Emin İmanlı

Description
~(p ∧ ~p)
We recommend to visit

Ədalətli və vicdanlı xəbərlərin ünvanı
Reklam və əməkdaşlıq, məlumat göndərmək, əlaqə yaratmaq üçün instagram @arazaxmadov (direktə)

Last updated 2 months, 2 weeks ago

𐍃ᥲᥒκi ɦᥱç δiᴛⲙəsiᥒi isᴛəⲙəɗiyiᥒ ⲙᥙsiqiᥒiᥒ s᧐ᥒ ᥒ᧐ᴛᥣᥲrı ᧐ᥣ göᤁüⲙɗᥱ🪐

¹⁵'⁰¹'²⁰²³🪐

Last updated 2 weeks, 4 days ago

?️ Kitabları sevin, onlardan sizə zərər gəlməz...

? PDF kanalımız: @kitabchi
?️ İstək və müzakirə qrupumuz: @kitabseverler

? Ödənişli reklam qəbul olunur - @HiDearly

Last updated 2 months, 1 week ago

5 months ago

Arqument 1

i. Əjdər insandır.
ii. Bütün insanlar ölümlüdür.
____
D
eməli, Əjdər ölümlüdür.

Arqument 2

i. Əgər yağış yağıbsa, onda yerlər yaşdır.
ii. Yağış yağıb.
___
Demə
li, yerlər yaşdır.

İslam ənənəsində klassik məntiqə dair müzakirələrdə maraqlı bir sual var: Arqument öz nəticəsini necə doğurur?
Yuxarıdakı iki arqumentə nəzər salın: birinci arqumentin nəticəsi "Əjdər ölümlüdür" cümləsidir, ikinci arqumentinki isə "yerlər yaşdır" cümləsi. Nə baş verir ki, iki cümlədən üçüncü bir cümlə, yəni nəticə çıxır/doğulur? Başqa sözlə, müqəddimələrdən nəticə necə çıxır?

Bu suala dörd fərqli cavab verilib:

  1. Əşərilərə görə, Allah bunu belə edib, yəni Allahın adəti belədir ki, kimsə müqəddimələri bilsə, onun zehnində nəticəni bilmək də yaranacaq, amma bunu yaratmaq Allaha vacib deyil; istəsə, yaratmaya bilər.

  2. Filosoflara görə, müqəddimələri bilmək nəticəni bilmək üçün zəmin yaradır, bu halda Allaha vacib olur ki, bu biliyi insan zehnində yaratsın, yəni nəticəni bilməyi. Çünki Allah paxıl deyil, comərddir.

  3. Mötəzililərə görə, müqəddimələri bilmək öz-özlüyündə nəticəni də bilməyi zəruriləşdirir. Yəni müqəddimələr ilə nəticə arasındakı əlaqə zəruridir və bunun Allahla heç bir əlaqəsi yoxdur. Yəni Allah bu əlaqəyə müdaxilə edə bilməz.

  4. Fəxrəddin Raziyə görə, müqəddimələr ilə nəticə arasındakı əlaqə əqli bir əlaqədir, müqəddimələri bilməkdən nəticəni bilməyi ayırmaq, əslində, qeyri-mümkündür.

Qeyd: Bu izahlar İsmayıl Haqqının 1897-ci ildə İstanbulda əski əlifbada yayımladığı "Miyarul-ulum" adlı məntiq dərsliyi kitabındandır (səh. 58).

5 months ago
Emin İmanlı
5 months, 2 weeks ago
Beşinci gün mən də orda olacam …

Beşinci gün mən də orda olacam Aqora Fəlsəfə Akademiyasının nəşrləri ilə. Gəlin, kitablaşaq.
❤️?

7 months, 1 week ago

Biz varlıqdansa yoxluğa daha yaxınıq, çünki yox idik, amma qeyri-mümkün də deyildik; bu yoxluğun içində mümkünlük xüsusiyyətinə malik idik; nə varlığı, nə də yoxluğu özümüzdən dəf etməyə gücümüz var idi. Bununla belə, hər iki tərəfdən xitab obyekti olan konkret eyni-sabitəmiz var idi: yoxluq bizə deyirdi ki, "elə olduğunuz yoxluq vəziyyətində qalın". Çünki mənim mərtəbəmdə siz var ola bilməzsiniz. Haqq isə mümkün eynlərin hər birinə "ol" deyir və onları var olmağa əmr edirdi. Mümkün isə belə deyirdi: "Biz yoxluqda onun nə olduğunu bilmişik, dadmışıq. İndi isə bizə zəruri varlığın var olmaqla bağlı əmri gəlib, biz isə onun nə olduğunu bilmirik, bu haqda heç bir təcrübəmiz yoxdur. Gəlin bu yoxluq xarakterli qeyri-mümkünlükdə Ona yardım edək, bu varlığın nə olduğunu bilək, dadaq".
Beləcə, "ol" əmri zamanı onlar var oldular və var olduqdan sonra varlıq ləzzətinin şirinliyinə görə heç vaxt yoxluğa qayıtmadılar və öz təsbitlərini bəyəndilər və qeyri-mümkün yoxluğa qarşı Allaha yardım etmələrinin faydasını gördülər. Beləliklə, aləm öz mahiyyəti etibarilə Allaha yardım edəndir, həm də daimi olaraq yardım olunandır.

