"Səqəleyn" - Fiqh və Hüquq Mərkəzi

Description
Sual, təklif və iradlar üçün adminlə əlaqə:
@Seqeleyn_merkezi
Advertising
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 4 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 12 months ago

1 month ago
*****🔰***Uşaq evlərindən götürülən uşağın məhrəm olub-olmaması**

*🔰Uşaq evlərindən götürülən uşağın məhrəm olub-olmaması*

Günümüzdə ailə problemlərindən biri də sonsuzluqdur. Təbabətin inkişaf etməsinə baxmayaraq hələ də bu problem tam olaraq öz həllini tapmamışdır. Buna görə də bəzi ailələr övladlığa uşaq götürürlər. Bundan əlavə ata-anasız uşağı himayəyə alıb boya-başa çatdırmaq da bəyənilən işlərdən hesab edilir.
Burada bir məsələ var ki, görəsən övladlığa götürülən uşaq şəri baxımdan atalığına və ya analığına məhrəm olur yoxsa yox?! Bu barədə müctehidlərin rəyini diqqətinizə çatdırırıq:

Ayətullah Xamenei[1], Ayətullah Sistani[2] və Ayətullah Məkarim Şirazi[3]: Uşaq evlərindən (yaxud başqa yollarla) övladlığa götürülən uşaq (həddi buluğa çatdıqdan sonra) atalığına ya analığına naməhrəm sayılır.

*📌Dipnotlar:*

1- Ayətullah Xameneinin rəsmi saytı ( https://www.leader.ir/fa/faq?s=710)
2- Ayətullah Sistaninin rəsmi saytı ( https://www.sistani.org/persian/qa/0990/ )
3- Ayətullah Məkarim Şirazi, istiftaate-cədid, cild 4, səh. 268

"Səqəleyn" Fiqh və Hüquq Mərkəzi (İstifta heyəti)

Sosial şəbəkələrdə bizi izləyin:

Youtube: https://m.youtube.com/@sqleynfiqhvhuquqmrkzi573

Whatsapp: https://chat.whatsapp.com/JJw9sGhKmiOHCoWwdI579P

Telegram: https://t.me/saqeleyn

İnstagram: https://www.instagram.com/saqeleyn_fiqh_ve_huquq_merkezi?igsh=NXBlbTlqbTB4ZzU4

Tiktok: https://www.tiktok.com/@seqeleyn_fiqh?_t=8oeBaIStLAA&_r=1

2 months ago

*🔰Talaq zamanı 2 ədalətli şəxsin şahid olması
Müqəddəs İslam şəriətinə əsasən talaq oxunan zaman iki ədalətli kişinin buna şahid olmaları zəruridir.
*❓Sual:** Qeyd olunan iki ədalətli kişinin talaqa əyani surətdə şahid olmaları şərtdirmi? (Belə ki, talaqa telefon və ya görüntü vasitəsilə virtual olaraq şahid olmalarının maneəsi varmı?)

Cavab:
*Ayətullah Xamenei:
İki ədalətli şəxsin talaqa bir başa
(telefon ya video görüntü vasitəsilə olsa belə) şahid olmaları şərtdir. Nəticədə əyani şəkildə iştirak etmələri şərt deyildir, hərçənd əyani iştirak müstəhəb-ehtiyatdır*[1].

*Ayətullah Sistani:
İki ədalətli şəxsin talaqa əyani şəkildə şahid olmaları şərtdir və
vacib-ehtiyata əsasən* canlı olaraq telefon və ya video görüntü vasitəsilə şahid olmaları kifayət etmir[2].

*Ayətullah Məkarim Şirazi:*
Talaq zamanı iki ədalətli şəxsin əyani olaraq talaqa şahid olmaları şərtdir.

*📌Dipnotlar:*

1- Ayətullah Xameneinin rəsmi saytı (leader.ir), "Talaq və iddə" bölməsi, sual nömrəsi: 30002
2- Ayətullah Sistani, "Risale came", c. 4, məs. 522 və 523
3- Ayətullah Məkarim Şirazi, "İstifta cədid", c. 4, 27-ci fəsil, 706-cı sual.

