İmam Rza (ə) xadimi

Description
رَحْمَتُ اللَّهِ وَبَرَكَاتُهُ عَلَيْكُمْ أَهْلَ الْبَيْتِ

“Allahın rəhmət və bərəkəti olsun siz Əhli-Beytǝ”. (Hud surəsi, 73)
Advertising
We recommend to visit

Ədalətli və vicdanlı xəbərlərin ünvanı
Reklam və əməkdaşlıq, məlumat göndərmək, əlaqə yaratmaq üçün instagram @arazaxmadov (direktə)

Last updated 1 day, 19 hours ago

𐍃ᥲᥒκi ɦᥱç δiᴛⲙəsiᥒi isᴛəⲙəɗiyiᥒ ⲙᥙsiqiᥒiᥒ s᧐ᥒ ᥒ᧐ᴛᥣᥲrı ᧐ᥣ göᤁüⲙɗᥱ🪐

¹⁵'⁰¹'²⁰²³🪐

Last updated 2 months, 4 weeks ago

?️ Kitabları sevin, onlardan sizə zərər gəlməz...

? PDF kanalımız: @kitabchi
?️ İstək və müzakirə qrupumuz: @kitabseverler

? Ödənişli reklam qəbul olunur - @HiDearly

Last updated 2 months, 4 weeks ago

hace 4 semanas, 1 día
İmam Rza (ə) xadimi
hace 4 semanas, 1 día

عن مسعدة بن زياد، قال: سمعت جعفر بن محمد (عليهما السلام) وقد سئل عن قوله (تعالى): فلله الحجة البالغة. فقال: إن الله تعالى يقول للعبد يوم القيامة: عبدي أكنت عالما؟ فإن قال: نعم، قال له: أفلا عملت بما علمت؟ وإن قال: كنت جاهلا، قال له: أفلا تعلمت حتى تعمل؟ فيخصمه، فتلك الحجة البالغة.

Məsədə ibn Ziyad belə rəvayət edir: “İmam Sadiqdən (ə) Allahın Qurani-Kərimdə nazil etdiyi “Yetərli dəlil-sübut Allaha məxsusdur” (Ənam surəsi, 146) – ayəsi barədə soruşulduğunu eşitdim. İmam (ə) buyurdu: “Qiyamət günü Allah bəndədən soruşacaq: “Bilirdinmi?” Əgər o, “Hə” – deyə cavab versə, Allah ondan belə soruşacaq: “Bəs nə üçün bildiyinə əməl etmədin?” Əgər bəndə “Cahil idim” – deyə cavab versə, Allah da ondan belə soruşacaq: “Bəs əməl etmək üçün niyə öyrənmədin?” Bununla da, Allah-Təala ona Öz dəlilini gətirəcək. Budur həmin o yetərli dəlil-sübut!”

Şeyx Tusi, “əl-Əmali”, səhifə 21 və 22, hədis 10.

hace 1 mes

قال ابن عباس: فقبضت فاطمة عليها السلام من يومها، فارتجت المدينة بالبكاء من الرجال والنساء، ودهش الناس كيوم قبض فيه رسول الله صلى الله عليه وآله. فأقبل أبو بكر وعمر يعزيان عليا عليه السلام ويقولان له: يا أبا الحسن، لا تسبقنا بالصلاة على ابنة رسول الله. فلما كان في الليل دعا علي عليه السلام العباس والفضل والمقداد وسلمان وأبا ذر وعمارا، فقدم العباس فصلى عليها ودفنوها. أراد عمر نبش قبر الزهراء عليها السلام فواجهه أمير المؤمنين عليه السلام فلما أصبح الناس أقبل أبو بكر وعمر والناس يريدون الصلاة على فاطمة عليها السلام. فقال المقداد: قد دفنا فاطمة البارحة. فالتفت عمر إلى أبي بكر فقال: ألم أقل لك إنهم سيفعلون؟ قال العباس: إنها أوصت أن لا تصليا عليها. فقال عمر: والله لا تتركون - يا بني هاشم - حسدكم القديم لنا أبدا. إن هذه الضغائن التي في صدوركم لن تذهب والله لقد هممت أن أنبشها فأصلي عليها. فقال علي عليه السلام: (والله لو رمت ذلك يا بن صهاك لأرجعت إليك يمينك. والله لئن سللت سيفي لا غمدته دون إزهاق نفسك، فرم ذلك). فانكسر عمر وسكت، وعلم أن عليا عليه السلام إذا حلف صدق. ثم قال علي عليه السلام: يا عمر، ألست الذي هم بك رسول الله صلى الله عليه وآله وأرسل إلي، فجئت متقلدا بسيفي، ثم أقبلت نحوك لأقتلك، فأنزل الله عز وجل: (فلا تعجل عليهم إنما نعد لهم عدا)، فانصرفوا.

