✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 1 month, 4 weeks ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 1 month ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 11 months ago
Sanitar qadın tələb olunur
İşəgötürən: Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi
İş yeri:
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri
Əməkhaqqı:
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
Ümumi orta təhsil;
İşində cəld və səliqəli olmalı;
Verilən tapşırıqları vaxtında və keyfiyyətlə icra etməli;
İş zamanı şirkətdaxili və etik qaydalara ciddi əməl etməli.
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
CV [email protected] ünvanına göndərilməlidir;
Mövzu sətrində müraciət etdiyiniz vəzifənin adı və iş yeri (BBSM–sanitar qadın) qeyd olunmalıdır;
CV-lər 06.10.2024-cü il tarixinə qədər göndərilməlidir.
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə [email protected] e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsabiqəyə dəvət olunacaqlar.
Təbib
Baş Tibb bacısı tələb olunur
İşəgötürən: Bioloji Təbabət Klinikası
İş şəraiti:
Məkan: Bakı şəhəri, Memar Əcəmi metrosunun yaxınlığı.
İş növü: tam ştat.
Əmək haqqı razılaşma yolu ilə
Tələblər:
Tibb bacısı ixtisası üzrə müvafiq tibbi təhsil;
Praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsi
Vəzifə üzrə azı 3 il iş təcrübəsi;
İdarəetmə və liderlik bacarıqları;
Əla ünsiyyət və təşkilatçılıq qabiliyyəti;
Müasir səhiyyə standartları və səhiyyə sisteminin fəaliyyətini tənzimləyən qanunvericiliyin əsasları haqqında biliyin olması;
İş barədə məlumat:
Bölmənin işini təşkil və idarə etmək, işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək;
Tib bacılarının və həkim köməkçilərinin işinə nəzarət etmək,
Tibb otaqlarının müayinəyə və müalicəyə hazırlanmasını təmin etmək;
Sterilizasiya işini təşkil etmək, sterilizasiya otağına nəzarət etmək;
Səhiyyə sisteminin fəaliyyətini tənzimləyən əlaqədar qanunvericiliyin əsasları haqqında bilik.
Göstərilən tələblərə uyğun gələn namizədlər mövzu hissəsinə “Baş tibb bacısı” qeyd edərək CV formasını [email protected] e-mail ünvanımıza göndərmələri xahiş olunur.
Tibb qardaşı tələb olunur ?****
İşəgötürən: “Sağlam Ailə” tibb mərkəzi
Vəzifə və öhdəliklər:
▪️ Laborator tədqiqatlar üçün bioloji materialların götürülməsini həyata keçirir;
▪️ Həkim təyinatının yerinə yetirilməsini təmin edir.
Namizədə olan tələblər:
▪️ Orta tibb ixtisas təhsil;
▪️ Təcrübə 1 ilə qədər;
▪️ Yüksək ünsiyyət qabiliyyətli, hədəf yönümlü və nəticəyə istiqamətlənmiş.
Qeyd:
▪️ İş qrafiki: həftənin 6 günü (həftəlik 36 saat);
▪️ Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
▪️ Özü və ailə üzvlərinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
▪️ Şirkət daxili təlim və inkişaf imkanları.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə “Tibb qardaşı” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.
Tanınmış şəbəkəyə xadimə tələb olunur
İşəgötürən: “Zeytun Pharmaceuticals” şirkəti
-İş yeri: NZS qəsəbəsi, Oqtay Vəliyev küç. 21C, Depo;
Namizədin iş yerinə yaxın ərazidə yaşaması şərtdir.
Vəzifə funksiyaları:
- Təyin olunmuş ərazidə otaqların hər gün səhər təmizlənməsi.
- Təyin olunmuş ərazidə WC-lərin gün ərzində mütəmadi təmizlənməsi.
- Təyin olunmuş ərazidə dəhlizlərin gün ərzində mütəmadi olaraq silinməsi.
- Təyin olunmuş ərazidə pilləkanların silinməsi və ərazidə tozların alınması
- Təyin olunmuş ərazidə hər gün zibillərin yığılması və atılması.
- Təyin olunmuş ərazidə rəhbərliyə çayın aparılması .
- Fincanların günün axırında yığılması və qabların yuyulması.
Tələblər:
- Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
- Yaş həddi: 35-50;
İş şəraiti:
-İş qrafiki: 6 günlük iş həftəsi, 08:00-dan 18:00 kimi;
-Nahar şirkət tərəfindən təmin edilir;
-Əmək haqqı: 500-550 manat
Maraqlanan şəxslər "Xadimə" qeyd edib CV-ni [email protected] email ünvanına göndərə bilərlər.
