✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 4 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago
Əziz qardaşlar! Bizdən soruşacaqlar. Biz iki dəfə mühakimə olunacağıq: bir dəfə tarix və gələcək bizim barəmizdə mühakimə yürüdəcək, bir dəfə də Allah.
1941-ci ildən sonra ölkədə bir qədər azad şərait yarandı, 1953-cü ildən isə bu məmləkətdə Məhəmmədrza xanın yeni repressiyası başlandı. Mən bunu yaddan çıxarmıram: həmin repressiya illərində biz elm hövzələrində mübariz və aydın insanlarla söhbət zamanı həmişə öz aramızda 41-53-cü illərdə fürsətdən yararlanıb bir iş görməyən insanları qınayıb deyirdik ki, bu 10-12 ildə nə üçün bir iş görmədilər. Bəlkə indi də bizim bəzilərimiz özümüzü, yaxud başqalarını son 10-12 ilin bəzi dönəmlərində məzəmmət edək ki, filan yerdə filan işi görmək olardı, nə üçün görmədik? Yaxud gələcəkdə bu ölkənin əhalisi və dünya müsəlmanları bizdən soruşacaqlar ki, sizin ixtiyarınızda dəyərli fürsət vardı, bu fürsətdə nə etdiniz? Bütün vəzifələrinizə əməl etdiniz, yoxsa yox? Əgər biz azca səhlənkarlıq belə etmiş olsaq, mikroskop altına qoyub dəqiq mühakimə yürüdəcəklər.
Bu bir nümunə və sözsüz ki, böyük məsələdir. Tarixin və gələcək nəsillərin bu qınağı çoxlarını düzgün işləməyə vadar edir. Amma bizdə bundan üstünü də var və o, Allah dərgahında mühakimə olunmaqdır. Bunu neyləyək?
**İnsan bəzi Quran ayələrini oxuyanda həqiqətən qorxur: "Onları tutub saxlayın, çünki sorğu-sual olunacaqlar!" Onları saxlayın. Allah-Taala bizim addım atmağımıza qoymayacaq. Həmin əzəmətli və qorxulu səhnədə bizim işlərimiz, hərəkətlərimiz, sözlərimiz, əməllərimiz və hətta bəzən təsəvvürlərimiz bir-bir canlanacaq və diqqətlə araşdırılacaq: "Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu görəcəkdir. Kim də zərrə qədər pis iş görmüşdürsə, onu görəcəkdir." Siz qiyamətdə həmin xeyir və şərin özünü görəcəksiniz. O əməlin özü orada bizim önümüzdə təcəssüm olunacaq, canlanacaq.
Bizim həyatımızın hər bir anı ilahi elm və baxışın tam diqqəti altındadır. O ilahi insan və saleh bəndə arif baxışla və səlis nitqlə dedi: "Dünya Allahın hüzurudur". Biz indi Allahın hüzurundayıq. Allah- Taala bizim bütün düşüncələrimizə vaqifdir. Bu fikirlə İslam hökumətinin biz məmurları bu həssas dönəmin vəzifələrini bilməli və onlara əməl etməliyik.**
İnqilab təlimləri.📚****https://t.me/ashegee313
*Hz.Zəhra (s), Hz.Zeynəb (ə) islamda nümunə kimi göstərilən bu iki dəyərli xanım siyasi baxışları ilə bənzərsizdir. Məhdəvi olmaq istəyirsiz?
Sizə bir təklifim var..
1) Siyasi təhlil mühazirələri təşkil edin.
2) Dünyadakı böyük güclərdən danışın.
3) Qərbi Asiya ölkələrində hazırda vəziyyət necədir? Müzakirə edin.
4) İslam Respublikası niyə bu gün daha güclüdür?
Qadınların siyasi təhlil istedadı olmalıdır və bu İmam Zamanı (ə.f) gözləmək deməkdir. Siyasi olmasan imam gəlməz..
"İmam Zamanın (ə.f) yanında olmaq istəyirsənsə, mütləq siyasəti anlamalisan."Din təhsilinin ən qabaqcıl forması qadınları siyasi cəhətdən öyrətməkdir.*
İctimai məsələlər.📚****
*Bu məqsəd bir an da yadımızdan çıxmamalıdır. Bizim hamımız bir-birimizə bənzəyirik. Bu sözləri kimsə mənə də deməlidir. Mənim bu sözlərə ehtiyacım sizdən çox olmasa da, ən azı sizin qədərdir. Bizim hamımız beləyik.