İbn Ərəbi | "əl-Futuhatul-məkkiyyə", c. 3, səh. 374

9 months ago

Yaxın əyləşin, yoldaşlar, sizə xoş xəbərlə gəlmişəm. ?

Sizə elə bir kitab təqdim edirəm ki, ömrünüzün sonuna qədər də oxunusanız, hər dəfə yeni şeylər öyrənəcəksiniz, zehniniz itilənəcək. Sizi buna əmin edirəm.

Mübaliğəsiz deyirəm, kitabın hər bir səhifəsi yeni informasiya ilə doludur, sözün əsl mənasında məzmunu zəngin bir əsərdir.

Müəllif orijinal bir filosofdur; dili aydın, şəffaf, səlis və axıcıdır, məntiqinə heyran olmamaq mümkün deyil. Kitabı oxuyanda sözümü təsdiq edəcəksiniz.

Kitabı oxuyub anlamaq üçün nə lazımdırsa, hamısı kitabda var, hər şey xırdalığına qədər izah edilib. Bir qalır oxumağınız. Bu kitabdan çox şey öyrənəcəksiniz. Çoxlarına intellektual bələdçi olacaq.

Kitab yüksək səviyyədə hazırlanıb: ən yaxşı kağızla və sərt qapaqla çap edilib; içi nəfis tərtibatla hazırlanıb; əla tərcümə, əla redaktə və əla korrektə, ən əsası da əla məzmun. ?

Kitabın əsas hissəsindən əlavə, kitaba müəllifin dörd debatını (debart deyirəm e sizə, oxuyun, həzz alın) və üstəlik, üç filosof və üç məntiqçidən aldığım müsahibələri də əlavə eləmişəm (müsahibələrə vurulacaqsınız ?) İnsan zehni (düşünən digər varlıqlar da belədir) məntiqin üç ana qanunu əsasında işləyir: ziddiyyətsizlik qanunu, üçüncünü istisna qanunu və eyniyyət qanunu. Filosof və məntiqçilərdən aldığım müsahibədə bu üç qanun haqqında soruşula biləcək ən dərin 9 sualı soruşmuşam. Bir-birindən maraqlı cavablar veriblər. Oxuyanda intellektual həzz alacağınıza əmin edirəm sizi bəri başdan. ?

Önsifariş vermək istəyən dostlar, zəhmət olmasa, +994702455553 vatsap nömrəsinə yazsınlar ki, ödəniş üçün kartı yollayaq.

Metrolara pulsuz çatdırmamız var. Bölgələrə də poçtla göndərə bilərik. Sizdən sifariş, bizdən çatdırma! ?

KİTABIN QİYMƏTİ: 17 manat
Səhifə sayı: 336
Sərt qapaq

P.S. Dostlar, daha çox oxucunun xəbərdar olması üçün bu elanı öz səhifənizdə paylaşmağınızı rica edirəm.

P.S. Ənənəmizə sadiq qalaraq, ən azı, 100 önsifariş gözləriyəm dostlardan.

Aldığınız hər bir kitab növbəti kitabın nəşrinə böyük və əvəzedilməz bir dəstəkdir!

We recommend to visit

Ədalətli və vicdanlı xəbərlərin ünvanı
Reklam və əməkdaşlıq, məlumat göndərmək, əlaqə yaratmaq üçün instagram @arazaxmadov (direktə)

Last updated 2 months, 2 weeks ago

𐍃ᥲᥒκi ɦᥱç δiᴛⲙəsiᥒi isᴛəⲙəɗiyiᥒ ⲙᥙsiqiᥒiᥒ s᧐ᥒ ᥒ᧐ᴛᥣᥲrı ᧐ᥣ göᤁüⲙɗᥱ🪐

¹⁵'⁰¹'²⁰²³🪐

Last updated 2 weeks, 4 days ago

?️ Kitabları sevin, onlardan sizə zərər gəlməz...

? PDF kanalımız: @kitabchi
?️ İstək və müzakirə qrupumuz: @kitabseverler

? Ödənişli reklam qəbul olunur - @HiDearly

Last updated 2 months, 1 week ago