Stomatologiya üzrə Tibb bacısı tələb olunur
İşəgötürən: ODONTOS LTD
Namizədə verilən tələblər
Təhsil – orta ixtisas
Yaş - 21-30
stomatolojı sahədə təcrübəsi olanlara üstünlük verilir
Microsoft Office proqramlarını peşəkar səviyyədə bilmək
Rus dili biliyi arzuolunandır
Dəqiq, məsuliyyətli və verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı
Kollektiv ilə işləmə bacarığı
İş barədə məlumat:
pasiyentlərin qəbulu, ilkin məlumatların sistemə daxil edilməsi
rentqen çəkilişin aparılması
rentqen çəkilişinin nəticəsini diskə yazılması
qəbul haqqında bütün məlumatların qeydə alınması
gündəlik hesabatların hazırlanması
Əmək haqqı – 450+ AZN
İş qrafiki – 6 gün
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Tibb bacısı (stomatologiya)” qeyd edərək öz CV-lərini [email protected] elektron ünvanına göndərməyi xahiş olunur
Satıcı - Ekspeditor tələb olunur
İşəgötürən: Seratonia
B kateqoriya sürücülük vəsiqəsi
Vəzifə öhdəlikləri:
Müştəri əlaqələrinin qurulması və saxlanması: Mövcud müştərilərlə əlaqələrin saxlanması və yeni müştərilərin cəlb edilməsi.
Sifarişlərin qəbul edilməsi və işlənməsi: Müştərilərdən sifarişlərin qəbul edilməsi və onların düzgün və vaxtında icra edilməsini təmin etmək.
Məhsul məlumatlarının yenilənməsi: Məhsul kataloqlarını və qiymət siyahılarını yeniləmək və müştərilərə doğru məlumatları təqdim etmək.
Satış hədəflərinin yerinə yetirilməsi: Müəyyən edilmiş satış hədəflərinə nail olmaq və bu hədəfləri aşmaq.
Məhsulların təqdimatı və satışı: Müxtəlif müştərilərə məhsulların təqdimatını keçirmək və onları satmaq.
Bazar araşdırması: Bazar tələblərini və rəqabəti izləmək və bu barədə rəhbərliyə məlumat vermək.
İş proseslərinin optimallaşdırılması: Satış və çatdırılma proseslərini təkmilləşdirmək və daha effektiv etmək.
Maaş: 500 – 900 AZN
Tələblər:
Fərdi qaydada və komandada işləmək bacarığına malik olmaq
Məsuliyyətli və məsələlərin həllində təşəbbüsün göstərilməsi bacarığına malik olması
Analitik təhlil etmə qabiliyyəti
İşə yaradıcı və təşəbbüskar yanaşma
Həftə içi 1 gün istirahət günü
Növbəli iş qrafiki
Xahiş edirik CV-ləri göndərəndə hansı vakansiyaya uyğun olduğunuzu qeyd edin CV- ləri [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur
Tibbi yardımın təşkili şöbəsinin dispetçeri (gecə və gündüz növbələri üçün) tələb olunur
İşəgötürən: Qala Sigorta
Tələb edilən bilik, bacarıq və təcrübə:
Tibb üzrə ali təhsil (müalicə işi ixtisası üzrə ali təhsilə üstünlük verilir);
Azərbaycan və rus dillərində səlis danışmaq və yazmaq bacarığı, ingilis dili biliyi üstünlükdür;
MS Office proqramlarında işləmək bacarığı;
İş təcrübəsi arzuolunandı;
Ofis proqramları üzrə biliklər;
Vaxtın idarəedilməsi bacarığı;
Problem həlletmə bacarığı.
Vəzi̇fə və öhdəli̇klər:
Sığortalıların zənglərini cavablandırmaq, onları maraqlandıran suallara cavab vermək və məsləhət vermək;
Sığortalıların şikayətini dinləmək, onların müvafiq tibbi müəssisəsinə və mütəxəssisə yönləndirilməsi barədə qərar vermək;
Sığorta hadisəsi barədə məlumat alındıqdan (sığortalının müraciəti) dərhal sonra sığortalının müvafiq tibb müəssisəsinə göndərilməsini təmin etmək;
Müraciət barədə məlumatı müvafiq qeydiyyat bazasına daxil etmək;
Sığortalının xidmətdən məmnuniyyətini öyrənmək üçün sığortalı ilə daimi əlaqəni həyata keçirmək;
Tibb müəssisələrinin koordinatorları ilə əlaqə yaradaraq müalicənin gedişatına və göstərilən xidmətlərə nəzarət etmək;
Klinikadan daxil olan reyestrləri müvafiq məlumat bazasına işləmək;
Daxili proqram təminatının məlumatlar bazasında olan məlumatlar əsasında hesabatlar hazırlamaq;
Tibbi yardımın təşkli şöbəsinin gündəlik işlərinin aparılmasında iştirak etmək;
Əmək şəraitinin şərtləri:
Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək.
