Çəpəki

Description
İqtisadçı Fərid Mehralızadənin telegram kanalı.

İqtisadi siyasət və statistikalar, orijinal xəbərlər, inkişaf məsələləri, Bakı şəhəri və daha nələr-nələr.


Əlaqə - @faridmehrali
Advertising
We recommend to visit

Operativ Xəbər kanalı

🌐 https://instagram.com/baku.es

🌐 https://www.facebook.com/baku.ess

🌐 https://bakues.az

🌐 https://www.tiktok.com/@bakuesaz

🌐 https://x.com/baku_es

🌐 https://whatsapp.com/channel/0029VaCPb25A2pL3qXO

Reklam üçün: 070-584-84-04

Last updated 3 months, 2 weeks ago

Əlaqə üçün: @tural_05 ?
Oynamaq üçün link- https://1wsyob.top
YouTube kanalımız https://youtube.com/@aviatorbaku555?si=CWVNUJzfy
Wip Kanal https://t.me/aviatorazevip_01 ?
Depositlərinizi M10 və ya Master kartla edin.

Qaydalar sabit mesajda

Last updated 8 months, 3 weeks ago

📈 Qazananlar Bizi İzləyir!
👇🏻 Reklam Yerləşdirmək üçün Əlaqə:
m.me/eco.expert (facebook ilə)

📝📊📈 Economics • Capitalism • Finance

✅ Facebook.com/eco.expert

✅ Instagram.com/eco.expert

✅ X.com/eco_expert_

✅ Linkedin.com/in/tipik-iqtisadçı-ekspert

Last updated 2 days, 15 hours ago

4 months, 1 week ago
İqtisadçı Fərid Mehralızadə 78 gündür ki, …

İqtisadçı Fərid Mehralızadə 78 gündür ki, ədalətsiz olaraq həbsdə saxlanılır. Bu dövr ərzində o, 50 kitab oxuyub. Həmin kitabların siyahısı:

  1. Boris Pasternak, “Doktor Jivaqo”
  2. Ömər Faiq Nemanzadə, “Xatirələrim”
  3. Sadun Aren “Ekonomi El Kitabı”
  4. Brian Tracy, “Daxili intizamın gücü”
  5. David Nicholls, “Bir gün”
  6. Stefan Zweig, “Bilinməyən bir qadının məktubu”
  7. Thomas More, “Utopiya”
  8. Arthur Schopenhauer, “Esselər”
  9. Albert Camus, “Taun”
  10. George Orwell, “Boğuluram”
  11. Stefan Zweig, “Möcüzəvi gecə”
  12. Prosper Merime, “IX Karlın hakimiyyət tarixçəsi”
  13. Hakan Mengüç, “Ben neyim”
  14. Kapital XXI Yüzyıl
  15. Milan Kundera, “Ölümsüzlük”
  16. M.F. Axundov, “Aldanmış Kəvakib”
  17. Mark Twen, “İnsan nədir”
  18. Banin, “Qafqaz Gündəliyi”
  19. Heminquey, “Qoca və Dəniz”
  20. Herman Hesse, “Demian”
  21. Dissidentler, Məqalələr toplusu
  22. Liam Foks, “Şahə qalxan dalğalar”
  23. Zülfi Livaneli, “Edebiyat Mutluluktur”
  24. Çexov, “Albalı Bağı”
  25. Milan Kundera, “Varolmanın Dayanılmaz Hafifliği”
  26. Robert C. Allen, “Dünya iqtisadiyyatı tarixi”
  27. George Orwell, “Kataloniyadan salamlar”
  28. Abhijit V. Banerjee, Esther Duflo, “Good economics for hard times”
  29. İda Jessen, “Yeni çağlar”
  30. Stefan Zweig, “Görkəmli insanların həyatı”
  31. Nağı bəy Şeyxzamanlı, “Xatirələr”
  32. Kolektif yazarlar, “Yeni iktisat okulları ve iktisadi düşünce”
  33. Ceyms Oldric, “Diplomat”
  34. Albert Camus, “Hə ilə yox arasında”
  35. Ceyms Coys, “Ölülər”
  36. Celal Şengör, “Hasan Ali Yücel ve Türk aydınlanması”
  37. Rafiq Tağı, “Yanaşı ulduzlar”
  38. Ceyms Fenimor Kuper, “Sonuncu mogikan”
  39. Franz Kafka, “Dönüşüm”
  40. Bertrand Russel, “Mən nəyə inanıram?”
  41. Stefan Zweig, Novellalar
  42. Fransua Moriak, “Bir ürəyin qürubu”
  43. Yusif Vəzir Çəmənzəminli, “Studentlər”
  44. Viktor Emil Frankl, “İnsanın anlam arayışı”
  45. John Keane, “The shortest history of democracy”
  46. Rafiq Tağı, Hekayələr
  47. Aziz Nesin, “Nah kalkınırız”
  48. Erich Fromm, “Sağlam cəmiyyət”
  49. Rəşad Şirin, “ Kaleydoskop”
  50. Barnaby Martin, “Asılı adam”
5 months, 1 week ago

