پاسخ به شبهات فضای مجازی

Description
We recommend to visit

Canlı futbol matçları və xəbərlər

✅️Reklam üçün əlaqə: @ligareklam

Last updated 4 weeks ago

Ünvan: Lənkəran şəhəri 2-ci mikrorayon LDU 2-ci korpusun ətrafı Ceylan's Shop 🤩 Çatdırılma var 🤝

Istənilən parfümlər,saatlar, gül buketləri 🌹 🏵️

Last updated 1 month, 2 weeks ago

1 month ago

🔰Salam olsun Əziz kanal üzvlərinə.
Sizlərin hər birinizi bu gözəl və böyük bayram olan 🌹"Məbəs"🌹 bayramı münasibətilə təbrik edirəm.Allah etdiyiniz hər bir ibadətləri və tutduğunuz orucları qəbul etsin.🤲Allahdan istəyirik sonuncu İmamın عج zühuru təcil olsun və zindanda olan alim və möminlərimiz tezliklə azadlığa qovuşsunlar.🤲
#Məbəs günü barədə olan şübhələr⤵️;

#Şübhə_443
🟢Məbəs gününü bayram kimi qeyd etmək bidətdir...

#Şübhə_444
🟢Rəcəb ayının 27-si məbəs günü deyil,bəlkə o gündə Quran nazil olub...

#Şübhə_687
🟢Həzrəti Məhəmməd (s) hansı ildə peyğəmbərliyə seçilmişdir?!

🔗Kanalımızın linkini paylaşmaqla bizə dəstək ola bilərsiz.🔗
T.me/shubhelere_cavablar

1 month ago
1 month ago
6 months, 2 weeks ago
6 months, 2 weeks ago
6 months, 2 weeks ago
6 months, 3 weeks ago

?Şübhə
Səfər ayı niyə "nəhs" aydır və bu ayda sədəqə niyə verməliyik?!

?Cavab
?Əvvəla qeyd edək ki,nəhs kəlməsinin lüğət mənalarından biridə "bərəkətsiz" bərəkət olmayan anlamdadır.
?Aləmlərin Rəbbi təkvini olaraq nəhs olan ay,gün,saat və ya ədəd yaratmamışdır.Ümumən Həkim olan Allah nəhs yaratmamışdır.
Hətta iblis (l) özü nəhs deyildi.O Allah dərgahında mələkut aləmə çatmışdır amma imtahan qarşısında təkəbbürlük etdiyi üçün nəhslər sırasına daxil olmuşdur.İblisin yaranışı yox,onun əməli nəhsdir.
?Buna görə heç bir şey öz özlüyündə zatən nəhs deyildir.Adicə 13 rəqəmi ki,nəhs deyilir,buda səhv məlumatdır.Təqvalıların əmiri Həzrət Əli (ə) rəcəb ayının 13ü dünyaya gəlmişdir.
Müəyyən ildə ya gündə ya saatda bir narahatçılıq yaradan hadisə baş verəndə,insanlar da o xas zamanı nəhs adlandırır.Buna görə nəhs sayılan şeylər təkvini yox etibari məsələdir.
?Nəhs kəlməsi müəyyən zamanda baş verən hadisədir ki,onu belə adlandırmaq düzgün deyil,bu kəlmənin əvəzinə ağır sözünü işlətsək daha uyğun olar.
?Misal üçün Mübarək Ramazan ayının 19cu gecəsi İmam Əli (ə)-ın zərbətləndiyi gecədir.Məgər o gün İmam üçün nəhs sayıldı?!Halbuki İmam zərbət aldığı zaman "And olsun Kəbənin Allahına nicat tapdım" deyə buyurmuşdur.
?Elə Aşura gününü deyək,məgər o günü İmam və əhli beyti üçün nəhs idi?!Halbuki İmam və tərəfdarları necə şövqlə şəhadətə gedirdilər.
?Məgər Səfər ayında olan Ərbəin ziyarəti,dünya müsəlmanlarının bir yerə cəm olub,əzəmətli şəkildə bu günü qeyd etmələri nəhs əməldir?Bundan artıq nə bərəkət?!
?Səfər ayının ağır olmasının 2 məsələsi:
Səfər ayı heç bir halda nəhs ayı deyil.Amma onda olan bəzi hadisələrə görə ağır aydır.Nəhs olmağı barədə heç bir ayə və hədis yoxumuzdur.
1.İslamdan qabaq hətta kafir ərəblər arasında 4 ay (Zilhiccə,zilqədə,məhərrəm və Rəcəb) ərzində müharibədən əl çəkirdilər.Məntəqədə bu aylarda aramlıq hökm sürürdü.Bu 4 aydan 3ü dalbadal olduğu üçün Məhərrəm ayı bitəndə səfər ayında qızğın müharibələr başlayırdı.Buna görə bəziləri bu ayı ağır,bəziləri də nəhs ay adlandırırdı.Düzdür ki,İslam da bu ənənəyə sayqı görsətmiş amma nəhs deyə adlandırmamışdır.
2.Müsəlman aləminin ən böyük müsibəti,səfər ayının sonunda İslam peyğəmbərinin rehləti olmasıdır.
Xüsusi ilə bu ay şiələr üçün ağır aydır.Çünki bu ayda ağır hadisələr baş vermişdir.
-Xilafətin qəsb olunması və səqifənin təşkil edilməsi ilə birlikdə Əziz İslam Peyğəmbərinin canvermə anı üstüstdə düşməsi.
-İmam Həsən və İmam Rza (ə)-ın terror edilməsi hadisələri.
-Həzrəti Rüqəyyanın (s.ə) şəhadət günü.
?Bu ayda sədəqə vermək:
Sədəqə vermək xüsusi bir zamanlara ixtisas tapmamışdır.Dünyəvi və uxrəvi təsirlərə görə sədəqə hər zaman təkid edilmişdir.Sədəqə yalnız pulla edilən bir şey deyildir.Hətta möminin üzünə təbəssüm etmək sədəqədir.Lakin sədəqənin ən bariz nümunəsi sərvətdən infaq etməkdir.
Sədəqənin elə bir əcri var ki,hətta münafiqlər dünyalarını dəyişəndən sonra bu iş üçün təəsüf edəcəklər:
"Və sizin hər hansı birinizi ölüm haqlayıb (dünyadan getmək anı çatanda): «Ey Rəbbim,niyə məni(m ölümümü) yaxın bir müddətədək təxirə salmadın ki,sədəqə verərək salehlərdən olaydım?!» deməmişdən öncə sizə ruzi olaraq verdiklərimizdən (Allah yolunda) xərcləyin!"{Münafiqun 10}
T.me/shubhelere_cavablar

