Infinite Entertainment, Zero Cost: Get Your Free Books, Music, and Videos Today!

Goncha'nın hekayələri (fan)

Description
Yazar Goncha'nın hekayələri paylaşılır.

Kanallarım:
@tokioo1009
@hekayeler23012019
@madteen94
We recommend to visit

🇦🇿 Ölkənin Ən Böyük Dini Ailə Kanalı 🕋

┄┅════✼🕊❤️🕊✼════┅┄
Gəl bərabər qalxaq 'Namaza🕋
'Azan səsi toxunsun imanımıza 🤲
Zikir et' Allahın adına' dua et sevgimizə❤️🕊️

©️Kanal Qorunur

Last updated 3 месяца, 2 недели назад

Last updated 1 месяц, 2 недели назад

O qədər böyüyüb ki, içimizdəki tənhalıq. Sevilməyi gözləyərkən, gözləməyi sevmişik... 🌾
                             
📍𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 @Quliy3ffha 🦂

Last updated 1 месяц назад

4 months, 1 week ago

Deməli belə, bu gündən bu hekayənin davamı yalnız Instagram səhifəmizdə paylasilacag, final etdikdən sonra burda paylasilacag, link var sabitlərdə, aktiv olanlara isə, hədiyyələr veriləcək. İzləmədə qalın 😌

4 months, 1 week ago

"Boş danışırsan" deyib, addımlarımın sürətini daha çox artırdım. Oda mənə çatmağa çalışırdı. Nəhayət, gələcəyim yerə çatdım. İbo sağa - sola birdə qarşıya baxıb "Bizim qadın sığınacağı evində nə işimiz var?" dedi.
"Sənin deyil, mənim işim var. Sən isə çıxıb gedəcəksən"
"Hə, o qədər yolu geri qayıtmaq üçün gəlmişəm mən?"
"Sənlik bir yer deyil bura"
"Sən niyə gəldinki?"
Part 6 Son
"Sənə nə?! Çıx get daha"
Çıxıb getməyin gözləyərkən, yolun kənarında olan daşın üstünə oturub "Sən çıxana qədər burda oturub gözləyəcəm. İşin hər nədisə get həll et, gəl" dedi. Getməyəcəkdi. Mənim işim isə o qədərdə qısa bir şey deyildi. Lakin, arxamda İbonu buraxıb sığınacağın çöl qapısını açaraq içəri keçməyə çalışdım. Qapının kənarında dayanan, gözətçi Nadir dayıya salam verib, addımlamağa başladım. Onu görəcəyim üçün həycanlı idim. Çünki, O məni həyata bağlayan yeganə insan idi...
Ve kesiyoz!
Ps. Yavaş - yavaş obrazların daxili içini tanımağa başlayırıq, Allah axrımızı xeyirə calasın 🥲😂

