✍ Nohələr aləmi ✍

Description
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )

Last updated 2 months ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 4 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 1 year, 2 months ago

4 weeks, 1 day ago

┄━═✿♡﷽♡✿═━┄
İMAM KAZİMİN ZƏBAN HALI

╭─┅─===📖🎤📖===─┅─╮
@noheleralemi
╰─┅─===📖🎤📖===─┅─╯

Şair Mehdi İbadi (Bikəs)
Oxunuş tərzi:Aşağıda səsli olaraq⬇️⬇️⬇️

Sözləri:
Musəbni Cəfərəm mən varisi peyəmbərəm
Zindani zülmidə xəlvət neşini davərəm(2)

İllərdi həsrətim budu olaydı xəlvətim
Şükr olsun Allaha indi olubdu qismətim(2)

Əfsus ola ki mən Harun əsiri olmuşam
Xəzan görən güləm əz bəs döyüblər solmuşam
Əşkim axır üzə bulud misali dolmuşam

Aman aman aman/Aman aman aman aman
◼️▪️▪️◼️▪️▪️◼️
Başı bəlalıyam öz evimdən aralıyam
Zəncirə bağlıdı ayaqlarım yaralıyam(2)

Düşdüm bəlayə mən məhbəs olub mənə vətən
Sində deyin məni səhər axşam döyür nədən(2)

Yoxdur deyən ona qocanı döymə nanəcib
Təbibi aləməm qalmışam indi bivətən
Yox dadimə gələn vətən qərib özüm qərib
Aman aman aman/Aman aman aman aman
◼️▪️▪️◼️▪️▪️◼️
Aləm təbib ola ölümə yoxdu bir dəva
Ey kaş bu son nəfəs başım üstə gələ Rza(2)

Mən didəsi tərəm balalarımı gözlərəm
Könlüm çox istəyir Məsuməmi yenə görəm(2)

Yolda qalar gözü rəsmi cəhandı hə ölən
Can üstəyəm vəli nə var gedən nə var gələn
Halım yamandı yox bu hali zarimi bilən

Aman aman aman/Aman aman aman aman
◼️▪️▪️◼️▪️▪️◼️

Yox rəhmi düşmənin soldurdu ömri gülşənin
Ağırdı əlləri şoğlum olub dadu ənin(2)

Əşkilə göz dolub Allah bilir mənə nolub
Zəhra anam kimi gül surətim kəbud olub(2)

Zindani taridə şəm:in misali yanmışam
Ana ana deyib qəm əlində usanmışam
Xummi bəlalərə hər rəngidə boyanmışam

Aman aman aman/Aman aman aman aman
◼️▪️▪️◼️▪️▪️◼️
Dillərdə rayicəm hər dərd ola məalicəm
Məhbusi düşmənəm özüm Babəl həvaicəm

Qəribu (Bikəsəm) dillər yanar əgər desəm
Bir kimsə gəlmüri hər qədri dadə səsləsəm

Hər nə cəfa bilir həqqimdə ruzigar edir
Həm kündə incidir həmi rütubət incidir
Ahu nəvalərim ərşi Xudayə tək gedir

Aman aman aman/Aman aman aman aman
◼️▪️▪️◼️▪️▪️◼️

✍️ Nohələr aləmi✍️

╭─┅─===📖🎤📖===─┅─╮
@noheleralemi
╰─┅─===📖🎤📖===─┅─╯

4 weeks, 1 day ago

┄━═✿♡﷽♡✿═━┄
Hz.Musəbni Cəfərin zəban halı

╭─┅─===📖🎤📖===─┅─╮
@noheleralemi
╰─┅─===📖🎤📖===─┅─╯

Şair Mehdi İbadi
Oxunuş tərzi:Aşağıda səsli olaraq⬇️⬇️⬇️

Sözləri:

Zindan içində munisim /qəmdi
Zindan demə bir çahi por/nəmdi
Musəbni Cəfər can verən/dəmdi
Oğul Rza gəl

Burda məni yadə salar/zəncir
Aramimi əldən alar/zəncir
Ölsəm də boynumda qalar/zəncir
Oğul Rza gəl
◼️◼️◼️◼️◼️◼️◼️◼️◼️◼️◼️◼️◼️
Yoxumdu sinə dağlayan /tez gəl
Mənə tapılmaz ağlayan / tez gəl
Oğul Rza gəl
◼️◼️◼️◼️◼️◼️◼️◼️◼️◼️◼️◼️◼️

Sində deyin əsirivi /yorma
Kinə yolunda bir belə /durma
Qocanı kim vurub utan/vurma
Bəlaliyəm mən