6 months, 3 weeks ago
6 months, 3 weeks ago
7 months ago

?Şübhə
Məgər İmam Hüseyn yezidlə beyət etməmək üçün şəhid olmadı?Bəs nə üçün İmam Səccad yezidlə beyət etdi?!

?Cavab
?Cavab olaraq demək lazımdır ki,İmam Hüseyn ع yezidə beyət etməsin deyə şəhid olmayıb,hətta Yezid,İmamın ع ona beyət etməsini və ya öldürüləcəyini fərman etməsəydi belə,İmam ondan əl çəkməzdi.
Çünki İslam aləmində ilk dəfə müsəlmanların işini öz üzərinə götürmüş bir şəxs nəinki bu vəzifəni qəsb etmiş,hətta vəzifəyə gəlməsi şəriətə,adət-ənənəyə,əxlaqa ziddir və bu,ən böyük münkər iş idi ki,İslam dünyasında baş vermişdir.

?Buna görə də İmam Hüseyn ع bu böyük şərlə qarşılaşmaq üçün qiyam etdi.Hətta yezid,İmam Hüseynə ع zidd olmasaydı və İmam Hüseynin ع ona beyət etməməsi ilə heç bir işi olmasaydı belə,çünki ilk dəfə İmam Hüseynin imaməti dövründə belə bir vəziyyət yaranmışdı.Bu vəziyyətə qarşı durmaq İmam Hüseynin ع vəzifəsi idi.Hətta zahirən uğursuzluğa düçar olub şəhid olsa belə.

?İmam Hüseyn ع yolu müəyyən etdi və tapşırığı yerinə yetirdi.Ona görə də bu vəzifə sonrakı imamlardan saqit olmuşdur,çünki camaat bilməli idi ki,belə bir vəziyyətin öhdəsindən gəlmək üçün gərək haqq rəhbərinin ətrafına toplaşıb ona kömək etsinlər ki,o,haqq hakimiyyəti bərqərar edib,tağutu məhv etsin.

?Buna görə də İmam Səccadın ع artıq İmam Hüseyn ع kimi vəzifələri yox idi və İmam mübarək həyatını və şiələrindən təhlükəni dəf etmək tələb olunurdu.Çünki Kərbəla hadisəsindən sonra şiəlik aradan getmişdir və belə bir hədis var ki,İmam Hüseynin ع şəhadətindən sonra 3-5 həqiqi müsəlman qalmışdır.

?Buna görə də,İmam Səccad da qalxsaydı və şəhadətə çatsaydı,imamət aradan getməklə üz-üzə qalardı və şiələri canlandırmaq və həqiqi din üçün yeni qüvvələr düzəltmək kimi böyük vəzifə yerdə qalacaqdı.
T.me/shubhelere_cavablar

We recommend to visit

Canlı futbol matçları və xəbərlər

✅️Reklam üçün əlaqə: @ligareklam

Last updated 4 weeks ago

Ünvan: Lənkəran şəhəri 2-ci mikrorayon LDU 2-ci korpusun ətrafı Ceylan's Shop 🤩 Çatdırılma var 🤝

Istənilən parfümlər,saatlar, gül buketləri 🌹 🏵️

Last updated 1 month, 2 weeks ago