✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 1 month, 4 weeks ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 1 month ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 11 months ago
?? 3... 2... 1... Motor! ?
“Hangover” kino quizinin dördüncü turunda sizləri gözləyirik. Suallarımız yalnız film və seriallardan olacaq. Özü də 2 dildə və həmişəki kimi ölkənin ən yaxşı sual redaktorlarının təqdimatında!
? Üstəlik hədiyyələr və fotosessiya!
Vaxt itirmədən qoşulun. Qeydiyyat üçün link:
? Fərqli formatlı turlar
? Tarix: 27 mart
? Saat: 19:30
? Məkan: @beermood_baku
? Komanda tərkibi: minimum 4 oyunçu
? İştirak haqqı: hər oyunçu üçün 15 AZN
?? 3... 2... 1... Мотор! ?
Ждем вас на нашей новой тематической игре – киноквиз “Hangover”. Вопросы только на тематику фильмов и сериалов. На двух языках и от лучших авторов вопросов и редакторов в стране !
? Дополнительно - призы и фотосессия!
Места ограничены. Присоединяйтесь к нам не теряя времени. Ссылка для регистрации:
? Туры с разнообразными правилами
? Дата 27 марта
? Время: 19:30
? Место: @beermood_baku
? Состав команды: Минимум 4 игрока
? Взнос за участие: 15 AZN за игрока
Dunay sahilində ayaqqabılarGördüyünüz abidə Budapeştdə yerləşir və İkinci Dünya müharibəsi zamanı həyatını itirmiş yəhudilərə ithaf olunmuşdur. Müharibə dövründə Dunay sahilində güllələnən yəhudilərdən ayaqqabılarını çıxarmaları istənilirdi. Beləcə sözügedən ayaqqabılar edamı həyata keçirən əsgərlər tərəfindən oğurlanır və satılırdı.
Netfliksin qurucusu Rid Hastinqs yazır ki, Afrikada dərs dediyi vaxtlarda uşaqlara belə bir sual verir ki, eni 2 metr, uzunu 3 metr olan bir evə neçə dənə 50 sm2 sahəyə malik kərpiç lazım olar. Sinifdə kifayət qədər savadlı şagirdlər olsa da bu suala heç kim cavab verə bilmir. Təəccüblənmiş və məyus olmuş Riddən şagirdlərdən biri kərpiçin nə olması barədə soruşur. Ənənəvi evlərinin döşəməsi beton və ya palçıqdan hazırlanan afrikalı uşaqlar üçün kərpiç bilinməyən bir nəsnə idi və buna görə də verilən misalı tapmağa onların biliyi yox, təxəyyülü çatmırdı.
Rid bundan sonra həyatdan yaxşı bir dərs öyrəndiyini bildirir. Ən adi riyaziyyat məsələsi belə yerli mədəniyyətə uyğunlaşdırılmasa heç bir nəticə vermir. Uğurlu CEO-lardan biri hesab olunan Rid Hastinqs bu yanaşmanı Netfliks qlobala çıxarkən də tətbiq edir və uğurlu ola bilir.
İsmayıl Şıxlı bilirdi "Novruz bayramı"nın keçirilməsinə icazə verəcəklər, yoxsa bu bir təsadüf idimi?
"Dəli Kür" əsərində biz Novruz bayramı ilə bağlı təsvirlərə rast gəlirik. Bunların kitabda yazılması o dövr üçün təhlükəli idi. Həmin dövrdə Novruz bayramının keçirilməsi qadağan olunmuşdu. İsmayıl Şıxlı əsərini 1967-ci ildə tamamlayır. 1967-ci ildə Novruz bayramının keçirilməsinə icazə verilir.
Martın 20-də Bakının qədim Qız qalası yaxınlığında el şənlikləri başlanır. Gəlin kimi bəzədilmiş Bahar qızı da elə bu şənliyə at belində gəlir.
1969-cu ildə İsmayıl Şıxlının "Dəli Kür" romanı əsasında Həsən Seyidbəyli eyni adlı film çəkir. Əsərdə Novruz adət-ənənəsi ilə bağlı səhnələr yer almışdı. İsmayıl Şıxlı və Həsən Seyidbəyli həmin səhnələrin filmdə də yer alması üçün çalışırdılar. Həsən Seyidbəyli Novruz səhnələrinə görə "Azərbaycanfilm" kinostudiyasının direktoru Adil İsgəndərovun yanına gedir.
