb edir və mənasızlıqdan xaric
olur. İsim kəlmsindən  sonra "Ləfzi-cəlalə" adlanan "Allah" kəlməsi ilə qarşılaşırıq. Bu, Allahın adları arasında ən geniş mənanı ifadə edən isimdir. Çünki Allah-Taalanın Qurani-məciddə və sair İslami mənbələrdə olan adlarının araşdırılması göstərir ki,onların hər biri Pərvərdigarın sifətlərindən yalnız bir qismini çatdırır. Amma kamal sifətlərinin və səciyyəvi xüsusiyyətlərin hamısını özündə cəmləşdirən  camal və cəlal sifətlərini əhatə edən ad yalnız Allah kəlməsidir.Buna görə də əksər hallarda  sair adlar "Allah" kəlməsi üçün sifət kimi gətirilir. Məsələn, "Ğəfur" və "Rəhim" Allahın bağışlayan və mehriban oımasına dəlalət etdiyi halda, Allah kəlməsi ilə yanaşı gəlmişdir:
فإنَّ اللهَ  غَفُورٌ رَحِيم.(۱۹)
" Həqiqətən Allah bağışlayan və  mehribandır.¹⁹
Həmçinin Allahın bütün eşitməli şeylərdən agah olmasını göstərən "Səmi" adı, hər bir işdən agahlığını çatdıran "Əlim" adı da eyni qayda ilə gətirilmişdir.
فَإنَّ اللهَ سَمِيعٌ عَلِيم   (۲۰)
"Həqiqətən Allah eşidən və biləndir"²⁰.

¹⁹"Bəqərə" surəsi 226-cı ayə.
²⁰"Bəqərə" sutəsi 227- ci ayə.

⬆️Əvvəli ötən səhifəmizdə.

✒️Ayətullah Seyyid Kamal Fəqih İmani.
?Təfsir elminə giriş.Fatihə surəsinin təfsiri,1:
•✾‌https://t.me/islamelmlerii

Telegram

İslam Elmləri

İslami elmlərlə bağlı paylaşımlar t.me/islamelmlerii

﷽ QURANİ KƏRİM.
6 months, 3 weeks ago

DƏSTƏMAZ MƏSƏLƏLƏRİ.
Sual:
Camaatın çoxu dеyir ki, dəstəmaz alanda üzə iki ovuc su atmaq lazımdır, üçüncü ovuc isə dəstəmazı batil еdir. Bu söz düzdürmü?
? Cavab:
Məsələ:187
Üzü və əlləri bir dəfə yumaq vacib,iki iki dəfə yumaq caiz, üç və üç dəfədən artıq yumaq haramdır.

Məsələ:188
Hər dəfə yumağın meyarı qəsddir (niyyətdir),buna əsasən birinci dəfə yumaq niyyətilə bir neçə dəfə su tökməyin işkalı yoxdur.

?Ayətullah Seyid Əli Xamenei(h) fətvalarına əsasən.
⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️

?Ayətullah Əli Hüseyni Sistani(h) fətvalarına əsasən.
Məsələ:247.
Dəstəmaz alarkən üzü və qolları bir dəfə yumaq vacib, iki dəfə yumaq müstəhəb, üç və daha artlq yumaq  isə haramdır.Birinci dəfə yumaq dəstəmaz qəsdi ilə üz və ya qoluna tökdüyü su onun hər tərəfini əhatə etdiyi və heç bir ehtiyat yeri qalmadığı zaman tamam olur.
Məsələn əgər birinci dəfə yumaq qəsdi ilə on dəfə belə üzünə su töksə,su onun hər tərəfini əhatə edincəyə qədər maneçiliyi yoxdur.Həmçinin dəstəmaz niyyəti ilə üzü yumağı qəsd etməyənə qədər birinci yuma gerçəkləşməz. Buna görə üzün hamısını bir neçə dəfə yuyub axırıncı dəfə dəstəmaz niyyəti ilə yumağı qəsd edə bilər. Lakin ikinci  yumada niyyətin vacib olması nəzəri işkalsız deyil.Ehtiyat-lazıma əsasən birinci yumadan sonra üzü və qolları  dəstəmaz qəsdi ilə olmasa belə, bir dəfədən çox yumamalıdır.

?Ayətullah Seyyid Əli Hüseyni Sistani(h)
https://t.me/islamelmlerii

Telegram

İslam Elmləri

İslami elmlərlə bağlı paylaşımlar t.me/islamelmlerii

DƏSTƏMAZ MƏSƏLƏLƏRİ.
6 months, 3 weeks ago
***?***Allah Rəsulu ﷺbiyurur:

?Allah Rəsulu ﷺbiyurur:
Bir dəstə şəxs yığışdıqları məclisdə Allahın adını zikr etməsələr və Peyğəmbərə ﷺsalavat göndərməsələr, o məclis(Qiyamət günü)onlar üçün həsrət və əlavə bir yük olacaq.

Şeyx Kuleyni Əl-Kafi, c 2, səh 497.
https://t.me/islamelmlerii

6 months, 4 weeks ago

Hələ də bu kanallara abunə deyilsiz?
Elə isə toxun və izlə ...
Bir birindən fərqli və möhdəşəm paylaşimlardan zövq al və faydalan

6 months, 4 weeks ago

?? 1918 -ci il??
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ.

