@islamda_aile🕊🌹🏡 ³¹³🌹🕊

Description
Bu kanalda Qurani-Kərimdən, Hədislərdən və Alimlərimizin kəlamlarından "Ailə" haqqında məlumatlar oxuya bilərsiniz və digər mövzularda məlumatlar ,şəkillər, videolar paylaşılır
Yotube səhifəmiz:
https://youtu.be/QUASsWlEeNo
📆 Fəaliyyət tarixi: 04.15.2016
We recommend to visit

Ədalətli və vicdanlı xəbərlərin ünvanı
Reklam və əməkdaşlıq, məlumat göndərmək, əlaqə yaratmaq üçün instagram @arazaxmadov (direktə)

Last updated 1 month ago

?ᥲᥒκi ɦᥱç δiᴛⲙəsiᥒi isᴛəⲙəɗiyiᥒ ⲙᥙsiqiᥒiᥒ s᧐ᥒ ᥒ᧐ᴛᥣᥲrı ᧐ᥣ göᤁüⲙɗᥱ?

¹⁵'⁰¹'²⁰²³?

Last updated 4 months, 1 week ago

?️ Kitabları sevin, onlardan sizə zərər gəlməz...

? PDF kanalımız: @kitabchi
?️ İstək və müzakirə qrupumuz: @kitabseverler

? Ödənişli reklam qəbul olunur - @HiDearly

Last updated 3 weeks, 6 days ago

1 week, 6 days ago

عن البزنطي قال: سألت أبا الحسن الرضا عليه السلام في أي شهر تزور الحسين عليه السلام؟ قال: في النصف من رجب والنصف من شعبان.
Ravi deyir ki, İmam Rzadan (ə) soruşdum ki, hansı ayda İmam Hüseyni (ə) ziyarət edirsən? İmam buyurdu ki, Rəcəbin ortası (yəni 15-i) və Şə'banın ortası (yəni 15-i).
(Kamiluz-Ziyarat; səh 182, hədis 1)

عن أحمد بن محمد بن أبي نصر قال: سألت أبا الحسن الرضا عليه السلام أي الأوقات أفضل أن نزور فيه الحسين عليه السلام؟ قال: النصف من رجب والنصف من شعبان.
Ravi İmam Rzadan (ə) soruşur ki, nə vaxt İmam Hüseyni (ə) ziyarət etsək daha üstündür? Həzrət buyurdu ki, Rəcəb ilə Şə'banın ortası.
(İqbalul-Ə'mal (qədim); səh 657, c 2)

Qeyd: Görəsən, İmam Rza (ə) niyə sualı verənə ilin məhz bu iki gününü məsləhət bilir?
Bilirik ki, Mə'sum İmam (ə) sözünü hikmət üzündən söyləyən kəsdir.
Xüsusən də, biləndə ki, Rəcəbin 15-i İmam Hüseynin vəfalı bacısı, səfiri və Aşura məktəbini diri saxlayan Həzrəti Zeynəbin şəhadətidir və həmçinin, Şə'banın 15-i də İmam Hüseynin intiqamını alacaq şəxsin - İmam Zamanın (ə.f) mübarək viladət günüdür, hədisləri oxuyanın zehninə maraqlı bir məna gəlir. Görür ki, qeyd olunan hər iki gün Hüseynə bağlıdır. Birinci günün sahibi Hüseynin qanının batmasının qarşısını alıb, ikincisinin sahibi isə tökülən həmin qanın intiqamını alacaq kəsdir.
Sizcə, ilin günləri içindən yalnız bu iki günün qeyd olunması təsadüf ola bilərmi?! Mə'sum İmam (ə) təsadüfə əsasən söz deyərmi?! Fərz edək ki, birincisi təsadüf oldu, ikinci tarix də təsadüfənmi söylənildi?!
Alimlərdən biri söyləyir ki, çox düşünürdüm ki, Əhli-beytin (ə) bir çox üzvlərinin barəsində Mə'sum İmam tərəfindən söylənilən ziyarətnamələr olduğu halda, niyə Həzrəti Zeynəbin ziyarətnaməsi yoxdur?
Yuxarıda qeyd olunan hədisi oxuyarkən anladım ki, bəlkə də Həzrəti Zeynəb ziyarət olunmasının qardaşının ziyarət olunması günü (yəni 15 Rəcəbdə) ilə birgə olmasını istəyibdir.
Yəni necə ki, Həzrəti Zeynəb ərindən istəmişdir ki, istədiyi zaman qardaşı Hüseynlə (ə) birgə olsun, ziyarət olunmasında da Hüseynlə birgə olmasını istəyibmiş. Yəni kim Hüseynin ziyarətinə getsə, Zeynəbi də öz önündə görər. Kim Hüseynin görüşünə getsə, Zeynəblə də qarşılaşar. Çünki o iki nəfər əslində, bir vücuddurlar.
Kim "Ya Hüseyn" desə, Zeynəb orada hazır olar.
Ya Hüseyn!
https://t.me/quranhadisecazi

