Elm tələb edək📚

Description
«Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi?» (əz-Zumər 9)
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )

Last updated 2 months, 3 weeks ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 5 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 1 year, 2 months ago

2 months ago

🌔🌕🌖 Rəcəb ayında ağ günlərin orucu.

◆Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu:

“Hər aydan üç gün oruc tutmaq, bir il oruc tutmaq kimidir. Ağ günlər isə ayın on üçü, on dördü, on beşi günləridir.”
{Nəsai 2419. Albani, səhih tərğib 1040.}

◆Abdullah ibn Abbas (radiyallahu anhumə) rəvayət edir ki:
“Allah Rəsulu sallallahu aleyhi və səlləm ağ günlərin orucunu, nə səfərdə nə də yaşadığı yerdə olarkən tərk etməzdi.”
Nəsai 2345. Albani, sahihul cami 4848.
^
⚠️Qeyd:
13, 14, 15 Rəcəb 13, 14, 15 Yanvar günlərinə təsadüf edir.

🌿Paylaşaraq xatırladın və xeyrə səbəb olun 

✍🏼 @RADsuresi28

2 months, 1 week ago

Hər doğulan uşaq yalnız fitrət üzrə doğular. Sonra atası, anası onu ya Yəhudi, ya Xristian, ya da Məcusi edər.” Buxari.

Mən “yeni il”i qeyd etmirəm, çünki Uca Allahla görüşəcəyimi yəqinliklə bilirəm. Onun hüzurunda əməl dəftərim oxunduğu zaman saleh əməllər əvəzinə fani dünyaya aldanışım üçün utanmaqdan qorxuram.
“Axı son dönüşün Rəbbinədir!” (Quran, Ələq,8).

2 months, 1 week ago

“Yeni il”i qeyd etmirəm! Çünki Rəbbim məni yalnız Özünə ibadət üçün xəlq edib. Bu “bayram” insanların yaradılış qayəsinə ziddir. “Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım.” (Quran, Zəriyət, 56).

“Qoy yeni il sizə xoşbəxtlik, sevinc, sağlamlıq, rifah gətirsin” deyirlər. Xoşbəxtlik və sevinci, sağlamlıq və rifahı Uca Allahdan başqa heç kimin və heç nəyin nəsib etməyəcəyinə etiqad etdiyim üçün “yeni il”i qeyd etmirəm.
“Əgər Allah sizə bir zərər yetirmək və ya bir xeyir vermək istəsə, Onun (edəcəyi işin) qarşısını kim ala bilər?” (Quran, Fəth, 11).

Mən “yeni il”i qeyd etmirəm, çünki dinimin kamil olduğunu, heç bir çatışmamazlıq olmadığını, onda ta ki, Qiyamət Gününədək bütün insanların yaşayışı üçün lazım olan hər şeyin əmr edildiyinə iman gətirmişəm. “Yeni il” lüzumlu bayram olsa idi, hər bir xeyirdə öndə gedən Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) onu müsəlmanlara əmr edərdi. “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim.” (Quran, Maidə, 3).

“Yeni il”i qeyd etmirəm, çünki dinimi ilkin saflığında, heç bir yenilik və bidət əlavə etmədən yaşamaq, Rəsulullahın (Allahın ona salavatı və salamı olsun) Sünnəsi üzərində Kövsər ətrafında onunla qarşılaşmaq istəyirəm.
Səhl ibn Səd əl-Ənsari və Əbu Səid əl-Xudridən (Allah onlardan razı olsun)rəvayət edilir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: “Hamıdan əvvəl hovuzun başına gələn kəs mən olacağam. Sonra mənim yanımdan keçən kimsə hovuzdan su içər, ondan içən isə əsla susamaz. Onda yanıma mənim tanıdığım və məni tanıyan bir qövm gələcəkdir. Sonra onları məndən ayıracaqlar. Onda Mən: “Onlar mənim ümmətimdəndirlər”– deyəcəyəm. Mənə belə deyiləcək: “Sən bilmirsən, onlar səndən sonra nə yeniliklər ediblər.” Və mən: “Məndən sonra yeniliklər edənlər məndən uzaq olsunlar”– deyəcəyəm. Buxari, Muslim.