4 months, 1 week ago

"Ütləyim yenidən?" dedim.
"Əlbətdə ütləyəcəksən" deyib, köynəyinin düymələrini açmağa başladı. Köynəyi əynindən çıxartacağını gördüyümdə, gözlərimi ondan çəkdim. Sonra heç ağlıma gətirə bilməyəcəyim bir şey oldu. Köynəyi düz mənim qarışıma atıb "Düzgün ütülə!" dedi. İnsanı əzməkdən, zövq alırdı. Gözlərimi qarşıma atılan köynəkdən heç çəkməyərək, aşağı əyilib köynəyi əlimə aldım. Ona heç baxmadan, otaqdan çıxdım. Ütü otağına gətirib, ütünü qoşaraq ütüləməyə başladım. Əllərim əsirdi. Gözümün qarşısı isə bulanıqlamışdı. Buna layiq olacaq nə etmişəm belə, daha deyə bilmirdim. Bunlar nə idiki, yaşayıb gördüklərimin yanında? Ona görə hissizcə davranırdım. Ancaq, bu dəfə bir az incitmişdi..
Özümü ələ almağa bacarıb, köynəyi əlimə alaraq ütü otağından çıxdım. Timuçin bəyin otağının qapısının qarşısına gəlib, qapını döyərək içəri keçdim. Üstünə başqa köynək geyinmişdi.
"Nə baxırsan mənə belə? Sənimi gözləməliydim?" dedi.
Danış, Sarah. Susma. Danış.
Part 4
"Qarşıma köynəyi atıb, ütlə deməyi bacarırsız amma"
"Sən xidmətçi parçası deyilmisən? Sənin işin deyilmi?!"
"O köynəkdə qırış yox idi"
"Var idi"
"Yox idi!"
"Mən var idi deyirəmsə, deməli var idi!" deyib, qarşıma keçib dayandı.
"Mən də yox idi deyirəm. Mənə əziyyət olsun deyə, elə etdiniz"
"Belədiki, etmişəm. Sonra? Xoşun deyilsə, çıx get" deyərək, üzümə gülümsündü. Getməyəcəyimi bilirdi.
"Sizə nə desəm, faydasız olacaq"
"O zaman faydalı işlərlə məşğul ol. Misal, çıx hava al. Beyninə okgisen getsin"
"Elə, mən də sizdən iki saatlığına icazə istəyəcəkdim. Gedəsi, yerim vardı" dedim, yaranmış vəziyyəti öz xeyirimə çevirməyə çalışıb.
"Hara gedirsənsə çıx get. İstəyirsənsə heç gəlmə" deyərək, otağından çıxdı. Mən də köynəyini yerinə yerləşdirib, otaqdan çıxdım. Mətbəxə əl gəzdirib, evdən çıxdım. Nəhayət, bugün onu görə biləcəkdim. Evin qapısını kilitləyib, üzümü döndərdiyimdə qarşımda İbonu gördüm.
"Timuçin bəy evdə yoxdu. Az əvvəl çıxdı" dedim
"Timuçin üçün gəlməmişəm. Sən de görüm harasa gedirsən?"
"Dünəni unutmusan deyəsən! Üzsüz - üzsüz danışırsanda mənimlə!"
"Unutmamışam. Elə dünən üçün burdayam"
"Mən isə sənə qulaq asmaq heç istəmirəm" deyib, yanından keçdim. Mən getdikcə, oda yanımda addımlamağa başladı.
"Mən dünən çox böyük səhvə yol verdim. Bunu sonradan başa düşdüm. Bağışla məni. Mən pis biri deyiləm" dedi
"Məni maraqlandıran sən deyilsən!"
"Fərman işi belə qoymacağını dedi. Hər an, hardasa sənin qarşına yenidən çıxa bilər. Bu işi, başına mən açdım. Mənə görə oldu. Onun üçün sən hara gedəcəksənsə mən də səninlə gedəcəm"
Part 5
"Sənə ehtiyyacım yoxdur!" deyib, dayancaqda dayanıb avtobus gözlədim. O yanımdan getmək bilmirdi.
"Nə qalmısan yanımda?!" dedim.
"Fərmana görə, məcburam"
"Çıx get!"
"Getməyəcəm" dediyində, gözlədiyim avtobus gəldi. Mən avtobusa mindiyimdə oda arxamca gəldi. Mən bununla necə gedəcəkdim ora?
Oturacağa oturduğumda, yanımda boş qalan yerə O, oturdu. Görəsən, ömründə heç avtobusa minmişdi?
"Maşınımla gedəydik, gərək" dedi, sanki neçə illik dostu ilə səmimi söhbət edərmişcəsinə.
"Niyə ardımca gəldinki..."
"Səbəbin izah etməyə çalışdım az əvvəl"
"Həmin səbəbə yol açan insanda sən oldun"
"İstəyərək olmadı" dediyində, başımı pəncərəyə çevirib yolu seyr etməyə başladım. İstəyərək və ya istəməyərəkdə olsa, bu hal yaşanmışdı. Başımda problem azmış kimi, Fərmanda mənim üçün artıq problemlər sırasına daxil olmuşdu. Mən isə nə edəcəyini, necə davranacağını bilməyən balaca uşaqlar kimi idim.
Avtobusdan düşdük. Gedəcəyim yerə qədər bir az piyada getməli idim. Oda arxamca gəlməkdə idi.
"Çox sürətli gedirsən, sənə çata bilmirəm" deyib, deyinirdi.
"Sənə gəlmə deyirəm, başa düşmürsən"
"Hara gedirsən axı, heç bilmirəmdə"
"Əl çək məndən"
"Keyfimdən arxanca düşməmişəme. Elə bil, mən avtobusa minmək həvəskarıyam. Sürətli yeriməyidə öyrənib, qaçış yarışlarına qoşulacam"

