Ədalətli və vicdanlı xəbərlərin ünvanı
Reklam və əməkdaşlıq, məlumat göndərmək, əlaqə yaratmaq üçün instagram @arazaxmadov (direktə)
Last updated 1 day, 19 hours ago
?️ Kitabları sevin, onlardan sizə zərər gəlməz...
? PDF kanalımız: @kitabchi
?️ İstək və müzakirə qrupumuz: @kitabseverler
? Ödənişli reklam qəbul olunur - @HiDearly
Last updated 2 months, 4 weeks ago
‼️📢 Bu dil əmr dilidi: nəzakətli danışığ "əbədi haram" və türklərin "ali şərəfli sülaləsinə" aid deyil
Sonra deyirsiz azərbaycan dili dəyərdən salınmışdı, əzəməti yox idi. Bəs bu nədi?
Əbdürrəhim Ərdəbili yazır ki, Xəmsə alimlərinin fikrincə, türkcə danışıqda, ənənəyə uyğun olaraq, gərək əmrdən irəli gələn qətiyyət mənası ifadə olsun, əks halda, "türkcə sözün haqqı verilməmiş olacaq". Bütün türkcə feillər zamanlarda, məsdər, inkar, sual, təsdiqdə, qadağa bildirəndə, söz və birləşmələrdə "tamamilə əmrdə deyilir".
Molla Qaraxanoğlu nəzakətli danışığı "əbədi haram" və "xətalı" və hətta "tat" adlandırır, onları türklərin "ali şərəfli sülaləsinə" aid etmir.
Göründüyü kimi, Əbdürrəhim Ərdəbili Şirvani türkcədəki bütün feillərin və isimlərin mənşə və kökünün "əmr feilləri", türkcənin əsasının isə "buyruq feili" olduğunu söyləyir. Bu səbəbdən türk Qızılbaş üləmaları da vurğulayır ki, türkcə danışan şəxsin səs tonunda acizlik, pəltəklik, çarəsizlik, ədəb, nəzakət, rica, dilənmək, yaltaqlıq və ya yalvarış deyil, ancaq buyruq, əmr, qətiyyət, qərarlılıq, əminlik, möhkəmlik və gücdən formalaşan bir amiranəlik olmalıdır.
Əbdürrəhim Ərdəbili türk dilini dünya dilləri arasında bənzərsiz adlandırmış və qərara almışdır ki, fiqh terminlərinin köməyi ilə türkcənin sözlərinin gücü qətiyyətli və əzəmətli olmalıdır.
Səfəvi və Əfşarlar o dövrdə mütləq siyasi və dini hökmran olduqları üçün türk dili ilə bağlı şəriət fətvaları vermiş və dini baxımından başqalarını da bu əmrlərə tabe olmağa çağırmışlar.
"Məzhər üt-türki"nin ən dəyərli hissələrindən biri "Türkcə şəkillər, sözlər, o cümlədən feillər və isimlərin qeydi və izahı" bölməsidir. Bu bölmədə Qızılbaş türkcəsində işlək olan, 3 əsrlik zaman müddətində mənasını dəyişmiş və ya işləklikdən çıxmış leksik arxaizmlər verilir.
Məsələn: qanda (harada), qaçaq/qaçan (haçan?), təpdir (basmağa vadar etmə). Çıqır, çırp, cında(köhnə, əski), çibin (milçək), qayır (düzəlt), biz (iynə)./ Uzat sözü məktubda idi Quba xan
📜 İstinad: "Məzhər üt-türki", Əbdürrəhim Ərdəbili Şirvani, XVIII əsr (Nadir şah Əfşar dövrü)
Sonra deyirlər ki, yox ee bizim dildə danışmırdılar əsas fars dili idi nəbilim nə..
‼📜 Əfşar imperatorluğu dövrü mənbəsi görün nə deyir..
Əfşar İmperatorluğu dövrü əsəri olan "Məzhər üt-türki"dən aydın olur ki, Səfəvi və Əfşarlar dövründə türklər elə bir qüdrət, əzəmət və ictimai, mədəni, dini, siyasi mövqeyə malik olmuşlar ki, qeyri-türk rəsmiləri, güc və sərvət sahibləri bu dili öyrənməyə və danışmağa çox həvəs göstərmişlər.
Buna görə də, Səfəvi hakimliyi "nəcib türk dili" ilə bağlı ən xırda məsələləri müzakirə etmək üçün Xəmsə alimlərinə, bəzi türk dilçi üləmalarına şəriət hökmləri və fətvalar imtiyazı vermişdi.
O dövrdə Qızılbaşlar türk dilini hakim dilə, sultanın və ətrafının dilinə, saray dilinə,"böyüklərin" və "hökmdarlar, ordunun dili"nə, nəticədə "hökmdar" bir dilə çevirmişdilər:
💬 "Türkcə danışmaq cox yaxşı və istəklidir və bu dil əmr və fərman sahiblərinin istiqlalının mühüm bir hissəsidir və bu dil zəmanə və dövrün əmr sahibi olan sultanlar və hakimlərin dilidir. Bu dilin onların işlərinin keçməsində hədsiz və sonsuz faydaları var.
