✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 3 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago
"Ata ananiza uf bele demeyin" ayəti, İslam dininin əxlaq və ədəb qaydalarını ifadə edən bir tövsiyədir. Bu ayə Qurani-Kərimin İsra surəsinin 23-cü ayəsində keçmişdir:
"Rəbbin yalnız Ona ibadət etməyinizi və ata-ananıza yaxşılıq etməyinizi buyurmuşdur. Əgər onlardan biri və ya hər ikisi sənin yanında qocalıq çağına çatsa, onlara "uf" belə demə, onları danlama və onlara gözəl söz söylə." (İsra, 23)
Bu ayənin mənası, valideynlərə hörmətin əhəmiyyətini və onları incitməkdən, narahat etməkdən çəkinməyin vacibliyini vurğulayır. "Uf" sözü isə ən kiçik narazılıq ifadəsi kimi qeyd olunur. Burada məqsəd valideynlərə qarşı nəzakətli və anlayışlı olmaqdır, xüsusən də qocalıq vaxtlarında onlara qayğı göstərmək və hörmətlə yanaşmaq müsəlmanlara vəzifə olaraq təqdim edilir.
Bu, İslamda ailə bağlarının, valideyn-övlad münasibətlərinin nə qədər mühüm və müqəddəs olduğunun göstəricisidir.
İn şəə Allah oxuyub faydalanaq⤵️
Hər il balaca oğlanın valideynləri onu yay tətili üçün nənəsinin evinə aparırdılar və iki həftədən sonra eyni qatarla evlərinə qayıdırdılar.
Bir gün oğlan valideynlərinə deyir: Artıq böyümüşəm, nə olar bu il nənəgilə tək gedim??? "
Qısa bir müzakirədən sonra valideynlər razılaşırlar.
Qatar stansiyasında dayanıb oğlanla sağollaşarkən ona pəncərədən son bir ipucu (məsləhət) verirlər və oğlan təkrar cavab verir: "Bilirəm, bunu mənə çox demisiniz ...!
Qatar yola düşmək üzrə ikən ata pıçıldayır: Oğlum, birdən özünü pis hiss etsən və ya qorxsan, bu sənin üçündür! ....
Və cibinə bir şey qoyur.
Balaca oğlan ilk dəfə valideynləri olmadan tək qatarda oturur ... Pəncərədən mənzərələrə baxır .. Ətrafında yad adamlar tələsir, səs-küy salır, kupeyə girib çıxır, oğlan artıq çox tək olduğunu hiss edir.. Bir nəfər ona hətta kədərli bir baxışlarla baxır...Bundan sonra oğlan özünü daha çox narahat hiss edir... Qorxmağa başlayır. Başını aşağı salır, oturacağın bir küncündə sıxılır, gözlərindən yaş axır. Bu zaman atasının cibinə bir şey qoyduğunu xatırlayır. Titrəyən əli ilə bu kağızı açmağa çalışır, açır .
Ata yazmışdı :
- Oğlum, narahat olma, mən növbəti kupedəyəm .
Həyat da belədir... Allah bizi bu dünyaya təkbaşımıza göndərərkən bir məktub da vermişdir:
La Təhzən Innəllahə məa'ana (Tövbə surəsi 40)
Kədərlənmə, ALLAH bizimlədir.
??Buna görə də təlaşlanmayın, depressiyaya düşməyin, bu yalnız fiziki və zehni sağlamlığınıza təsir edəcək.. Ona etibar edin, Ona inanın, ALLAHIMIZ hər zaman, hər yerdə bizimlədir, bütün səyahətimiz boyunca... Sadəcə olaraq Onu çağırın, Ona sığının! Ən gözəl sıgınacagımız ALLAHDIR.!
Ey ALLAH'ın qulları! Gizli və aşkar işlərdə Onu düşünün. Səhər və axşam Ona layiqincə ibadət və nemətlərinə şükr edin.
Ey müsəlmanlar! Elmdə zəif olan və Peyğəmbərinin şəriətinə çox az riayət və tabe olan bəzi müsəlmanların üzləşdikləri kədərli hallardan biri də, tövhidin əslinə və kamilliyinə tərs düşən hallara düşmələridir. Bu hal, ALLAH'a ibadət və itaət tövhidi ilə bağlı bəzi mövzu və hökmlərə diqqət çəkməyi və xəbərdarlıq etməyi vacib edir. Quranın parlaq dəlilləri və sünnənin gözəl hüccətləri, susayanın susuzluğunu yox edəcək, çətinlikdə olana yardım edəcək, azanı doğru yola gətirəcək və RAHMAN'ın dostlarını şeytanın dostlarından üstün edəcək şəkildə açıq bir bəyan ilə gəlmişdir:
"(Ya Rəsulum! Müşriklər) sənin yanına gəlib elə bir məsəl çəkməzlər ki, Biz sənəonun) doğrusunu və (onların gətirdikləri misal- lardan) izahatca daha yaxşısını gətirməyək.
AİŞA AZƏRİ???
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 3 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago