📚▪︎𝗠𝗘𝗟𝗨𝗠𝗘𝗧_313▪︎📚

Description
Salamun Ələykum
Sizləri Telegramın Faydalı Dini Kanalına Dəvət edirəm 🌹

Kanalda Paylaşılır: 🌿

📚 Hədslər

📿 Günün zikrləri

📃 Dini Kəlamlar

🎙 Mərsiyələr

🌇 Şəkillər

🕌Hacı Ramil Bedelov xütbel
○Bizimlə əlaqə📩: @Hus3yn_bot
Advertising
We recommend to visit

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi “Telegram” kanalı.

📌 https://www.facebook.com/wwwmodgovaz?mibextid=2JQ9oc

📌 https://www.instagram.com/azerbaijan_modigsh=cnY2MW40M211bndt

📌 https://x.com/wwwmodgovaz?s=21&t=IJ3Puk_5rABpeGxD3dk8jA

Last updated 1 day, 3 hours ago

Bürclər Haqqında Maraqlı Məlumatlar, Mizahlar, Yüksələn Bürc , Ay Bürcü Hesablamaq , Hər Gün Saat 00:00-dan Sonra Gündəlik Bürc Proqnozları Və Digər Məlumatlar Üçün Bizimlə Qalın 🤓

Last updated 2 months, 4 weeks ago

Elm və Təhsil Nazirliyinin rəsmi Telegram kanalı

🔗https://linktr.ee/edugovaz

Last updated 2 weeks, 2 days ago

18 hours ago
***🕌*** Gündəlik təqvim və günün zikrləri

🕌 Gündəlik təqvim və günün zikrləri

#namazvaxtı #təqvim #gündəlikzikr

1 day, 3 hours ago
Əssalamu Ələykum və Rəhmətullah Hərvaxtiniz xəyir …

Əssalamu Ələykum və Rəhmətullah Hərvaxtiniz xəyir olsun İnşəAllah

Həzrət Fatimeyi-Zəhra (s.ə.):
قالَ رَجُلٌ لاِءمرَأتِهِ: إذهَبى إلى فاطِمَةَ عليهاالسلام فَاسْأَليها أنّى مِن شيعَتِكُم؟ فَقالَت عليهاالسلام: قُولى لهُ: اِنْ كُنْتَ تَعْمَلُ بِما اَمَرْناكَ وَتَنْتَهى عَمّا زَجَرْناكَ عَنْهُ فَأَنْتَ مِنْ شيعَتِنا وَاِلاّ فَلا
Bir nəfər öz zövcəsinə dedi: "Fatimeyi-Zəhranın (s.ə.) yanına get və ondan soruş ki, mən sizin şiələrinizdənəmmi?" Qadın gəlib soruşduqda, Həzrət Fatimeyi-Zəhra (s.ə.) buyurdu: "Ərinə de ki, əgər əmr etdiklərimizi yerinə yetirir və qadağan etdiklərimizdən çəkinirsənsə, bizim şiələrimizdənsən, əks-təqdirdə, bizim şiələrimizdən deyilsən!"
"Biharul-ənvar", c.65, səh.155.
#hədis #gününhədisi #həzrətzəhra

1 day, 17 hours ago
***🕌*** Gündəlik təqvim və günün zikrləri

🕌 Gündəlik təqvim və günün zikrləri

#namazvaxtı #təqvim #gündəlikzikr

1 week, 1 day ago

Əssalamu Ələykum və Rəhmətullah Sabahiniz xəyir olsun İnşəAllah
İmam Rza (عليه السلام) buyurub:

“Ey İbn Şəbib, Cənnətdə ali mövqelərdə bizimlə birlikdə olmaq istəyirsənsə, hüznlərdə bizimlə kədərlən və sevinclərdə bizimlə sevin, vilayətimizə bağlı ol. Çünki, əgər bir insan bir daşı belə sevsə, Allah Qiyamətdə onu həmin daşla birlikdə həşr edər”.

