Almuntazar

Description
Bizimlə əlaqə:
WhatsApp: https://wa.me/994703135255
We recommend to visit

Ədalətli və vicdanlı xəbərlərin ünvanı
Reklam və əməkdaşlıq, məlumat göndərmək, əlaqə yaratmaq üçün instagram @arazaxmadov (direktə)

Last updated 1 month, 3 weeks ago

?ᥲᥒκi ɦᥱç δiᴛⲙəsiᥒi isᴛəⲙəɗiyiᥒ ⲙᥙsiqiᥒiᥒ s᧐ᥒ ᥒ᧐ᴛᥣᥲrı ᧐ᥣ göᤁüⲙɗᥱ?

¹⁵'⁰¹'²⁰²³?

Last updated 5 months ago

?️ Kitabları sevin, onlardan sizə zərər gəlməz...

? PDF kanalımız: @kitabchi
?️ İstək və müzakirə qrupumuz: @kitabseverler

? Ödənişli reklam qəbul olunur - @HiDearly

Last updated 1 month, 2 weeks ago

3 weeks, 5 days ago

حَدَّثَنَا مُحَمَّدُ بْنُ اَلْحَسَنِ رَضِيَ اَللَّهُ عَنْهُ قَالَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ اَلْحَسَنِ اَلصَّفَّارُ عَنْ أَيُّوبَ بْنِ نُوحٍ عَنِ اَلْعَبَّاسِ بْنِ عَامِرٍ عَنْ عَلِيِّ بْنِ أَبِي سَارَةَ عَنْ مُحَمَّدِ بْنِ مَرْوَانَ عَنْ أَبِي عَبْدِ اَللَّهِ عَلَيْهِ السَّلاَمُ قَالَ: إِنَّ أَبَا طَالِبٍ أَظْهَرَ اَلْكُفْرَ وَ أَسَرَّ اَلْإِيمَانَ فَلَمَّا حَضَرَتْهُ اَلْوَفَاةُ أَوْحَى اَللَّهُ عَزَّ وَ جَلَّ إِلَى رَسُولِ اَللَّهِ صَلَّى اَللَّهُ عَلَيْهِ وَ آلِهِ اُخْرُجْ مِنْهَا فَلَيْسَ لَكَ بِهَا نَاصِرٌ فَهَاجَرَ إِلَى اَلْمَدِينَةِ.

---------------------------------------------

İmam Sadiq (ə) buyurub:

“Həqiqətən, Əbu Talib (ə) (Allah Rəsulunu (s.ə.a.s.) qorumaq üçün) küfrü izhar edib, imanı gizlədirdi. Onun vəfatı çatdıqda Allah-təala Rəsulullaha (s.ə.a.s.) belə vəhy etdi: «Çıx oradan (yəni Məkkədən). Çünki (artıq) orada sənin yardımçın yoxdur». Peyğəmbər (s.ə.a.s.) də Mədinəyə hicrət etdi”.

📖 Şeyx Səduq, "Kəmalud-din", bab: 12, h. 31

---------------------------------------------

#imam #məhdi #zuhur  #peyğəmbər #almuntazar #imammahdi #mahdi #qeybdövru #qaim #imaməli

3 weeks, 6 days ago

عَلِيُّ بْنُ إِبْرَاهِيمَ عَنْ مُحَمَّدِ بْنِ عِيسَى عَنْ بَعْضِ أَصْحَابِنَا عَنْ أَبِي اَلْحَسَنِ مُوسَى عَلَيْهِ اَلسَّلاَمُ قَالَ: إِنَّ اَللَّهَ عَزَّ وَ جَلَّ غَضِبَ عَلَى اَلشِّيعَةِ فَخَيَّرَنِي نَفْسِي أَوْ هُمْ فَوَقَيْتُهُمْ وَ اَللَّهِ بِنَفْسِي.

---------------------------------------------

İmam Musa əl-Kazim (ə) buyurub:

“Həqiqətən, Allah-Təala şiələrə (təqiyyəni tərk etdiklərinə görə və ya imamlarına itaətsizlik etdiklərinə, İmama tebeçilikdə vəfasızlıq etdiklərinə görə) qəzəbləndi və məni özümü ya da onları (şiələri) seçməkdə sərbəst buraxdı. And olsun Allaha ki, onları öz canımla (özümü fəda edərək) qorudum”.

