Sadəcə düşün💡

Description
💡Qurani Kərimdə dəfələrlə təkrarlanan cümlə :Nə az düşünürsünüz.

💡Düşünmək ibadətdir, düşünün!

💡Sizə bəyənəcəyiniz şeylər söyləməyə gəlmədim
Bəyənsənizdə, bəyənməsənizdə həqiqəti söyləməyə gəldim!!!

Malcolm - X
Advertising
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 5 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 1 year ago

1 day, 6 hours ago
***⚜️***İmam Əli (ə) hərəmində gözəl bir …

⚜️İmam Əli (ə) hərəmində gözəl bir həyət inşa edildi. Hacı Kasım adını Hz. Fatimə-i Zəhra qoymağı təklif etdi, amma iraqlılar etiraz etdilər və İmam Baqır ya da İmam Sadıqın adı olmalı dedilər. Hacı isə qəbul etdi və "başım gözüm üstə" dedi.

Avlunun açılışından bir gün əvvəl Ayətullah Sistani'nin ofisindən, özləri və hərəm rəhbərləri ilə bir görüş keçirmək üçün telefon etdilər. Ayətullah Sistani buyurdu: "Məni qəbul edirsinizmi? Mənim yalan danışdığımı heç vaxt eşitdinizmi?" Onlar "Ağa, bu necə sözdür?" dedilər. Ayətullah Sistani dedi: "Dünən gecə Hz. Fatimə-i Zəhra'yı yuxumda gördüm. Hz. Zəhra buyurdu: Oğlum Qasım nə dedisə, elə olsun."

Hacı Qasımın böyük əməyi ilə inşa etdiyi bu avlu bu gün Hz. Fatimə-i Zəhra'nın mübarək adını daşıyır.

1 day, 7 hours ago

⚜️Talutla Calutun məsələsini bilirsiz. Aralarında döyüş gedirdi. Az qala hamı Calutdan qorxurdu. Yaxınına gedə bilmirdi. Onun axırına kim çıxdı?

Heç kəsin tanımadığı bir çoban. Heç kəsin diqqət etmədiyi, qardaşları arasında itib-batan gənc. İşi qoyunlara baxmaq, atasına qardaşlarına yemək daşımaq idi. Onun potensialı kimsəyə maraqlı deyildi. Sanki onu görmürdülər. Yerdən daş yığırdı torbasına ki, qoyunları qovsun.

Bir gün qoşun arasında "Calut-Calut" eşitdi. Dedi, əşi kimdir axı o? Ondan niyə bu qədər qorxursuz? Mən onu öldürərəm.

Camaat güldü. Məsxərə etdi. Taluta söhbət çatdı. Çağırdı ki, ay bala, sən kimsən belə yekə-yekə danışırsan? Gənc oğlan sözünün üstündə durdu. Talut ona zirehi geyindirdikdə gəncin əyninə tam oturdu. Gənc oğlan nə etdi?

Torbasındakı daşı atdı Caluta. Calutun alnına dəydi, onu yerə sərdi. Onu ələ salan camaat dondu qaldı. Hörmət etdilər, ətrafına yığıldılar. Hətta iş o yerə çatdı ki, Talut da unuduldu getdi.

Bu gənc Davud peyğəmbər idi. Heç kəsin ciddiyə almadığı bir insan indi onların padşahı oldu. Calutu dağ başına qaldırmışdılar, məhv oldu. Davudu saymamışdılar. Onların rəhbəri oldu.

1 day, 7 hours ago

⚜️Deyir, öldüyün zaman ölmüş ,meyit olduğunu bilmirsən. Bunu ətrafdakılar bilir və hüznlənirlər. Axmaq və cahil olduqda da eynilə belədir.

1 week, 1 day ago

⚜️Bu həyatı elə yaşa ki
ölməklə ölmə,
arxanda bir iz burax
Heç vaxt itməyən gözəl bir iz..

