✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 1 month, 1 week ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 3 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 1 month ago
3⃣ 🔴 BU GÜN ƏRƏB İCTİMAİYYƏTİNİN DANIŞIQDA UZAQ DÜŞDÜYÜ QUR'AN SÖZLƏRİ
[ ] arasında ekvivalent olaraq işlədilən ibarə qeyd olunubdur.🛑 FE'LLƏR
٧) أًنَى (يَأْنِي) vaxtı çatdı, yaxınlaşdı
[حَانَ وقَرُبَ]
{ أَلَمْ يَأْنِ لِلَّذِينَ آمَنُوا أَنْ تَخْشَعَ قُلُوبُهُمْ لِذِكْرِ اللهِ }
{ Məgər iman gətirmiş kəslərin qəlblərinin Allahı yada salmaq vaxtı çatmayıb?! }
(Hədid; 16)
٨) آدَ (يَؤُودُ) çətinləşdirdi, ağırlaşdırdı, yordu
[أَثْقَلَ وأَجْهَدَ]
{ وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ ۖ وَلَا يَئُودُهُ حِفْظُهُمَا }
{ Onun (səltənət və rübubiyyət) kürsüsü göyləri və yeri əhatə etmişdir. Onları (göyləri və yeri) qoruyub saxlamaq Onun üçün çətin və yorucu deyildir. } (Bəqərə; 255)
٩) بَتَّكَ (يُبَتِّكُ) deşdi, kəsdi
[قَطَّعَ وشَقَّ]
{ وَلَآمُرَنَّهُمْ فَلَيُبَتِّكُنَّ آذَانَ الْأَنْعَامِ }
{ Onlara əmr edəcəyəm ki, dördayaqlıların qulaqlarını (xurafat və bidət üzündən) deşsinlər. } (Nisa; 119)
https://t.me/quranhadisecazi
2⃣ 🔴 BU GÜN ƏRƏB İCTİMAİYYƏTİNİN DANIŞIQDA UZAQ DÜŞDÜYÜ QUR'AN SÖZLƏRİ
[ ] arasında ekvivalent olaraq işlədilən ibarə qeyd olunubdur.🛑 FE'LLƏR
٤) أَفَلَ (يَأْفُلُ) batdı, gözdən itdi
[غَابَ]
{ فَلَمَّا جَنَّ عَلَيْهِ اللَّيْلُ رَأَىٰ كَوْكَبًا ۖ قَالَ هَٰذَا رَبِّي ۖ فَلَمَّا أَفَلَ قَالَ لَا أُحِبُّ الْآفِلِينَ }
{ Beləliklə, gecə onun üzərinə qaranlıq pərdə çəkən zaman o, bir ulduz gördü (və müşriklərlə mübahisə etmək üçün) dedi: «Bu mənim Rəbbimdir.» Elə ki, (həmin ulduz) batdı (İbrahim) dedi: «Mən batanları sevmirəm». }
(Ən'am; 76)
٥) أَلَتَ (يَأْلِتُ) azaltdı
[نَقَصَ]
{ وَمَا أَلَتْنَاهُمْ مِنْ عَمَلِهِمْ مِنْ شَيْءٍ }
{ və (övladlarını onlara birləşdirməyimizə görə) onların əməllərindən bir şey azaltmayacağıq. } (Tur; 21)
٦) أَلَا (يَأْلُو) çəkindi
[قَصَّرَ وأَبْطَأَ]
{ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّخِذُوا بِطَانَةً مِنْ دُونِكُمْ لَا يَأْلُونَكُمْ خَبَالًا }
{ Ey iman gətirənlər, özünüzdən başqasını özünüzə sirdaş dost etməyin. Onlar sizin barənizdə heç bir fitnə-fəsaddan çəkinmirlər. } (Ali-İmran; 118)
https://t.me/quranhadisecazi
Ərəbdilli xalqların zəngin ərəb dili irsindən müəyyən səbəblər üzündən nisbətən uzaq düşdüyü bugünümüzdə ərəblər tərəfindən gündəlik olaraq demək olar ki, işlədilməyən bəzi Qur'an sözləri vardır. Ərəb camaatı həmin sözlərin əvəzinə digər sözləri işlədirlər ki, bu da onların öz dillərinin zənginliyindən qəflətdə qalaraq uzaqlaşmalarına və s.-yə görədir. Həmin Qur'an sözləri elm adamları tərəfindən istifadə olunmağına baxmayaraq ümumi ərəblər tərəfindən demək olar ki, işlənmir. Lakin elm adamları səy edirlər ki, həmin Qur'an sözləri yenidən ərəb ictimaiyyətinin gündəlik danışıq dilinə keçsin.
