Zencani Blog

Description
-İslam|Müqavimət
Advertising
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 4 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 12 months ago

3 days, 22 hours ago

Hadi könüllülər qrupunun Şeyx Sərdar Hacıhəsənlinin fərqli mövzularda etdiyi çıxışlarından hazırladığı kitabın pdf formatı. Kitab 82 səhifədir. Xoş mütaliələr.

#hadikönüllülər

4 days, 12 hours ago

"Seyyid Həsən Nəsrullahın ruhu yaşayır! Yəhya Sinvarın Ruhu yaşayır! Şəhadət onları varlıq səhnəsindən çıxarmayıb. Onların cismləri ayrılıb, amma onların ruhları, fkirləri yaşayır. Onların yolu davam edir!"

İMAM SEYYİD ƏLİ XAMENEİ
🗓 17/12/2024

#ZəncaniBlog@sehidseyyideli

6 days, 5 hours ago

ZÜHURDAN ÖNCӘKİ ӘLAMӘTLӘR

📌Allah- taala hәzrәt Mәhdinin (әc.) zühurunun böyük әhәmiyyәti vә habelә yanılma vә sui-istifadәlәrin qarşısını almaq üçün, "Zühurdan öncәki nişanәlәr" adıyla bәzi әlаmәtlәr müәyyәnlәşdirmişdir.

Zühur әlamәtlәrini ümumi olaraq iki qismә bölmәk olar:
Qәti әlamәtlәr vә qeyri-qәti әlamәtlәr.
Sәhih vә ya mütәvatir hәdislәrdә gәlmiş vә onların baş verәcәyinә tәkid göstәrilmiş әlamәtlәr Qәti әlamәtlәr adlanır;
mәsәlәn: Süfyaninin zahir olması vә Nәfsi- zәkiyyәnin qәtli.
Qeyri- qәti әlamәtlәr isә ya qeyri-sәhih hәdislәdә gәlmiş vә ya mәsum tәrәfindәn qәtiliyi göstәrilmәmişdir;
📌Mәsәlәn: 5 dәfә ayın vә 15 dәfә günün tutulması.
Digәr bir baxışdan isә, bu әlamәtlәri üç yerә bölmәk olar: Yaranış alәmindә olan qeyri-tәbii әlamәtlәr, ictimai münasibәtlәrdә vә insanların rәftarında olan әlamәtlәr vә tәbii fenomenlәr;
mәsәlәn: Ramazan ayında ardıcıl olaraq gün vә ay tutulmaları, şәrq sәmasında böyük alovun şölәlәnmәsi, günәşin qәrbdәn doğması, fәsad vә günahların artması, yalançı peyğәmbәrlәrin çoxalması vә insanların yeddidә beşinin müharibәlәrdә hәlak olması.
Zühur әlamәtlәrini araşdırarkәn unutmaq lazım deyil ki, onların hәr hansı birinin hәyata keçmәmәsi zühurun tәxiri demәk deyil. Çünki, "Allah fәrәc vә zühura yalnız bircә gecәdә şәrait yaradacaqdır". Buna görә dә daim intizarda olmaq lazımdır, belә ki, zühura hazırlıq hәr gün yenilәşmәlidir.

#ZəncaniBlog@sehidseyyideli

1 week, 3 days ago

Rəhbərin dünənki çıxışından götürdüyüm qeydlər:

Görüşün məqsədi:

Hadisələrin izahı və gələcək istiqamətin müəyyən edilməsi:

  1. Təhlil: Hadisələrə real baxışla yanaşmaq lazımdır, media nə deyirsə ona əsaslanmamaq.

  2. İrəlidəki yolun cızılması: İranın bu hadisələrdəki mövqeyi və hərəkət xəritəsi.

Əsas məqamlar:

  1. Bu hadisələr ABŞ-İsrail planıdır və bura Suriyanın qonşu ölkəsinin(Türkiyə)də rolu daxildir.
    (Görünən hadisələr bizi aldadıb diqqətimizi yayındırmamalıdır.)

  2. Suriyanın əsas infrastruktur obyektləri hədəfə alınıb.
    (Bu planın məqsədi Suriyanı abadlaşdırmaq deyil.)

  3. İran hadisələri yalnız izləmək mövqeyində deyil.
    (İranın rolu var və geri çəkilməyib.)

  4. Avropanın İsrailin quru hücumları qarşısında səssizliyi.
    (Bu da göstərir ki, avropalılar İsrail rejiminə dəstək olurlar.)

  5. Hücum edənlər fərqlidirlər, amma məqsədlərinə çata bilməzlər.
    (Suriyanı işğal edə bilməzlər və onları heç vaxt tanımayacağıq.)

