Qırx hədis və şərhi

Description
İmam Nəvəvi "Qırx hədis və şərhi" kitabı
Advertising
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 4 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 12 months ago

2 Monate, 3 Wochen her

Peyğəmbərin ﷺ səhabələrinə etdiyi tövsiyələrdən biri də bu idi ki, onlar öz aralarından seçilmiş xəlifənin buyuruqlarını eşidib ona itaət etsinlər. Necə ki, “ən-Nisa” surəsinin 59-cu ayəsində buyurulur: “Ey iman gətirənlər! Allaha və Onun rəsuluna itaət edin,habelə, aranızdan seçilmiş rəhbərlərə də itaət edin.”
Həmçinin, hədislərin birində Peyğəmbər ﷺ demişdir: “Allahdan qorxun,beş vaxt namazlarınızı qılın, ramazan ayının orucunu tutun, malınızın zəkatını verin və müsəlman rəhbərinizə itaət edin, beləliklə də, Rəbbinizin Cənnətinə daxil olarsınız.”
Sunən ət-Tirmizi, 2/516; Silsilətul-Əhadisis-Səhihə, 867-ci hədis.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, əgər xəlifə Allahın və Onun rəsulunun əmrinə müxalif bir əmr verərsə, o zaman bu əmrə itaət etmək olmaz. Məsələn: əgər əmir insanları yandırmağı əmr edərsə, bu əmrə itaət etmək olmaz. Çünki səhih hədislərin birində
Peyğəmbər ﷺ belə buyurmuşdur: “Allaha asi olaraq məxluqa itaət etmək olmaz.”
Musnəd İmam Əhməd, 5/66; Silsilətul-Əhadisis-Səhihə, 179.

Digər bir hədisdə o demişdir: “Allaha və Onun rəsuluna asilik etmək əmr olunmayınca, əmiri eşidib ona itaət etmək vacibdir. Allaha və Onun rəsuluna asilik etmək əmr olunduqda isə nə eşitmək, nə də itaət etmək olar.”
Səhih əl-Buxari, 2955.

Yenə bir rəvayətdə xəbər verilir ki,bir gün Rəsulullah ﷺ ordu hazırlayıb ənsardan olan birisini onlara əmir təyin etdi və onlara, əmiri eşidib ona itaət etmələrini əmr etdi. Səfər əsnasında onlar əmiri qəzəbləndirdilər və əmir onlara:
“Mənim üçün odun yığın!”– deyə buyurdu, sonra da, onlara o odunları yandırmağı əmr etdi. Nəhayət, onlar od qaladıqda, əmir onlara dedi: “Məgər Rəsulullah ﷺ sizə mənim əmrimi eşidib mənə itaət etməyi buyurmayıbmı?” Onlar: “Bəli!”–deyə cavab verdikdə, əmir dedi: “Elə isə atəşin içinə girin!” Bunu deyəndə, onlar bir-birilərinin üzünə baxıb dedilər: “Biz Cəhənnəm odundan qorunmaq üçün Rəsulullahın ﷺ dinini qəbul etmişik. Biz atəşə girən deyilik.” Bir müddət sonra əmirin qəzəbi soyudu. Nəhayət,onlar Rəsulullahın ﷺ yanına qayıtdılar və səfərdə baş verən hadisəni ona danışdılar. Onda Rəsulullah ﷺ belə buyurdu: “Əgər oda girsəydiniz, heç vaxt oradan çıxmayacaqdınız. Əmirə, yalnız
Allahın və Onun rəsulunun buyuruqlarına müvafiq olan işlərdə itaət edilir.”
Səhih Muslim, 1840.