Biz bu məqsədi unutmamalıyıq ki, düz yolda olmaq yolu döndərməmək, istiqaməti itirməmək və məqsədi unutmamaqdır. Bu məsələ o qədər həssas və mühümdür ki, Allah-Taala əzəmətli Peyğəmbərinə (s) də bunu tövsiyə edir. Biz də indi özümüzə bunu tövsiyə etmək istəyirik. Allah-Taala buyurur: "Sənə əmr edildiyi kimi, düz (yolda) ol. Səninlə birlikdə iman gətirənlər də düz (yolda) olsunlar". Ehtiyatlı ol ki, yolu itirib səhv salmayasan. Yolu itirmək ümumi və qeyri-konkret bir sözdür. Hamı deyir ki, yol budur. İki yoldaşın, yaxud qardaşın fərqli üslubları, baxışları və əsasları ola bilər; siyasi, yaxud iqtisadi sahələrdə iki fərqli düşüncəyə malik ola bilərlər və hər biri deyər ki, mənim yolum düzdür. Yolun düzgünlüyünün mənası budur? Xeyr! Təbii ki, belə üslub fərqləri var.
Qardaşlar! Hansı üslubda, hansı cinahda, hansı düşüncə və xətdə olsanız, bilin ki, bir ayrılıq nöqtəsi var. Ondan ehtiyatlı olun. Bu nöqtə və an Allahın yerinə özünüzün meydana çıxdığınızı hiss etdiyiniz yerdir. Yayınma nöqtəsi buradır: "Sənin ən böyük düşmənin öz nəfsindir". Bu nəfs və bu "mən" bütün düşmənlərdən təhlükəlidir. Biz ondan ötrü bəzən Allah eləməmiş, ən üstün və ən əziz dəyərləri dəunuda bilərik. Bura yayınma nöqtəsidir və bu hər an bizi gözləyir. Bundan ehtiyatlı olun.*
İnqilab təlimləri.📚****https://t.me/ashegee313
Xalqın ruhaniliyə inamının sirri: mənəviyyat və Allah üçün çalışmaq
*Bizim nəyimiz vardı ki, xalq ruhanilərin və imamın sözü ilə belə hərəkət edib on beş il mübarizə apardı, öz fədakarlığı ilə onu qalib etdi və sonra həzrət imamın səmərəli həyatının on ilində bütün bu təxribatların önündə duruş gətirdi?! Bu, mənəviyyatdan və Allah üçün çalışmaqdan başqa bir şey idi?! Xalq inanırdı ki, ruhanilər özləri üçün deyil, Allah üçün və xalqın xeyrindən ötrü çalışır, Allahın əmrini yerinə yetirirlər. Məhz buna görə mənəviyyatdan və imandan başqa bir təmələ dayanan hərəkatlar qələbə çala bilmirlər. Bu başqa yerlərdə də, bizim ölkəmizdə də sınaqdan keçib ki, yalnız mənəvi, etiqadi, ilahi və iman cəhətinin hakim olduğu hərəkat qələbə çalır.
Xalq ruhaniliyi, bu libası, məni və sizi bu deyilənlərin timsalı bilir və mömin sayır. Bəzən özləri səhv də edir, hər halda, bəşərin xislətində olan ehtirasa, qəzəbə, tamahkarlığa, dəbdəbəyə və bu kimi işlərə düçar olurlar, amma ruhanilərdə hesab etdikləri kamilliklə özlərinə təsəlli verib deyirlər: biz nöqsanlıyıqsa, o kamildir; biz Allahın hökmünü anlamırıqsa, o anlayır; bizim Allahla əlaqəmiz zəifdirsə, onun əlaqəsi güclüdür deməli, o nə desə, biz Allaha yaxınlaşmaq niyyəti ilə əməl edəcəyik.
Məhz buna görə harada ruhanilər öndə olmuşlarsa, qələbə hasil olmuşdur. İnqilabda, islahatda və xidmətlərdə belə olmuşdur. Əgər xalqın bu geyimə və bu instituta inamı sarsılsa, görün necə güclü dayaq xalqdan alınar, onun səmimi etimadı necə sarsılar!*
İnqilab təlimləri.📚****https://t.me/ashegee313
Media
Haqq cəbhəsi üçün reklam etmək mövzusunda diqqətli olmaq çox mühümdür. İmam Xomeyninin (r.a) tez-tez söylədiyi sözlərdən biri də bu idi: "Vəhdət kəlməsi". Qəribəsi budur ki, bəzi dindar və inqilaba inanan insanları tanıyıram, ən azından yaxşı səhifələri follow edib, bəyənmək məqsədi ilə belə sosial mediada hesab açmırlar. Yaxşı bir paylaşım üçün, bir yorum yazacaq qədər məsuliyyət hissi yoxdur ki, səhifə tək qalmasın. Əgər düşmən özünü öldürsə milyonlarca insan onun üçün sosial şəbəkələrdə ağlayacaq. Dinə xidmət edən səhifələrin çoxu isə tanınmır. Bəzən insan namaz təqibatı yerinə bir səhifə açmalı, inqilabı müdafiə edən bir səhifəni follow edib başqalarına yollamalıdır. Əgər hər biriniz sosial mediada pis olanı, zərər verəni inkar etməsəniz, ən alçaq insanlar ən şiddətli zərbələri sizə vuracaqlar. Niyə insanlara mesaj göndərmirsiniz? Oturduğunuz yerdə mesaj göndərin. Anan Həzrət Zəhra (s.ə) qırıq qabırğasıilə qırx gün evlərin qapısını döydü. Sən evində oturmusan bir mesaj belə göndərmirsən. Niyə pisliklərdən çəkindirmirsiniz?