  6. Qonşu ölkələrdən birinin açıq şəkildəki rolu vurğulanır.
    (O qonşunun davranışlarına diqqətli olmalıyıq.)

  7. Suriya suriyalı gənclərin fədakarlığı ilə azad ediləcək.
    (Suriyanın daxilindən müqavimət mərkəzləri yaradılacaq.)

  8. ABŞ-ın məqsədləri həyata keçməyəcək.
    (Müqavimət artıq plan hazırlayıb.)

  9. Müqavimət təkcə hərbi avadanlıq deyil, bir məktəb və imandır.
    (Suriyanın işğalı müqaviməti məhv etməyəcək, əksinə, gücləndirəcək.)

  10. Bu hadisələr şübhələri aradan qaldırdı.
    (Daha çox insan müqavimətə qoşulur və mübarizə genişlənir.)

  11. İran güclü idi və daha da güclənəcək.
    (Müqavimətin genişlənməsi ilə İranın rolu daha da əhəmiyyətli olacaq.)

  12. Fələstindəki müqavimət zaman keçdikcə daha da güclənir.
    (Fələstin məsələsi unudulmur və Qərb Sahilindəki mübarizə də artır.)

  13. İlahi qanunlara görə, cinayətkar qalib gəlməz.
    (Cinayətkar məğlub olacaq, məzlum qalib gələcək.)

  14. Suriyanın müqəddəs müdafiəsi zamanı İran ona həyati yardım edib və bu, qarşılıqlı olub.
    (İranın yardımı məqsədsiz olmayıb.)

  15. İranın İraq və Suriyada iştirakı müqəddəs məkanların müdafiəsi və təhlükəsizliyin təmin edilməsinə görə idi.
    (Ölkənin təhlükəsizliyi təhdid olunarsa, tədbir görüləcək.)

  16. İŞİD fitnəsi təhlükəsizlik üçün bomba idi və Hacı Qasım və yoldaşları İŞİD-in belini qırdı.
    (O dövrdə ölkədə təhlükəsizliyin qorunması üçün şəhidlərin qanı boşa getmədi.)

  17. Bölgədə İranın iştirakı məsləhətçilik və strateji səviyyədədir.
    (Hərbi yürüşlərə ehtiyac yoxdur, bölgə gənclərinin dəstəyi ilə müqavimət işini görəcək.)

  18. Suriyanın və İranın keçmişdə zəif olması onların məğlubiyyətinə səbəb oldu.
    (İndi isə müqavimət qalibiyyət gətirir.)

  19. Suriyada mövcud vəziyyət davam etməyəcək.
    (Gənclər müqavimət göstərəcək və ABŞ-ın planı boşa çıxacaq.)

  20. Suriyadakı hadisələr bizə dərs olmalıdır.
    (Düşmənin tələlərindən çəkinməli və diqqətli olmalıyıq.)

  21. Düşməni zəif hesab etməyək və gülər üzünə inanmayıq.
    (Düşmən arxadan zərbə vurmaq üçün təbəssümlə danışır.)

  22. Çətinliklərdə nə arxayınlaşaq, nə də passiv olaq.
    (Bu vəziyyətdən ümidimizi itirməyək, əksinə, bunu fürsət kimi qəbul edək.)

  23. Passivlik məğlubiyyətə səbəb olar.
    (Passivlik və arxayınlıq zəhər kimidir, uzaq durmalıyıq.)

  24. Xalqı qorxudacaq sözlər danışmaq cinayətdir.
    (Analizlərimiz müqavimət və dözüm ruhunu gücləndirməlidir.)

  25. Allahın izni ilə, sionizmin kökü kəsiləcək.
    (Aydın və dəqiq məqsəd: İsraili dünya səhnəsindən silmək.)

https://t.me/farz313

1 week, 3 days ago

Kaş sosial şəbəkədə özünü paylaşan hicablı çadralı xanımlar onun dəyərini dərk edəydilər.
Kaş başa düşərdilər ki, o hicab qalsın deyə minlərlə cavan ömrünün ən gözəl vaxtında al qana boyandı, ən ağır işgəncələr gördülər, minlərlə ana, minlərlə qız və övladlar öz əzizlərindən ayrı düşdü.
Kaş onun sadəcə bir örtük və parça olmadığını dərk edəydilər. Beləliklə düşmənin qəlbini şad etməzdilər..

#ZəncaniBlog@sehidseyyideli

1 week, 3 days ago

Oxuyaq ❗️

1 week, 3 days ago
Zencani Blog
1 week, 3 days ago
Zencani Blog
1 week, 3 days ago
Zencani Blog
1 week, 3 days ago
Zencani Blog
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 4 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 12 months ago