2 Monate, 3 Wochen her
3 Monate her

Sonra şərh etdiyimiz hədisdə İrbad ibn Sariyə r.a xəbər verir ki, səhabələr Peyğəmbərdən ﷺ onlara tövsiyə etməyi istəmişlər. Bu da səhabələrin, xeyirli işləri öyrənməyə nə dərəcədə həris olduqlarını bir daha sübuta yetirir. Peyğəmbər ﷺ onlara hər şeydən əvvəl Allahdan qorxmağı buyurur.Çünki bu tövsiyə Allahın Öz peyğəmbərlərinə, yəni bütün bəşəriyyətə etdiyi tövsiyəsidir.
“ən-Nisa” surəsinin 131-ci ayəsində deyilir: “Biz sizdən əvvəl Kitab verilənlərə də, sizə də: “Allahdan qorxun!”– deyə buyurduq.”
Həmçinin, “əl-Əhzab” surəsinin 1-ci ayəsində Rəsulullaha - belə buyurulur: “Ey peyğəmbər, Allahdan qorx!”
Həmçinin, “Ali-İmran” surəsinin 102-ci ayəsində möminlərə belə xitab edilir: “Ey iman gətirənlər, Allahdan layiqincə qorxun!”
Həmçinin, “əl-Həşr”surəsinin 18-ci ayəsində belə buyurulur: “Ey iman gətirənlər,Allahdan qorxun! Hər kəs sabahı üçün nə etdiyinə baxsın. Allahdan qorxun! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır.”
Bu ayələrdən aydın başa düşülür ki, peyğəmbərlərə və onların ardıcıllarına Allahdan qorxmaq –təqvalı olmaq əmr edilmişdir.
Təqva barədə artıq danışmışıq, sadəcə olaraq onun təriflərindən ən müfəssəl olanı bir daha xatırladaq: Bu, Talq ibn Həbib əl-Bəsrinin r. verdiyi tərifdir. O,demişdir: “Təqva: Allahın nuru
üzərində, yəni Quran və Sünnəyə uyğun olaraq savabını da Allahdan umaraq Allaha itaət etmək, eləcə də, Allahın nuru üzərində, yəni Quran və Sünnəyə uyğun şəkildə Allahın əzabından qorxaraq Allaha asi olan işlərdən çəkinməkdir.”
Musənnəf ibn Əbu Şeybə, 30993.

5 Monate, 1 Woche her
5 Monate, 1 Woche her

Məlumat üçün qeyd edək ki, bu hədisi Əbu Zərdən r.a, Əbu İdris əl-Xovlani r.a rəvayət etmişdir. Şeyx Albani bu hədisi izah edərkən demişdir: “Əbu İdris əl-Xovlani bu hədisin möhtəşəmliyini təsdiq etmək üçün diz çökərmiş. Çünki bu, aləmlərin Rəbbinin kəlamından olan qüdsi hədisdir. Bu hədis şamlıların rəvayətlərindəndir. Yəni hədisin isnadında keçən ravilərin hamısı Şam əhlindəndir. İbn Əsakir, Əbu Mushirin belə dediyini rəvayət etmişdir: “Şam əhli üçün Əbu Zərrin r.a bu hədisindən daha şərəfli hədis yoxdur.”

Sonda hamımızın adından Peyğəmbərin ﷺ bizə öyrətdiyi dua ilə Allaha yalvarıb deyirik:

“Allahım, bütün həmdlər Sənə məxsusdur. Allahım, Sənin Öz
nemətlərindən verdiyini alan, uzaqlaşdırdığını yaxınlaşdıran, yaxınlaşdırdığını uzaqlaşdıran, mane olduğunu verən, verdiyinə də mane olan bir kimsə yoxdur. Allahım, bizə verdiyin bərəkətlərini, rəhmətini, lütfünü və ruzini artır. Allahım, Səndən dəyişməyən və yox olmayan tükənməz nemətlər diləyirik. Allahım, Səndən çətin gündə nemət və döyüş günündə əmniyyət diləyirik. Allahım, bizə verdiyin şeylərin pisliyindən və vermədiyin şeylərin şərindən Sənə sığınırıq. Allahım, bizə imanı sevdir və qəlbimizdə onu gözəlləşdir, bizdə küfrə, günaha və asiliyə qarşı nifrət oyat və bizi doğru yolda gedənlərdən et. Allahım, bizim canımızı müsəlman olduğumuz halda al, bizi müsəlman olduğumuz halda dirilt və bizi rüsvay etmədən və fitnəyə məruz qoymadan əməlisalehlərə qovuşdur. Allahım, insanları Sənin yolundan döndərən və Sənin elçilərini yalançı sayan kafirləri öldür, onları cəzalandır və onlara əzab ver. Allahım, özlərinə Kitab verilmiş kafirləri öldür. Ey haqq
İlah!”

əl-Ədəb əl-Mufrad, 699.