İbn Abbas deyir: “Fatimə (ə) o gün vəfat etdi. Mədinə şəhərini kişi və qadınların ağlama səsləri bürüdü. Camaat Peyğəmbərin (s) vəfatında olduğu kimi çaşqın vəziyyətdə idilər. Əbu Bəkr və Ömər gəlib Əliyə (ə) təsəlli verdilər və dedilər: “Ey Əbul-Həsən! Peyğəmbərin qızına namaz qılmaqda bizi qabaqlama”. Gecə olarkən Əli (ə) Abbası, Fəzli, Miqdadı, Salmanı, Əbu Zərri və Əmmarı çağırdı. Abbas önə keçib cənazə namazı qıldı və sonra onu dəfn etdilər. Səhər ertədən Əbu Bəkr, Ömər və bir dəstə camaat gəldilər. Fatiməyə (ə) cənazə namazı qılmaq istəyirdilər. Miqdad dedi: “Dünən gecə Fatiməni (ə) dəfn etdik”. Ömər üzünü Əbu Bəkrə tutub dedi: “Onların bunu edəcəklərini sənə demədimmi?” Abbas dedi: “Fatimə (ə) siz ikinizin ona cənazə namazı qılmamanızı vəsiyyət etdi”. Ömər dedi: “Ey Bəni-Haşim! Siz bizə olan köhnə həsədinizi əsla tərk etməyəcəksiniz. Bu sizin qəlbinizdə olan nifrətdir ki, heç vaxt aradan getməyəcək. Allaha and olsun, məzarını qazıyıb ona cənazə namazı qılmağı qərara aldım”. Əli (ə) dedi: “Ey Səhhakın oğlu! Əgər buna cəhd etsən səni sağ böyürün üstə çevirərəm. Allaha and olsun, əgər qılıncımı çəksəm sənin canını almadan qınına qoymaram. İstədiyini etməyə cəhd et görüm!” Ömərin cürəti bir anda yoxa çıxdı və susdu. Çünki Əlinin (ə) anda sadiq olduğunu bilirdi. Sonra Əli (ə) dedi: “Ey Ömər! Sən Peyğəmbərin (s) öldürmək niyyətilə yanıma göndərdiyi kəs deyilsən?! Mən belimdə qılıncımla gəldim, öldürmək üçün sənə tərəf yönəldim. Həmin vaxt Allah bu ayəni nazil etdi: “Elə isə onlardan ötrü (onların tezliklə məhv edilməsinə) tələsmə, çünki Biz onlar üçün saymaqdayıq”. (Məryəm surəsi, 84) Onlar çevrilib getdilər”.

📚“Kitabu Suləym ibn Qeys əl-Hilali”, səhifə 392 və 393.

hace 5 meses, 2 semanas

عن أبي عبد الله (عليه السلام)، قال: من أراد الله به الخير قذف في قلبه حب الحسين (عليه السلام) وحب زيارته، ومن أراد الله به السوء قذف في قلبه بغض الحسين وبغض زيارته

İmam Sadiq (ə) buyurur: “Allah kimə xeyir diləsə onun qəlbinə İmam Huseynin (ə) və onu ziyarətin məhəbbətini salar. Allah kimə pislik iradə etsə onun qəlbinə İmam Huseynə (ə) və onun ziyarətinə qarşı nifrət salar”.

?İbn Qavləveyh Qumi, “Kamiluz-Ziyarat”, səhifə 269, hədis 3.

hace 5 meses, 2 semanas

"İmam Huseyni (ə) şiələr öldürüb?" sualına Seyid Muhsin əl-Əmindən qısa cavab!Seyid Muhsin əl-Əmin yazır:

حاش لله أن يکون الذين قتلوه هم شيعته، بل الذين قتلوه بعضهم أهل طمع لا يرجع إلى دين، وبعضهم أجلاف أشرار، وبعضهم اتبعوا روءساءهم الذين قادهم حب الدنيا إلى قتاله، ولم يکن فيهم من شيعته ومحبيه أحد، أما شيعته المخلصون فکانوا له أنصاراً، وما برحوا حتى قتلوا دونه، ونصروه بکل ما في جهدهم، إلى آخر ساعة من حياتهم، وکثير منهم لم يتمکن من نصرته، أو لم يکن عالماً بأن الأمر سينتهي إلى ما انتهى إليه، وبعضهم خاطر بنفسه، وخرق الحصار الذي ضربه ابن زياد على الکوفة، وجاء لنصرته حتى قتل معه، أما ان أحداً من شيعته ومحبيه قاتله فذلک لم يکن، وهل يعتقد أحد إن شيعته الخلص کانت لهم کثرة مفرطة؟ کلا، فما زال أتباع الحق في کل زمان أقل قليل، ويعلم ذلک بالعيان، وبقوله تعالى: «وقليل من عبادي الشکور

