Çəpəki

Description
İqtisadçı Fərid Mehralızadənin telegram kanalı.

İqtisadi siyasət və statistikalar, orijinal xəbərlər, inkişaf məsələləri, Bakı şəhəri və daha nələr-nələr.


Əlaqə - @faridmehrali
Advertising
We recommend to visit

Operativ Xəbər kanalı
Reklam üçün əlaqə WP: 070-584-84-04
Yalnız reklam üçün yazın

Last updated 1 Monat, 1 Woche her

Əlaqə üçün: @tural_05 📲
Oynamaq üçün link- https://1wsyob.top
YouTube kanalımız https://youtube.com/@aviatorbaku555?si=CWVNUJzfy
Wip Kanal https://t.me/aviatorazevip_01 🎰
Depositlərinizi M10 və ya Master kartla edin.

Qaydalar sabit mesajda

Last updated 1 Monat her

📈 Qazananlar Bizi İzləyir!
👇🏻 Reklam Yerləşdirmək üçün Əlaqə:
m.me/eco.expert (facebook ilə)

📝📊📈 Economics • Capitalism • Finance

✅ Facebook.com/eco.expert

✅ Instagram.com/eco.expert

✅ X.com/eco_expert_

✅ Linkedin.com/in/tipik-iqtisadçı-ekspert

Last updated 1 Monat, 1 Woche her

1 day, 5 hours ago

Azərbaycanda donor olmağa maraq barədə:

Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin rəsmisinin açıqlamasına görə, "Koordinasiya Mərkəzi fəaliyyət göstərdikdən sonra ölkədə cəmi iki beyin ölümü hadisəsi gerçəkləşib. Xəstənin yaxınları ilə görüşülüb və heç biri köçürülmə üçün razılıq verməyib".

1 day, 22 hours ago

@cpkfm rəsmi rəqəmlərə istinadən məlumat verir ki, 2022-ci ildə Azərbaycanda 281 nəfər istehsalatda baş verən bədbəxt hadisələr zamanı ölüb və ya əmək qabiliyyətini itirib. Yəni, Azərbaycanda hər iş günündə ən azı 1 işçi ölür və ya əmək qabiliyyətini itirir.

Gəlin sizə 2023-cü ilin statistikasını deyim. Əmək və əhalinin sosial müdafiə nazirinin müavini Anar Əliyevin sözlərinə görə, 2023-cü ildə istehsalatda 465 hadisə baş verib. İstehsalatda baş vermiş bədbəxt hadisələr nəticəsində 78 nəfər ölüb, 431 nəfər xəsarət alıb (2022-ci ildə müvafiq göstəricilər 301 hadisə, 34 və 247 nəfər idi). Başqa sözlə ortalama göstərici 1,4 nəfərdir.

1 day, 22 hours ago

Səhiyyə nazirliyinin açıqladığı rəqəmə görə, bu ilin ilk üç ayı ərzində Azərbaycanda 8712 nəfər heyvan dişləməsinə məruz qalıb. Yəni, Azərbaycanda hər gün ortalama 96 nəfəri heyvan dişləyir.

Bu ilki hadisələrin 4788-i nəfəri məlum (it, pişik), 3924 nəfəri isə naməlum heyvanlar (it, pişik, siçovul) dişləyib. Həmçinin bildirib ki, bu il üçün ölkədə quduzluq hadisəsi qeydə alınmayıb.

1 week, 3 days ago
1 week, 3 days ago

@Mashalli telegram kanalının idarəçisi, iqtisadçı Toğrul Vəliyevlə birgə həftəlik bülleten hazırlamaq qərarı vermişik.

Bülleten haqda bir müddət sonra ətraflı məlumat verəcəyik. Qısaca deyim ki, bülletendə biznesmenlər və biznes qurmaq istəyənlər, menecerlər, mütəxəssislər, ümumiyyətlə, iqtisadiyyatla maraqlanan hər kəs üçün orijinal məlumatlar, faydalı tövsiyələr olacaq. Bülleten ödənişli abunəlik sistemi ilə fəaliyyət göstərəcək.

Hələlik bülletenimizə ad seçməkdə çətinlik çəkirik. Ona görə də, elə sizdən – potensial abunəçilərimizdən kömək istəyirik. Aşağıdakı sorğuda iştirak edərək bülletenimizin adını qoymağa kömək edin :)

2 weeks ago

Fransa-Azərbaycan münasibətlərində gərginlik davam edir

Yerli KİV-lərdə yayılan xəbərlərə görə, Bakı Fransız liseyi fəaliyyətini dayandırır. Bununla bağlı liseydə tədris alan uşaqların valideynlərinə məktub göndərilib.

