Ədəbiyyat🤍🕊️

Description
Azərbaycan dili və ədəbiyyatdan onlayn dərslərlə bağlı müraciət edə bilərsiniz.📚

İncə zövqlülərin məkanı.🤍🕊️
Ədəbiyyata aid hər növ paylaşımlar;
Azərbaycan dili və ədəbiyyatdan testlər.

Əlaqə(Kanal sahibi): @Mahir01
Advertising
We recommend to visit

Sosial məsələlər, məsləhətlər, ideya və təkliflər 🇦🇿

Last updated 3 months, 1 week ago

🇦🇿 Ölkənin Ən Böyük Dini Ailə Kanalı 🕋

┄┅════✼🕊❤️🕊✼════┅┄
Gəl bərabər qalxaq 'Namaza🕋
'Azan səsi toxunsun imanımıza 🤲
Zikir et' Allahın adına' dua et sevgimizə❤️🕊️

©️Kanal Qorunur

Last updated 1 month ago

?ℴ? ??? ?ℯ?ℯ? ℊℯ? ?ℯ..?????? ♔︎

₂₆.₁₂.₂₀₂₂

вп/reklam 10k+


@spotifyaze

> Ödənişli reklam < @Narsisttt11

Last updated 3 months, 2 weeks ago

2 months, 1 week ago
2 months, 2 weeks ago

Həsrətəm Sənə

Yağış dayandımı? Qalın buluddan
Sıyrılıb yenidən təzə gün doğur.
Hər uzun ayrılıq, hər qısa hicran
Səni mənim üçün təzədən doğur.

Ayrılıq dəmləri düşürkən yada
Təzədən sevirəm təzədən səni
Elə bilirəm ki, bu gen dünyada
İlk dəfə görürəm, gülüm, mən səni.

Ayrılıq günləri düzülür səfə,
Hər gün gözləyirik, hər gün bir günü,
Ayrı bir adamsan, gülüm, hər dəfə
Vüsalın əvvəli, hicranın sonu.

Teleqraf kağızı... kiçik bir varaq.
Alışan könlümə su səpir yenə
Səndən ayrıldığım on gündür, ancaq
Milyon illərdir ki, həsrətəm sənə.

On gündə əzabla neçə-neçə min,
Dəqiqə, saniyə yola saldıq biz.
Bu uzun anların, dəqiqələrin
Hansını yaşadıq bir-birimizsiz?

Sənin də yerinə danışıram mən,
Qoy olsun, qəlbimiz ayrı deyildir!
Biz iki olsaq da vüsal günləri,
Ayrılıq günləri bir oluruq, bir!

Həsrət ürəyimdə qaladan möhkəm,
Hicran çöplərindən bir yuva qurmuş.
Sənin yanında da sənə həsrətəm,
Həsrət ayrılıqdan uzun olunmuş...

Görüş qışdan sonra gələn bahardır,
Ayrılıq görüşlə bitir... tez olur.
Eh! Ona nə var ki, müddəti vardır,
Həsrətsə ölçüsüz, müddətsiz olur

Bil, yaman gündə də, yaxşı gündə də,
İstərəm qovuşam, mən yetəm sənə.
Gözüm gözlərinə dikiləndə də
Həsrətəm, həsrətəm, həsrətəm sənə!

• Bəxtiyar Vahabzadə.

2 months, 2 weeks ago
5 months, 1 week ago

Könlün darıxanda, lap darıxanda,
Kimlərsə hardansa qoşa baxanda,
Bir də görəcəksən
Sən burda təksən,
Yanında boş qalıb bir sirdaş yeri,
Sızlayır könlünün həmin boş yeri.
O sözün, o səsin, o ərkin yoxdur,
Dərdin var, bu dərdə şərikin yoxdur.
Onda birdən-birə gözün dolacaq,
Onda biləcəksən mənim sevgimi,
Biləcəksən,
O da çox gec olacaq.

• Musa Yaqub.

5 months, 2 weeks ago
5 months, 2 weeks ago

Qadınsız ev soyuq olar,
Donar o evdə can, qızmaz
Yerdə ocaq qalasalar,
O yer qızar, tavan qızmaz.

Şirin səslim, qara gözlüm,
Heç bilmirəm necə dözüm.
İndi bildim könül dostum,
Öz oduna yanan qızmaz

Oğul, orda kimdi yatan?
Nə ün yetən, nə əl çatan
Torpaq üstə şair ata'n,
Torpaq altda anan qızmaz..

• Nəriman Həsənzadə.❤️

5 months, 2 weeks ago

Biz niyə sevməyək bir-birimizi?

Yer göyü, dağ dağı, daş daşı sevdi,
Tanrı naxış vurdu, nəqqaşı sevdi.
Göz gözə boylandı, qaş qaşı sevdi,
Biz niyə sevməyək bir-birimizi?

Çəmənlər torpağa xalı çəkirsə,
Xalıda yaşılı, alı çəkirsə,
Arı çiçəklərdən balı çəkirsə,
Biz niyə sevməyək bir-birimizi?