5 Monate, 2 Wochen her

Bu xüsusda Əli ibn Əbu Talibin r.a ibrətamiz bir nəsihəti var. O, demişdir: “Ey insanlar, bu dünya gəldi-gedərdi və o,artıq geridə qalmışdır. Axirət isə qarşıda hər kəsi gözləməkdədir.İkisinin də öz övladları, yəni ona könül bağlayanları var. Siz ey müsəlmanlar, dünya övladlarından yox, axirət övladlarından olun! Bu gün bir iş görürsünüz, lakin sorğu-sual olunmursunuz. Sabah isə sorğu-sual olunacaq və tövbə edə bilməyəcəksiniz.”
Səhih əl-Buxari, “Qəlbi yumşaldan əməllər kitabı”, 3-cü fəsil: “Arzuların
çox olması haqqında.”

5 Monate, 2 Wochen her

Bu qüdsi hədisdə Uca Allah Öz qullarına möhtac olmadığını, insanların və cinlərin hamısının ən təqvalı insan kimi olduqları təqdirdə, Onun mülkünə heç bir şey artırmayacağını, həmçinin də insanların və cinlərin hamısının ən pis insan kimi olduqları təqdirdə, Onun mülkündən heç bir şey əksiltməyəcəyini bildirir.
Yəni nə itaətkar bəndənin itaətinin Allaha bir faydası ola bilər, nə də asi adamın asiliyinin Allaha bir zərəri dəyə bilər. Hər kəsin etdiyi yaxşılıq və pislik ancaq onun özünə qayıdır. Bu xüsusda “Yunus” surəsinin 108-ci ayəsində belə buyurulur: “Kim doğru yolla getsə, xeyri onun özünə dəyər, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar” Həmçinin, “ər-Rum” surəsinin 44-cü ayəsində belə buyurulur: “Kim küfr edərsə, küfrü öz əleyhinə olar. Yaxşı iş görənlər isə özləri üçün Cənnətdə yer hazırlamış olarlar.” Bəndənin ibadətinin və ya asiliyinin Allaha aidiyyəti olmasa da, Allahın mərhəmətindəndir ki, O, Öz bəndələrinin tövbə etməsinə sevinir. Bu xüsusda, Peyğəmbər ﷺ demişdir:
“Allah Öz qulunun tövbəsinə, üstündə yemək-içməyi yüklənmiş dəvəsi ilə birgə təhlükəli bir yerdə dayanan və başını yerə qoyub yatan, oyandıqda dəvəsinin qaçdığını görən, özü də bərk istiyə və susuzluğa məruz qaldıqdan sonra: “Yerimə qayıdım”deyərək geri qayıdıb,bir qədər də yatan və nəhayət, oyanıb başını qaldırdıqda, dəvəsini yanında görən kimsədən, daha çox sevinir.”
Səhih əl-Buxari, 6308.

Şərh etdiyimiz hədisdə Uca Allah sadəcə misal olaraq, insanlar başa düşsünlər deyə, buyurur ki, Öz mülkündən yalnız dənizə batırılan iynənin dənizdən əksiltdiyi kimi əksildər. Bu sadəcə misaldır, yoxsa ki, Allahın mülkü heç bir vəchlə tükənməz. Necə ki, hədislərin birində Peyğəmbər ﷺ demişdir: “Allahın əli doludur. Bu nemətlərin səhər-axşam ardı-arası kəsilmədən xərclənməsi,Onun əlini boş qoya bilməz. Məgər Allahın göyü və yeri yaratdığı
gündən bəri nə qədər xərclədiyini görmürsünüz?! Bu, Onun əlindəkilərin azalmasına zərrə qədər təsir göstərməmişdir.”
Səhih əl-Buxari, 4684.

