Ilahi eşq🕊

Description
İmam Kazım ع buyurub:

"Həya imandandır, iman da cənnətdədir, həyasızlıq zülmdəndir, zülm də cəhənnəmdədir."🕊

📖Biharul Ənvar, cild 78, səh 309, hədis 1
Advertising
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 3 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 12 months ago

1 month ago

Ənam surəsi 21.
"Allaha iftira yaxan və ilahi ayələri təkzib edəndən də zalım olan kimdir? Həqiqətən, zalımlar nicat tapmazlar."
Nöqtələr *
Qur'anda "kimdir daha zalım?" tə biri on beş dəfə işlədilmişdir. Belə bir müraciət Allaha iftira yaxanlara, xalqı məsciddən uzaqlaşdıranlara, şəhadət və haqqı gizlədənlərə ünvanlanmışdır. Aydın olur ki, əqidə zülmü, xalqı təkamüldən uzaqlaşdırmaq cəmiyyətə ən böyük zülmdür.
Bildirişlər
1. Daha əziz və daha müqəddəs bir şeyə qarşı zülm daha ağır zülmdür. Ona görə də Allaha zülm, Onun müqəddəs zatına iftira zülmlərin ən böyüyü sayılır.
2. Ínsanların düşüncə və mədəniyyətinə zülm ən pis zülmlərdəndir. Bu sayaq zülmə nümunə olaraq Allaha şərik qoşulmasını, Allaha iftira yaxılmasını, yalandan peyğəmbərlik iddiasını, bidʼəti, rə'y əsasında təfsiri göstərmək olar.

1 month ago

Ənam surəsi 20.
“Kitab verdiyimiz kəslər Məhəmmədi (s) öz övladları tək tanıyırlar. (Əvvəlki peyğəmbər və kitabların Məhəmməd (s) haqqında dediklərini bilirlər.) Özünə zərər vuran kəslər iman gətirməzlər."
Nöqtələr
Bu ayə “Bəqərə" surəsinin 146-cı ayəsinə oxşayır.
Tövrat və İncildə həm İslam peyğəmbərinin əlamətləri, həm də onun və ətrafindakıların əxlaqına işarə olunmuşdur. ["Fəth", 29.] *Ən yaxşı tanıma insanın öz övladını tanımasıdır. Çünki insan öz övladını anadan olduğu gündən izləyir. Amma ata-ana, bacı-qardaş və həyat yoldaşını övlad qədər tanımaq olmur. Ona görə də ayədə onlar peyğəmbəri öz övladları kimi tanıyırdılar"-deyə buyurulur.
Bildirişlər
1. Allah kitab əhlinə höccəti tamam etdi, dəlillər gətirdi, bəhanələri kəsdi. Onlar İslam peyğəmbərini çox yaxşı tanıyırdılar.
2. Peyğəmbər çox yaxşı tanınmalıdır və onun doğruçuluğuna heç bir şübhə qalmamalıdır.
3. İnsanın qurtuluşu yalnız tanışlıq və elmdən asılı deyil. Bir çox Allahşünaslar, peyğəmbərşünaslar və dinşünaslar öz inadkarlıqları səbəbindən ziyana düşdülər.
4. Haqqın gizlədilməsi insanı pis aqibətə düçar edir.

1 month ago

Ənam surəsi 19.
"De ki, şahidliyə hansı mövcud daha üstün və daha böyükdür? De ki, Allah mənimlə sizin aranızda şahiddir. Bu Qur'an mənə vəhy olub ki, onunla sizə və bu bildirişin çatdığı hər bir kəsə xəbərdarlıq edəm. Siz şahid durursunuzmu ki, Allahla yanaşı başqa mə’budlar da var? De ki, mən şəhadət vermirəm. De ki, həqiqətən, O, bir olan Allahdır və şübhəsiz, mən sizin şərik qoşduqlarınızdan uzağam." Nöqtələr
Məkkə müşrikləri İslam peyğəmbərindən öz risaləti üçün şahid tələb edirdilər. Onlar həzrətin peyğəmbərliyini qəbul etmir və deyirdilər: “Hətta yəhudi və məsihilər səni peyğəmbər bilmir. Bu İslamın qəriblik dövründə ayə onun parlaq gələcəyi və bəşəri missiyasından xəbər verir.
Həzrət Əli (ə) “həqiqətən 0, bir olan Allahdır" cümləsi haqqında buyurmuşdur: “Əgər başqa mə' budlar olsaydı, onlar da öz peyğəmbərlərini göndərərdilər." [“ Nəhcül-bəlağə", “Nəhcül-bəlağə", 31. Həzrət Peyğəmbərin (s) yanina bir dəstə əsir gətirdilər. Həzrət onlardan soruşdu: “Bu vaxtadak İslama də’vət olunmusunuzmu?" Əsirlər də'vət olunmadıqlarını bildirdilər. Həzrət buyurdu: "Bu insanları əmin-aman bir məhəllə çatdırıb azad edin. Çünki İslamın nidasını eşitməmiş kəs əsir götürülməməlidir." Sonra həzrət həmin ayəni oxudu. [“ Təfsire-Dürrül-Mənsur".] İmam Sadiq (ə) buyurmuşdur: « Daimi qorxutma olan yerdə daimi qorxudan da olmalıdır. İlahi imamət və rəhbərlik də əbədi olaraq Qur'anla birlikdə olmalıdır.» | Təfsire-Safi".] **İnsanlarda zərərdən qaçmaq istəyi mənfəət qazanmaq istəyindən güclüdür. Ona görə də Qur'anda qorxutma məsələsi daha ciddi vurğulanmışdır. [“Fatir", 23; “ Ənkəbut", 50.]
Çoxsaylı hədislərdə ayədəki “mən bələğə" tə’birinin mə'sum imamlara aid olduğu bildirilir. [“ Təfsire-Əyyaşi".] imam Sadiq (ə) “ mən bələğə" tə’biri haqqında buyurmuşdur: “Ayədə imamət vəzifəsini qəbul etmiş kəs nəzərdə tutulur. Bu şəxs peyğəmbər kimi xalqı Qur'anla qorxudur." [“Kafi", c. 1, s.416.]
Bildirişlər
1. İslam peyğəmbərinin doğruçuluğunun sübutu üçün Allahın şahid olması yetər.
2. Həqiqətlərin sual-cavab şəklində bəyanı Qur'anın təbliğ üsullarındandır. 3. Qəflət, səhv, unutqanlıq, məhdudiyyət insanın mə’lumat əldə etmək və şahid olmaq qüdrətini əskildir. Allahda bu sifətlər olmadığından O ən böyük şahiddir.
4. İslam peyğəmbərinin risalətinin ən böyük şahidi Qur'andır.
5. Qafil xalqa qorxutma ilə müşayiət olunan müraciət daha tə' sirlidir.
6. Həzrət Məhəmmədin (ə) risaləti ümumbəşəri, əbədi və bütün xalqlar və dövrlər üçün nəzərdə tutulmuş risalətdir.
7. Nə qədər ki, bir qanun xalqa bəyan olunmayıb, məzəmmət və tələb etmək olmaz. Üsul elmi terminologiyasında bu hal “ bəyansız cəza qəbihdir" kimi ifadə olunur.
8. Əqidə məktəbinə iman, gələcəyə ümid, möhkəmlik, şirklə mübarizə səmavi rəhbərlik şərtlərindəndir.