Həmin Qur'an sözlərinin lüğətini sizlərə təqdim edirik:
1⃣ 🔴 BU GÜN ƏRƏB İCTİMAİYYƏTİNİN DANIŞIQDA UZAQ DÜŞDÜYÜ QUR'AN SÖZLƏRİ
[ ] arasında ekvivalent olaraq işlədilən ibarə qeyd olunubdur.🛑 FE'LLƏR
١) أَبَقَ (يَأْبُقُ، يَأْبِقُ) qaçdı
[هَرَبَ]
{ إِذْ أَبَقَ إِلَى الْفُلْكِ الْمَشْحُونِ }
{ (Yada sal) o zaman(ı) ki, o, (müsafir və yüklə) dolu gəmiyə tərəf qaçdı (və ona mindi). }
(Saffat; 140)
٢) أَزَّ |أَزَزَ| (يَؤُزُّ) şiddətlə təhrik etdi (hərəkətə gətirdi), şiddətlə tərpətdi
[هَيَّجَ وأَغْرَى بِالوَسْوَسَةِ]
{ أَلَمْ تَرَ أَنَّا أَرْسَلْنَا الشَّيَاطِينَ عَلَى الْكَافِرِينَ تَؤُزُّهُمْ أَزًّا }
{ Məgər (qəlb gözü ilə) şeytanları (öz qıcıqlandırıcı səsləri ilə) kafirləri (heyvan sürüsü kimi) yerlərindən şiddətlə (günah və fəsada) təhrik etmələri üçün onların üstünə göndərməyimizi görmədin?! } (Məryəm; 83)
٣) أَسِيَ (يَأْسَى) qəmgin oldu
[حَزِنَ]
{ فَلَا تَأْسَ عَلَى الْقَوْمِ الْفَاسِقِينَ }
{ Odur ki, bu itaətsiz dəstəyə görə qəmgin olma. } (Maidə; 26)
https://t.me/quranhadisecazi
Kim dünya istəsə, Qur'andan yapışsın.
Kim axirət istəsə, Qur'andan yapışsın.
Kim həm dünya və həm də axirət istəsə, Qur'andan yapışsın.
Qur'an cüz'lərinin sayı qədər - 30 otağa malik olan məscid, hər otağın divarında Qur'anın 1 cüz'ü nəqş edilibdir. Maşallah!!!
Qur'an ayı bitdi, lakin Qur'an hələ yeni başlayır.
Oruc tutub yeməlilər-içməlilərdən imtina etmək və dünyəvi ləzzətlərdən uzaq durmaq ilə Qur'anın nazil olması arasında nə bağlılıq vardır?
Bəlkə demək istəyir ki, dünyəvi dadlardan imtina etmədikcə ali Qur'an maarifini dadmaq olmur?