📖 Şeyx Kuleyni, "əl-Kafi", c. 1, səh. 260, h. 5

---------------------------------------------

#imam #məhdi #zuhur  #peyğəmbər #almuntazar #imammahdi #mahdi #qeybdövru #qaim #imaməli

4 weeks ago

🔵 24 Rəcəb / 25 Yanvar - Hicrətin 7-ci ilində Xeybər qalasının Əsədullahil-ğalib imam Əlinin (əleyhis-səlam) əli ilə fəth olunduğu gündür.

🔵 Həmçinin, Cəfər ibn Əbu Talibin (əleyhiməs-səlam) Həbəşistandan qayıtdığı gündür.

3 months, 2 weeks ago

مُحَمَّدُ بْنُ يَحْيَى عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدِ بْنِ عِيسَى عَنِ اَلْحَسَنِ بْنِ مَحْبُوبٍ عَنْ جَمِيلِ بْنِ صَالِحٍ [صَالِحٍ خ ل] عَنْ مُحَمَّدِ بْنِ مُسْلِمٍ عَنْ أَبِي جَعْفَرٍ عَلَيْهِ اَلسَّلاَمُ قَالَ: إِنَّ أَكْمَلَ اَلْمُؤْمِنِينَ إِيمَاناً أَحْسَنُهُمْ خُلُقاً.

---------------------------------------------

İmam Muhəmməd Baqir (ə) buyurub:

“Möminlərin iman baxımından ən kamil olanları əxlaqı ən gözəl olanlarıdır”.

? Şeyx Kuleyni, "əl-Kafi", c. 2, səh. 99

---------------------------------------------

#imam #məhdi #zuhur  #peyğəmbər #almuntazar #imammahdi #mahdi #qeybdövru #qaim #imaməli #mömin #əxlaq

3 months, 2 weeks ago

قَالَ أَمِيرُ اَلْمُؤْمِنِينَ عَلَيْهِ السَّلاَمُ: اَللّٰهُ مَعْنَاهُ اَلْمَعْبُودُ اَلَّذِي يَأْلَهُ فِيهِ اَلْخَلْقُ وَ يُؤْلَهُ إِلَيْهِ وَ اَللَّهُ هُوَ اَلْمَسْتُورُ عَنْ دَرْكِ اَلْأَبْصَارِ اَلْمَحْجُوبُ عَنِ اَلْأَوْهَامِ وَ اَلْخَطَرَاتِ.

---------------------------------------------

Müvəhhidlərin imamı həzrət Əli (ə) buyurub:

“Allah sözünün mənası mə'buddur (ibadət olunan varlıqdır). O kəsdir ki, məxluqat Onun haqqında (mat-məəttəl) heyrətdə qalar və (çətinliklərdə) Ona pənah aparar. Allah gözlərin görməsindən məxfi, xəyal və düşüncələrdən gizlidir (təsəvvür və fikirlər üçün məchuldur)”.

? Şeyx Səduq, "Tovhid", bab: 4, 2-ci hədisdən

---------------------------------------------

#imam #məhdi #zuhur  #peyğəmbər #almuntazar #imammahdi #mahdi #qeybdövru #qaim #imaməli #allah

3 months, 3 weeks ago

? CƏMADİL-ƏVVƏL ayının mühüm hadisələri
? Noyabr - Dekabr ?

? 5 Cəmadil-əvvəl (8 Noyabr) - Hicrətin 5-ci ilində möminlərin əmiri İmam Əlinin (əleyhis-səlam) qızı Xanım Zeynəbin (əleyhəs-səlam) mövlud günüdür.

? 6 Cəmadil-əvvəl (9 Noyabr) - Hicrətin 8-ci ilində Mu'tə döyüşünün baş verdiyi və imam Əlinin (əleyhis-səlam) qardaşı Cəfər ibn Əbu Talibin (əleyhiməs-səlam) bu döyüşdə şəhid olduğu gündür.

? 10 Cəmadil-əvvəl (13 Noyabr) - Hicrətin 36-cı ilində Cəməl müharibəsinin baş verdiyi gündür.

13 Cəmadil-əvvəl (16 Noyabr) - Bir rəvayətə əsasən hicrətin 11-ci ilində xanım Fatimətuz-Zəhranın (əleyhəs-səlam) şəhid olduğu gündür.

