Dive into the Ultimate Free Library: Your One-Stop Hub for Entertainment!

Albert Eynişeydi

Description
Reklam üçün əlaqə: @gurbanovjeyhun
Qeyd: Qarşılıqlı reklam edilmir.
Statistikalar: https://bit.ly/3UZfGV8
Advertising
We recommend to visit

Operativ Xəbər kanalı
Reklam üçün əlaqə WP: 070-584-84-04
Yalnız reklam üçün yazın

Last updated 1 Monat, 1 Woche her

Əlaqə üçün: @tural_05 📲
Oynamaq üçün link- https://1wsyob.top
YouTube kanalımız https://youtube.com/@aviatorbaku555?si=CWVNUJzfy
Wip Kanal https://t.me/aviatorazevip_01 🎰
Depositlərinizi M10 və ya Master kartla edin.

Qaydalar sabit mesajda

Last updated 1 Monat her

📈 Qazananlar Bizi İzləyir!
👇🏻 Reklam Yerləşdirmək üçün Əlaqə:
m.me/eco.expert (facebook ilə)

📝📊📈 Economics • Capitalism • Finance

✅ Facebook.com/eco.expert

✅ Instagram.com/eco.expert

✅ X.com/eco_expert_

✅ Linkedin.com/in/tipik-iqtisadçı-ekspert

Last updated 1 Monat, 1 Woche her

3 days, 15 hours ago
***📌*** "Arch" missiyasının məqsədi dünya da …

📌 "Arch" missiyasının məqsədi dünya da daxil olmaqla Günəş sistemində və sistemdən kənarda insanlığa aid vacib məlumatların ehtiyat nüsxələrini saxlamaqdır.

"Arch"ın Aydakı kitabxanasında 30 milyon səhifəlik kitab, şəkillər, müxtəlif məlumatlar və ingiliscə wikipedia səhifələri var. Əlavə olaraq 1.5 milyard tərcümə nümunəsi, 5000 dilin daxil olduğu kataloq da var.

Bu informasiyalar yüksək rezolyusiyaya malik 25 mikroskopik nazik nikel təbəqəsinin üzərinə yazılıb. Dərsliklər, dil haqqında məlumatlar, rəqəmsal DNT, 20 vacib kitab, 20 000 foto və bütün bu məlumatları deşifrə etmək üçün qeyd olunan təlimatlar var.

Nikel disklərin ümumi ağırlığı 100 qramdır. İçərisində 300 GB-dan çox məlumat var. Bu kitabxananın çox uzun müddət (milyardlarla il) xarab olmadan qalacağı iddia edilir.

İstinad: ArcMission, Astrobotic
Hazırladı: @alberteyniseydi

#Ay #archlunar #kitabxana #insanlıq #Məlumatlar

1 week ago

📌 Dünyanın ən etibarlı Süni İntellekt Dil modelləri seçildi - Anthropic birinci oldu

Araşdırmanı Stanford Universiteti aparıb. Siyahı yuxarıdan aşağıya belədir:

  1. Claude-2 (Anthropic);
  2. Llama-2-Chat-7b;
  3. GPT-3.5-turbo-0301;
  4. Llama-2-13B-chat-GPTQ;
  5. Llama-2-13B-chat-AWQ;
  6. GPT-4-0314;
  7. Tulu-2-13b;
  8. Vicuna-13b-v1.3.0-GPTQ;
  9. Tulu-2-7b.

#AIIndex2024 #Süniİntellekt #Anthropic #dilmodeli

1 week ago

Yeni HONOR Magic6 Pro flaqman smartfonu fevral ayında MWC 2024 sərgisində qlobal bazara təqdim edilmiş və həmin tədbirdə bir çox mükafatlar qazanmışdır. Bundan əlavə, bu smartfon bu günə qədər DXOmark reytinqindən 5 qızıl mükafat alan 2024-cü ilin ilk smartfonudur.