Bəlkə demək istəyir ki, bir ay oyaq qaldığınız gündüzlər mə'də və şəhvətinizi boğun ki, Qur'an maarifi barəsində düşünə biləsiniz?.. Bəlkə Ramazan ayı nəfsə yox deyə bilmək üçün bir test və yoxlama idi ki insan nəfsi ilə axirət işləri arasında nə vaxtsa seçim etmək məcburiyyətində qalarsa hansını seçəcəyi özünə sübut olsun? Yəni özünü tanıması və hansı məqamda durduğunu dəqiqləşdirmək üçün imiş? Bəlkə də belədir..
https://t.me/quraninecazi
Qur'ani-Kərimdə ən çox işlənən isim, fe'l və ədəd hansıdır?
Ən çox işlənən isim الله - Allah kəlməsidir.
Kökü ən çox işlənən fe'l قول maddəsidir, mə'nası "söylədi, buyurdu, dedi".
Kökü ən çox işlənən ədəd وَاحِد kəlməsidir ki, mə'nası 1-dir.
Ən çox işlənən ayrı yazılan (munfəsil) şəxs əvəzliyi هُوَ ismidir ki, mə'nası "o" deməkdir.
NƏTİCƏ:
QUR'ANI BİR OLAN VÜCUD SÖYLƏYİBDİR Kİ, O, ALLAHDIR!
Maraqlısı budur ki, Qur'ani-Kərimdə ən çox işlənən bütün bu kəlmələri özündə cəm edən ayə Allahın təkliyinə növbəti bir dəlildir:
{ قُلْ هُوَ اللهُ أَحَدٌ }
{ De: «O Allah birdir. } (İxlas; 1)
https://t.me/quraninecazi
📜 QUR'AN İNSAN QURANDIR
Qur'ani-Kərimin əqli və digər suallarına cavab axtarmaqçün təfəkkür etməliyik və təfəkkür etmək də elə Qur'anın bizdən gözləntisidir.
Qur'anın xüsusən də, əqli məsələləri insanın həm təfəkkür gücünü, həm xəyal (təsəvvür) gücünü və həm də iman gücünü möhkəmlədir.
📒İnsanın təfəkkür gücü möhkəmlənəndə problemləri dəqiqliyi ilə dərk və analiz edə bilir.
📒İnsanın xəyal (təsəvvür etmə, canlandırma) gücü möhkəmlənəndə problemlərin həlli üçün zehnində müxtəlif üslublar və həll yolları canlandıra bilir.
📒İnsanın iman gücü möhkəmlənəndə də problemləri təkcə öz gücü və hesablamalarının sayəsində aşmadığını və yalnız qeyb əlinin köməyi ilə aşırımları arxada qoyduğunu müşahidə edə bilir və özünü bir bəndə olaraq görə bilir.
Bir sözlə, Qur'an dərrakəli analitik (güclü təhlil qabiliyyətinə malik) insan yetişdirir ki, bu cür bir təhlilçini aldatmaq ya mümkün olmur, ya da çox çətin olur. Deməli, Qur'an məsələlərini yaxşı tanıyan kəsi aldada bilmək asan məsələ deyil. Çünki o cür insan Qur'andan bəsirət dərsini alıbdır.
Qur'an güclü təsəvvür qüvvəsinə malik yaradıcılıq qabiliyyəti olan insan yetişdirir ki, bu cür bir insan asanlıqla və mahirliklə nəhəng texniki, ictimai, iqtisadi və s. layihələrin planlarını qura və icra edə bilir. Deməli, Qur'an həm də idarəetmə qabiliyyəti olan insan xəlq edir.
Qur'an adamdan elə bir insan xəlq edə bilir ki, o cür bir insan yerin abadlaşdırılması zamanı səmavi güclərə söykənir.
Xülasə, Qur'an hərtərəfli təhlilçi, hərtərəfli dizayner və mühəndis və hərtərəfli mö'min (yəni bəşərə faydalı) insan qurub cəmiyyətə təqdim edir.
Harda vardır ikinci belə bir məktəb?!
Nə yaxşı ki, Qur'anımız var və nə yaxşı ki, Qur'anı yaşayanlar və yaşadanlar var!
https://t.me/quraninecazi
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 1 month, 1 week ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 3 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 1 month ago