Ulduzlar sayrışıb göz vurur Aya,
Çeşmələr çağlayıb tökülür çaya.
Sevənlər gəlirsə hər gün dünyaya,
Biz niyə sevməyək bir-birimizi?

Gül şehdən güc alır, mamır qayadan,
Köz oddan qızarır, çiçək həyadan,
Süzülüb gəlirsə kökdən, mayadan,
Biz niyə sevməyək bir-birimizi?

Ömür göz qırpımı, fürsət azdısa,
Könül son nəfəsdə sınan sazdısa,
Uçub əlimizdən gedən yazdısa,
Biz niyə sevməyək bir-birimizi?

Ömrün həm sevinci, həm ahı varsa,
Pərvanə yanğısı, şam ahı varsa,
Adəmin cənnətdə tamahı varsa,
Biz niyə sevməyək bir-birimizi?

Yağış gözəllərin öpür üzünü,
Damla pıçıltıyla deyir sözünü,
Şəlalə qayadan atır özünü,
Tufan dağı sevir, dalğa dənizi,
Biz niyə sevməyək bir-birimizi?

• Zəlimxan Yaqub.

5 months, 3 weeks ago

Xəstəxanada eyni palatada iki ağır xəstə yatırdı. Bunların birinin çarpayısı pəncərənin önündə, digəri isə qapının yanında idi. Qapının yanında yatan bir gün pəncərənin önündə yatandan çöldə nə gördüyü soruşur. İkinci xəstə sanki canlanır:
– OOOO! – həvəslə ikinci xəstə səsləndi. – Mən heyvanlara, müxtəlif əşyalara bənzər buludlar görürəm səmada, çay görürəm, meşəlik görürəm.
Hər gün pəncərə önündə yatan xəstə digərinə pəncərədən çöldə nə baş verdiyini danışırdı. O, çayda balıq tutanlardan, əl-ələ tutub gəzən sevgililərdən, oynayan uşaqlardan danışırdı.
Qapının yanında yatan xəstə bütün bu nağıl kimi gözəlliklərə qulaq asır və öz özlüyündə fikirləşirdi: "Bu haqsızlıqdır. Niyə onu pəncərə qarşısında yatızdırırlar, məni isə bu cansıxıcı qapıya baxmağa vadar edirlər?!"
Günlərin bir günü, pəncərə önündə yatan xəstə öskürməyə, boğulmağa başladı. Hər iki çarpayının başında tibb bacılarını çağırmaq üçün zəng düyməsi var idi. Nə qədər etdisə, əlini zəngə uzada bilmədi. Qapının yanında yatan isə bu hadisəyə baxaraq, öz çarpayısının başındakı zəng düyməsinə əl belə uzatmadı. Pəncərə qarşısında yatan xəstə boğazını tutub boğuldu və öldü.
Rəhmətə gedənin palatadan çıxardanda qapı qarşısında yatan xəstə tibb bacısından xahiş etdi ki, onun yerini pəncərə qarşısına keçirsinlər. Bu onun çoxdankı arzusu idi, elə bu səbəbdən o, palata yoldaşı boğularkən çağırış düyməsini basmamışdı, köməyə heç kimi çağırmamışdı.
Ancaq… yerini pəncərə qarşısına keçirəndən sonra o, çölə boylandı. Hələ otaqdan çıxmayan tibb bacısına çox titrək səs ilə dedi.
– Axı bu necə ola bilər. Burada yatan, ölməmişdən qabaq mənə hər gün çöldə çay, meşəlik, buludlar gördüyünü deyirdi. Mən isə indi baxıram ki, pəncərədən baxanda xəstəxananın solğun divarlarından başqa heç nə görünmür! Bu necə ola bilərrrrrr?
Tibb bacısı başını bulayaraq:
– Sizin palata yoldaşınız heç nə görə bilməzdi. O kor idi!!!

• Həyatın çirkin oyunlarına rəğmən hələ də gülə bilirsənsə, demək ki, həyatın fəlsəfəsini anlamışsan.?

5 months, 3 weeks ago
5 months, 3 weeks ago
We recommend to visit

Sosial məsələlər, məsləhətlər, ideya və təkliflər 🇦🇿

Last updated 3 months, 1 week ago

🇦🇿 Ölkənin Ən Böyük Dini Ailə Kanalı 🕋

┄┅════✼🕊❤️🕊✼════┅┄
Gəl bərabər qalxaq 'Namaza🕋
'Azan səsi toxunsun imanımıza 🤲
Zikir et' Allahın adına' dua et sevgimizə❤️🕊️

©️Kanal Qorunur

Last updated 1 month ago

?ℴ? ??? ?ℯ?ℯ? ℊℯ? ?ℯ..?????? ♔︎

₂₆.₁₂.₂₀₂₂

вп/reklam 10k+


@spotifyaze

> Ödənişli reklam < @Narsisttt11

Last updated 3 months, 2 weeks ago