📚Şeyx Hurr Amuli, “Vəsailuş-Şiə”, cild 14, səhifə 503, hədis 19694.
Loğmanın (ə) oğluna nəsihətindən:

Dünyanı axirətinə sat ki, hər ikisini əldə edərsən. Axirətini dünyaya satma ki, hər ikisini əldən verərsən.

(Biharul-ənvar, cild 13, səh 422, hədis 17.)
Allah cəmi Şəhidlərimizə rəhmət eləsin 🇦🇿
Ümmül-Bənin, həm imam Əli (ə) ilə birgə yaşadığı dönəmdə, həm də o həzrətin şəhadətindən sonra ədəb-ərkanlı, ismətli və iffətli, səmimi və fədakar həyat yoldaşı idi. O, özünü imam Əlinin (ə) xanım Fatimeyi-Zəhradan (s.ə.) olan övladlarının xdimətçisi hesab edir, həqiqi bir ana kimi onlara qayğı göstərir və qulluq edirdi. Tarixdə göstərilir ki, imam Əli (ə) ilə ailə həyatı qurduqdan sonra imam Əlidən (ə) istəyir ki, onu əsl adı ilə (Fatimə) yox, Ümmül-Bənin çağırsın və beləcə, Həsən və Hüseyn onun əsl adını öz atalarından eşidəndə, anaları xanım Fatimeyi-Zəhranın (s.ə.) başına gətirilmiş acı xatirələri xatırlamasın,Anasızlıq əzabını hiss etməsinlər.

(Əl-Əqilətu vəl-Fəvatim, Hüseyn Şakiri, səh 118.)

🏴 Salam olsun sənə, ey oğullar Anası Ümmül-Bənin (s.ə)! 🏴
İmam Sadiq (ə):
يَا بنَ جُندَبٍ، بَلِّغ معاشِرَ شيعَتِنا وقُل لَهُم: لا تَذهَبَنَّ بِكُمُ المَذاهِبُ، فَوَاللّهِ لا تُنالُ وَلايَتُنا إلاّ بِالوَرَعِ وَالاِجتِهادِ فِي الدُّنيا، ومُواساةِ الإِخوانِ فِي اللّه.
“Ey Cündəb oğlu, bizim şiələrimizə çatdır və de ki, yollar (məzhəb və təriqətlər) sizi azdırmasın! Allaha and olsun, bizim vilayət və dostluğumuza dünyada pərhizkarlıq, çalışqanlıq və Allah yolunda din qardaşları ilə həmkarlıqdan başqa bir yolla nail olmaq olmaz!"
"Tuhəful-uqul", səh.303.

#hədis #gününhədisi #pərhizkar #çalışqan #imamsadiq
Həzrət İmam Əli (ə) buyurub:

Axirətdən möhkəm yapış ki, dünya sənə kiçik gəlsin.

(Ğürərul-Hikəm, hədis 6080.)
İmam Sadiq (ə) Abdullah ibn Sənanın mələklər üstündür yoxsa insan? sualının cavabında buyurmuşdur:
Əmirəl-möminin Əli ibn Əbu Talib (ə) buyurmuşdur:

Allah mələklərdə ağıl qoyub, nəfsi istəklər qoymayıb, heyvanlarda nəfsi istəklər qoyub ağıl qoymayıb. Adəm övladında isə onların hər ikisini qoyub. Odur ki, ağlı nəfsi istəklərinə qalib gələn kəs mələklərdən də yaxşıdır, nəfsi istəkləri ağlına qalib gələn kəs isə heyvanlardan da pisdir.

(Biharul-ənvar, cild 60, səh 299, hədis 5.)
Həzrət İmam Əli (ə) buyurub:

Xəsisin heç bir dostu olmaz.