XALQIMIZI RESPUBLİKA GÜNÜ MÜNASİBƏTİLƏ TƏBRİK
EDİRİK.
??https://t.me/islamelmlerii

7 months ago

 Mömin insan tədqiq və araşdırma əhli olmalıdır və hər eşitdiyinə inanmamalıdır.

﷽ “Ey iman gətirənlər! Əgər bir fasiq sizə xəbər gətirsə, onu araşdırın ki,məbada, bilmədən bir dəstəyə ziyan yetirəsiniz və sonra etdiyinizdən peşman olasınız”. (“Hucurat” ayə 6).

Nəql edilir ki,bu ayə Vəlid ibni Üqbə haqqında nazil olmuşdur.Həzrət Peyğəmbərﷺonu Bəni-Müstəliq qəbiləsindən zəkat toplamaq üçün vəzifələndirir.

Cahiliyyət dövründə bu insanla həmin qəbilə arasında düşmənçilik olduğu üçün Vəlid onu qarşılmağa gələn xalqın hücum etmək istədiyini düşünüb geri qayıtdı.Peyğəmbərəﷺbildirdi ki,qəbilə zəkat verməkdən boyun qaçırır.
Peyğəmbərﷺ də bu xəbərdən narahat olur və bu yuxarıdaki ayə nazil olur və xəbərin araşdırılmasına əmr olunur.
Şübhəsiz Vəlid ibn Üqbə fasiq şəxs kimi tanınmırdı.Əgər belə olsaydı Peyğəmbər ﷺ onu zəkat ardınca gödərməzdi.Yalnız Vəlidin yalanından sonra onyn kimliyi aşgarlandı. Peyğəmbərﷺ və möminlər ayəyə əsasən bu şəxsin dediklərinə inanmadılar.Yuxarıdakı ayə nazil olur və xəbərin araşdırılmasına əmr olunur.

?Bildirişlər.
Ona görə də hər bir mömin ona yetişən xəbəri tədqiq etməmiş qəbul etməməlidir.O kəslər ki,fitnə yaradıb, onların işinin üstünü açmağın maneəsi yoxdur.

Fitnənin iki zəminəsi olar:
Fasiqin səyi və möminin tez inanması.İslamın əsl meyarı insanlara etimad etməkdir.Lakin insanların arasında fitnə yaratmaq istəyənlərin hesabı tamamilə başqadır.

Fasiq insanlar yalan xəbər yayar və şayiə üçün zəminə hazırlayar.Ona görə də mömin tədqiq etməyi yüngül hesab etməsin.Bəzən fasiq düz söz də deyir və onu araşdırmadan ortaya çıxartmaq mümkün deyildir.

Fasiqin əsl niyyəti insanların arasında münaqişə toxumu səpməkdir.Əgər bir yanlış xəbəri araşdırmadan cəmiyyətdə yayarlarsa,həmin cəmiyyəti məhvə apara bilər.

Hər kim bu işdə tələsər, cahildir.İlahi əmrlərə əməl etmək lazımdır.Əgər peşman olmaq istəmiriksə, gərək bizə çatan xəbəri tədqiq edək..

✒️Möhsün Qəraəti.Nur təvsiri ,Hucurat surəsi ayə 6.
https://t.me/islamelmlerii

7 months, 1 week ago
***?***İslam Peyğəmbəriﷺ buyurub:

?İslam Peyğəmbəriﷺ buyurub:

«إذا كانَ يَومُ القِيامَةِ وُزِنَ مِدادُ العُلماءِ بِدمَاءِ الشُّهَداءِ فَيَرْجَحُ مِدَادُ العُلَمَاءِ عَلِى دِماءِ الشُّهَداءِ»

Elə ki, Qiyamət günü oldu, alimlərin (düzü öyrənib, öyrədən, yaşayıb, yaşadan və deyənlərin) qələmi ilə şəhidlərin qanı çəkilər, alimlərin qələmi şəhidlərin qanından üstün gələr."

Qeyd: həmin alimlərdir düzgün düşməni tanıdan, onlarla düzgün mübarizə üslublarını öyrədən və şəhidləri yetişdirənlər.

✒️Əllamə Məclisi(r.ə),
?Biharul-ənvar.
https://t.me/islamelmlerii

7 months, 1 week ago
***?*** İmam Hüseyn(؏) buyurur:

? İmam Hüseyn(؏) buyurur:
"Məni ziyarət edən heç bir qəmi yoxdur ki, Allah onu sevindirib evinə yollamasın."

?Səvabul-Əmal, səh 319.
https://t.me/islamelmlerii

7 months, 1 week ago

Gözəl bir video klip - İlahi əfv et .
? Mahmud Kəriminin səsi ilə

https://t.me/islamelmlerii

7 months, 2 weeks ago

Kanalnızı, Qrupnuzu böyütmək və daha yaxşı reklam elətdirmək üçün bizə müraciyyət edin ?

100 dən çox Aktiv Qrupda sizində Reklamlarınız olsun ?

Ən güvənli Telegram botları ilə kanalnızı, qrupnuzu böyüdün

Güvənli və etibarlı reklamlar ?
??????????
Qiymət və razılaşma ilə bağlı⬇️

Əlaqə: @Kebleyi_Vuqar

Kanallarını, qruplarını müxtəlif yollarla böyüdə bilərsən əsas sirri bizdə
İndi toxun indi başla⬇️

BAŞLA

We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 4 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 12 months ago