Bəlkə, bu dil onların dünyəvi işlərində ən üstün və ən kamildir və əgər onlar bu məna libasını əyinlərinə geyinməyiblərsə, şübhəsiz, bu zəmanənin insanlarının nəzərində danlaq və məzəmmətə layiqdirlər və dövrün camaatının gözündə onlar üçün heç bir təmkin, vüqar, cəlal və etibar qalmaz".
Və ya: "Molla Qaraxanoğlu türk dilinin ucsuz-bucaqsız bir dəniz olduğunu söyləyir və qeyd edir ki, türklərlə tez-tez türkcə danışmasanız, ondan tam yararlana bilməyəcəksiniz".
Bir daha aydın olur ki, o dövrdə İmperiya ərazisində türk dilindən savayı bu səviyyədə başqa bir ünsiyyət dili olmamışdır. Türkcəni öyrənmək və bu dildə danışmaq "dövrün hökmdarlarına, vəzifə sahiblərinə, ağsaqqallara, məmurlara, mal və sürü sahiblərinə, ən azı divan üzvlərinə, məmur atlılara" bir vəzifə kimi həvalə edilmiş, "türkcə danışdıqda dünya işlərində böyük faydalar qazanacaqlarını" bildirmişlər.
Bu ondan irəli gəlirdi ki, Qızılbaş türkləri Şah İsmayılın və onun əcdadlarının dili olan türkcəyə "müqəddəs lisan" kimi baxırdılar.
‼️📜 Xəmsə alimləri məqam və rütbəsi olan şəxsə Türkcə danışmaq "müstəhəb", olmasa "məkruh"dur söyləmişlər
- Türk dili Səfəvilər və Əfşarlar dövründə imperiya ərazisində dini və müqəddəs dil kimi qəbul olunmuşdur
Əbdürrəhim Ərdəbili Şirvani "Məzhər üt-türki" risaləsinin son səhifələrində qeyd edir ki, bu kitabı Şirazda olarkən türkcə öyrənmək və danışmaq istəyən fars mənşəli Ağa İsmayıl adlı bir şəxsin xahişi ilə, bəlkə də müəyyən haqq müqabilində "sürətli və hazırlıqsız" yazmışdır. Bir sıra səhv və xətaların olduğunu etiraf etsə də, bu əlyazma, qeyd olunduğu kimi, 270 il bundan əvvəl Qızılbaş türkcəsinin elmi baxımdan araşdırılması üçün mühüm əhəmiyyətə malikdir.
Əbdürrəhim Ərdəbili Şirvani "Məzhər üt-türki"nin dil xüsusiyyətləri (qrammatik izahlar və lüğətçə)
"Məzhər üt-türki" İrandakı Qızılbaş türkcəsinin qrammatik qaydaları və leksik tərkibini öyrətmək üçün yazılmış ilk dərslikdir. Əbdürrəhim Ərdəbili Şirvani müqəddimədə bildirir:
"Fars və İraqi-əcəmdə türk olmayan böyüklərin çoxu türk dilini başa düşməyə hazırdır və bir çox dostlar da bu barədə kitab yazmaq istəyirlər".
___
Əbdürrəhim Ərdəbili "Məzhər üt-türki"ni Azərbaycan türkcəsinin tədrisində ilk dərslik kimi görsə də, əsərdə "təfəkkür şəhərinin beşiyində doğulan", 5 müctəhid alimin adını çəkir. Türk dilinin dahiləri hesab etdiyi üçün onları Xəmsə (beşlik) alimləri adlandırır: Molla Cecimxan Şamlu, Molla Qaraxanoğlu Qurt, Molla Daşdəmir Qaragözlü, Molla Tərŋrıverdi Şahsevən və Molla Yaradanqulu Silsüpür.
Əbdürrəhim Ərdəbili Şirvani "Məzhər üt-türki"də onların yaradıcılığından bəhs etməsə də, belə nəticəyə gəlmək olar ki, Səfəvilər dövrünün çox tanınmış, bilikli bu beş türk aliminin hər birinin Qızılbaş türkcəsi və onun qrammatik qaydalarına aid yazıları olmuşdur. Lakin "Məzhər üt-türki"dən savayı heç bir mənbədə onların kimliyi və irsi haqqında məlumat yoxdur.