4 months, 1 week ago

Bölüm 3
Part 1
Rəvan yerə yıxılarkən, Timuçin heç vaxt itirmədən Fərmanın yaxasına yapışıb onu yerə yıxaraq üstünə çıxaraq üzünə yumruqlar endirməyə başladı. Bir yumruq yenə vurduğunda "Bu yumruq Rəvan üçündür!" dedi. İbo Timuçinin yanına gəlib onun əlini saxlamağa çalışaraq "Timuçin özünə gəl" dedi. Timuçin dayandı. Başını qaldırıb mənə baxdı. Yenidən Fərmana dönüb, bir yumruq üzünə daha ilişdirib "Bu da, Sarah üçün..." dedi. Qalxdı, üstündən. Sarah demişdi...
"Al bu iti get, burdan İbo. Gözümədə görsənmə!" dedi.
İbo Fərmanı qaldırmağa çalışırdı. Fərman isə gülürdü. Həm gülürdü, həm də acı çəkirdi. Lakin, özünə qoyulmayıb "İş belə qalmayacaq, biləsən!" dedi. Üstünə Rəvan getmək istədiyində, İbo Fərmanı itələyib "Qaşınma! Düş qabağıma, gedək! Yoxsa bu dəfə sən, mənim əlimdə qalacaqsan" dedi. Fərman gülə - gülə getməyə başladı. Onlar getdikdən sonra biz dördümüz qalmış olduq. Ləman, Timuçinin qarşısına keçib "Az əvvəl burda nə baş verdi? Sən bu qız üçün döydün, Fərmanı?!" dedi.
"Sənə bir şey deməyə borclu deyiləm mən. Rəvan sən də Ləmanı al get"
"Timuçin, hörmətsizlik etmə mənə! Yoxsa sənin üzünə belə baxmaram!"
"İkimizdə çox gözəl bilirikki, baxarsan. Mənim əsəblərimi korlamadan get"
"Özün yalvaracaqsan mənə! Gedək, Rəvan!" deyib, mənə tərəfdən keçərək, mənim qoluma toxunub getdi.
"Timuçin sabah danışacam mən səninlə" deyib, Rəvanda getdi. İkimiz qaldıq...
Evə daxil olduq. Qonaq otağı dağınıq idi. Timuçinin bir söz deməməsi üçün, tez bardaqları yığışdırmağa çalışdım. Lakin, əllərim əsirdi. Yanıma yaxınlaşıb, əlimdəki bardaqları aldı.
Part 2
Məni divana otuzdurub "Su gətirib, gəlirəm" dedi. O, su gətirməyə getdi mən isə bu gecə yaşananları düşünməyə başladım. Çox qorxmuşdum. Həm, o evdə yaşadıqlarım həm də Timuçin qorxusu...
Suyu gətirib, bardağı mənə uzatdı. Bardağı alıb, suyu içməyə başladım. O isə pissmenin kənarına oturdu. İkisinin arasındaki məsafə az olduğudan üz - üzə və iç - içə idik. Əllərimin əsməsi daha çox artdı. Bardağın arxasından qaldırıb içməyimə şərait yaratdı.
"Nə qədər sənə qarşı tərs davransamda, belə bir şeyin yaşanmasını heç istəməzdim" dedi.
Tək, bir cümlə ilə yaşanan hər şeyi yorumlamağa çalışdı.Ardından, tək söz belə demədi. O susdu. Mənidə susmağa məcbur buraxdı. Əlimdə tutub sıxdığım bardağa fikir verdi. Dodaqaltı bir gülüş atıb "Mənə deyə bilmədiyin sözlərin heyfini bardaqdan çıxırsan" dedi. İçimdən keçənləri ona hayqırmaq istədim. Lakin, məni saxlayan bir şey vardı. Danışacaqdım, danışmağım ilə qalacaqdım. Mənə alçaldıcı sözlər deyib, son nöqtəni özü qoyacaqdı.
"İcazənizlə, mən otağıma getmək istəyirəm" dedim.
"İcazə sənin, buyur get" deyib, qalxıb getməyim üçün mənə şərait yaratdı. Mən də, cəld şəkildə ayağa qalxdım. Qonaq otağından çıxmağıma az qalmış "Dayan" dedi. Dayandım. Və ona tərəf döndüm.
"Səssiz qalıbda, o boş ağlınla məni cəzalandırmağa çalışdığını düşünmə. Sənin kimi qızların, bu cür ucuz nömrələrinə düşmərəm" dedi.
"Bitdi sözünüz?"
"Hələdə davam etdirməkdəsən, ucuz nömrəni"
"Timuçin bəy, ucuz nömrəni davam etdirən mən deyiləm. Mənim ilə danışmağa çalışan sizsiniz"
Part 3
Sözümü deyib, onun nəsə deməyini heç gözləmədən qonaq otağından çıxdım. Otağıma keçib, çarpayıma uzandım. Keçirtdiyim ağır günü, ağlımdan silməyə çalışdım. Olmadı. İbrahmin evində yaşananlar gözümün qarşısından getmədi. Rəvanın gəlməsini xatırladığımda, üzümə gülümsəmə gəldi. Gülümsəməmin fərqinə vardığımda, özünə gəl dedim. Gözümü yumdum. Canımın parçasını düşünərək, yatmağa çalışdım.

Gün çoxdan yarılanmışdı. Günortaya yaxınlaşırdı. Timuçin bəy, aşağı heç düşməmişdi. Mən də günorta üçün bir şeylər hazır edirdim. Qulağıma yuxarıdan "Xidmətçi parçası, hardasan" deyə, bağıran səs gəldi. Mətbəxdən çıxıb, yuxarı çıxmağa başladım. Otağının qapısı açıq idi. Və qapının ortasında dayanmışdı. Məni görüb, otağına keçdi. Mən də ardıyca keçib "Buyurun?" dedim. Əli ilə geyindiyi mavi rəngli düyməli köynəyini işarət edib "Bu necə köynək ütüləməkdi?! Qırış - qırışdı" dedi. Oysa, mən qırış - qırış olan bir şey görmürdüm. O, məni danlamağa yer axtarırdı. Olan bu idi.