? 15 Cəmadil-əvvəl (18 Noyabr) - Hicrətin 36-cı ilində möminlərin əmiri imam Əlinin (əleyhis-səlam) əli ilə Bəsrənin fəth edildiyi gündür.

? 19 Cəmadil-əvvəl (22 Noyabr) - Hicrətin 36-cı ilində (Peyğəmbərin (s.ə.a.s.) və İmam Əlinin (ə) dəyərli səhabələrindən olan) Zeyd ibn Suhanın (r.ə.) Cəməl müharibəsində şəhid olduğu gündür.

? 22 Cəmadil-əvvəl (25 Noyabr) - Bir rəvayətə görə hicri 192-ci ildə imam Musa əl-Kazimin (əleyhis-səlam) oğlu Qasimin vəfat günüdür.

27 Cəmadil-əvvəl (30 Noyabr) - Hicri 1428-ci ildə Samirra şəhərində İmam Həsən əl-Əskəri və İmam Əli ən-Nəqinin (əleyhiməs-səlam) hərəmlərinə ikinci hücumun baş verdiyi və minarələrinin partladıldığı gündür.

? Cəmadil-əvvəl ayının sonuncu günü - Hicri 304-cü ildə imam Məhdinin (əccələllahu fərəcəh) ikinci xüsusi səfiri (naibi), Muhəmməd ibn Osman ibn Səid Xəllaninin (r.ə.) vəfat günüdür.

? 28/11/2024 tarixində, həftənin cümə axşamı günü, Bakı vaxtı ilə saat 04:22-də ay "əqrəb bürcü"-nə daxil olur.

? 30/11/2024 tarixində həftənin şənbə günü, Bakı vaxtı ilə saat 15:53-də ay "əqrəb bürcü"-ndən çıxır.

? İmam Sadiq (ə) buyurub: “Hər kim ay əqrəb bürcündə olduqda səfər etsə və ya evlənsə, xeyir görməz”.

? Şeyx Kuleyni, "əl-Kafi", c. 8, h. 416

? Qeyd edək ki, hicri-qəməri ayların başlaması hilalın (ayın) görünməsinin şər'i yolla sübuta yetməsinə bağlıdır.

3 months, 3 weeks ago

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اَلْجَبَّارِ عَنِ اَلْحَسَنِ بْنِ اَلْحُسَيْنِ اَللُّؤْلُؤِيِّ عَنْ أَحْمَدَ بْنِ اَلْحَسَنِ اَلْمِيثَمِيِّ عَنْ صَالِحٍ عَنْ أَبِي حَمْزَةَ قَالَ: كُنْتُ عِنْدَ عَلِيِّ بْنِ اَلْحُسَيْنِ وَ عَصَافِيرُ عَلَى اَلْحَائِطِ قُبَالَتَهُ يَصِحْنَ فَقَالَ يَا بَا حَمْزَةَ أَ تَدْرِي مَا يَقُلْنَ قَالَ يَتَحَدَّثْنَ أَنَّ لَهُنَّ وَقْتٌ يَسْأَلْنَ فِيهِ قُوتَهُنَّ يَا أَبَا حَمْزَةَ لاَ تَنَامَنَّ قَبْلَ طُلُوعِ اَلشَّمْسِ فَإِنِّي أَكْرَهُهَا لَكَ إِنَّ اَللَّهَ يُقَسِّمُ فِي ذَلِكَ اَلْوَقْتِ أَرْزَاقَ اَلْعِبَادِ وَ عَلَى أَيْدِينَا يُجْرِيهَا.

---------------------------------------------

Əbu Həmzə deyir: “Əli ibn Hüseynin (imam Səccadın) (ə) yanında idim. Sərçələr onun qarşısındakı hasarın üzərində səs-küy salırdılar. İmam (ə) buyurdu: «Ey Əbu Həmzə, nə dediklərini bilirsən? Onların müəyyən bir vaxtları olduğunu və həmin vaxtda öz azuqələrini dilədiklərini söyləyirlər. Ey Əbu Həmzə, Günəş doğmazdan öncə əsla yatma. Mən sənin üçün bunu heç bəyənmirəm. Allah həmin vaxt bəndələrin ruzilərini bölür və bunu bizim əlimizlə icra edir»”.