Görünüş - eleqant

HONOR Magic6 Pro iki rəngdə mövcuddur - qara və yaşıl. İkincisi eko dəri ilə örtülmüşdür. Qara rəngdə telefon daha eleqant görünür, mat şüşə isə çirklənməyə daha az həssasdır.

Displeydə barmaq izi skaneri quraşdırılıb, yüksək səsli stereo dinamiklər, avadanlıqları idarə etmək üçün infraqırmızı port və iki fiziki SİM üçün dəstək mövcuddur (əlavə olaraq eSIM də var). Magic6 Pro IP68 standartına uyğun qorunduğu üçün suya davamlıdır. Metal çərçivə möhkəmdir və displey son dərəcə güclü HONOR NanoCrystal Shield şüşəsi ilə qorunur.

1 ilə 120 Hz arasında dəyişən yeniləmə dərəcəsi və inanılmaz dərəcədə yüksək parlaqlığa malikdir. Həmçinin göz mühafizə texnologiyaları da mövcuddur. Həssas gözləri olanlar, titrəmə olmadığı üçün rahat hiss edəcəklər. Bundan əlavə, istehsalçı yalnız vaxt və tarixi deyil, “Always On Display displey” rejimini də tətbiq etmişdir.

Güc - maksimum

HONOR Magic6 Pro-da güclü qrafika və süni intellekt mühərrikinin köməyilə yüksək səviyyəli Snapdragon 8 Gen 3 prosessorunu quraşdırıb. Bu sadəcə oyunlar üçün deyil, smartfonun qabaqcıl foto və video imkanları üçün vacibdir. Bundan əlavə smartfona12 GB sürətli RAM və 512 GB daxili yaddaş əlavə edilib.

HONOR Magic6 Pro ikinci nəsil silikon-karbon batareyası ilə təchiz edilib ki, bu da batareyanın özünün kiçik ölçüsü ilə 5600 mAh tutum əldə etməyə imkan verir. Uzun müddətli istifadə baxımından, şarj etmədən üç gün işlədə bilərsiniz. Ancaq çox çəkiliş etsəniz, onu daha sürətli doldurmalı olacaqsınız.


Kamera — yüksək standartlı

HONOR Magic 6 Pro nüfuzlu DxOMark mənbəsinə görə dünyada 2024-cü ildə 5 qızıl mükafat əldə edən ən yaxşı kameralı smartfon oldu.

HONOR Magic6 Pro üç əsas kameradan ibarət bloka malikdir. İlk olaraq, 1/1,49 düymlük sensor ölçüsü, 2,5x optik zum və f/2,6 diaframa malik 180 MP telefoto kameradır. İkincisi, 122 dərəcə bucaq və 2,5 santimetr məsafədə super makro çəkim imkanı olan 50 meqapiksellik ultra geniş kameradır. Üçüncüsü, f/1.4—f/2.0 dəyişən diyafram və 1/1.3 düymlük HDR sensoru olan 50 MP-lik geniş bucaqlı kamera ilə təchiz olunub. Geniş bucaqlı kamera alqoritmləri müxtəlif ssenarilərdə matrisə daxil olan işığın miqdarını ağıllı şəkildə tənzimləyir, bundan əlavə həmçinin avtomatlaşdırmaya etibar edə bilərsiniz, beləki, çekim sürəti və diyaframı da daxil olmaqla optimal çəkiliş parametrlərini seçəcəkdir.

Avtomatlaşdırmanın üstünlükləri bəzi sürətli hadisələrdə millisaniyəlik anları çəkərkən diqqət cəlb edir. Məsələn, bu, idman yarışı, rəqs və ya yarış ola bilər.

Keyfiyyət itkisi olmadan 2,5x optik böyütməni də qeyd edə bilərik. Hibrid 5x böyütmə də əla iş görür - burada aparat komponenti süni intellekt tərəfindən fəal şəkildə dəstəklənir.

Qiymət və Satış haqqında məlumat

Azərbaycanda smartfon iki rəngdə təqdim olunur - şüşə dizaynlı gecə yarısı qara və eko-dəri arxa qapağa malik adaçayı yaşılı. Yalnız bir yaddaş seçimi var - 12/512 GB.