4 months, 2 weeks ago

Ve kestik!
Ps. Elə bir yerə gəlib düşmüsənki nə sən soruş nə də mən deyim 🥲😂
Və ikinci bölümdən sizi demək olar bütün obrazlarla tanış etdim. Yaxın günlərdə #team larınızı bəlli edərsiniz 🐣 Hissiniz nə deyir, ən çox kimi sevəcəksiniz?
Aktivlik hanııııı??

4 months, 2 weeks ago

"Timuçinin yeni xidmətçisidir. Bu günlük mənim qonağımdır"
"Qonağın?"
"Qonağım" deyib, oğlana göz vurdu. Mən isə artıq qorxmağa başladım, ilk dəqiqədən. Yaxşısı, mətbəxə falan keçməyim idi. Yanından keçib getmək istədiyimdə qolumdan tutub "Pizzan qaldı" dedi.
"Doydum" dedim.
Qolumu buraxdığında, qarşımı həmən əsmər oğlan kəsib "Getmə, qal bizlə" dedi. Ya səbr!
"Çəkilin" dedim.
"Çəkilməsəm necə? Nə edəcəksən?"
Dönüb İboya baxdım, bir şey etməsi üçün. Amma O, heç buralı deyildi. Oğlan "Rəqs elə bizim üçün baxaq" dedi. Ətrafındakılar gülüşməyə başladı. Artıq səbrim daşmaq üzrə gəlib çıxmışdı.
"Mən sizin kuklanız deyiləm!" deyib, getmək istədim. Ancaq məni üz üzə dayandığı oğlanın üstünə itələyib "Rəqs etməyini istəyirik. Əylənməyə ehtiyyacımız var" dedi. Yetəri qədər, əyləncə yaratmışdılar məndən. Üstünə itələdiyi oğlanda digər çarpaz dayanmış oğlanın üstünə itələyib "Oyna" dedi. Onların gülüş səsləri, beynimdə exo verməyə başlamışdı. Göz yaşlarım isə hər an axacaq vəziyyətdə, dayanmışdılar. Bu anda qapı yenidən döyüldü. İbo işıq sürəti ilə qapını açmağa getdi.
Part 7
Əsmər oğlan isə düz yanıma gəlib "Sən nə çəkingən qız çıxdın" deyib, saç uclarıma əl uzatmağa çalışdı. Əlini çəkməyə başlayıb "Etmə!" deyə qışqırdım. Həmən sırada "Sarah?" deyən, bir səs eşitdim. Səs gələn tərəfə baxdığımda Rəvanı gördüm. Onu görməyim ilə göz yaşlarım üzümə axmağa başladı. Bizim yanımıza gəlib "Nə baş verir burda?!" dedi. Əsmər oğlan gülə - gülə "Timuçinin yeni xidmətçisindən, bizə xidmət göstərməsini istəyirdik. Rəqs edib, bizi əyləndirəcəkdi. Amma özünü naza qoydu" dedi.
"Ağızına gələni danışma, Fərman! Timuçin hansı cəhənnəmdədi bəs?!" dedi.
Şükür, ağılı başında olan bir adam vardı. Mənidə onların yanından çəkib, öz yanına aldı.
"Timuçin Ləmanladı. Bu qızda bugün mənim qonağımdı" dedi, İbo.
"Qonağın idi! Mən indi Sarahı alıb gedirəm"
"Onu heç yerə aparmayacaqsan. Onu Timuçin mənə əmanət edib"
"Əclaf, onda səndə əmanətə adam kimi sahib çıxardın!" deyib, sinəsinə vuraraq itələdi İbrahimi. İbrahim onun üstünə gəldiyində "Elə etməki, səninlə başqa cür danışım! " dedi. Mənim əlimdən tutaraq məni o evdən çıxartdı. Maşınına minib yola düşdük. Maşında olarkən, ona hər şeyi danışdım. Və nə qədər təşəkkür etdim. O isə, Timuçini günahlandırırdı bu məsələdə. Məni Timuçinin evinə gətirmişdi. Qapının zəngin basdı. Qapı açılmadı. Yenidən qapını zəngini çaldı. Təxmini beş dəqiqədən sonra Timuçin qapını açdı. Köynəyinin düymələri yarıya qədər açılmışdı, saçlarının önü isə qarışmışdı. Başa düşməyən gözlər ilə bizə baxdığıda "Sizin nə işiniz var burda?" dedi.
Part 8 Son
"Xəbərin var? Mənim bu qızı hansı vəziyyətdən İbrahimin evindən gətirdiyimdən?!"
Timuçin bu sözü eşidər eşitməz qapını bağlayıb, saçlarını qaydasına salmağa başlayıb yanımıza yaxınlaşdı.
"Nə danışırsan sən? İbo ona heç nə etməz"
"İbo etməz, düzdü. Amma şərait yaradar. Düz deyirsən, İbo etməz. Amma Fərman iti edər!"
"Nəə?!" dedi, gözləri məni taparkən. Düz qarşıma keçib "Nə edirdilər, sənə?!" dedi. Mən əsdiyimdən cavab verə bilmirdim.
"Qızı rəqs etməyə vadar edib, qucaqdan qucağa digər oğlanların üstünə itələyirdilər. Mən gəlməsəydim nə olacaqdı, Timuçin?" dedi.
Timuçinin baxışları bu sözü eşitməsi ilə kəskinləşdi. Ağzını açıb nəsə demək istədiyində, qapı açıldı. Qapıdan bir qız çıxdı. Yəqinki, Ləman adlanan qız idi.
"Hara getdin, Timuçin?" dedi.
Və baxışları məni tapdı.
Mən də qıza baxarkən, arxadan qışqıraraq "Timuçin" deyən bir səs eşitdim. Bayaq evdə olan, həmən Fərmanın səsi idi. Oda burda idi. Dönüb ona baxdım. Arxasıyca İboda gəlirdi. Onun isə baxışları Ləman adlanan qız ilə Timuçinin arasında gəlib gedirdi.
Rəvan qarşısına keçib "Sənin nə işin var burda?" dedi. Fərman gülüb, üzünü qaşımış kimi edərək "Dostum, sən son sözünü deyib qızı alıb getdin evdən. İcazə ver, mən də sözümü deyim" deyərək Rəvana kəllə atdı. Şok içində, bu yaşananlara baxdım. Mən necə bir yerə, gəlib düşmüşdüm?

