ruqyah_shifa

Description
Sehr olunmuş insanların müalicəsi ona Quran'i Kərim oxumaq və Allah Rəsulu Muhamməd (sallallahu aleyhi və səlləm)in dediklərini etməkdir.

Kanala abunə olun ki, daha çox faydalanın in şəə Allah
Advertising
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 3 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 12 months ago

1 month, 2 weeks ago
ruqyah_shifa
1 month, 2 weeks ago
1 month, 2 weeks ago
Kişinin qadına bağlanmasının böyük zərərləri.

Kişinin qadına bağlanmasının böyük zərərləri.

İbn Teymiyyə رحمه الله تعالى demişdir:
"Kişinin qəlbi ona halal olan bir qadına belə bağlandıqda qəlbi onun əsirinə çevrilir, qadın ona istədiyi kimi hökm verə və onu istədiyi kimi idarə edə bilir, əri olduğundan zahirən kişinin qadının yiyəsi olduğu görünsə belə qəlbi onun əsirinə çevrilir. Xüsusilə də qadın kişinin ona olan ehtiyacı və ona olan sevgisini bildikdə. Bu halda qadın onu sərt və qəddar ağanın zavallı qulunu idarə etdiyi kimi idarə edir. Belə ki, zavallı kölə özünü ondan xilas edə bilmir. Daha doğrusu kişinin (halı) bu ikincidən daha pisdir. Belə ki, qəlbin əsir düşməsi və qula çevrilməsi, bədənin əsir düşməsindən və köləliyindən betərdir." Qarşı cinsə bağlanmaq qəlbi Allah sevgisi ilə dolan qəlbə təsir etmir. Bu, yalnız o qəlbə təsir edir ki, qəlb boşdur, zəifdir və ona görə də, həmin qəlb üzərində nəzarəti ələ keçirir. Daha sonra isə bu sevgi qüvvətlənib şiddətləndikcə Allah sevgisini məğlub edə və yiyəsini şirkə düşürür. Ona görə də demişdirlər ki,"Məhəbbət boş qəlbin hərəkətidir"
Qəlb Rəhman Azzə və Cəlləyə olan məhəbbətdən və onu zikr etməkdən, Onunla gizlincə danışmaq və Onunla məsləhətləşmək nemətindən məhrum olarsa bunun yerini qadın sevgisi və onların surətlərinə bağlılıq, mahnıya qulaq asmaq doldurar.
📚-Məcmu əl-Fətəvə əsəri (10/185)
https://t.me/ruqyahshifa

4 months, 1 week ago

Sehr və müalicəsi

İnsanı ilan və ya əqrəb sancanda, cadu olunanda və ya göz dəyəndə, xəstələnəndə başına gələn bədbəxçiliyi götürmək üçün Qurandan və Sünnədən oxunan dualardır.

*?Cadunu hansısa şirk olan yollarla və ya şirk olmayıb qadağan olunan yollarla aradan qaldırırlar. _Bütün bu yollar haramdır və şəriət bunu qadağan etmişdir. Bəziləri deyirlər ki, əgər cadu olunan kimsə çarəsizdirsə və ona müalicə tapmaq olmursa, hansısa bir sehr olan yollarla onu müalicə etmək olar._ _İnsanın sağalması vardır. Lakin bu da qadağandır._*

*?Sehrə məruz qalmış kimsəni Allahın iznilə qurtarmaq, biri haram olan digəri halal olan iki yolla mümkündür:*

*?Sehri, başqa bir sehrlə qaldırmaq bu kiçik küfrdür.
_Cabir (radiyallahu anhu) rəvayət edir ki,_
Peyğəmbərdənﷺ sehrin (sehr yolu ilə) götrülməsi haqqında soruşanda, o buyurdu: “Bu şeytanın əməllərindən biridir”.(Əbu Davud 3868, Əhməd 3/294. )*

_Şeyx Useyminə (rahimahullah) sual verirlər ki: “Müalicə almaq üçün, ona mömin cinlər kömək edirlər, deyən bir kimsənin yanında müalicə almaq olarmı?”_

Cavab: Cinlər vasitəsilə İstianə etmək istər o cin müsəlman olsun, istərsə də kafir – şirkə aparan bir yoldur. İstianə kömək tələb etməkdir. Elm əhli müsəlman cinlərdən kömək istəməyi qadağan ediblər. Səhabələrdən heç biri buna daha layiq olduqları halda cinlərdən kömək istəməyib….”