? Şeyx Səffar, "Bəsairud-dərəcat", hissə: 7, bab: 14, h. 9

---------------------------------------------

#imam #məhdi #zuhur  #peyğəmbər #almuntazar #imammahdi #mahdi #qeybdövru #qaim #imaməli

3 months, 3 weeks ago

رَوَى مُحَمَّدُ بْنُ سِنَانٍ عَنِ اَلْمُفَضَّلِ بْنِ عُمَرَ قَالَ قَالَ اَلصَّادِقُ جَعْفَرُ بْنُ مُحَمَّدٍ عَلَيْهِ اَلسَّلاَمُ : «مَنْ لَمْ يَكُنْ لَهُ وَاعِظٌ مِنْ قَلْبِهِ وَ زَاجِرٌ مِنْ نَفْسِهِ وَ لَمْ يَكُنْ لَهُ قَرِينٌ مُرْشِدٌ اِسْتَمْكَنَ عَدُوُّهُ مِنْ عُنُقِهِ» .

من لا يحضره الفقيه ج ۴، ص ۴۰۲

---------------------------------------------

İmam Sadiq (ə) buyurub:

“Kimin qəlbində moizə edəni, nəfsinin (pis istəklərinin) qarşısını alanı və yol göstərən yoldaşı (ustadı) olmasa, düşməni (şeytan) onun boğazından yapışmaq üçün imkan tapar (və ona hakim kəsilər)”.

? Şeyx Səduq, "Mən la yəhzuruhul-fəqih", c. 4, səh. 402

---------------------------------------------

#imam #məhdi #zuhur  #peyğəmbər #almuntazar #imammahdi #mahdi #qeybdövru #qaim #imaməli

3 months, 3 weeks ago

﴿ إِنَّ الَّذِينَ كَفَرُوا بِآَيَاتِ اللَّهِ لَهُمْ عَذَابٌ شَدِيدٌ وَ اللَّهُ عَزِيزٌ ذُو انْتِقَامٍ ﴾

---------------------------------------------

Şübhəsiz ki, Allahın ayələrinə küfr edənlər üçün şiddətli bir əzab vardır. Allah izzətlidir (yenilməz qüdrət sahibidir), intiqam alandır.

? "Ali-İmran", 4

---------------------------------------------

#imam #məhdi #zuhur  #peyğəmbər #almuntazar #imammahdi #mahdi #qeybdövru #qaim #imaməli #quran

4 months ago

عَلِیُّ بْنُ إِبْرَاهِیمَ عَنْ أَبِیهِ عَنِ ابْنِ أَبِی عُمَیْرٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ سِنَانٍ عَنْ أَبِی عَبْدِ اللَّهِ ع قَالَ: إِنَّ سُوءَ الْخُلُقِ لَیُفْسِدُ الْعَمَلَ کَمَا یُفْسِدُ الْخَلُّ الْعَسَلَ.

الکافي ج ۲، ص ۳۲۱

---------------------------------------------

İmam Cəfər Sadiq (ə) buyurub:

“SİRKƏ BALI XARAB ETDİYİ KİMİ PİS ƏXLAQ DA (YAXŞI) ƏMƏLİ XARAB EDİR”.

? Şeyx Kuleyni, "əl-Kafi", c. 2, səh. 321

---------------------------------------------

#imam #məhdi #zuhur  #peyğəmbər #almuntazar #imammahdi #mahdi #qeybdövru #qaim #imaməli #sirkə #bal #əxlaq

We recommend to visit

Ədalətli və vicdanlı xəbərlərin ünvanı
Reklam və əməkdaşlıq, məlumat göndərmək, əlaqə yaratmaq üçün instagram @arazaxmadov (direktə)

Last updated 1 month, 3 weeks ago

?ᥲᥒκi ɦᥱç δiᴛⲙəsiᥒi isᴛəⲙəɗiyiᥒ ⲙᥙsiqiᥒiᥒ s᧐ᥒ ᥒ᧐ᴛᥣᥲrı ᧐ᥣ göᤁüⲙɗᥱ?

¹⁵'⁰¹'²⁰²³?

Last updated 5 months ago

?️ Kitabları sevin, onlardan sizə zərər gəlməz...

? PDF kanalımız: @kitabchi
?️ İstək və müzakirə qrupumuz: @kitabseverler

? Ödənişli reklam qəbul olunur - @HiDearly

Last updated 1 month, 2 weeks ago