5 months, 1 week ago

"Mənim gözəllər gözəli qızımın dərd etdiyi şeyə bax. Sən, heç atalar günündə mənə heç nə almırsan"
"Atalar günüdə olur, ata?"
"Əlbətdə. Ataların qızları ilə keçirtdiyi hər gün, atalar günü olur"
"Heç bilmirdim. Məndə Vasif əmi ilə sənə hədiyyə alacam"
"Sən məncə, yatmayıb mənə nə alacağını fikirləş" dediyimdə, üzündə gülücüklər açmağa başladı. Azda olsa fikirini, bu cür şeylə dağıtmağa çalışmışdım. Məncə bu fikrimdə xoşuna getdi. Üzümə öpücük qondurub "Mən fikirləşə - fikirləşə yuxuya gedim" dedi. Məndə üzünə öpüş qondurub, yanından ayrıldım. Qonaq otağında olan Vasif, divanda oturub həycanlı - həycanlı futbol seyr edirdi. Yanına əyləşib "Düşündün?" dedim.
"Hə düşündüm" dedi, gözünü televizordan çəkməyib.
"Nə düşündün?"
"Məryəmin üç gün sonraki işini sabaha aldırdım" Qoluna möhkəmcə vurub "Mən onumu deyirəm?!" dedim. Səsimi qısıb "Məryəm ana - ana deyə tutdurub. Mən nə edəcəm? Çox balacadı. Mən ona bu yaşında nəsə deyə bilmərəm" dedim. Bu mövzuya toxunduğumdan televizoru söndürdü. Mən tərəfə çevrilib "Əslində bir yol var" dedi.
"Nə yoludu"
"Məryəmə yalançı ana tapacayıq"
"Nə? Nəə? Başın xarabdı sənin?"
"Yalançı sevgili, yalançı nişanlı, yalançı evlilik olurda, yalançı anamı olmayacaq? Həm bu işlə məşğul olanlar var. Pul qarşılığında bu cür vəzifələri yerinə yetirirlər. Bunların özlərinin internet səhifələri olur"
"Yeni çıxıb buda?"Part 6 Son
"Sosial şəbəkədə kütləyə hakim olan sən, ancaq hər şeydən xəbəri olan mən. Elə bil bu əsrin adamı deyilsən. Qalmısan geridə" deyib, üstünə birdə məndən gileylik etdi. Belə bir şeyə razı olmaq üçün gərək, mənim başımın içindən beynimi aldırmış olmaları lazım idi. Yoxsa bu iş, heç ağıllı bir insanın işi deyildi.
Ve kestik!
Ps. Uzun aradan sonra, bu hekayədə xoş gördüm sizləri. Əvvəlcədən sizləri bölümdə 180 dərəcədə dəyişiklik olduğun açıqlamışdım. Ki, sonradan biz gəlib, hara düşmüşük deməyəsiz deyə 😅
Gələlim bölümə.
Sevincin getməsi 🥲
Aradan beş il keçməsi.
Vasifin hələdə yanlarında olması.
Məryəmin ana istəməsi.
Və ortaya atılan yalançı ana iddiası
Bu qədər sıralama bəsdir məncə. Görək nələr olacaq :)
Sezon finalı etdik, yazar nə zaman paylaşsa davam edəcəm🥲
O vaxta kimi yeni hekayələro gözləyin😌

