Əlaqə üçün: @tural_05 ?
Oynamaq üçün link- https://1wsyob.top
YouTube kanalımız https://youtube.com/@aviatorbaku555?si=CWVNUJzfy
Wip Kanal https://t.me/aviatorazevip_01 ?
Depositlərinizi M10 və ya Master kartla edin.
Qaydalar sabit mesajda
Last updated 8 months, 3 weeks ago
📈 Qazananlar Bizi İzləyir!
👇🏻 Reklam Yerləşdirmək üçün Əlaqə:
m.me/eco.expert (facebook ilə)
📝📊📈 Economics • Capitalism • Finance
✅ Facebook.com/eco.expert
✅ Instagram.com/eco.expert
✅ X.com/eco_expert_
✅ Linkedin.com/in/tipik-iqtisadçı-ekspert
Last updated 3 days, 15 hours ago
Gizir Mübariz İbrahimovun Çaylı kəndində tək başına həyata keçirdiyi əməliyyatdan 14 il keçir. Atışma zamanı Mübariz İbrahimov kiçik serjant Mnatsakan Qasparyanı, əsgərlər Arayik Barseqyan, Eduard Manukyan və Paruyr Melkonyanı öldürür, kiçik serjant Qarik Matevosyanı, əsgərlər Qalust Badasyan, Andranik Arzumanyan və Harutyun Mesropyanı yaralayır. Sonuncunun gülləsi ilə Mübariz həlak olur. Onun haqqında 45, bəzən 100-dən çox erməni əsgərini öldürməsi barədə iddiaların heç bir əsası yoxdur. Hətta bu konspirasiyaya Putini belə qatanlar olub. Mübariz girdiyi post döyüşündə həlak olub. Hərbi xidmətdə olanlar postda maksimum neçə əsgər ola biləcəyini yaxşı bilir.
Nə əti, nə də budu olmayan ölkəyik. Fransa kimi güclü dövlətlə proksi müharibə aparmaq istəyirik. Bir azdan fransızlar ermənilərə daha ağır silahlar versələr heç təəccüblü olmaz.
Telegram
APA
***❗️***Azərbaycan MN: Media vasitələrində Fransa ilə Ermənistan arasında “Caesar” özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə kontraktın imzalandığı haqqında məlumat verilir. Azərbaycan tərəfinin xəbərdarlığına rəğmən Fransanın Ermənistanı öldürücü…
İsveçrədə keçirilmiş Ukrayna sammitinin yekunları ilə bağlı fikirlərimi bildirmək istəyirəm. Yekun deklarasiyada Rusiyadan hər zamankı tələbləri irəli sürdülər. Rusiyadan indiki halda 1991-ci il sərhədlərinə geri dönmə tələbinin qeyri-real olduğunu hamı bilir. 2015-ci ildən bəri bu mövzu gedir. Rusiya o vaxt Donbassın bir hissəsini tutsa da, buranı Minsk müqaviləsi ilə Ukrayna ərazisi kimi tanımışdı. Müharibə başlayana kimi Rusiyanın tək tələbi Krımın anneksiyasının rəsmi şəkildə tanınması və Donbassa muxtariyyət verilməsi idi. Ukrayna güzəştə getmədi və müharibə başladı. Rusiya əvvəl Donetsk və Luqanskı müstəqil kimi tanıdı və müharibənin ilk günlərində buranın böyük hissəsini tutdu. Sonra yenə tələb irəli sürdü. Bu dəfə Ukrayna Krımla birlikdə Donetsk və Luqanskı Rusiya ərazisi kimi tanımalı idi. Ukrayna yenə qəbul etmədi. Üzərindən bir neçə ay keçdi. Rusiya Xerson və Zaporojyenin də öz ərazisi olduğunu elan etdi. Rusiya bu yaxınlarda yenə sülh təklifi verdi. Bu dəfə Ukrayna 4 oblastından və Krımdan imtina etməli idi. Yenə də rədd etdilər. Hər rədd edilmənin sonunda Ukrayna daha bir ərazisini itirdiyini görürsüz. Növbədə Rusiya hərbi uğurlardan asılı olaraq yəqin ki, Xarkovun anneksiyasını elan edəcək. Daha sonra yenə bir sülh təklifi. Bu minvalla Ukrayna kiçilə-kiçilə gedəcək. Əslində Rusiyadakı sağçılar Ukraynanın bu təklifləri qəbul etməməsindən kifayət qədər məmnundurlar. Onların böyük hissəsi Odessaya qədər gedəcəklərinə inanır. İndiki halda, Rusiyanın Odessanı tutması reallıqdan çox uzaqdır. Lakin ambissiyalar böyükdü. Hər dəfə Ukrayna imtina etdikcə onların da iştahı çoxalır. Bu vəziyyətdə nəticənin nə olacağını müəyyən etmək çətin deyil. Ukrayna bu qədər itkilərlə hara qədər dayanacaq, bəlli deyil. Real şansları itirə-itirə gedirlər. Belə görünür ki, onlar bütün Şərqi Ukraynanı müharibədə itirməyincə razılaşmaya əl atmayacaqlar.