Zülmündə yox bir ləhzə tətili
Anam kimi üzüb olub/nili
Əli ağırdı hey vurur/ sili
Bəlaliyəm mən
◼️▪️▪️▪️▪️▪️▪️▪️◼️

Şəllaqi kin canu təni/yordu
Əl çəkməyir Sindi dəni/yordu
Ayaqda kündələr məni yordu
Qəribəm axər

Kim mən kimi dözüb oğul/ cəbrə
Dönübdü gözlərim yağan/əbrə
Gərək gedəm zəncirilən /qəbrə
Qəribəm axər
◼️▪️▪️▪️▪️▪️▪️▪️◼️
Mən Hüccətullahəm özüm /düzdü
Şəmi həyatim həbsidə/süzdü
Məsumədən əlimi zəhər/üzdü
Əcəl yetişdi

Şimri zəman mənlən gəlib/ cəngə
Şişeyi ömrümü çalıb/səngə
Nəfəs düşüb oğul Rza/təngə
Əcəl yetişdi

✍️ Nohələr aləmi✍️

╭─┅─===📖🎤📖===─┅─╮
@noheleralemi
╰─┅─===📖🎤📖===─┅─╯

4 weeks, 1 day ago

┄━═✿♡﷽♡✿═━┄
Hz.Musəbni Cəfər şəhadəti barədə

╭─┅─===📖🎤📖===─┅─╮
@noheleralemi
╰─┅─===📖🎤📖===─┅─╯

Şair Mehdi İbadi(Bikəs)
Oxunuş tərzi:Aşağıda səsli olaraq⬇️⬇️⬇️

Sözləri:

Ey rəhməti Yəzdan
Ey natiqi Quran
Babəl həvaicsən
Canlar sənə qurban
◼️▪️▪️◼️◼️◼️
◼️Ya Babəl Həvaic◼️◼️
◼️Ya Musəbni Cəfər(ə)◼️
◼️▪️▪️◼️◼️◼️◼️
Ey höccəti davər
Varisi Peyəmbər
Müşkülə düşənlər
Səni dadə səslər
◼️▪️▪️◼️◼️
Gül yanında xarəm
Muştaqi didarəm
Nə olar bir görəm
Qəbrivə zəvvarəm
◼️▪️▪️◼️◼️
Eşqin dildə rayic
Hər dərdə məalic
Biçarələr səslər
Ya Babəl Həvaic
◼️▪️▪️◼️◼️
Bilməm var nə təqdir
Qəm səndən əl çəkmir
Munis oldu sənə
Boynundakı zəncir
◼️▪️▪️◼️◼️
Qəm qalandı dilə
Yannam bu nisgilə
Zəhra tək gül üzün
Göyərdi zülmilə
◼️▪️▪️◼️◼️
Cənnatə gedibsən
Qəlbi qan edibsən
Guşeyi zindanda
(Bikəs) can veribsən
◼️▪️▪️◼️◼️

✍️ Nohələr aləmi✍️

╭─┅─===📖🎤📖===─┅─╮
@noheleralemi
╰─┅─===📖🎤📖===─┅─╯

1 month ago

┄━═✿♡﷽♡✿═━┄
Xanım Zeynəbin İmam Hüseynə müraciyəti

╭─┅─===???===─┅─╮
@noheleralemi
╰─┅─===???===─┅─╯

Şair ???
Oxunuş tərzi:Aşağıda səsli olaraq⬇️⬇️⬇️

Sözləri:
Didarivə gəldim Hüseyn
Can tapdım dincəldim Hüseyn
Bu dəm qənimətdir mənə
Şayəd səhər öldüm Hüseyn

Hicrində qoy qovğa salım
Ey vay deyim lay lay çalım
Qanə dönübdür göz yaşım
Lay lay kəfənsiz qardaşım

Mən aşiqəm avariyəm
Qəm yolunun rəhvariyəm
Əlli beş ildir eşqivin
Veylaniyəm bimariyəm

Şamə dönüb günlər mənə
Həyat olub məhşər mənə
Səndən qalan nişanədi
Başda qəra məcər mənə

Saç gözəldi hörünməyə
Çəmən yaşıl bürünməyə
Qəddi kəman bacın gəlib
Qəbrin üstə sürünməyə

Yol yoldaşı qəmdir mənə
Göz yaşı şəbnəmdir mənə
Bu qüssəli ziyarətin
Ayrı bir aləmdir mənə