5 months, 1 week ago

O gündən sonra mənim səfil həyatım bitdi.
Part 3
Qızıma gözəl gələcək qurdum. Həyatımada heç kimi almadı. Bir mən, bir qızım, birdə Vasif vardı. Hər kəslə əlaqəm kəsilmişdi. Xüsusi ilədə ailəmlə. Qızım üçün, ailəmdən əl çəkdim...
Sevinci maraqlanırsınıza, ondan heç xəbərim yoxdur. Beş ildə istəsəydi, bizi tapardı. Tapılmayacaq kimi deyildik. Sağda solda boy - boy reklam fotolarımız vardı. Amma bu beş ildə ondan heç xəbər ala bilməmişdim. Bundan sonra isə mənə lazım deyildi. Gəlsədə, qəbul etməzdim. Çox keçmişə daldığımı fikirləşib, özümü ayıltdım.
Məryəmin üstünü dəyişdirib, məktəb formasını geyindirərək otaqdan çıxdım. Vasif çox gözəl səhər yeməyi hazırlamışdı.
"Şükür tənbəl qalxdı" dedi, Məryəmin əsəbləşəcəyini bildiyi halda. Məryəm ona tənbəl deyilməsini sevməzdi.
"Ata, Vasif əmiyə bir şey de" deyə, bağırdı ciy - ciy səsi ilə.
"Əmi sənə qurban olsun" deyib, üzündən öpdü. Masa başına keçib, səhər naharımızı etməyə başladıq. Evi dəyişmişdim. Beş otaqlı böyük bina evində yaşayırdıq. Vasifində, mənimdə son model maşınlarımız var. Vasif bizim menecerliyimizi edirdi.
"Mən yemək istəmirəm" dedi, Məryəm.
Tez əlimi alınına yerləşdirdim. Birdən qızdırması olardı. Yox istiliyi yox idi.
"Qızdırman yoxdur. Sənin niyə canın yemək istəmirki?"
"Yeməyi udmaqdan boğazım ağrıyır"
"Qızım, bu qədər tənbəllik çoxdu axı. İnan başqasının yerinə udmaq adlı bir texnologiya icad olunsa ilk mən alacam. Ancaq hal hazırda elə bir şey yoxdur. Boğazına güc ver, yeməyini ye"
"Ata"
"Aycan qızım?"
"Sinifdə uşaqlar danışanda eşitdim. Analarına hədiyyə alacaqlarmış. Sabah səkkiz mart imiş. Mənim hədiyyə alacaq anam yoxdu amma"
Məryəmin dediyi sözlə, yediyim yemək boğazımda qaldı. Öskürməyə başladım. Nə qədər yaxşı ata olurumsa olum, bir uşağın fikri hər zaman anada qalardı...
Part 4
Mənim susduğumu görüb "Səndə mənə hədiyyə al" dedi, Vasif.
"Sən anam deyilsən. Mən də ana istəyirəm. Mənə ana al, ata" dedi.
Ona hər uşaq öz istədiyi ananını alıb gətirir, yalanını demişdim. Əslində qalsa çox gözü açıq qız idi. Ancaq nədənsə bu dediyimə inanmışdı. Ya da bilmirəm, bəlkədə həqiqəti bilirdi. Mən pis olmayım deyə mənə heç nə demirdi.
"Məryəm get içəri. Çantanı götür. Gecikirik dərsə"
"Yaxşı ata. Amma mənə ana almağı unutma"
"Get qızım..." dedim, gözümün dolduğunu görməsini istəmədiyim üçün başımı aşağı salıb. Masadan qalxdı. Vasif yanıma oturub "Uşaqdı. Nə dediyini bilmir" dedi.
"Qorxuram. Onun böyüməsindən çox qorxuram. Kaş körpə qalaydı. O böyüdükcə, mənim yalanlarımda get gedə böyüyür"
"Bir gün ağlı kəsəndə daha səndən heç nə soruşmayacaq. Buna görə özünü üzməyə dəyməz"
"Niyə dəymir hə? Bizə görə sənində ailən olmadı. Məryəmi böyüdək deyərkən, sən heç özünü belə fikirləşmədin. Oysa sənində ailən, uşaqların ola bilərdi. Elə bilirsənki mən bilmirəm?"
"Nəyi, Turqut?"
"Ən son Ülkərlə ciddi münasibətiniz vardı. Evlənmədiyin üçündə ayrıldı. Məryəmə görə evlənmədin. Öz ailən olsaydı, mənim ona tək baxa bilməyəcəyindən qorxdun. Düz demirəmmi?"
"Onda Məryəmin üç yaşı vardı. Üç yaşlı uşağı qoyub mən necə evlənəydim. Olmazdı..."
"Özünü bizə görə qurban verdin. Gəl gör ki, bizim qız anasını istəyir"
"Turqut çox duyğusal olursan. Olma. Qızın səni bu vəziyyətdə görməsin"
"Bir şeylər düşün, Vasif. Məryəmin istəyi keçəcək kimi görsənmir"
"Yaxşı. Mən bir şeylər düşünəcəm. Siz dərsə gec qalmayın. Gedin"
"Gedirik" deyib, qalxdım ayağa. Məryəmdə əlində çantasını tutmuş, otağından çıxırdı. Çantasını əlimə alıb "Düş qarşıma. Gecikirik dərsə" dedim. Sonrada evdən çıxıb, məktəbə yollandıq.
Part 5
(Axşam)
Məryəmin yatma saatı idi. Yanında uzanıb ona nağıl kitabı oxuyurdum. Yatması üçün. Amma gözlərini heç cür yumurdu. Bunun fərqinə varıb kitabı bağlayaraq "Yatma vaxtındır. Niyə yatmırsan qızım?" dedim.
"Yuxum gəlmir ata"
"Sənin yuxunu yüz faiz nəsə qaçırdıb"
"Bu gün Mədinə mənə anasına aldığı hədiyyədən danışdı. Atası ilə bərabər alıblar. Mənimdə anam olsaydı, səninlə bərabər ona hədiyyə alardıq"

