✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 1 month ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 3 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year ago
Təəssüf ki, bəzi inanclı insanlar ziyarət namələrə əhəmiyyət vermirlər. Lakin Məsumların (Allahın onlara salamı olsun) ilk olaraq həyatlarını ziyarətçi üçün təsbit edən onlara məxsus olan ziyarət namələrdir. Alimlərmiz nə qədər əziyyətlər çəkmişlər ki, ən doğru ziyarət namələri elə Məsumların öz mübarək dillərindən olanı nəql etsinlər. Hz Xanım Fatimə (s.ə)-mın dua və ziyarət kitablarında olan ilk və kiçik həçimli ziyarəti belədir;
اَلسَّلاَمُ عَلَيْكِ يَا سَيِّدَةَ نِسَاءِ اَلْعَالَمِينَ
Salam olsun sənə, ey hər iki aləmin xanımlarının Seyyidəsi.
اَلسَّلاَمُ عَلَيْكِ يَا وَالِدَةَ اَلْحُجَجِ عَلَى اَلنَّاسِ أَجْمَعِينَ
Salam olsun sənə, ey bütün insanlar üçün ilahi Höcətlərin anası.
اَلسَّلاَمُ عَلَيْكِ أَيَّتُهَا اَلْمَظْلُومَةُ اَلْمَمْنُوعَةُ حَقَّهَا
Salam olsun sənə, ey məzlumə və öz haqqından məhrum olan.
اَللَّهُمَّ صَلِّ عَلَى أَمَتِكَ وَ اِبْنَةِ نَبِيِّكَ وَ زَوْجَةِ وَصِيِّ نَبِيِّكَ صَلاَةً تُزْلِفُهَا فَوْقَ زُلْفَى عِبَادِكَ اَلْمُكَرَّمِينَ مِنْ أَهْلِ اَلسَّمَاوَاتِ وَ أَهْلِ اَلْأَرَضِينَ
İlahi sənin bəndən, peyğəmbərinin qızına və peyğəmbərin canişininin xanımına elə bir salam göndər ki, göylər və yer əhlindən olan əziz bəndələrinin məqamından üstün olsun.
Əssəlamu ələykə ya Fatimətuz-Zəhra
Hər birinizi Allah Rəsulunun (s) atasının anası adlandırdığı Həzrət Xanım Fatimənin (s, ə) şəhadəti münasibətilə keçiriləcək elmi vebinara dəvət edərik.
Mövzu:
İslam mənbələrində Xanım Fatimeyi-Zəhranın (s.ə) təsviri.(4)
Çıxış edən:
İlahiyyatçı Tural Salmanov.
Vebinara keçid üçün link :https://meet.google.com/cfq-umrs-awx
Saat: 21:00
© Elmin Şəhəri
Uşaqların təhsil və tərbiyəsi ilahi vəzifədir.
İnsan ilahi vəzifələri yerinə yetirməyə məsul və mükəlləf olduğu kimi, övladına da İslami təlim və tərbiyə verməklə mükəlləfdir. Bu o deməkdir ki, namaz qılmayan, oruc tutmayan insan Allah qarşısında necə cavabdehdirsə, övladına dinin göstərdiyi təlim və tərbiyəni verməyən ata-ana da Allah qarşısında cavabdehdir. Həmçinin namaz və oruc kimi vacib əməllər Allahın göstərişləri əsasında yerinə yetirildiyi kimi, uşaqların tərbiyə və təhsili də Allahın əmrləri əsasında olmalıdır.
İslam dini baxımından uşaqların təlim və tərbiyəsinə məsul və mükəlləfdir:
- Ailə (ata-ana, baba-nənə və s qohumlar.)
- Hökumət və əlaqədar qurumlar.
- Alimlər və müvafiq səlahiyyəti olan şəxslər.
© Ayətullah Əlirza Ərafi.
Ps. Ayətullah Əlirza Ərafinin əsərlərinin əksəriyyəti tərbiyə və təhsil sahəsinə aiddir. Və “Fiqhin xaric dərsi” fənnindən etdiyi tədqiqatlarının nəticəsi olan 30 cildlik “İslam fiqhində (hüququnda)Tərbiyə” kitabını yazmışdır.
İmam Həsən (ə):
"Külək ağacların yarpaqlarını tökdüyü kimi, bizim məhəbbətimiz də Adəm övladının günahları aradan aparır".
"Biharul-ənvar",c.44, səh.23
Dünən Qəzzada qətlə yetirilən Yəhya Sinvarın kəsilən sağ qolu və onun sol əliylə düşmənə zərbə endirmək cəhdi sizə heç kimi xatırlatmadı?!
Mənə isə xatırlatdı...
Gözlərim önündə 14 əsr əvvəl, qollarını itirsə də düşmənə beyət etməyərək, sonadak vuruşmağı, dişləriylə müqavimət göstərməyi üstün tutan məşhur İgidin obrazı canlandı...
Hazırda ABŞ və İsrail rəhbərliyi Yəhya Sinvarın qətlini bütün dünyaya birgə həyata keçirdikləri "böyük qələbə" kimi sırıyır, gecədən etibarən, toy-bayram edirlər.