(Ğürərul-Hikəm, hədis 7473.)
İmam Sadiq (ə) buyurub:

Diqqətli ol, ağzından heç vaxt, hətta özünün və qohumlarının qüdrəti ilə öyünsən belə, zorakı söz çıxmasın.

(əl-Kafi, cild 2, səh 327, hədis 3.)
Ənam surəsi 43.
"Bəs nə üçün Bizim çətinliklərimiz onlara yetişdikdə tövbə edib nalə çəkmədilər? Bəli, (həqiqət odur ki,) onların qəlbi daşlaşıb bərkimiş və Şeytan gördükləri işləri onlara gözəl cilvələndirmişdir."
Bildirişlər
1. Allah dərgahına doğru nalə insanın təkamülü, Allaha yaxınlaşması, daşqəlblik və yalandan uzaqlaşma səbəbidir.
2. İnsan fitrətən gözəlliyi sevir. Şeytan bu meyldən istifadə edib onu qəflətə sürükləyir.
3. İnadkarlara nə təbliğ, nə də tənbeh tə'sir edir.
4. Yalvarışın tərki və qürurun kökü insanın şeytani cilvələrə məftun olmasıdır.
🌼🌼
🌼🌼
🌼
🌼Namazda qan və ya ləkəsi:

🔰İnsan qanı nə qədər az olsa da,murdardır.
Amma bədəndə və paltarda qan (qadın qanı istisna olmaqla - heyz qanları- ) barmağın bir bəndindən az olsa,namaz qılmağın eybi yoxdur.
·—————··𑁍··—————·
·—————··𑁍··—————·
🌼🌼🌼🌼🌼🌼

🌸🎊🌸🎊🌸
🎊🌸🎊🌸
🌸🎊🌸
🎊🌸 Şərab içənlə get-gəl etmək:

Şərab içən kəsin yaşayışı nəcisdir? Və onunla get-gəl etmək və evində yemək yemək işkalı var?

🔺Bütün Müctəhidlər:
📌Xeyr, şərab içən kəsin nə özü nəcisdir nədə yaşayışı.
📌Onun ruhu nəcisdir ki,ruhu şeytanın əsiri olub və bu barədə nə qədər bunun böyük günah olması rəvayətlərimiz vardır.

1 week, 3 days ago

Əssalamu Ələykum və Rəhmətullah Sabahiniz xəyir olsun İnşəAllah Cümə Gününüz Mübarək olsun İnşəAllah
🗓️Cümə gününün duası🤲🏻