Dərslikdən məlum olur ki, bu din alimlərinin təkcə türk dilinin qaydaları və türk dilçiliyi haqqında deyil, həm də haram, müstəhəb və məkruh kimi fiqh terminlərinin izahları, fərdi təfsirləri, türkcə öyrənib, danışa bilmək üçün fikirləri vardır, hətta onlar bu barədə "vacib fətva"lar da vermişlər:
💬 "Xəmsə alimləri türkcə danışan şəxsin məqam və rütbəsi olan, sürü və ilxıya sahibi olan və ya heç olmasa, atlı və divanın işlərinə cavabdeh olan şəxsə "müstəhəb" olduğunu, onlardan heç biri danışan şəxsdə olmasa, onun türkcə danışması "məkruh"dur söyləmişlər. Molla Yaradanqulu bu vəziyyəti "haram" olaraq dəyərləndirir".
Müəllif bir vacib məqama da diqqət yönəldir ki, türk dili Səfəvilər və Əfşarlar dövründə dini və müqəddəs dil kimi qəbul olunmuşdur. Təsadüfi deyildir ki, fiqh terminlərini "vacib şəriət hökmü və ya vacib şəriət fətvası" kimi qəbul etmişdir. Bunun səbəbini o dövrdə türklərin Azərbaycanın dini, siyasi və ictimai həyatında tutduğu yüksək mövqedə axtarmaq lazımdır.
Ardı var..
‼📜 Nadir şah dövründə yazılmış nadir "Qızılbaş türkcəsi dərsliyi": "Şirvan camaatı farsca danışanmırdı"
Çox möhtəşəm bir tapıntı!!!
Əslən Ərdəbil şəhərindən olan XVIII əsr Azərbaycan alimi Əbdürrəhim Ərdəbili Şirvaninin müəllifi olduğu "Məzhər üt-turkı" dərsliyi (risalə) təxminən 270 il əvvəl, Nadir Şah Əfşar dövründə Qızılbaş türkcəsini qeyri-türklərə öyrətmək məqsədilə yazılmışdır.
İranın Qum şəhərində muhafizə olunan, Azərbaycan dili və tarixi üçün bu mötəbər və qiymətli əlyazmanı Tehranın Fərhangiyan Universitetinin Fars dili və ədəbiyyatı fakültəsinin dosent doktoru, əslən azərbaycanlı İxtiyar Bəxşi AMEA Nəsimi adına Dilçilik İnstitutunun Baş direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədliyə hədiyyə etmişdir.
İlk dəfə Azərbaycanda fars dilindən tərcümə və çap olunan bu dərslik dılımızın inkişaf yolları, qrammatik və leksik normalarının tarixi təkamülünün öyrənilməsi baxımından dil tarixçiləri, türkoloq və iranşünaslar üçün çox dəyərli vəsaitdir.
Əlyazmanın əvvəlində qeyd olunur ki, dərslik İranda Qızılbaş türkcəsini qeyri-türklərə öyrətmək üçün yazılmışdır və bu türkcə "axıcı, dəyərli, sadə və şirin"dir. Elə orada əlyazmanın əvvəlində qeyd olunur ki, dərslik İranda Qızılbaş türkcəsini qeyri-türklərə öyrətmək üçün yazılmışdır və bu türkcə "axıcı, dəyərli, sadə və şirin"dir.
Elə orada "Məzhər üt-türki" kitabının müəllifi Əbdürrəhim Ərdəbili Şirvaninin Ərdəbildə doğulduğu, yaşayıb boya-başa çatdığı, mənşəyinin də Ərdəbildən olduğu haqqında məlumat verilir. Şirvani təxəllüsünü götürməyinin səbəbi "yeniyetməliyinin əvvəllərində bir müddət Şirvanın pak şəhəri olan Şamaxıda yaşaması və gəncliyinin ilk illərini həmin vilayətdə dostları ilə keçirməsi"dir.
Müəllif risalədə Şamaxı və yerli əhalisi, dilləri barədə dolğun təsəvvür yaradır:
💬 "O diyarın əhalisi, böyükdən kiçiyə, varlıdan yoxsula, ümumiyyətlə türkcə danışırdılar və türk dili o sərhəddə o qədər geniş yayılıb ki, o vilayətdə yeniyetmə ikən müşahidə edirdim ki, bəzən iraqlı, fars və ya xorasanlı olan qonaq ya yad o şəhər və diyara girib farsca sözlərlə danışanda, o vilayətin əhalisi cavab söyləməkdə aciz olub, dilmanca möhtac olurdular və o şəxsin suallarına farsca kitabların üzündən ən çətin şəkildə cavab verməyə çalışırdılar".
Ardı var..
Ədalətli və vicdanlı xəbərlərin ünvanı
Reklam və əməkdaşlıq, məlumat göndərmək, əlaqə yaratmaq üçün instagram @arazaxmadov (direktə)
Last updated 1 day, 19 hours ago
?️ Kitabları sevin, onlardan sizə zərər gəlməz...
? PDF kanalımız: @kitabchi
?️ İstək və müzakirə qrupumuz: @kitabseverler
? Ödənişli reklam qəbul olunur - @HiDearly
Last updated 2 months, 4 weeks ago