“Yeni il” nəsrani bayramıdır. Onlara bənzəyib, Qiyamət Günü kafirlərlə birlikdə həşr edilməmək üçün onu qeyd etmirəm. “Kim bir qövmə bənzəməyə çalışarsa o da onlardandır” Əbu Davud, şeyx Albani səhihləmişdir.

İçki, musiqi, qadın və kişilərin bir-birinə qarışdığı məclislər, israf, qəflət və daha nələr…“Yeni il”i günahlardan və pis əməllərdən uzaq durmaq üçün qeyd etmirəm. “Zərrə qədər pislik edən də(əvəzini) alacaqdır.” (Quran, Zəlzələ, 8)

“Yeni il”i qeyd etmirəm. Çünki Uca Allah mənə ondan qat-qat şərəfli və gözəl iki bayram bəxş edib.
Ənəs ibn Məlik (Allah ondan razı olsun) demişdir: “Allahın Rəsulu (Allahın ona salavat və salamı olsun) Hicrətdən sonra Məkkədən Mədinəyə gəldikdə, Mədinəlilərin oynayıb əyləndikləri iki bayram günü var idi. Allahın Rəsulu (Allahın ona salavat və salamı olsun): Bu günlər nədir? – deyə soruşdu. Mədinəlilər: Biz (İslamdan əvvəl), cahiliyyət dövründən üzü bəri bu günlərdə əylənirik, dedilər. Bunu eşitdikdə Allahın rəsulu belə buyurdu: Şübhəsiz ki, Allah Təala sizə o iki günün əvəzinə (dünyada və axirətdə) daha xeyirli olan iki bayramı; Qurban bayramı və Ramazan bayramını vermişdir”. ƏbuDavud, Nəsəi, İmam Əhməd. Şeyx Albani (Allah ona rəhmət etsin) səhihləmişdir.

“Yeni il”i qeyd etmirəm, çünki dini mənliyimi dərk edirəm. Anlayıram ki, bu kimi “tolerantlıq”, “müasirlik” nümunələri ilə heç kimi razı sala bilməyəcəm. “Sən onların dininə tabe olmayınca, nə yəhudilər, nə də xaçpərəstlər səndən razı qalmayacaqlar.” (Quran, Bəqərə, 120)

“Yeni il”i qeyd etmirəm, çünki bilirəm ki, bir müsəlmanın ən əsas qayəsi Allahı razı salmaqdır.
Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) demişdir: “Kim insanları qəzəbləndirərək Allahı razı salarsa, Allah da ondan razı olar və insanları da ondan razı edər (Başqa rəvayətdə: Onu insanlara möhtac etməz). Kim də Allahı qəzəbləndirərək insanları razı salmağa çalışarsa, Allah da ona qəzəblənər və insanları da onun üstünə qəzəbli olaraq salar”. Tirmizi, şeyx Albani səhihləmişdir.

“Yeni il”i övladlarıma gözəl nümunə olmaq üçün qeyd etmirəm. Qoy onların uşaqlıq xatirələri İslam mayası ilə yoğrulsun, nəsrani və yəhudi ənənələri ilə yox. Allah Rəsulu (Allahın ona salavatı və salamı olsun) demişdir: “

3 months ago
Elm tələb edək📚
3 months, 4 weeks ago

Ağ günlərin orucu!

صيام أيام البيض.

Əssələmu aleykum va rahmətullahi va barakatuhu.

Noyabr ayının 15-16-17. Cumədəl Ulə ayının 13-14-15 günləri ağ günlərdir, bu günlərdə oruc tutmaq müstəhəbdir.

5 months ago

Ağ günlərin orucu!

صيام أيام البيض.

Əssələmu aleykum va rahmətullahi va barakatuhu.