Ərəbcə:
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
الْحَمْدُ لِلَّهِ الْأَوَّلِ قَبْلَ الْإِنْشَاءِ وَ الْإِحْيَاءِ وَ الْآخِرِ بَعْدَ فَنَاءِ الْأَشْيَاءِ الْعَلِيمِ الَّذِي لا يَنْسَى مَنْ ذَكَرَهُ وَ لا يَنْقُصُ مَنْ شَكَرَهُ وَ لا يَخِيبُ مَنْ دَعَاهُ وَ لا يَقْطَعُ رَجَاءَ مَنْ رَجَاهُ اللَّهُمَّ إِنِّي أُشْهِدُكَ وَ كَفَى بِكَ شَهِيدا وَ أُشْهِدُ جَمِيعَ مَلائِكَتِكَ وَ سُكَّانَ سَمَاوَاتِكَ وَ حَمَلَةَ عَرْشِكَ وَ مَنْ بَعَثْتَ مِنْ أَنْبِيَائِكَ وَ رُسُلِكَ وَ أَنْشَأْتَ مِنْ أَصْنَافِ خَلْقِكَ أَنِّي أَشْهَدُ أَنَّكَ أَنْتَ اللَّهُ لا إِلَهَ إِلا أَنْتَ وَحْدَكَ لا شَرِيكَ لَكَ وَ لا عَدِيلَ وَ لا خُلْفَ لِقَوْلِكَ وَ لا تَبْدِيلَ وَ أَنَّ مُحَمَّدا صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ عَبْدُكَ وَ رَسُولُكَ أَدَّى مَا حَمَّلْتَهُ إِلَى الْعِبَادِ وَ جَاهَدَ فِي اللَّهِ عَزَّ وَ جَلَّ حَقَّ الْجِهَادِ وَ أَنَّهُ بَشَّرَ بِمَا هُوَ حَقٌّ مِنَ الثَّوَابِ وَ أَنْذَرَ بِمَا هُوَ صِدْقٌ مِنَ الْعِقَابِ اللَّهُمَّ ثَبِّتْنِي عَلَى دِينِكَ مَا أَحْيَيْتَنِي وَ لا تُزِغْ قَلْبِي بَعْدَ إِذْ هَدَيْتَنِي وَ هَبْ لِي مِنْ لَدُنْكَ رَحْمَةً اِنَّكَ أَنْتَ الْوَهَّابُ صَلِّ عَلَى مُحَمَّدٍ وَ عَلَى آلِ مُحَمَّدٍ وَ اجْعَلْنِي مِنْ أَتْبَاعِهِ وَ شِيعَتِهِ وَ احْشُرْنِي فِي زُمْرَتِهِ وَ وَفِّقْنِي لِأَدَاءِ فَرْضِ الْجُمُعَاتِ وَ مَا أَوْجَبْتَ عَلَيَّ فِيهَا مِنَ الطَّاعَاتِ وَ قَسَمْتَ لِأَهْلِهَا مِنَ الْعَطَاءِ فِي يَوْمِ الْجَزَاءِ اِنَّكَ أَنْتَ الْعَزِيزُ الْحَكِيمُ

Oxunuşu:

Bismillahir rəhmanir rəhim Əlhəmdu lillahil əvvəli qəbləl inşai vəl ihya, vəl axiri bədə fənail əşyail əlimilləzi la yənsa mən zəkərəh, və la yənqusu mən şəkərəh, və la yəxibu mən dəah, və la yəqtəu rəcaə mən rəcah, Əllahummə inni uşhi-dukə və kəfa bikə şəhida, və uşhidu cəmiə məlaikətikə və sukkanə səmavatikə və həmə-ləti ərşik, və mən bəəstə min ənbiyaikə və rusulik, və ənşətə min əsnafi xəlqik, ənni əşhədu ənnəkə əntəllahu la ilahə illa ənt, vəhdəkə la şərikə ləkə və la ədil, və la xulfə liqəvlikə və la təbdil, və ənnə Muhəmmədən səlləllahu ələyhi və alihi əbdukə və rəsuluk, ədda ma həmməltəhu iləl ibad, və cahə-də fillahi əzzə və cəllə həqqəl cihad, və ənnəhu bəşşərə bima huvə həqqun minəs səvab, və ənzərə bima huvə sidqun minəl iqab, Əllahummə səbbitni əla dinikə ma əhyəytəni, və la tuziq qəlbi bədə iz hədəytəni, vəhəb li min lədunkə rəhməh, innəkə əntəl vəhhab, səlli əla Muhəmmədin və əla ali Mu-həmməd, vəcəlni min ətbaihi və şiətih, vəhşurni fi zumrətih, və vəffiqni li ədai fərzil cumuat, və ma əvcəbtə ələyyə fiha minət taat, və qəsəmtə liəhliha minəl ətai fi yəvmil cəza, innəkə əntəl əzizul həkim.