Ürəyimə od salmışam
Yorulmuşam qocalmışam
Nənəm toxuyan köynəyi
Qatil əlindən almışam

Su calanar bir ahiyə
Qorxu yaranar mahiyə
Gözüm fəda ətşan ölən
Sinəndəki şeş mahiyə

Arzu gülün bitirmişəm
Gülşəninə yetirmişəm
Sən tapşıran qızıl gülü
Sinəm üstən itirmişəm

Qəm qüssəmi kaşanədə
Yazdım pəri pərvanədə
Zəhra baxış Ruqəyyəvi
Dəfn eylədim viranədə

Bülbül çəmən tapammadı
Qərib vətən tapammadı
Sevgilivin cənazəsi
Bir ağ kəfən tapammadı

✍️ Nohələr aləmi✍️

╭─┅─===???===─┅─╮
@noheleralemi
╰─┅─===???===─┅─╯

1 month ago

┄━═✿♡﷽♡✿═━┄
Şeir-Vətənçün

╭─┅─===???===─┅─╮
@noheleralemi
╰─┅─===???===─┅─╯

Şair Kərbəlayi Mahir

Sözləri:

Qəlbində kimin vardısa, vicdanı Vətənçün.
Məğrur yaşadar dəhridə insanı Vətənçün.

Ərlər sinəsi səddi çəkib, güllə önündə
Tarixi yazır , hər Şəhidin qanı Vətənçün.

Verməz Vətənin bircə qarış torpağın əsla
Fəxr ilə qorur düzləri, ormanı Vətənçün.

Min həmlə ədu etsə də, bu Azəri oğlu
Viranə qoyar xaneyi-dümanı Vətənçün.

Qoyma yağı gəzsin, gülü-gülzari Vətəndə
Azad elə sən, güllü-gülüstanı Vətənçün.

Borcundu Sənin, dur keşiyində gecə-gündüz
Keç məktəbi qeyrət, qazan ad-sanı Vətənçün.

Zillətlə bir ömrü yaşa dünyada, nə fayda
Övladı Vətən şövq ilə ver canı Vətənçün.

Bax Kərbübəla səhnəsinə, Şah Hüseynə
Tə'lim elədi verməyə qurbanı Vətənçün.

Mahir bu Şəhidliy ki, uca, ali məqamdır
Səslər Cihada cümlə müsəlmanı Vətənçün.

✍️ Nohələr aləmi✍️

╭─┅─===???===─┅─╮
@noheleralemi
╰─┅─===???===─┅─╯

1 month ago

┄━═✿♡﷽♡✿═━┄
Şeir-Şəhidin anasına ürək sözləri

╭─┅─===???===─┅─╮
@noheleralemi
╰─┅─===???===─┅─╯

Şair Kərbəlayi Allahverdi(Müntəzir)

Sözləri:

Kaş biləydin bu şəhidlik necə izzətdi Ana,
Oğlunun burda gözəldir yeri cənnətdi Ana

Göz yaşın tökmə üzarə, axı mən ölməmişəm,
Əməlim ta əbədi şövqi səadətdi Ana

Mən şəhid kürsüsünə layiq olan bir igidəm,
Niyyətim qüdsidi Rəbbani rizayətdi Ana

Görsə bir gənc mənim cürətimi, vəcdə gələr,
Dərk edər ki, bu şəhadət nə vəcahətdi Ana

Əyməsin söylə atam qəddini, ta var nəfəsi,
Söylə hər yerdə desin ki, yeri rahətdi Ana

Sən çaliş Allah ilə razi niyaz eyləyəsən,
Məndən isə sənə bir tövhə şəfaətdi Ana

Eşidib şerimi sən Müntəzirə eylə dua,
Mənə bu qissəni yazmaqsa şərafətdi Ana

✍️ Nohələr aləmi✍️

╭─┅─===???===─┅─╮
@noheleralemi
╰─┅─===???===─┅─╯

1 month ago

Əziz izləyicilərimiz...Yeni kanalımız fəaliyyətə başlayır.Bu kanal moizə edən Molla,Ruhani və xətiblər üçün faydalı olacaq.

Moizələr aləmi kanalımız xeyirli olsun.