“Haşa ki, İmam Huseynin (ə) qatilləri şiə olalar! Əksinə, onu qətlə yetirənlər ya dinsiz tamahkarlar, ya əxlaqsız və pozğun insanlar, ya da dünya sevgisilə Huseyn ibn Əli (ə) ilə döyüşməyə sürüklənmiş, rəhbərlərinə tabe olan şəxslər idilər. Onlar arasında İmam Huseynin (ə) şiəsi və onu sevən heç kəs yox idi.

Xalis şiələr İmam Hueynin (ə) köməkçiləri oldular, onun yolunda öldürülməkdən əsla çəkinmədilər və son nəfəslərinə qədər bütün güclərilə onu qorudular.

Onların bir çoxunun İmam Huseynə (ə) kömək etməyə imkanı olmamışdır, ya da işin bu həddə gəlib çatacağını güman etməmişlər. Bəziləri isə həyatlarını təhlükəyə atmış, İbn Ziyadın (l.ə) Kufə ətrafında topladığı mühasirəni yararaq İmama (ə) kömək üçün gəlib Kərbəlada şəhid olmuşlar. Lakin hətta bir nəfər belə olsa hansısa bir şiə Kərbəlada İmam Huseynə (ə) qarşı vuruşmamışdır, belə bir şey əsla baş verməmişdir.

Görəsən, kimsə zənn edir ki, İmam Huseynin (ə) xalis şiələrini xeyli çox olublar? Əsla! Həmişə haqq tərəfdarları az - çox az olmuşlar. Bu, Uca Allahın "Qullarımdan şükr edənlər azdır" – kəlamından da açıq-aydın başa düşülür”.

?Seyid Muhsin əl-Əmin, “Əyanuş-Şiə”, cild 1, səhifə 585; “Darul-təaruf lil-mətbuat” – Beyrut, 1403/1983.

hace 6 meses, 2 semanas
İmam Rza (ə) xadimi
hace 6 meses, 2 semanas

حدثنا أحمد بن محمد بن عيسى عن آدم بن إسحاق عن هشام عن الهيثم التميمي قال قال أبو عبد الله عليه السلام يا هيثم التميمي ان قوما آمنوا بالظاهر و كفروا بالباطن فلم ينفعهم شئ وجاء قوم من بعدهم فامنوا بالباطن و كفروا بالظاهر فلم ينفعهم ذلك شيئا ولا ايمان بظاهر ولا باطن الا بظاهر.

Əhməd ibn Muhəmməd ibn İsa bizə Adəm ibn İshaqdan, o da Hişamdan, o da Heysəm ət-Təmimidən nəql edir: “İmam Sadiq (ə) buyurur: “Ey Heysəm Təmimi, bir qövm zahirə iman gətirir, batini isə inkar edir. Onların bu imanı heç nəyə fayda vermir. Onlardan sonra bir qövm gəlir ki, batinə iman gətirir, zahiri isə inkar edirlər. Bu da onlara heç bir fayda verməz. Zahirə batinsiz, batinə də zahirsiz iman bəslənilməz”.

?Şeyx Səffar, “Bəsairud-Dəracat”, səhifə 580 və 581, hədis 5.

We recommend to visit

Ədalətli və vicdanlı xəbərlərin ünvanı
Reklam və əməkdaşlıq, məlumat göndərmək, əlaqə yaratmaq üçün instagram @arazaxmadov (direktə)

Last updated 1 day, 19 hours ago

𐍃ᥲᥒκi ɦᥱç δiᴛⲙəsiᥒi isᴛəⲙəɗiyiᥒ ⲙᥙsiqiᥒiᥒ s᧐ᥒ ᥒ᧐ᴛᥣᥲrı ᧐ᥣ göᤁüⲙɗᥱ🪐

¹⁵'⁰¹'²⁰²³🪐

Last updated 2 months, 4 weeks ago

?️ Kitabları sevin, onlardan sizə zərər gəlməz...

? PDF kanalımız: @kitabchi
?️ İstək və müzakirə qrupumuz: @kitabseverler

? Ödənişli reklam qəbul olunur - @HiDearly

Last updated 2 months, 4 weeks ago