Dostlar, "Axşambazarı" iqtisadi bülleteninin altıncı sayı hazırdır!

Bu sayda nələr var?

- "Avtoş" dönərin bağlanması və karantindən bəri ən aşağı yeni restoran açılışı - son bir həftə ərzində ictimai iaşə sektoru yenidən sosial şəbəkə istifadəçilərinin diqqəti mərkəzində idi. Buna görə biz son yarım ildə ictimai iaşədə baş verənləri qısa olaraq təhlil etməyə çalışdıq: aylar üzrə yeni obyekt açılışı, ölkə üzrə ən geniş yayılmış şəbəkələr və s.

- Yeddi aya 33 filial - bəs pərakəndə ticarət sektorunda nə baş verir? Bu suala qısa olaraq cavab verməyə çalışdıq.

- Statistik məlumatlar - 2024-cü ilin may ayında orta aylıq nominal əməkhaqqı azalıb.

Bu dəfə biz bülleteni bütün patreonlarımız (yalnız patreonda qeydiyyatdan keçənlər mətni görə bilər) üçün pulsuz paylaşırıq. Bununla belə əgər fəaliyyətimizin davamını istəyirsinizsə, ödənişli patreon olaraq bizə dəstək ola bilərsiniz (təhlil/araşdırma üçün mövzularınızı təklif edə bilərsiniz və s.).

Daha ətraflı: https://www.patreon.com/posts/axsambazari-n6-108049656

Patreon

"Axşambazarı" Bülleten N6 | axshambazari

Get more from axshambazari on Patreon

Dostlar, "Axşambazarı" iqtisadi bülleteninin altıncı sayı hazırdır!
6 months ago

Tanınmış iqtisadçılar Fərid Mehralızadə ilə bağlı müraciət edib:

Biz, bu müraciəti imzalayan iqtisadçılar, müvafiq dövlət qurumlarına müraciət edirik ki, gənc iqtisadçı Fərid Mehralızadənin azadlığa buraxılması üçün mümkün olan bütün hüquqi vasitələr nəzərdən keçirilsin.

Fərid Mehralızadə Azərbaycanın peşəkar gənc nəsil iqtisadçılarının önündə gələnlərindən biridir. Biz onun gələcəkdə aparıcı alimlərimizdən olacağına inanırıq. Belə düşünməyə onun iqtisadi, sosial, ali təhsil və digər mövzularda davamlı olaraq etdiyi təhlillər əsas verir. Bu araşdırmalar ölkəmizdəki iqtisadi mövzularda müzakirə mühitinə, fikrimizcə, töfhə kimi qiymətləndirilə bilər. Hətta bəzi nəticələri mübahisəli hesab olunsa belə.

Fərid Mehralızadə 30 may tarixində saxlanılıb və 1 iyun tarixində “qaçaqmalçılıq” ittihamı ilə həbs olunub. Vəkilləri və ailəsi isə qeyd edir ki, bu ittihamlar əsassızdır. Bizim üçün də bunlara inanmaq çətindir.