Linki:

https://t.me/moizeleralemi1

1 month ago
1 month ago

┄━═✿♡﷽♡✿═━┄
Qəməri Bənin Haşimin zəban halı

╭─┅─===???===─┅─╮
@noheleralemi
╰─┅─===???===─┅─╯

Şair Kəlami Zəncani
Oxunuş tərzi:Aşağıda səsli olaraq⬇️⬇️⬇️

Sözləri:
Dəyib ox su məşgimə ya Hüseyn
Yeri vardı ağlıya qan gözüm
Ələmim yatıbdı hərayə gəl
Səni axtarır nigəran gözüm
◼️▪️▪️◼️▪️▪️◼️
O günü ki Ummi bənin anam
Məni saldı nazilə məhdimə
Ağa bilmişəm səni həqq verib
Dərəcati aliyə cəhdimə
Hər iki əlim kəsilib vəli
Yenə payibəndəm öz əhdimə
Mənə məh cəmalın əyan elə
Ki olub qan altda nihan gözüm
◼️▪️▪️◼️▪️▪️◼️
Mənə süd veribdi anam sənin
Ölənə kimi sözüvə baxam
Ölürəm muti'i o əmrivəm
Fəqət istirəm üzüvə baxam
Öz əlinlə gözlərimin qanın
Siləsən ala gözüvə baxam
Nə gözəldi istədiyin görə
Yumula dubarə həman gözüm
◼️▪️▪️◼️▪️▪️◼️
Xoş olar ədəbli qulamilər
Ağa səsliyib ölələr Ağa
Odu səslirəm səni ta hamı
Bu məhəbbəti bilələr ağa
Başım üstə gəl vəli ağlama
Sənə qorxuram gülələr ağa
Gülən olsa eylərəm arizu
Day açılmaya yumulan gözüm
◼️▪️▪️◼️▪️▪️◼️
Aparanda qan məni mərkəbim
Ata bilmədi qədəm ağladı
Su töküldü toprağın üstünə
Para məşgimə ələm ağladı
Ucalıbdı Fatimə şivəni
Bala vay dedi nənəm ağladı
Anamın üzün gör bilmədim
Odu hey səpir yerə qan gözüm
◼️▪️▪️◼️▪️▪️◼️
Gərək aşiqin gözünün yaşın
Belə halda özgəsi silməsin
Başım üstə gəlsən əgər ağa
Elə gəl Ruqəyyə də bilməsin
Əmusundan eyləməsin gilə
Anamın vuqarı kiçilməsin
Baxa bilməz ali peyəmbərin
Üzünə bu əşki rəvan gözüm
◼️▪️▪️◼️▪️▪️◼️
Demirəm ki əfsəri ərşədəm
Qoşun içrə sahibi mənsəbəm
Demirəm əmiri sepahivəm
Hərəmi nigarə muqərrəbəm
Anam əhli beytə kənizidir
Mən özüm də xadimi Zeynəbəm
Qəsəm ahi Əsğərə hazirəm
Ola min xədəngə nişan gözüm
◼️▪️▪️◼️▪️▪️◼️
Görüm heç mücahidə mən kimi
Rəhi eşqidə sitəm olmasın
Mənə nuşidir bu bəla Hüseyn
Ürəyində zərrə qəm olmasın
Yaralı başa baxıb ağlama
Kəmərin bu qəmdə xəm olmasın
Məni onda qeyrətim öldürər
Səni görsə qəddi kəman gözüm

◼️▪️▪️◼️▪️▪️◼️

✍️ Nohələr aləmi✍️

╭─┅─===???===─┅─╮
@noheleralemi
╰─┅─===???===─┅─╯

1 month ago

┄━═✿♡﷽♡✿═━┄
Oğul ölümü

╭─┅─===???===─┅─╮
@noheleralemi
╰─┅─===???===─┅─╯

Şair ???
Oxunuş tərzi:Aşağıda səsli olaraq⬇️⬇️⬇️

Sözləri:
Elin maralı ay bala
Başı bəlalı ay bala
Evdən çıxdın gülə gülə
Gəldin yaralı ay bala

Üzə seyli əşgimi bağlaram
Mən özüm sənə sinə dağlaram
Bala vay deyib yanıb ağlaram

Həmişə möhnətu bəla
Bəlali başlara gələr
Fələk ox atsa düz gəlib
Yarali sinəyə dəyər
Üzə seyli əşgimi bağlaram
Mən özüm sənə sinə dağlaram
Bala vay deyib yanıb ağlaram

Cəvan dağı bu dəhridə
Anaların belin bükər
Məzarə getsə də gedər
Yəqin əzalı ay bala
Üzə seyli əşgimi bağlaram
Mən özüm sənə sinə dağlaram
Bala vay deyib yanıb ağlaram

✍️ Nohələr aləmi✍️

╭─┅─===???===─┅─╮
@noheleralemi
╰─┅─===???===─┅─╯

We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )

Last updated 2 months ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 4 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 1 year, 2 months ago