"Səqəleyn" Fiqh və Hüquq Mərkəzi (İstifta heyəti)

Sosial şəbəkələrdə bizi izləyin:

Youtube: https://m.youtube.com/@sqleynfiqhvhuquqmrkzi573

Whatsapp: https://chat.whatsapp.com/JJw9sGhKmiOHCoWwdI579P

Telegram: https://t.me/saqeleyn

İnstagram: https://www.instagram.com/saqeleyn_fiqh_ve_huquq_merkezi?igsh=NXBlbTlqbTB4ZzU4

Tiktok: https://www.tiktok.com/@seqeleyn_fiqh?_t=8oeBaIStLAA&_r=1

3 months, 2 weeks ago

*🔰"Çox səfər edən"✴️ sayılan şəxsin qeyri-iş səfərlərində namaz və oruclarının hökmü*

*Ayətullah Xamenei və Ayətullah Məkarim Şirazi: İşlə bağlı "çox səfər edən" şəxsin, yalnız peşəsinə aid olan səfərlərdə namazları tamdır, lakin qeyri-iş səfərlərində namaz və oruclarının hökmü adi səfər edən şəxslərin hökmü ilə eynidir✳️*. [1] [2]

*Ayətullah Sistani:*
Bir nəfər "çox səfər edən" sayıldığı təqdirdə namazları tam və orucları düzdür. Bu məsələdə iş səfəri ilə qeyri-iş səfəri arasında fərq yoxdur. [3]

✴️Kəsirus-səfər
✳️ Yəni 4 rükətli namazları qəsr (2rükət formasında) qılacaq və oruc da tuta bilməz.

*📌Dipnot:*

1- Ayətullah Xamenei, "Fiqh risaləsi", məs:746
2- Ayətullah Məkarim Şirazi, "Risalə", məs:1147
3- Ayətullah Sistani, "Minhacus-salihin", məs:912; "Risale came", c.1 məs:1744

"Səqəleyn" Fiqh və Hüquq Mərkəzi (İstifta heyəti)

Sosial şəbəkələrdə bizi izləyin:

Youtube: https://m.youtube.com/@sqleynfiqhvhuquqmrkzi573

Whatsapp: https://chat.whatsapp.com/JJw9sGhKmiOHCoWwdI579P

Telegram: https://t.me/saqeleyn

İnstagram: https://www.instagram.com/saqeleyn_fiqh_ve_huquq_merkezi?igsh=NXBlbTlqbTB4ZzU4

Tiktok: https://www.tiktok.com/@seqeleyn_fiqh?_t=8oeBaIStLAA&_r=1

4 months, 2 weeks ago

*?Xümslə bağlı olan məsələlər*

Müqəddəs İslam qanunlarına diqqət etdikdə, illik xərclərdən artıq qalan gəlirlər üçün xüms (lüğəvi mənası: beşdə-bir) kimi adlandırılan xüsusi bir vergi növü ilə rastlaşırıq. Belə ki, əldə edilən gəlirlərdən artığını şəriətin qeyd etdiyi yerlərə ödəməliyik. Bu yerdə belə bir sual yaranır ki: "aldığımız və bədəlini ödəmədiyimiz borcların xümsü varmı?"
*Ətraflı izah:* Bir şəxsdən müəyyən məbləğdə pul və ya hansısa əşya borc olaraq alınsa və bədəli qaytarılmasa (istər məsrəf edilsin istər yox) bu halda həmin borcun xümsü verilməlidirmi?

*?Cavab:* Xeyr, qeyd edilən borcun xümsü yoxdur; çünki xüms əldə edilən gəlir və fayda üçün nəzərdə tutulub. Qeyd edilən sualda isə borc alınıb və gəlir əldə edilməyib[1][2][3].

*Dipnotlar:*

1- Ayətullah Xamenei, "Əhkame-xums", 42-ci sual və "Fiqh risaləsi", 1115-ci məsələ.
2- Ayətullah Sistani, "Minhacus-salihin", 1247-ci məsələ, "Risale came", 2-ci cild, 713 və 714-cü məsələ.
3- Ayətullah Məkarim Şirazi, "Tovzihul-məsail", 1476-cı məsələ

"Səqəleyn" Fiqh və Hüquq Mərkəzi (İstifta heyəti)

Sosial şəbəkələrdə bizi izləyin:

Youtube: https://m.youtube.com/@sqleynfiqhvhuquqmrkzi573

Whatsapp: https://chat.whatsapp.com/JJw9sGhKmiOHCoWwdI579P

Telegram: https://t.me/saqeleyn

İnstagram: https://www.instagram.com/saqeleyn_fiqh_ve_huquq_merkezi?igsh=NXBlbTlqbTB4ZzU4

Tiktok: https://www.tiktok.com/@seqeleyn_fiqh?_t=8oeBaIStLAA&_r=1

5 months, 2 weeks ago

بسم الله الرحمن الرحیم
Səhifə admin tərəfindən idarə olunur.
Səhifədə Höccətul-İslam vəl-müslimin Eldar Əlihüseynzadə ilə əlaqəli paylaşımlar olacaq .

#ustadeldar
#Eldarəlihüseynzadə
https://www.instagram.com/p/C9FlzEwNHOO/?igsh=MXF5M2E4dXAyb2R1eQ==