Qeyd edilənləri nəzərə alaraq, biz Fərid Mehralızadəyə qarşı irəli sürülmüş ittihamların obyektiv araşdırılmasını və istintaq müddətində onun haqqında həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini məqsədəuyğun hesab edirik.

İmza atanlar:

  1. Sabit Bağırov, Sahibkarlıq və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun
    prezidenti
  2. Rasim Həsənov, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru
  3. İnqilab Əhmədov, müstəqil iqtisadçı
  4. Elçin Rəşid, müstəqil iqtisadçı
  5. Azər Mehtiyev, müstəqil iqtisadçı
  6. Samir Əliyev, müstəqil iqtisadçıÜ
  7. Rövşən Ağayev, müstəqil iqtisadçı
  8. Toğrul Vəliyev, müstəqil iqtisadçı
  9. Xatai Alıyev, müstəqil iqtisadçı
  10. Rəşad Həsənov, müstəqil iqtisadçı
6 months, 4 weeks ago

2023-cü ilin dövlət büdcəsi hazırlanarkən səhmlərində dövlətin payının olduğu müəssisələrdən büdcəyə
321 milyon manatın dividend şəklində daxil olması proqnozlaşdırılmışdı.

Lakin, yekun göstəricilərdən aydın olur ki, ötən il dövlət müəssisələri büdcəyə dividend şəklində cəmi 151 milyon manat ödəyib. Yəni, proqnozla müqayisədə 170 milyon manat və ya 53 faiz daha az.

Büdcəyə ödənilən dividentlərlə bağlı diqqət çəkən digər bir məqam da bu vəsaitlərin demək olar ki, hamısının sadəcə Azərbaycan Beynəlxalq Bankı tərəfindən ödənilməsi ilə bağlıdır.

ABB ötən İl ərzində büdcəyə 150.9 milyon manat vəsait ödəyib. Yəni, 2023-cü ildə Azərbaycanın dövlət büdcəsinə səhmlərində dövlətin payı olan müəssisələr tərəfindən ödənilən vəsaitin 99.9 faizi Azərbaycan Beynəlxalq Bankının payına düşür.

Büdcəyə dividend ödəməsi nəzərdə tutulsa da, ödəniş etməyən şirkətlər SOCAR, Azər-Türk Bank, Azərgold və Xəzər Dəniz Gəmiçiliyidir. Bir maraqlı məqam da odur ki, bu qurumların hamısı ili mənfəətlə bitirməsinə baxmayaraq dividend ödəməyib.

7 months ago

Gürcüstanın qəbul etdiyi yeni qərar Azərbaycandan ora səyahət edənlərin xərcini, sığorta şirkətlərinin isə gəlirini artıracaq.

İyunun 1-dən Gürcüstan ərazisinə xarici vətəndaşların girişi yalnız səfər sığortası ilə mümkün olacaq. Sığortanın olmamasına görə 300 lari (186 manat) cərimə tətbiq ediləcək. Cəriməni 1 ay ərzində ödəməyənlər üçün məbləğ 3 dəfə artaraq 900 lari (558 manat) olacaq.

Sığorta edilərkən 5 000 ABŞ dolları dəyərində ambulator ve təcili yardım xidmətləri, eləcə də 30 000 ABŞ dolları dəyərində stasionar xidmətlər üçün təminat verilməlidir.

7 months ago

2023-cü ildə Azərbaycana gətirilən avtomobillərə görə 266.5 milyon manat idxal rüsumu ödənilib.

Bu, hökumətin ötən illə bağlı proqnozundan 2.8 dəfə çoxdur. Yəni, hökumət avtomobil idxalından gözlədiyindən 171 milyon manat daha çox gəlir əldə edib.

7 months ago

Sosial şəbəkələr haqqında qanun olmasa da, qadağa tətbiq etməyə metodlar var.

Yeni təsdiqlənən “Təhsilverənlərin etik davranış Qaydaları”nda müəllimlərin şəxsi sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmaq qadağan edilib.

Həmçinin qeyd edilir ki, müəllim təbiətin, tarixin və mədəni irsin qorunmasına həssas yanaşmalıdır.