1 month, 1 week ago

QUR'ANDA İSLAM ÜMMƏTİNİN İKİ ATASI: PEYĞƏMBƏR (S) VƏ MƏ'SUM İMAMIN (Ə) NİŞANƏLƏRİNDƏN

📝 Əhli-beytin (ə) hədislərinə əsasən Qur'anda
1⃣📗 Peyğəmbər (s) günəşə, İmam (ə) isə aya bənzədilir:
{ هُوَ الَّذِي جَعَلَ الشَّمْسَ ضِيَاءً وَالْقَمَرَ نُورًا }
{ Günəşi işıqlı (parlaq), ayı nurlu edən məhz Odur. } (Yunus; 5)

2⃣📗 Peyğəmbər (s) səmaya, İmam (ə) isə qanun və mizana (ölçüyə) bənzədilir:
{ وَالسَّمَاءَ رَفَعَهَا وَوَضَعَ الْمِيزَانَ }
{ Göyü ucaltdı və (aləmdəki şeylərin hər birinin özünə münasib şəkildə ölçülməsi vasitəsi olan) qanun və mizanı qoydu. } (ər-Rəhman; 7)

3⃣📗 Peyğəmbər (s) Nun, İmam (ə) isə qələm olaraq adlanır:
{ ن ۚ وَالْقَلَمِ }
{ Nun. And olsun qələmə! } (Nun surəsi; 1)

4⃣📗 Peyğəmbər (s) səmaya, İmamlar (ə) isə bürclərə bənzədilir:
{ وَٱلسَّمَآءِ ذَاتِ ٱلۡبُرُوجِ }
{ And olsun bürcləri olan səmaya! } (Buruc; 1)

5⃣📗 Peyğəmbər (s) ulduz, İmamlar (ə) isə nişanə olaraq adlanır:
{ وَعَلَامَاتٍ ۚ وَبِالنَّجْمِ هُمْ يَهْتَدُونَ }
{ (Başqa) nişanələr də (yaratdı). Onlar ulduz[lar]la da yollarını taparlar. } (Nəhl; 16)

6⃣📗 Peyğəmbər (s) şahidlik edən, İmam (ə) isə şahidlik edilən olaraq adlanır:
{ وَشَاهِدٍ وَمَشْهُودٍ }
{ And olsun şahidlik edənə və edilənə! } (Buruc; 3)
https://t.me/quranhadisecazi

1 month, 1 week ago

BUNA HƏR MÖ'MİN ƏMƏL EDƏ BİLMİR, ÇÜNKİ SON DƏRƏCƏ DİQQƏT TƏLƏB EDİR.

Əgər ehsan etməyin elə bir keyfiyyətdə olsa ki, mömin qardaşların ehsan edə bilmədikləri barəsində düşünüb içlərində alçalma hiss edələr, verdiyin ehsan həqiqi ehsan deyil.

Əgər elmli olmağın elə bir keyfiyyətdə olsa ki, mömin qardaşların elmli olmadıqları barəsində düşünüb içlərində alçalma hiss edələr, bildiyin elm həqiqi elm deyil.

Həqiqi və faydalı ne'mət odur ki, mö'min qardaşların onu səndə görəndə içlərində alçalma duymasınlar və həmin ne'mətin onların hamısına aid olduğunu qəbul eləsinlər. Çünki mö'minlər bir bədən kimidirlər.

Çalışın əlinizdə olan ne'mətlərlə elə rəftar edin ki, ətrafınızdakıları içdən sındırmasın.
https://t.me/quranhadisecazi

2 months, 3 weeks ago
@islamda_aile🕊🌹🏡 ³¹³🌹🕊
2 months, 3 weeks ago

https://ig.me/j/AbbmsVsda6Dxt8FI/
????
Hörmətli xanimlar, bu sehifeye qoşularaq gözəl işlər öyrənib, övladlarınıza da öyrədərək onları bacarıqlı və ince zövqlü ede bilərsiniz?
Qız övladlarımız savadlı və bacarıqlı olmalidir ki, gələcəkdə gözəl işlər görə bilsinlər?