Oktyabr ayının 16-17-18.  Rabiul Səni ayının 13-14-15 günləri ağ günlərdir, bu günlərdə oruc tutmaq müstəhəbdir.

6 months, 3 weeks ago

?Uşaqların getdiyi yerlərdə  özlərini ədəbli aparması ailədəki gözəl tərbiyədən xəbər verir.

Aşağıdakı  ədəb qaydalarına diqqət  etmək lazımdır!

●Uşaqlara getdikləri yerlərdə icazəsiz başqa otaqlara girməmələri, başqalarının əşyalarını qarışdırmamaları tənbeh edilməli, möhkəm tapşırılmalıdır.

●Oynadığı, dağıtdığı oyuncaqları yığışdırmağı öyrətməli, daha körpə uşaqlara isə ana özü yığışdıraraq örnək olmalıdır.

Valideynin uşaq tərbiyəsinə  həssaslıqla yanaşıb yanaşmadığı, getdiyi yerdəki davranışlarından bilinir.

Uşağın  sərbəstlik adı altında başıboş buraxılması, getdiyi yerə zərər verməsi, uşağa valideynin müdaxilə  etməməsi; İslami ədəbə zidd bir vəziyyətdir, uşaq və ailəsi üçün isə mənfi haldır.

Xüsusilə  analar getdikləri  yerlərdə, başqalarının  evində öz uşaqlarına nəzarət  etməlidirlər. Adı üstünə uşaqdır, hər şey edə bilər. Amma valideyn  laqeyd  olmamalıdır. Uşağın dağıtdığını yığışdırmağa, verdiyi zərəri ödəməyə çalışmalıdır.

Öz nəfsi  üçün istədiyini başqaları üçün istəməyən müsəlmanın  imanı kamil olmaz. Öz evimizə gələn qonaqların, uşaqların, valideynlərin necə olmağını istəyiriksə, özümüz də getdiyimiz yerdə buna diqqət  etməliyik.

?Əgər gələn qonaqların yataq otağımızı qarışdırmaqları, uşaqların  çarpayıda hoppanmaqları, şirəli, yağlı, şokaladlı  əlləri divarlara, divanlara sürtməkləri xoşumuza gəlmirsə, bilməliyik  ki, getdiyimiz yerdəki ev yiyəsinin də xoşuna gəlmir. İmanımızın gərəyidir ki, özümüz üçün istəmədiyimizi başqalarına da etməyək.

✍?Təhminə Ummu  Muhəmməd 

?İslamda  Uşaq  Tərbiyəsinə  aid  materialları  səhifəmizdən  izləyə  bilərsiniz . 

? @islamdaterbiye

6 months, 3 weeks ago
  1. Fatihə surəsindəki "İyyəkə nə'budu və iyyəkə nəstə' in" ayəsidir. Biz yalnız sənə ibadət edir və yalnız səndən kömək diləyirik. Bu ayə Uluhiyyə tövhidinə dəlildir. Və Tövhidin 3 növündən ən əsası olanıdır.
6 months, 3 weeks ago

Sualların cavabı:
Möminlərin anası ummu Sələmə – radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm -in ən çox etdiyi dua: «Ey qəlbləri çevirən Allahım, qəlbimi dinin üzərində sabit et!»2. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ey insanlar! Allaha tövbə edin. Mən gündə 70 (bir rəvayətdə: 100) dəfə Allahdan bağışlanma diləyirəm»

9 months ago

Hamınızın bayramını təbrik edirəm. Allah bizi afiyyətdə bu gözəl din üzərində sabit etsin, əminamanlığımızı daim etsin. Əgər bugün rahat məscidə girib namaz qılıb rahatlıqla çıxa biliriksə, bu Uca Allahın bizə nəsib etdiyi əminamanlıq nemətindəndir.
Təqabbələllahu minnə va minkum?

We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )

Last updated 2 months, 3 weeks ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 5 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 1 year, 2 months ago