İmanın və təbəssümünlə yadda qalacaqsan...🥀🕊️

1 week, 1 day ago

⚜️Əlinin (ə) çox heyrətləndirici bir cümləsi var. O həzrət buyurur: "Mən bir şey itirdikdə həmişə onun ardınca gəzən, lakin özünü itirdiyinə rəğmən onu axtarmayan şəxsə təəccüb edirəm!"
O nə üçün özünü axtarmır? Ey insan! Sən özünü itirdiyini bilmirsən? Get özünü tap; bu, sənin üçün itirdiyin digər şeylərdən daha qiymətli və dəyərlidir. ("Kamil insan"dan)

1 week, 1 day ago

⚜️Heç kimə lazım və gərəkli olmadığını zənn edən insanlar, əslində ən gərəkli insanlardır.

(Remark)

2 weeks ago

⚜️Buna cavab verməyə ehtiyac yoxdur. Sadəcə bu gün düşünün.
Allah sizə ömür versin, beş il sonra özünüzü harada görürsüz? Sizcə yaşayışınız necə olacaq?
Bunun üçün nə edirsiz?
Ola bilər ki, həyatınız avtomat rejimində yaşayırsız. Yəni "Nə olar, olar".
Hər halda bu gün bunun üzərində düşünün və bunu da qeydə alın ki, bəs bu gün nələrsə etsəniz, beş il sonra nə olacaq?

2 weeks ago
Sadəcə düşün💡
2 weeks ago

⚜️Qiymətiniz neçəyədir?
-----
Bir gün Ustadın yanına bir gənc oğlan gəlib, dedi:
- Özümü yazıq, bədbəxt və lazımsuz hiss edirəm. Daha yaşamaq istəmirəm. Hər kəs məni fərsiz və maymaq sayır. Mənə kömək edin.
Ustad dedi:
- Oğul, bağışla, indi kömək edə bilmərəm. Zəruri işim var. Lakin mənə kömək etsən, mən də sənə öz işində kömək edərəm.

- Baş üstə, Ustad! - deyə donquldandı və düşündü ki, yenə də onun bəxti gətirmədi, onu ikinci plana atdılar.
- Mənə qulaq as - Ustad çeçələ barmağından bir üzük çıxartdı – Bunu bazar meydanına aparmalısan! Borcumu qaytarmaq üçün mən bu üzüyü satmalıyam. Çalış, üzüyə görə daha çox qiymət əldə edəsən. Amma məbadə onu tələsik satasan. Öyrən gör buna nə qədər verirlər. İstəyirəm, bu üzüyə ən azı bir qızıl versinlər.

Gənc bazara yollandı. Üzüyü tacirlərə göstərirdi. Əvvəlcə hamı maraqla üzüyə baxdılar. Amma qızıl pulun adını eşidən kimi üzüyə maraqları itir, kimisi gülür, kimisi də sadəcə üzünü çevirib gedirdi. Bir yaşlı tacir çıxıb, ədəb-ərkanla ona izah etdi ki, qızıl pul bu üzük üçün olduqca bahadır. Buna yalnız mis pul verərlər, ya da nadir halda gümüş pul düşə bilər. Bunu eşidən gənc kədərləndi. Bütün bazarı dolaşdı. Lakin suyu süzülə-süzülə dala qayıtdı.

- Ustad mən sənin göstərişini yerinə yetirə bilmədim. Ən yaxşı halda, buna görə bir neçə gümüş pul verərdilər. Amma qızıl pul vermələri mümkün deyildi.
- Çox zəruri söz dedin, oğul, Üzüyü satmazdan əvvəl, yaxşı olardı ki, onun həqiqi qiyməti təyin olunsun. Bunu zərgərdən daha yaxşı kim edə bilər?! Get zərgərin yanına, gör bu üzüyə nə qədər verər? Amma nə desə də üzüyü satma, mənə gətir.