Ancaq mənim nəzərimdə ölümünün son anlarındakı ləyaqətli davranışı - ağır yaralı olduğu halda belə, təslim olmaması, sonadək mübarizə aparmaq, müqavimət göstərmək cəhdi və əzmiylə Yəhya Sinvar ABŞ, Avropa və İsrailin səlibçi-sionist düşüncə sahibləri olan müasir rəhbərlərinə təkbaşına qalib gəldi, möhtəşəm dirənişi və ölümüylə onların hamısını məğlub etdi!
Onu nə qədər terrorçu kimi təqdim etsələr də, mən əminəm ki, Yəhya Sinvarın adı artıq İslam Müqavimətinin simvoluna çevriləcək əzəmətli isimlərdən olacaq!
O, gerçəkdən də, bir imanlı müsəlman döyüşçünün nəyə qadir və öz xalqının azadlıq mübarizəsinə başçılıq edən əsil liderin də necə olmalı olduğunu elə düşmənin öz əliylə bütün dünyaya göstərdi!
Həmişə diri mücahidə - gerçək liderə salam olsun!
© Elxan Şükürlü
Əgər ürəkdə iman olsa , Hüseyni (ə) sevməmək mümkün deyil . Çünki İmam Hüseyn (ə) imanın təcəssümüdür.
Şəhid Mürtəza Mütəhhəri.
اَلسَّلامُ عَلَيْكَ يا اَبا عَبْدِاللهِ وَعَلَى الاَْرْواحِ الَّتي حَلَّتْ بِفِنائِكَ عَلَيْكَ مِنّي سَلامُ اللهِ اَبَداً ما بَقيتُ وَبَقِيَ اللَّيْلُ وَالنَّهارُ وَلا جَعَلَهُ اللهُ آخِرَ الْعَهْدِ مِنّي لِزِيارَتِكُمْ ، اَلسَّلامُ عَلَى الْحُسَيْنِ وَعَلى عَلِيِّ بْنِ الْحُسَيْنِ وَعَلى اَوْلادِ الْحُسَيْنِ وَعَلى اَصْحابِ الْحُسَيْنِ
İmam Musa Sədr- ziyalı dostlarımızdan biri Hüseynin düşmənlərinin üç qrup olduğunu söyləyir:
Birinci düşmən: İmam Hüseyin və onun yoldaşlarını öldürənlər. Bu insanlar zalım idilər, amma zülmlərinin təsiri əhəmiyyətsizdir, çünki [şəxsiyyətlərin] cisimlərini öldürdülər, çadırlara od vurub qarət etdilər. Beləcə məhdud sayda şeyi məhv etdilər. Əgər hicri 61 -ci ildə Hüseyin şəhid olmasaydı, başqa bir ildə bu [hadisə başqaları tərəfindən olacaqdır] .
Bəs əsas təhlükə nədir? Hüseyni öldürməklə nəyə nail oldular? Onlar Hüseyni (ə) şəhid etməklə onu əbədi etdiklərini söyləmək lazımdır. Buna görə də ilk düşmənin, təhlükəsi məhduddur.
İkinci düşmən: İmam Hüseyin (ə) əsərlərini silməyə çalışanlar. Beləcə tarix boyu imamın məzarı yandırılmış, şumlanmışdır. Yaxuda Osmanlı dövründə olduğu kimi İmam Hüseyn (ə) yasının qarşısını alınması kimi. Bu hakimiyyətlərin hamısı İmam Hüseynin ziyarətini qadağan etmiş ziyarət etmək istəyənlər üçün bir çox maneələr yaratmışlar. Bunların əsas işi imam Hüseynin adını, xatirəsini məhv edilməsini istəyənlər, İmam Hüseynin düşmənlərinin ikinci qrupudur.
Bu qrupun təhlükəsi birinci qrupdan daha böyükdür, lakin tarixdə bu məsələ aydındır ki, bunlarında planları həyata keçməmişdir. Bu gün İmam Hüseynin matəminin genişlənməsinin şahidi oluruq. Bu gün İmam Hüseynin (ə) yasında ən az yüz milyon insan iştirak edir; Yalnız İslam dünyasında deyil, Afrikada, Avropada, Amerikada və s ölkələrdə İmam Hüseyn (ə) aşiqlərinin yaşadığı hər ölkədə İmam Hüseynə məclislər keçirilir. Buna görə də İmam Hüseynin ikinci qrup düşmənləri birinci qrupdan daha təhlükəli və qəddardırlar, lakin işlərində uğursuz oldular. Onların riski üçüncü qrupdan daha azdır.
Üçüncü Düşmən: Bu qrup İmam Hüseynin imicini ləkələyən, Kərbəla hadisəsini yubiley formasına gətirənlər və sadəcə matəm, ağlamaq və kədərlə məhdudlaşdırmaq niyyətində olanlardır...Bəli İmam Hüseyn (ə) müsibətinə bizdə ağlayırıq lakin bu ağlamaq intiqam hissini yaradan kədər və hüzündür.. Ağlamaq üçün motivasiyamız bunlardır.
? Peyğəmbərlərin varisi Hüseyn kitabından ixtisarla
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )
Last updated 1 month ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 3 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year ago