Ustad Əlirza Pənahiyan / İctimai məsələlər 📚****
Dostlar, bu gün əziz Rəhbərimizin Cümə xütbəsindəki çıxışlarını dinlədiniz. Rəhbər bu söhbətində iki şeyə işarə elədi.
1) "Baş verən hadisələrə görə öz müqavimətinizdə tərəddüdə düşməyin və düşmənin müqabilində qətiyyətlə mübarizəyə davam edin. Əziz Seyidin də İslam ümmətindən istəyi məhz budur."Əziz Rəhbərimiz buyurur ki, baş verən hadisələrə görə müqavimətinizdə tərəddüdə düşməyin və düşmənin müqabilində qətiyyətlə mübarizəyə davam edin. Mövzu aydındır. Bəzi əzizlərimiz mühüm şəxsiyyətlərin (Şəhid seyyid Həsən Nəsrullah, Şəhid İsmayıl Haniyə) şəhadətindən sarsılmışdı. İsrailin şəhərləri, dinc əhalini bombalaması bəzilərində tərəddüd yaratmışdı, ümidsizliyə düçar olmuşdular. Hətta bəziləri israili bu döyüşün qalibi kimi görürdü. Rəhbər buyurur ki, tərəddüdə qapılmayın və düşmənlə mübarizənizə davam edin, qətiyyətli olun. Qətiyyətlə yanaşı davamlılıqda mühüm şərtdir. Mübarizə davamlı şəkildə yəni daimi olmalıdır. Bütün əlimizdə olan imkanatımızla düşmənlə mübarizədə olmalıyıq. Dua ilkin mərhələdir, bununla kifayətlənməyək. Sosial şəbəkələrdən aktiv istifadə edək. Kanal, qrup, səhifə yaradaraq aydınlaşdırma cihadında yaxından iştirak edək. Necə ki, düşmən sosial şəbəkələrdə fikri bir yerdən, başqa bir yerə yayındırır. Məsələn, bu gün əziz Rəhbərimizin əlində silah tutub xütbə deməsini sosial şəbəkədə "Xameneinin cangüdənləri onu lazımi şəkildə qorumadığından özü əlinə silah götürüb ki, özünü müdafiə etsin" kimi şayiə və yalanlar yayırdılar. Bu bir nümunə idi ki, misal çəkdik. Bu kimi yüzlərcə misal çəkə bilərik.
2) Silahlı Qüvvələrimizin bir neçə gün öncəki əməliyyatı, Amerikanı regionda təmsil edən qaniçən, quduz və yırtıcı rejimin qandonduran cinayətləri müqabilində kiçik bir cəza idi. İran İslam Cümhuriyyəti bu sahədə boynunda olan bütün vəzifələri qətiyyətlə yerinə yetirəcək.
Diqqət edin! Biz öz vəzifəmizi yerinə yetirməkdən nə boyun qaçırırıq, nə də tələskənlik göstəririk. Məntiqli və düzgün olan addımlar hərbi və siyasi sahədə qərar qəbul edən şəxslər tərəfindən zamanında həyata keçirilir. Necə ki, həyata keçirildi və lazım olsa, gələcəkdə də həyata keçiriləcək.Əziz Rəhbərimiz buyurur ki, nə öz vəzifəmizi yerinə yetirməkdən boyun qaçırırıq, nə də tələskənlik göstəririk. Biz sosial şəbəkədə bunun çox şahidi olduq ki, "İranın qətiyyətli cavab verəcək" kəlməsini çoxları "İran fəqət animasiya hazırlamağı bacarır" kimi sözlərlə ələ saldılar. İnsanlar arasına bu fikri saldılar ki, İran cavab verməyə çəkinir və qorxur. Başqa bir tərəfdən müqavimət ruhiyyəli əzizlərimiz emosiyaya qapılıb İranın dərhal cavab verməsini tələb edirdilər. Biz dəfələrlə deyirdik ki, müqavimətin və İranın düşmənlərlə mübarizə üçün məxsusi planları var. Vaxtı çatanda özləri icra edəcəklər. İsrail rejimi bir oyun qurmaq istəyir ki, İranı öz qurduğu oyuna çəkib məğlub edə bilsin. Sonrasında Rəhbər buyurur ki, məntiqli və düzgün addımlar hərbi və siyasi sahədə qərar qəbul edən şəxslər tərəfindən vaxtında həyata keçirilir. Bəli, əgər hər cavabımız emosiyalar üzündən olsaydı, hisslərə qapılıb israil rejiminə cavab versəydik bu döyüşü çoxdan uduzmuşduq. Siyasət və müharibə hisslər və emosiyalarla deyil ağıl və məntiqlə aparılır.
Telman Cəfəri
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 4 days ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 2 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 12 months ago