HONOR Magic6 Pro satışa aprelin 26-dən çıxacaq və alış zamanı HONOR Watch 4 ağıllı saatı və HONOR-dan smartfon keysi HƏDİYYƏ veriləcək. Smartfonu İrşad, Baku Electronics, Kontakt Home, Elit Optimal, Soliton, Umico və Music Gallery mağazalarından 2499,99 AZN-ə əldə etmək mümkün olacaq.

1 week, 4 days ago
***📌*** "Dune 2" filmində aktyor Stellan …

📌 "Dune 2" filmində aktyor Stellan Skarsqard hər çəkiliş günündə makiyaj, qrim və xüsusi paltarın geyindirilməsi üçün 8 saat vaxt sərf etməli olub. Üzərindəki geyimin ağırlığı 40 kq olub. Geyimin çıxarılması isə hər gün 2 saat vaxt aparırmış.

Üstəlik Stellan Skarsqard həmin müddətdə heç nə yeməyib, içməyib, dərmanlar atıb ki, tualetə getməsin... Hər günün 10 saatı geyimi geyib-çıxartmağa gedib. Çox çətindir.

İsveç aktyor Skarsqard deyir ki, proses çətin olsa da, bu çətinlik və geyim obrazı ağırlaşdıraraq rolu daha təbii edib.

İstinad: IMDb, Variety
Hazırladı: @alberteyniseydi

📌 Qeyd: Burada sizin reklamınız ola bilər. Məsələn, kinoteatrlar, kastinq və prodakşn şirkətləri və s.

#Dune2 #film #aktyor #StellanSkarsqard #çəkiliş #skarsqard #BaronHarkonnen

1 week, 6 days ago
Bu ekzotik quş Vanqa fəsiləsindəndir və …

Bu ekzotik quş Vanqa fəsiləsindəndir və ancaq Afrikada yaşayır.

Sanki gözləri günəbaxandır. 😅

2 weeks, 2 days ago
***📌*** Faqositoz - hüceyrələrin bərk hissəcikləri …

📌 Faqositoz - hüceyrələrin bərk hissəcikləri tutaraq onları udması və həzm etməsi prosesidir.

Həmin hissəciklər mikroblar, ölü hüceyrələr, toxumaların qalıqları, suda həll olmayan minerallar və digər yad cismlər ola bilər.

Faqositoz prosesi beynin həmişəki kimi işləməsini təmin etmək üçün davamlı olaraq baş verir. Beynimizin daim işlək olması vacib məsələdir. Buna görə də beyin bütün bədənin enerjisinin üçdə birini tək istifadə edir.

Faqositozu gündəlik təmizlik kimi də təsəvvür etmək olar. Lakin təkcə gündəlik təmizlikdən ibarət deyil. Həyatımızın müxtəlif dövrlərində - məsələn, yeniyetməlik çağına gəldikdə beynimiz uşaqlıq dövründə topladığımız, amma daha istifadə etməyəcəyimiz nevroloji əlaqələrdən də bu vasitə ilə xilas olur.

ℹ️Yuxu problemi yaşayan insanların beynində daha çox faqositoz prosesi getdiyi bildirilir.

İstinad: BBC, PopularScience
Hazırladı: @alberteyniseydi

📌 Qeyd: Burada sizin reklamınız ola bilər. Məsələn, klinikalar, restoranlar və s.

#forqositoz #beyin #insan #yemək #təbiət

2 weeks, 5 days ago
***📌*** Hər il milyonlarla quş külək …

📌 Hər il milyonlarla quş külək turbinlərinin qanadlarına dəyərək həyatını itirir.

Norveçdə aparılan bir araşdırmada külək turbininin qanadlarından birini qara rəngə boyayıblar. Qanadlardan birinin qara olması quşların külək turbinini daha rahat görməsinə səbəb olub.