Gənc zərgərin yanına yollandı. Zərgər bir müddət zərrəbinlə üzüyə baxdı. Sonra onu balaca tərəzidə çəkib, dedi:
- Ustada de ki, buna 50-dən çox qızıl pul verə bimərəm. Ancaq bir az vaxt versə 70 qızıl verərəm.
- Yetmiş qızıl?! - gənc gülüb, sağollaşaraq dala qayıtdı.

Müdrikin yanına gəlib məsələni danışdı. Müdrik dedi:
- Qulaq as, oğul, səni də bu üzük kimi yalnız həqiqi mütəxəssis qiymətləndirə bilər. Bəs nə üçün sən bazar içində gəzir və ilk rastına çıxan adamdan səni qiymətləndirməsini gözləyirsən?

3 weeks ago

Ayətullah Milaniyə yaxın şəxslərdən  biri deyir: "Ayətullah Seyid Məhəmməd Hadi Milaninin hüzurunda idim. Bir alman kişi və qadın öz qızları ilə birlikdə içəri girdilər, ağa ilə görüşəndən sonra kişi dedi: Biz sizin yanınıza müsəlman olmağa gəlmişik.
Ayətullah Milani dedi: Səbəb nədir?
Kişi dedi: Hüzurunuzda əyləşən bu qız, mənim qızımdır. Bir avtomobil qəzasında onun qabırğası sındı və sümükləri əzildi. Həkimlər onu müalicə edə bilməyib dedilər: Əməliyyat edilməlidir, amma əməliyyat təhlükəlidir. Qızım əməliyyata razı olmadı və dedi: Yataqda ölməyim, əməliyyat zamanı ölməyimdən yaxşıdır. Nə isə, onu evə gətirdik. "Bibi" dediyimiz iranlı bir qulluqçumuz var, qızım ona dedi: Sağlamlığımı bərpa etmək üçün bütün sahib olduğum mal varlığımı verməyə hazıram, amma düşünürəm ki, nakam öləcəyəm. Bibi dedi: Mən sizin şəfa tapmağınıza kömək ola biləcək bir həkim tanıyıram. Dedi: Bütün pulumu və malımı ona verməyə hazıram. Bibi dedi: Bütün mal varlığın sənin olsun, bil ki, mən ələviyəm (seyidəm), nənəm isə zülm olunaraq qabırğaları sınmış Zəhra (s.ə)-dır, sınmış qəlblə, göz yaşları ilə dedən: Ey Fatimeyi-Zəhra, Allahdan istə mənə şəfa versin. Qızım sınıq qəlblə, o müqəddəs xanımdan kömək istəməyə başladı. Bibi də evin küncündə ağlayaraq deyirdi: "Ey Fatimeyi-Zəhra, bu xəstə alman qızı özümlə gətirmişəm və səndən istəyirəm Allah yanında ona şəfaətçi olasan". Ana can! Kömək et və abrımı qoru". Kişi əlavə etdi: Mən də Həyətin küncündə bu hadisəni görəndə kövrəldim və dedim : Ey qabırğaları sınmış Fatimə! Gördüm ki, qızım bir az sakitləşdi və qəfildən məni çağırdı: Ata! Gəl, ağrım dayandı. İrəli getdim və gördüm ki, qızım tam sağalıb. Dedi: İndi mən dənizdə idim, əzəmətli bir xanım yanıma gəldi və qabırğalarıma toxundu. Dedim: Sən kimsən? Dedi: Mən sənin çağırdığın şəxsəm.
Qızım ayağa qalxdı və rahatladı, İslamın haqq din olduğunu anladım. İndi biz İrana gəlmişik və müsəlman olmaq üçün sizin xidmətinizə gəlmişik".

📚Fəzailuz-Zəhra, səhifə 109.

#Xanım_Zəhra #Əyyami_Fatimiyyə #Ayətullah_Milani #Mənəvi_Kəlamlar

"BƏYAN"

We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 5 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 1 year ago