İnsanı ilan və ya əqrəb sancanda, cadu olunanda və ya göz dəyəndə, xəstələnəndə başına gələn bədbəxçiliyi götürmək üçün Qurandan və Sünnədən oxunan dualardır.

Hər hansı bir cin bir insana girən başqa cini çıxarmaq üçün yardım etməyi təklif etdiyi təqdirdə, o insan bu təklifi qəbul edə bilərmi?”

_İbn Bəzz (rahimahullah) deyir: “Bu məkruh bir əməldir”. Zamanımızda cinlərdən kömək alanların etdiklrəi dəccallıqlar çoxalmışdır. Cinlərdən kömək almaq düz bir iş deyildir. Bu halın möminin halına, etiqadına bir çox zərərləri vardır. Onun imanını zəiflərdir. Bu işlə məşğul olanların çoxları cahil kimsələr olduqları üçün onların sözlərinə güvənilməz. Ən doğru bilən Allahdır!” _

_Günümüzdə cindarlar (cin çıxardanlar)_ barəsində də çox eşidirik. Səhablərdən heç kəs cin çıxardan kimi tanınmamışdı. İndi artıq cin çıxarmaq pul qazanmaq üçün bir sənət olub. Müalicə zamanı cinlərlə söhbət edir, onlara suallar verir və onun dediklərinə inanırlar.

_Halbuki, Peyğəmbərﷺ onun yalançı olduğunu söyləmişdir. Yalançının sözünə inanıb onu insanlar arasında danışmaq olarmı? Qeybi xəbərlərin doğru olduğunu sən haradan bilirsən? _

Məgər kimsə səhabələrdən belə edib. Şeyx Albaninin (rahimahullah) yanına bir nəfər gəlir və öz müalicə üslubundan danışır. Şeyx: “Sən salehlərdənsən?”- deyə ona sual verir. O: “Bəli”- deyə cavab verir. Şeyx deyir: “Sənin etdiyini salehlərdən kimsə edibmi? Belə bir kimsəni tanıyırsan?” O: “Yox”- deyir. Şeyx deyir: “Mən də tanımıram”.

Peyğəmbərﷺ demişdir “Kim bir falçının yanına gedib ona inanarsa qırx günlük namazı qəbul edilməz.

_2. İmam Süyuti (rahimahullah) ovsun barəsində demişdir: “Alimlər belə bir yekdil fikrə gəliblər ki, üç şərt yerinə yetirildikdə ovsunla müalicəyə icazə verilir:_

1) Ovsunla müalicə Allahın kəlamı, yaxid İsim və Sifətləri, yaxud da Onun Peyğəmbərininﷺ hədisləri ilə olmalıdır; “(Ya Muhəmməd!) de ki: “O, iman gətirənlərə hidayətdir və (cəhalət xəstəliyinə tutulmuş ürəklərə) şəfadır”. (əl-Fussilət 44). “Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik”. (əl-İsra 82). “(Ey insanlar!) Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana bir şəfa, möminlərə hidayət və mərhəmət (Quran) gəlmişdir”. (Yunus 57).

_Aişə (radiyallahu anhə) rəvayət edir ki,_ _Peyğəmbərﷺ xəstələndiyi zaman Cəbrail (əleyhissəlam) gələrək ona: “Bismilləh! Allah sənə hər xəstəlikdən şəfa versin və həsəd etdiyi zaman həsəd edəndən, hər göz sahibinin (göz dəyməsindən) şərindən də səni qorusun”- deyərək ruqiyyə edərdi”

We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 3 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 12 months ago