5 months, 1 week ago

Bölüm 24
Sezon finalı
Vasifin dediyi söz ilə donub qaldım. Mən hələdə heç nəyi tam başa düşməmişdim. Ya da Şəfəqə bu hərəkəti yaraşdıra bilmədiyimdən, ortada olan şeyi başa düşməməyə çalışırdım.
Vasif tam ortamızda dayanıb "Mənim otaqda yatdığımı düşünürdü. Balkona çıxıb telefonda Sevinclə danışırdı. Sevinci sənə qarşı doldururdu. Bəlkə mən yalan danışıram, Şəfəq?!" dedi, Vasif.
Şəfəq titrəməyə başladı. Gözündən isə yaşlar axırdı. Başını sağa - sola yeyib "Yalan demirsən..." dedi. Qadınlar hər zaman göz yaşlarından istifadə edərdi. Şəfəqdəmi indi elə edirdi? Mən nə düşünürdüm? Onun etmək istədiyi şeyi, niyə beynim heç cürə alıqlamaq istəmirdi?
"Sən Sevinclə mənim aramı vurmusan... Oysa mən səni xilas etmişdim" dedim.
İnsan oğlu deyilmiydim məndə? Etdiyim yaxşılığı, ən kiçik pislikdə dilimə gətirirdim. Etdiyim yaxşılığın heç bir xoş yanı qalmamışdı.
"Anan istədi... Anan... Biz ananla danışırdıq. Oğlumu O qadından uzaqlaşdır. Biz onu gəlin kimi qəbul etməyəcəyik. Əgər dediyimi etməsən, sənin adını kənd yerində pisə çıxardacağını dedi. Məndə qorxduğumdan ananın dediklərini etdim"
"Sənin ağlın hardaydı?! Bizə niyə heç nə demədin? Sən o kənddən qaçıb gəldin mənimlə. Sənə o kəndin nə dediyi maraqlı idimi?! Hələ anam..." deyib, qışqıraraq danışdım. Gözüm döndüyündən yanımda olan stola bir təpik vurdum. Stol aşmağıyla yenidən bir təpik daha atdım. Ayağımı artıq hiss etmirdim. İki acı bir birinə qarışmışdı. Bu sırada Vasif qarşıma keçib, məni qucaqlayaraq "Qurban sənə, sakit ol" dedi. Başımı onun sinəsinə yaslayıb "Mən dözə bilmirəm..." dedim. Və otaqda olan Məryəmin ağlama səsini eşitdim. Mənim bu həyatda sahib olduğum yeganə sey qızımın var olması idi. Vasifdən ayrılıb, Şəfəqə tərəf çevirlərək "Rədd olursan, həyatımdan! Bir daha qarşıma çıxmırsan. Nə halın varsa gör! Məndən və qızımdan uzaq ol!" deyib, otağa getdim. Beşiyə tərəf gedib, qızımı qucağıma alıb "Ağlama... Ağlama... Yoxsa atada sənə qoşulub ağlayacaq. Ağlamağa yer axdarıram onsuz" dedim. Qucağımda olduğundan ağlaması dayanmışdı. Onu möhkəmcə bağrıma basdım.
Part 2
"Mən təkcə səni istəyirəm. Sən ol bəsimdir. Səninlə huzurlu həyat keçirim. Tək istəyim budur. Həm sənin mənə sözün vardı? Böyüdüyündə mənə baxacaqdın. Mənim heç kimə ehtiyyacım yoxdur"
Məryəmin üzünə öpüşlər qondurub "Sən atanın hər şeyisən..." dedim. Nə qədər ürəyim Sevincin yanında qalsada, məndə qızımdan əl çəkə bilməzdim. Onunsuz qalmağı düşündükdə belə nəfəsim kəsilmiş kimi olur. Qalsaydım, ölə bilərdim...