➡️ Nəticə isə mükəmməldir. Həmin ərazidəki Quşların ölüm halları 70% aşağı düşüb. Eyni araşdırma ABŞ-da 36 külək turbini üzərində yenidən aparılacaq. Bu sadə həll quşlar və enerji şirkətləri üçün əla olacaq. Çünki nadir quşların ölümünə görə bu şirkətlər təzminat ödəməli olurdular.

İstinad: PaintSquare, wyomingpublicmedia/org
Hazırladı: @alberteyniseydi

#quşlar #külək #enerji #küləkturbini #quş #həll #araşdırma

3 weeks ago
***🔴*** 1947-ci ildən 2022-ci ilə qədər …

🔴 1947-ci ildən 2022-ci ilə qədər İngiltərə liqasında qırmızı forma geyinən komandaların ev oyunlarında daha uğurlu olması ilə bağlı statistika çıxarılıb.

Digər liqalara baxdıqda yenə eyni faktorlar önə çıxır və həmin fakt yenidən təsdiqlənib. Qırmızı rəngin rəqabət tələb edən anlarda performansı artırdığı bildirilir. İkinci uğurlu rəng sarıdır. 🟡

Bu məsələ təkcə futbol kimi komanda oyunlarında yox, fərdi yarışlarda da öz təsdiqini tapır.

📌 Qeyd: Post hər hansı bir mərc oyunu tövsiyəsi üçün hazırlanmayıb.

İstinad: ResearchGate, tandfonline
Hazırladı: @alberteyniseydi

#futbol #idman #statistika #qırmızı #rəng #rənglər

3 weeks ago
***👔*** Peşəkarlığın simvolu kimi görünən qalstuk …

👔 Peşəkarlığın simvolu kimi görünən qalstuk peşəkar iş görməyə imkan vermir.

Beyinə gedən qan axınını 7.5% azaldaraq baş ağrıları, baş gicəllənməsi mədə bulantısı kimi problemlər yaradır. İşdə məhsuldarlığı azaldır, diskomfort yaradır.

İstinad: Springer, ScienceFocus
Hazırladı: @alberteyniseydi

2 months, 1 week ago
***📌*** Bəzən bir söz dilinizin ucunda …

📌 Bəzən bir söz dilinizin ucunda olur, amma nə etsəniz də, xatırlaya bilmirsiniz. Amma xatırlamaq üçün bir yol var.

Çünki yumruğunuzu sıxdıqda təxminən 90 saniyə sonra həmin əlinizin əks tərəfində olan bəzi beyin hissələrində aktivləşmə başlayır. Eyni üsul digər yumruq və digər beyin hissələri ilə də mümkündür.

Sol yumruğu sıxmaq yaddaşınızda olan bəzi şeyləri xatırlamaq üçün faydalı olur. Sağ yumruğu sıxmaq isə öyrənmə, qavrama prosesini daha effektiv etmək üçün faydalıdır.

İstinad: The Atlantic, HealthDay
Hazırladı: @alberteyniseydi

#beyin #yumruq #xatırlamaq #solbeyin #sağbeyin

We recommend to visit

Operativ Xəbər kanalı
Reklam üçün əlaqə WP: 070-584-84-04
Yalnız reklam üçün yazın

Last updated 1 Monat, 1 Woche her

Əlaqə üçün: @tural_05 📲
Oynamaq üçün link- https://1wsyob.top
YouTube kanalımız https://youtube.com/@aviatorbaku555?si=CWVNUJzfy
Wip Kanal https://t.me/aviatorazevip_01 🎰
Depositlərinizi M10 və ya Master kartla edin.

Qaydalar sabit mesajda

Last updated 1 Monat her

📈 Qazananlar Bizi İzləyir!
👇🏻 Reklam Yerləşdirmək üçün Əlaqə:
m.me/eco.expert (facebook ilə)

📝📊📈 Economics • Capitalism • Finance

✅ Facebook.com/eco.expert

✅ Instagram.com/eco.expert

✅ X.com/eco_expert_

✅ Linkedin.com/in/tipik-iqtisadçı-ekspert

Last updated 1 Monat, 1 Woche her