Adil İsgəndərov Həsən bəyin odlu-alovlu çıxışından çox təsirlənir. Ona "get, ürəyin necə istəyir, çək, lazım gəlsə, yuxarılarla da danışmaq mənim boyuma” deyir. Novruz bayramı Azərbaycanda film tarixində ilk dəfə "Dəli Kür" filmində göstərilir.
Oppenheimerlə tanışlıq
Dünən keçirilən Oskar mərasiminə “Oppenheimer” filmi 7 mükafat qazanmaqla damğa vurdu. Tarixin ən yaxşı rejissorlarından hesab edilən Kristofer Nolan, nəhayət ki, ən nüfuzlu kino mükafatına qovuşdu. Nolanın Oppenheimerlə “tanışlığının” maraqlı tarixçəsi var. Rejissor müsahibələrindən birində etiraf etmişdi ki, Oppenheimerin adını ilk dəfə Stingin 1985-ci ildə buraxdığı alboma aid olan “Russians” mahnısında eşitmişdi. Belə ki, mahnıda aşağıdakı misralar yer alır:
“How can I save my little boy,
From Oppenheimer’s deadly toy?”
? Bilik və təcrübə ilə zəngin möhtəşəm konfransa hazır olun!
? Dünyanın ən böyük nəşriyyat birliyi olan Beynəlxalq Naşirlər Assosiasiyasının baş katibi Xose Borqino ilk dəfə Azərbaycana gəlir. O, dünyanın bir çox ölkələrində nəşretmə azadlığı, çapçılıq, müəlliflik hüquqları kimi mövzularda konfranslar verir.
May ayının 5-də isə dünyaca məşhur Xose Borqino Bakıda, Nizami Kino Mərkəzində “Nəşretmə azadlığı və senzura” mövzusunda konfrans verəcək. Biletlər 20-55 AZN-dir.
☕️ Konfransın sonunda kofe-breyk təşkil ediləcək. Burada kofe içərək öz biznesinizi, işlərinizi təqdim edə və işgüzar əlaqələr qura biləcəksiniz.
? Konfrans haqqında davam ətraflı və bilet əldə etmək üçün: https://kitabistantalks.com/tickets 070 537 21 84
Freskada yer alan obrazlardan yalnız biri izləyiciyə tərəf baxır. Bu, Rafaelin avtoportretidir. Tədqiqatçıların fikrincə, rəssam öz simasını qədim dövrün ən məşhur rəssamı olan Apellesin təsviri üçün istifadə etmişdi. Görünür, Rafael təvazökarlıqdan bir qədər uzaq idi ?
Rafaelin avtoportretiRafaelin məşhur “Afina məktəbi” freskasında qədim dövrün bir çox görkəmli alimləri təsvir olunmuşdur. Rəssam bəzi alimlərin təsvirində model olaraq müasiri olan rəssamları istifadə etmişdi. Məsələn, Mikelancelonun simasını Heraklitin, Leonardo da Vinçinin simasını isə Plutonun təsvirində görə bilərik.
DAVAMI ⬇️⬇️⬇️
@beledchi
Bir çox Şərqi Asiya ölkələrinin folklorunda yayılmış belə bir əfsanə var. İmperatorun öküzlərini otaran çoban imperatorun toxucusunu özünə aşiq edir. Başları sevgiyə qarışan və vəzifələrini tamamilə unudan cütlük hökmdarın qəzəbinə tuş gəlir. İmperator onları Süd Yolunun müxtəlif "sahillərində" yerləşən Altair və Veqa ulduzlarına çevirir. Beləcə sevgililər bir-birlərinə həsrət qalırlar.
Hökmdar sonradan bu qərarından peşman olur və sevgililərin ildə bir dəfə - Ay təqviminin yeddinci ayının yeddinci günündə görüşməsinə icazə verir. Sevgililər Süd Yolundan keçə bilmədiklərindən, imperator sağsağanlara körpü tikməyi əmr edir. Quşlar bədənləri ilə körpü yaradıb, sevgililəri görüşdürürlər.
Çində və bəzi Şərqi Asiya ölkələrində Ay təqviminin yeddinci ayının yeddinci günü Sevgililər günü kimi qeyd olunur.
Əsas odur sevdikləriniz həmişə yanınızda olsun. Günün elə bir fərqi yoxdur ?
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 1 month, 4 weeks ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 1 month ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 11 months ago