7 months ago

Meta şirkətinin hesabatına görə, 27.07.2022 və 18.05.2024-cü il tarixləri arasında Azərbaycandan sosial və siyasi mövzularla bağlı ən çox reklam verən səhifə “Caliber.az”dır. Bu müddət ərzində səhifədəki 1519 ədəd məlumatın istifadəçiyə daha çox görünməsi üçün 21.715 ABŞ dolları vəsait xərclənib.

Hesabata görə, ikinci yerdə “Qarabağ Dirçəliş Fondu”dur. Fond son iki il ərzində “Facebook” sosial şəbəkəsində 681 ədəd kontent reklamı üçün ümumilikdə 16.078 dollar vəsait xərcləyib.

Hesabatda üçüncü yeri isə “Real TV” tutur. “Real TV” 119 ədəd kontentin reklam olunması üçün 11744 dollar vəsait xərcləyib.

7 months ago

Azərbaycanda indiyədək diplomlarının tanınmasından ən çox imtina edilən universitetlər (minimum 30 müraciət qeydə alınan universitetlər nəzərə alınıb)

  1. Avropa Tədris Universiteti (Gürcüstan) – 100%

  2. Şərqi Avropa İqtisadiyyat və İdarəetmə Universiteti (Ukrayna) – 99%

  3. Gürcüstan Yeni Universiteti (Gürcüstan) – 98%

  4. Avqustin Voloşin adına Karpat Universiteti (Ukrayna) – 93%

  5. Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu – 92%

İndiyədək 54 fərqli universitetdə diplomların tanınması ilə bağlı müraciətlərin 30 faizindən çoxuna imtina verilib. Bu universitetlərin hamısı Gürcüstan, Ukrayna və Rusiyada yerləşir.

7 months, 1 week ago

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanın 11 rayon və şəhərində yaşayan 6-18 yaş aralığındakı 2018 uşaq arasında sorğu keçirib. Sorğuda iştirak edən uşaqların 35 faizi gündə 5 saatdan çox internetdə olduğunu bildirib.

Sorğuda iştirak edən uşaqların 96 faizi internetdə olduğu zaman “əxlaqazidd məlumatlar” (şəkillər, video görüntülər və s.) ilə qarşılaşdığını qeyd edib.

Sorğu nəticələrinə görə, internetdən istifadə edən uşaqların 85 faizi pis davranışlar və xoşagəlməz təkliflərlə üzləşdiyini bildirib. İnternet istifadəsi zamanı qeyri-etik sözlərlə qarşılaşdığını bildirənlər isə sorğu iştirakçılarının 82 faizini təşkil edir. Zorakılığın və qəddarlığın nümayişinə şahid olan uşaqlar isə respodentlərin 45 faizini təşkil edir.

We recommend to visit

Operativ Xəbər kanalı

🌐 https://instagram.com/baku.es

🌐 https://www.facebook.com/baku.ess

🌐 https://bakues.az

🌐 https://www.tiktok.com/@bakuesaz

🌐 https://x.com/baku_es

🌐 https://whatsapp.com/channel/0029VaCPb25A2pL3qXO

Reklam üçün: 070-584-84-04

Last updated 3 months, 2 weeks ago

Əlaqə üçün: @tural_05 ?
Oynamaq üçün link- https://1wsyob.top
YouTube kanalımız https://youtube.com/@aviatorbaku555?si=CWVNUJzfy
Wip Kanal https://t.me/aviatorazevip_01 ?
Depositlərinizi M10 və ya Master kartla edin.

Qaydalar sabit mesajda

Last updated 8 months, 3 weeks ago

📈 Qazananlar Bizi İzləyir!
👇🏻 Reklam Yerləşdirmək üçün Əlaqə:
m.me/eco.expert (facebook ilə)

📝📊📈 Economics • Capitalism • Finance

✅ Facebook.com/eco.expert

✅ Instagram.com/eco.expert

✅ X.com/eco_expert_

✅ Linkedin.com/in/tipik-iqtisadçı-ekspert

Last updated 2 days, 15 hours ago