1 month ago
Əziz izləyicilər, sizi Öyrədici və Maarifləndirici …

Əziz izləyicilər, sizi Öyrədici və Maarifləndirici Təhsil, Xəbər, Dini kanallara abunə olmağa dəvət edirəm.

Foto ‼️@dahilerden_kelamlar

1 month ago

Ənam surəsi 16.
"Həmin gün hər kəsdən ilahi əzab uzaqlaşdırılsa, şübhəsiz, ilahi rəhmətə çatmışdır və budur aşkar qurtuluş."
Nöqtələr *
Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Həyatım əlində olan Allaha and olsun, qiyamətdə kimsə öz əməlinə görə behiştə getməz." Soruşdular: “Sizdəmi, ya rəsuləllah?" Həzrət buyurdu: “ Allahın fəzl və rəhməti yetişməsə, hətta mən də!" Sonra mübarək əllərini başının üzərinə aparıb bu ayəni tilavət etdi." [“ Təfsire-Məcməül-bəyan"; “ Təfsire-Nurus-səqəleyn".] Şübhəsiz ki, yalnız saleh əməllər və xeyirxah fərdlər ilahi rəhmətə nail olur.
Bildirişlər
1. Hamı üçün təhlükə var. İlahi əzabdan yalnız xüsusi lütf sayəsində qurtulmaq olar.
2. Allaha təslimçilik ilahi rəhmətə çatmaq zəminəsidir.
3. Allahın qəhr-qəzəbini yalnız
Onun rəhmi aradan qaldıra bilər. Əməllərimizin qəbulu və övliyaların şəfaəti ilahi rəhmət təzahürlərindəndir.

1 month ago

Ənam surəsi 15.
"De ki, Rəbbimə qarşı itaətsizlik etsəm, həqiqətən böyük günün əzabından qorxuram."
Nöqtələr *
Xof, qorxu iki növdür: cihaddan qorxu kimi bəyənilməmiş qorxu; ilahi əzabdan qorxu kimi bəyənilmiş qorxu.
Bildirişlər
1. İlahi qanunlar hamı üçün eynidir. Allahın peyğəmbəri də günaha yol versə, Onun bəlasından qorxmalıdır.
2. Allahın övliyaları tağutdan və xalqdan yox, Állahın qəzəbindən qorxurlar.
3. Allahın rübubiyyətinə diqqət insanın günahdan çəkinməsini tələb edir.
4. Cəza qorxusu büdrəmə və xatadan qoruyan amillərdəndir.
5. Allah rəsulunun qiyamət gorxusunu izhar etməsi başqalarının tərbiyəsində müsbət rola malikdir.
6. Başqalarını həvəsləndirib onlara və'd edərkən qiyamət hesabı inancından istifadə edin. (Əvvəlki ayənin nazilolma şə’nində bildirildi ki, peyğəmbərə öz də’vətindən əl çəkmək təklif olundu. Ona deyilirdi ki, əgər öz təbliğindən əl götürsə, ehtiyacları ödənilər. Amma peyğəmbər belə buyurdu: “Mən qiyamətdən qorxuram.")

1 month, 1 week ago
Ilahi eşq🕊
1 month, 1 week ago
Ilahi eşq🕊
1 month, 1 week ago
Ilahi eşq🕊
4 months, 1 week ago

Universitetlər və Kolleclər üzrə keçid ballarına və yeni ixtisaslara nəzər yetirmək, Xarici universitetlərində keçid ballarına baxmaq üçün seçim edin

We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 3 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 12 months ago