3 months, 1 week ago

Mö'min insan evlənmədən öncə sevməlidirmi?
Evlənmədən öncə həddindən artıq eşq-məhəbbətə qərq olan cavan oğlan bilməlidir ki, istədiyi qıza yetişəndən sonra onların arasında nifrət yaranmağa başlayacaq. Biləcək ki, evlənmədən öncə boş xəyallarla yaşayırmış. Onun öz zehnində yaratdığı xam xəyalların doğurduğu "xoşbəxtlik qəsri"nə evlilikdən sonra daxil olub öz təsəvvüründə olan "xoşbəxtlik mələyi"ni görməyəndə, taqətdən düşür və onda zövcəsinə qarşı nifrət yaranır. Mö'min insan isə həqiqətpərvərdir və xam xəyallara qapanan birisi deyil. O, hər şeyə öz ölçüsünü verən kəsdir, nə bir şeyi şişirdir, nə də ki, alçaldır və həyata mübaliğəsiz baxır. Mö'min insan bilir ki, xoşbəxtliyinin bir hissəsi xanımından asılıdır, qalan hissəsi isə başqa amillərə bağlıdır, məsələn ibadət-itaət kimi. Mö'min hər şeyə öz yerini verəndir deyə evlənəndən sonra da həyatın çətinliklərini çox adi halda qəbul edə bilir, çünki o çətinlikləri öncədən tanıyırdı. O, bilirdi ki, xanımı da onu incidə biləcək, o, günahsız bir məxluq deyil. Lakin xam xəyallarla yaşayanlar evlilikdən sonra önə çıxan istənilən çətinlik önündə asanlıqla süst olub öz məs'uliyyətini də bəzən digərlərinin, ya xanımının, ya da bəxtinin üstünə atmağa başlayır.
Həqiqi mö'min xəyalpərəst yox, həqiqətpərəst olar. Eləsinin həyatı acılı günləri ilə, şirin anları ilə bütövlükdə şirindir, çünki onun həyatının hamısı evlilik deyil, onun həyatının çox hissəsi evlilikdir. Onun digər işləri də vardır. Amma bunu mö'min olmayanın həyatında görmək olmur. Çünki ibadət-itaəti yoxdur. İbadət-itaətsiz ailə həyatının bütün çətinliklərindən üzüağ və günahsız çıxmaq mümkün deyil. Ailədə mə'nəvi aramlığı təkcə iş yerində qazanılan pulla əldə etmək olmur, ailədəki aramlığı çalışandan sonra mehrabda Allahdan istəməli.
https://t.me/quranhadisecazi

6 months ago

"HAL ƏHLİ" KİMLƏRƏ DEYİLİR?

Bəzi qədimi şe'rlərdə bəyənilərək işlənən "hal əhli" söz birləşməsi "kef əhli" mənasında işlənib əyyaşlığa dəvət etmirdi.
"Hal" sözü ərəbcə "hal-hazırki an, indiki zaman, hazırda yaşanılan vaxt" və habelə "dəyişmək, bir haldan digər hala keçmək" deməkdir.
Yəni şair "hal əhli olun" deyərkən oxucu və dinləyicisinə çatdırmaq istəyirdi ki, "bugününüzün qədrini bilin, hazırki anı qənimət bilib yaxşıya doğru dəyişin". "Hal əhli olun" yəni ötən günlər keçmişdə qaldı, sabah ki, nisyədir, elə indicə yaxşıya doğru dəyişməklə bugün yaşadığın ömür ne'mətinin qədrini bilənlərdən sayıl.
Hətta dünəninlə bugünün eyni də olsa, yenə də inkişafdan dayanmış sayılırsan, elə isə bircə addım da olsa, irəliyə addım at ki, irəliləyənlərdən sayılasan.
Deməli, "hal əhli" və ya "əhli-hal" "anını yaxşıya dəyişən" deməkdir.
Nə çox bir ömür pis yaşayanlar olub ki, hazırki anlarını dəyərləndirib özlərini dəyişiblər, Allah da onlara rəhm edib onların bir ömür pisliyinə göz yumaraq onları bağışlayıb.
Allahdan özümüzə "hal" istəyək.
https://t.me/quranhadisecazi

We recommend to visit

Ədalətli və vicdanlı xəbərlərin ünvanı
Reklam və əməkdaşlıq, məlumat göndərmək, əlaqə yaratmaq üçün instagram @arazaxmadov (direktə)

Last updated 1 month ago

?ᥲᥒκi ɦᥱç δiᴛⲙəsiᥒi isᴛəⲙəɗiyiᥒ ⲙᥙsiqiᥒiᥒ s᧐ᥒ ᥒ᧐ᴛᥣᥲrı ᧐ᥣ göᤁüⲙɗᥱ?

¹⁵'⁰¹'²⁰²³?

Last updated 4 months, 1 week ago

?️ Kitabları sevin, onlardan sizə zərər gəlməz...

? PDF kanalımız: @kitabchi
?️ İstək və müzakirə qrupumuz: @kitabseverler

? Ödənişli reklam qəbul olunur - @HiDearly

Last updated 3 weeks, 6 days ago