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 30 sentyabr 2024-cü il tarixinədək hr@qala-insurance.az elektron ünvanına email-in mövzu hissəsində “Tibbi yardımın təşkili şöbəsinin dispetçeri” yazaraq göndərmələri xahiş olunur.
Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.
Həkim tələb olunur
İşəgötürən: Asthetik Lab Kosmetoloji Klinika
İş qrafiki 09:30-19:30, həftədə bir gün istirahət.
Əmək haqqı: 1500 manat + bonus
Tələblər:
Ali tibb təhsili.
Yaş həddi 24-45 (qadın)
Rus və Azərbaycan dillərini bilmək.
İşin təsviri:
Baxım prosedurlarının aparılması.
Müştərilərlə məsləhətləşmə və ünsiyyət.
Müasir avadanlıqlarda işləmək üçün təlim (sertifikatların verilməsi ilə)
3 günlük sınaq müddəti həyata keçirilir və aparat kosmetologiyası üzrə təlim keçirilir.
Gülərüz və peşəkar komandada işləmək.
Təchizatlı sinif otaqları və müntəzəm təlim.
Uyğun namizədlər şəkilli CV-lərini “Həkim” qeyd edilərək [email protected] e-poçt ünvanına göndərə bilərlər.
Əlaqə nömre: 055-900-9111
Salyan Rayon Mərkəzi Xəstəxanasına HƏKİMLƏR tələb olunur
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tabeliyində olan Salyan Rayon Mərkəzi Xəstəxanasına aşağıda qeyd olunan vəzifələr üzrə vakant yerlər elan edir:
İş yeri: Salyan rayonu
Əmək haqqı:
Əmək haqqı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
Ali tibb təhsili
Sertifikasiya şəhadətnaməsi (ixtisas üzrə)
Tələb olunan sənədlər:
Şəxsiyyəti təsdiq edən sənədin surəti;
Əsas (baza ali) tibb təhsili haqqında sənədin surəti (diplom), xaricdə təhsil almış namizədlərin ali tibbi təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla);
Xarici dövlətlərdə təhsil alan şəxslər üçün işə buraxılma haqqında şəhadətnamənin surəti (namizədin işə qəbulunun rəsmiləşdirilməsi zamanı tələb olunacaq);
Sertifikasiya şəhadətnaməsinin surəti (sertifikasiyadan keçməkdən qanunvericiliklə nəzərdə tutulmuş azadolma halları istisna olmaqla).
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
Sizə uyğun vəzifənin adını qeyd edib ( Məs: Həkim-infeksionist - Salyan RMX) CV-nizi [email protected] ünvanına göndərə bilərsiniz.
Mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adı və iş yeri qeyd olunmalıdır;
CV-lər 30.09.2024-cü il tarixinə qədər göndərilməlidir.
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsabiqəyə dəvət olunacaqlar.
Pediatrik tibb bacısı tələb olunur
İşəgötürən: İncəsənət və Bilik Mərkəzi
Müəssisə: Uşaq bağçası
Namizəd üçün tələblər:
Təhsil: Ali təhsil aidiyyati sahədə
Təcrübə: 1-2 il aidiyyati sahədə təcrübə
Yaş: 25-40
Azərbaycan dilində səlis və qrammatik cəhətdən doğru danışıq və yazı bacarıqları.
Məsuliyyətli, təşkilatçılıq və komandada işləmək bacarığı yüksək olmalıdır.
Aktivlik, ünsiyyətcillik, məsuliyyətlilik və yaradıcılıq
Təxirəsalınmaz ilki tibbi yardım bilikəri mütləqdir
İş haqqında məlumat:
Bütün tibbi prosedurların aparılması üçün həkiməqədər təcili tibbi yardım göstərmək
Dərman və tibbi alətlərin saxlanılmasına nəzarət;
Tibbi alətlərin, sarğı ləvazimatlarının və xəstələrə qulluq predmetlərinin sterilizasiyasının həyata keçirilməsi;
Uşaq bağçasının təlim-tədris və sosial fəaliyyətlərində yaxından iştirak etmək:
Qrupun və bağçanın fəaliyyətinə aid olan digər işlərin görülməsi;
Vəzifə təlimatında qeyd edilən, eləcə də zəruri olan digər əlavə öhdəlikləri yerinə yetirmək.
İş qrafiki: Bağçanın fəaliyyəti qrafiki əsasında
Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “Pediatrik tibb bacısı” adını qeyd etməklə [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 1 month, 4 weeks ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 1 month ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 11 months ago