Tərcümə:

Həmd-səna varlığın həyatdan öncə başlanğıcı, mövcudların fənasından sonra sonu olan Allaha məxsusdur! O elə bir alimdir ki, Onu yada salanı yaddan çıxarmaz, şükür edənə nemətini əskiltməz, Onu çağıranı naümid etməz, ümid edənin ümidini qırmaz. Allahım, mən Səni şahid tuturam və Sənin şahidliyin bəs edər; şahid tuturam mələkləri, səma sakinlərini, ərşi aparanları, seçdiyin peyğəmbərləri, yaratdığın hesabsız varlıqları (bütünlüklə şahid tuturam) ki, şəhadət verim: Sənsən bir Allah ki, Səndən başqa məbud yoxdur, şəriki və misli olmayan yeganəsən; Sənin sözündə səhv və dəyişiklik yoxdur. Şəhadət verirəm ki, Məhəmməd səlləllahu ələyhi və alihi və səlləm Sənin bəndən və rəsulundur. O, bəndələrinə çatdırılmasını əmr etdiyini yerinə yetirməkdə və Allah yolunda lazımınca çalışdı, savabla bağlı haqq-həqiqəti yaxşı mükafatla müjdələdi və doğru olanı cəhənnəm əzabı ilə qorxutdu. Allahım, Sənsən məni həyatda saxlayan, məni dinində sabitqədəm et, qəlbimi yol göstərdikdən sonra azdırma və mənə öz tərəfindən mərhəmət nəsib et ki, həqiqətən, Sənsən bağışlayan! Salam yetir Məhəmməd və onun Əhli-beytinə; məni onların ardıcılı və şiələrindən qərar ver, onların sırasında məşhur et və qiyamət səhnəsinə gətir, məni cümələrdə vacib olanlara, günün ibadətlərinə, cümə ibadəti müqabilində insanlara verəcəyin mükafata müvəffəq et ki, Sənsən iqtidar və hikmət sahibi!

1 week, 6 days ago

Əssalamu Ələykum və Rəhmətullah Axşaminiz xəyir olsun İnşəAllah Əziz Dəyərli Qardaşlarim Ananllarimiz və Bacillarimiz Bir Bacimiz Xəstədir Xaiş edirəm Kömək edin 4169738877135040 Bu mənim Kartimdir Gücünüz catani atin xaiş edirəm Kömək edin İynə Dərman Alasidi

1 week, 6 days ago
***⚫***Zeynəb (s.ə) yenidən əsir oldu...***🏴***

Zeynəb (s.ə) yenidən əsir oldu...🏴

2 weeks ago
***🥀***Əssalamu Ələykum və Rəhmətullah Sabahiniz xəyir …

🥀Əssalamu Ələykum və Rəhmətullah Sabahiniz xəyir olsun İnşəAllah

Necə getsin gözlərə yuxu?🥀💔
Başıva dolanaq Ay Xanım (s.ə)

Sən Əli qızısan İffət rəmzisən,
Kişiyə qadına qeyrət rəmzisən.🥀💔

2 weeks ago
***🥀***Əssalamu Ələykum və Rəhmətullah Sabahiniz xəyir …

🥀Əssalamu Ələykum və Rəhmətullah Sabahiniz xəyir olsun İnşəAllah

Necə getsin gözlərə yuxu?🥀💔
Başıva dolanaq Ay Xanım (s.ə)

Sən Əli qızısan İffət rəmzisən,
Kişiyə qadına qeyrət rəmzisən.🥀💔

We recommend to visit

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi “Telegram” kanalı.

📌 https://www.facebook.com/wwwmodgovaz?mibextid=2JQ9oc

📌 https://www.instagram.com/azerbaijan_modigsh=cnY2MW40M211bndt

📌 https://x.com/wwwmodgovaz?s=21&t=IJ3Puk_5rABpeGxD3dk8jA

Last updated 1 day, 3 hours ago

Bürclər Haqqında Maraqlı Məlumatlar, Mizahlar, Yüksələn Bürc , Ay Bürcü Hesablamaq , Hər Gün Saat 00:00-dan Sonra Gündəlik Bürc Proqnozları Və Digər Məlumatlar Üçün Bizimlə Qalın 🤓

Last updated 2 months, 4 weeks ago

Elm və Təhsil Nazirliyinin rəsmi Telegram kanalı

🔗https://linktr.ee/edugovaz

Last updated 2 weeks, 2 days ago