5 il Sonra
Otaqda yatan gözəllər gözəli qızımın yanına gəldim. Məryəm birinci sinifə gedirdi. Yatmağı çox sevdiyindən, güclə oyandırırdım onu. Yenədə həmin günlərdən biri idi. Əvvəlcə üzünə öpüş qondurub, qoxusunu içimə çəkdim. "Mələyim. Gözəl qızım. Sabah açılıb" dedim.
Gözləri yumulu olsada, dodaqlarını aralayıb "Qoy bir az yatım, atacan" dedi. Hər Allahın verdiyi günü, səhəri eyni bax belə açırdıq.
"Qızım dərsə getməlisən" dedim.
"Mən dərs işini heç sevmədim. Yatacam" dedi.
Allahım sən mənə səbr ver. Yorğanı üstündən çəkib "Oyan. Sonra müəllimən məni danlayır" dedim. Müəllimin adını eşidən kimi gözlərini açdı. Müəlliməsini çox sevirdi. Məndə onu qıdıqlamağa başlayıb, "Sənə nə varki? Sonra danlağı məni qulağım eşidir. Sən oxumalısan. Böyüdükdə mənə baxacaqsan. Sözün var sözün" deyib, qıdıqlamağı dayandırdım. Onu qucağıma aldım. Hamama gətirib əl üzünü yuyub, dişlərini fırçalatdım. Biz qız, çox tənbəl idi. Hətda tənbəlin kubu idi. Dişini bir yaş, iki aylığında güclə çıxartmışdı. Yadıma dişini çıxartdığı ilk gün düşdü. Vasiflə çox sevinmişdik. Cibimizdə olan son pul ilə tort alıb o günü qeyd etmişdik. Elə o gün aldığımız tortu bir kafedə oturub çay içib yeyərkən, təsadüfən orda olan məhşur bir fotoqrafçı şəkillərimizi çəkmişdi. O şəkillər sosial şəbəkələrə yayılıb çox sevilmişdi. Sonrdan mənimlə əlaqəyə keçmişdi. Hər kəs bizdən ata və qız deyə bəhs edirdi. Beləliklə bir neçə iş təklifi almışdıq. Necə deyərlər, şansım yavər getmişdi ilk dəfə. Ardından özümə soail şəbəkədə profil açmışdım. Səhifəm hər keçən gün böyüyürdü. Bunun nəticəsində reklamlarda almağa başladım.

5 months, 1 week ago

"Getsək onlara nə deyəcəyik"
"Həqiqəti. Mən anama səni özümə qaçırtmadığımı demişəm. Amma mən bir seyi dəqiq bilmək istəyirəm"
"Nəyi?"
"Sizin Vasiflə aranızda nəsə var?"
"Var kimidə, yox kimidə..." deyib, başını saldı aşağı. Nə məna daşıyırdı, cümləsi.
Part 6
"Açıq danış. Çünki, mən özümə normal həyat qurmaq istəyirəm" dedim.
"Vasifin Sevinclə əlbir olduğunu bildikdən sonra gözümdən düşüb"
"Mənim məsələm ayrı, sənin məsələn ayrı. Malı mala qatma"
"Ağılım qarışıqdı..." dedi, gözlərini məndən qaçırdaraq. Şəfəqə nə olmuşdu? Yoxsa mənmi çox pis olduğumdan, onu başa düşmək istəmirdim? Üstünə getməmək üçün susdum. Başımı masadan qaldıranda, gözüm otağımın qapısına sataşdı. Otağın qapısı azca aralanmışdı. Vasif qapı arxasından bizə qulaq asırdı. Qapını tam açıb, özünü göstərdi. Baxışları çox kəskinləşmişdi. Mən danışmaq üçün vaxtsız zamanı seçmişdim. Özüm pis olarkən, Vasifidə pis olmağa sürgün etmişdim. Vasif asta - asta bizə tərəf gəlməyə başladı. Şəfəqdə arxaya dönüb ona baxdı. Vasifin ağlamamaq üçün özünü sıxdığını gördüm. Masanın başına gəlib "Ağılı qarışıqdı... Çünki ağılı səndəndi..." dedi. Nəyisə səhv başa düşmüşdü.
"Vasif ağızına gələni danışma!" dedim
Mənim deməyim ilə, əlini masa üstünə çırpmağı bir oldu. Şəfəq qorxub, sıçrayaraq ayağa qalxdı.
"Sevincə, mənim evimdə qızlarla görüşdüyünü deyirdi... Bəlkədə, Sevinc ondan getdi..." dedi.
Ve kestik!
Ps. Uzun aradan sonra hekayayə bölüm gəldi. Gəlməsə idi bundan yaxşı idi 😂 Napdım yene mən? 😱 Hangi hayinlik peşindeyim acaba 😂😊 Sevinc getdi 💔

We recommend to visit

🇦🇿 Ölkənin Ən Böyük Dini Ailə Kanalı 🕋

┄┅════✼🕊❤️🕊✼════┅┄
Gəl bərabər qalxaq 'Namaza🕋
'Azan səsi toxunsun imanımıza 🤲
Zikir et' Allahın adına' dua et sevgimizə❤️🕊️

©️Kanal Qorunur

Last updated 3 месяца, 2 недели назад

Last updated 1 месяц, 2 недели назад

O qədər böyüyüb ki, içimizdəki tənhalıq. Sevilməyi gözləyərkən, gözləməyi sevmişik... 🌾
                             
📍𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 @Quliy3ffha 🦂

Last updated 1 месяц назад