Təhsil müəssisəsinin rəhbərliyi adından göndərilən məktubda orada təhsilin tədris müddəti bitənə qədər davam edəcəyi qeyd olunub. Yeni tədris ilindən lisey fəaliyyət göstərməyəcək.

2 months, 1 week ago

Müharibədən əvvəlki (2021) dövrlə müqayisədə Azərbaycan və Ukrayna arasındakı ticarət həcmi 2023-cü ildə 2.6 dəfə azalıb.

Müharibə Azərbaycanın Ukraynaya olan ixracına daha çox zərər vurub. Belə ki, müharibədən öncəki illə müqayisədə ötən il Azərbaycanın Ukraynaya ixracdan əldə etdiyi gəlir 452 milyon dollardan 118 milyon dollara geriləyib. Başqa sözlə, 3.8 dəfə aşağı düşüb.

Eyni dövr ərzində Ukraynanın Azərbaycana ixracı isə iki dəfə azalaraq 470 milyon dollardan 235 milyon dollara geriləyib.

2 months, 1 week ago

Azərbaycanda qadınlar arasında gözlənilən orta ömür uzunluğunun ən az olduğu bölgələr: (yaş)

  1. Xocalı - 72.4
  2. Samux - 75.3
  3. Şərur - 75.4
  4. Daşkəsən - 75.5
  5. Ağdam - 76

Kişilər arasında gözlənilən orta ömür uzunluğunun ən az olduğu bölgələr: (yaş)

  1. Mingəçevir - 69.2
  2. Xocavənd - 69.4
  3. Daşkəsən - 69.5
  4. Samux - 70.2
  5. Qazax, Ağstafa, Şirvan - 70.5

@cpkfm

2 months, 2 weeks ago

Azərbaycanda qadınlar arasında gözlənilən orta ömür uzunluğunun ən yüksək olduğu bölgələr: (yaş)

  1. Abşeron rayonu - 79.8
  2. Şahbuz - 79.6
  3. Zərdab - 79.6
  4. Saatlı - 79.6
  5. Naxçıvan - 79.6

Kişilər arasında gözlənilən orta ömür uzunluğunun ən yüksək olduğu bölgələr: (yaş)

  1. Culfa - 76.7
  2. Şahbuz - 76.6
  3. Qubadlı - 76.2
  4. Ordubad - 76.1
  5. Lerik - 75.6

@cpkfm

4 months, 2 weeks ago

"Siniflər və tədris fənləri üzrə dərs saatlarının müqayisəsinə baxdıqda görürük ki, ümumi təhsildə əsaslı məzmunun tətbiqindəki səriştə 90 ilə yaxındır dəyişməyib".

Bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan müəllimlərinin qurultayında çıxışında deyib.

O bildirib ki, siniflər üzrə dərs saatlarının müqayisəsinə gəlincə, bu, 1934-1935-ci illərdə I-IV sinifdə 108, 2023-2024-cü tədris ilində 91, V-IX sinifdə 146/149, X-XI sinif üzrə isə 70/66 olub.

We recommend to visit

Operativ Xəbər kanalı
Reklam üçün əlaqə WP: 070-584-84-04
Yalnız reklam üçün yazın

Last updated 1 Monat, 1 Woche her

Əlaqə üçün: @tural_05 📲
Oynamaq üçün link- https://1wsyob.top
YouTube kanalımız https://youtube.com/@aviatorbaku555?si=CWVNUJzfy
Wip Kanal https://t.me/aviatorazevip_01 🎰
Depositlərinizi M10 və ya Master kartla edin.

Qaydalar sabit mesajda

Last updated 1 Monat her

📈 Qazananlar Bizi İzləyir!
👇🏻 Reklam Yerləşdirmək üçün Əlaqə:
m.me/eco.expert (facebook ilə)

📝📊📈 Economics • Capitalism • Finance

✅ Facebook.com/eco.expert

✅ Instagram.com/eco.expert

✅ X.com/eco_expert_

✅ Linkedin.com/in/tipik-iqtisadçı-ekspert

Last updated 1 Monat, 1 Woche her