Dünən Ermənistan parlamentinin qarşısında Baqrat Qalstanyan tərəfdarları ilə polis arasındakı toqquşmalardan sonra ölkədə vəziyyət xeyli gərginləşib. Hökumətə müxalif qüvvələr 2-ci Qareqin və Qarabağ klanı olduğuna görə, əhalinin mütləq əksəriyyəti onları ölkə üçün təhlükə hesab etməyə başlayıb. Paşinyanın Qarabağ ermənilərinə "klerikal-feodal elita" deməsindən sonra Dağlıq Qarabağın sürgündəki rəhbərliyi cavab açıqlaması yaydı. Bundan sonra iqtidara yaxın media Qarabağ ermənilərini satqınçılıqda ittiham edən açıqlamalar yaymağa başlayıblar. Azərbaycan dilini yaxşı bilən şərqşünas Aşot Movsisyan belə instagram hesabında Ermənistanda Qarabağ ermənilərinə qarşı diskriminasiyadan şikayətlənən post paylaşıb. Belə davam etsə onsuz da bir hissəsi Rusiyaya getmiş Qarabağ ermənilərinin digər hissəsi də ölkəni tərk edəcək. Paşinyan kilsə ilə diasporanın da əlaqəsini qıra bilsə Ermənistan xarici təsirdən tamamilə qurtulmuş suveren dövlətə çevriləcək.
Ermənistan erməniləri Qarabağ ermənilərini gözümçıxdıya salıb :)
Telegram
Баграмян 26
Власти Арцаха призывают полицию Армении трезво оценивать ситуацию, воздерживаться от применения несоразмерной силы и призывают все стороны проявить сдержанность. ***🤷🏻♂️*** Кто Арцаха? Власти? Это которые? Те, кто подписали бумажку про ликвидацию Арцаха и вывод…
"Dağlıq Qarabağ" rəhbərliyi Ermənistan hakimiyyətini ötən ilin sentyabr hadisələri ilə bağlı yalan məlumat yaymamağa çağırıb.
"DQ İnformasiya Qərargahı" Paşinyanın “Dağlıq Qarabağın klerikal-feodal elitası” tərəfindən Azərbaycana çox milyardlıq silahların təslim edilməsi və çatdırılması ilə bağlı bəyanatına bu cür cavab verib. "DQ hakimiyyəti" indiyədək təmkin nümayiş etdirib, lakin başa düşmək lazımdır ki, nə vaxtsa onlar cavab verə bilər və bu cavabın, o cümlədən ölkənin təhlükəsizliyi baxımından nəticələri olacaq ?
İrakli Kobaxidze: "Bizə davamlı olaraq “Maydan” xatırladılır. Mən sizə “Maydan”ın Ukraynaya nə gətirdiyini xatırlatmaq istəyirəm. Bundan əvvəl Ukrayna iqtisadiyyatı yüksəlişdə olan ölkə idi. Bu gün ölkə məhv edilib, iqtisadiyyat pis haldadır"
Telegram
APA
***🇬🇪*** Biz Gürcüstanda “Maydan”ın və ölkənin ukraynalaşdırılmasının qarşısının alınması üçün hər şeyi edəcəyik. APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib. “Bizə davamlı olaraq “Maydan”…
Bu gün həyatını itirən Azərbaycan SSR DTK-nın sonuncu sədri Vaqif Hüseynov xatirimdə "Halqa əməliyyatı"ndakı xüsusi rolu ilə yadda qalacaq. Onun yazdığı iki hissəli "Bir ömürdən də çox" memuarını Azərbaycan siyasi tarixi ilə bağlı oxunmalı olan 10 kitab arasında görürəm.
Amerikalıların ən böyük uğuru budur. Vəd verib müharibəyə salmaq, sonra da belə etmək.
Telegram
APA
***🇷🇺******🇺🇦******🇺🇸***Bayden: Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləməyə hazır deyiləm “Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün Ukraynanın NATO-ya üzvlüyü vacib deyil”. APA-nın məlumatına görə, bunu ABŞ Prezidenti Co Bayden “TIME” jurnalına müsahibəsində deyib.…
Qarakənd faciəsində həlak olmuş Dövlət katibi Tofiq İsmayılovun jurnalistlə söhbəti
- Deyin görüm, ürəyinizə yatan alimlər kimlərdir?
- Albert Eynşteyn, Ziqmund Freyd
- Bəs xoşunuza gələn rəssam?
- Van Qoq, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov
- Bəs yazıçı, bəstəkar?
- Qabriel Qarsiya Markez, Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev
- Xoşladığınız müğənnilər?
- Rəşid Behbudov, Bülbül
- Tofiq müəllim, soruşmaq eyib olmasın, bu sorğu nə üçündür?
- Bilirsinizmi, inkişaf etmiş ölkələrdə test deyilən üsul var. Onun vasitəsilə adamların qabiliyyətini asanlıqla aşkar etmək olur. Mən sizinlə söhbət edərkən bunun ən sadə versiyasını tətbiq etdim və sizinlə hansı səviyyədə danışmağı özüm üçün müəyyənləşdirdim.
Əlaqə üçün: @tural_05 ?
Oynamaq üçün link- https://1wsyob.top
YouTube kanalımız https://youtube.com/@aviatorbaku555?si=CWVNUJzfy
Wip Kanal https://t.me/aviatorazevip_01 ?
Depositlərinizi M10 və ya Master kartla edin.
Qaydalar sabit mesajda
Last updated 8 months, 3 weeks ago
📈 Qazananlar Bizi İzləyir!
👇🏻 Reklam Yerləşdirmək üçün Əlaqə:
m.me/eco.expert (facebook ilə)
📝📊📈 Economics • Capitalism • Finance
✅ Facebook.com/eco.expert
✅ Instagram.com/eco.expert
✅ X.com/eco_expert_
✅ Linkedin.com/in/tipik-iqtisadçı-ekspert
Last updated 3 days, 15 hours ago