Allahın nemətlərinin tükənməz olduğu barədə Quranda “ən-Nəhl” surəsinin 96-cı ayəsində belə buyurulur: “Sizdə olan nemətlər tükənəcək, Allah yanında olan nemətlər isə əbədi qalacaq.”
Sonra bu qüdsi hədisdə Uca Allah insanların və cinlərin əməllərini hesaba aldığını, sonra da bunun əvəzini verəcəyini xəbər verir. Burada bir incə məqam var, bu da Allahın olduqca ədalətli olmasıdır. Belə ki, ədalətli Allah möminlərə də, kafirlərə də etdikləri yaxşılıqların əvəzini verir. Sadəcə olaraq möminlərə etdikləri yaxşılıqların əvəzini həm bu dünyada, həm də axirətdə verir, kafirlərə isə etdikləri yaxşılıqların əvəzini yalnız bu dünyada verir. Və nəhayət, hədisin sonunda buyurur ki, kim Qiyamət günü
xeyir tapsa, Allaha həmd etsin. Kim də xeyirdən başqa bir şey tapsa, özündən başqa heç kəsi qınamasın. “əl-Əraf” surəsinin 43-cü ayəsində xəbər verilir ki, Cənnət əhli Cənnətə daxil olduqda deyəcəklər: “Bizi buna qovuşduran Allaha həmd olsun! Əgər Allah bizə hidayət etməsəydi, biz özümüz doğru yola yönələ bilməzdik.” Günahkarlar isə Qiyamət günü həm özlərini, həm də öz
böyüklərini qınayacaqlar.“əl-Əhzab” surəsinin 64-cü ayəsindən
68-ci ayəsinədək belə buyurulur: “Həqiqətən, Allah kafirləri lənətləmiş və onlar üçün yandırıb-yaxan Od hazırlamışdır. Onlar orada əbədi qalacaq, özlərinə nə bir himayəçi, nə də bir yardımçı tapa biləcəklər. Üzləri odda o yan-bu yana döndəriləcəyi gün onlar deyəcəklər: “Kaş biz Allaha ibadət edəydik, Onun rəsuluna
itaətkar olaydıq!” Sonra deyəcəklər: “Ey Rəbbimiz! Biz başçılarımıza və böyüklərimizə itaət etdik, onlar da bizi haqq yoldan azdırdılar. Ey Rəbbimiz! Onları ikiqat əziyyətə sal və onları müdhiş bir lənətə məruz qoy!”
Həmçinin, “əl-Furqan” surəsinin 27-ci ayəsindən 29-cu ayəsinədək belə buyurulur: “Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcək: “Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim! Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım! Çünki Zikr mənə çatdıqdan sonra o məni ondan uzaqlaşdırdı.

5 Monate, 2 Wochen her
5 Monate, 3 Wochen her

Sonra şərh etdiyimiz hədisdə Uca Allah Öz qullarına çılpaq olduqlarını, yəni hər zaman geyimə möhtac olduqlarını və bu neməti də yalnız Allahdan diləmələrini buyurur. Bu rəvayətə diqqətlə nəzər salsaq görərik ki, burada Uca Allah Öz qullarına öncə hidayət, sonra yemək, sonra da geyim dinləməyi buyurur. Bu da o deməkdir ki, insanın hər şeydən çox hidayətə ehtiyacı var. Sonra yemək-içməyə, ondan sonra da geyimə.

Sonra şərh etdiyimiz hədisdə Uca Allah buyurur: “Ey qullarım, siz gecə-gündüz günah işlər görürsünüz. Mən də bütün günahları bağışlayıram. Elə isə Məndən bağışlanma diləyin, sizi bağışlayım!” Bu sözdən aydın başa düşülür ki, insan xəta etməyə məhkumdur. Başqa bir hədisdə Peyğəmbər ﷺ bu mənanı təsdiqləyib demişdir: “Adəm övladlarının hamısı xəta edir. Xəta edənlərin ən xeyirlisi isə tövbə edənlərdir.”
Sunən ət-Tirmizi, 2499; Səhih Tərğib vət-Tərhib, 3139.

Sonra Uca Allah Öz qullarına bütün günahları bağışlamağa qadir olduğunu bildirir. Hətta
başqa bir qüdsi hədisdə Uca Allah buyurur:
“Ey Adəm övladı! Nə qədər ki, Mənə dua edirsən və Mənim mərhəmətimə ümid bağlayırsan, Mən sənin günahlarının hamısını bağışlayıram və günahın çoxluğuna və böyüklüyünə əhəmiyyət vermirəm. Ey Adəm övladı! Əgər sənin günahların yerdən göyədək olsa, sonra da Məndən bağışlanma diləsən, Mən səni bağışlayaram və günahın çoxluğuna və böyüklüyünə əhəmiyyət vermərəm. Ey Adəm övladı! Əgər sən yer dolusu günahla Mənə tərəf gəlsən və heç bir şeyi Mənə şərik qoşmadan, Mənim hüzuruma çıxsan, Mən sənə yer dolusu məğfirət əta edərəm.”
Sunən ət-Tirmizi, 2/270; Silsilətul-Əhadisis-Səhihə, 127.

Diqqət edin, Uca Allah günahları bağışlamağa qadir olduğunu bildirdikdən sonra Öz qullarına Ondan bağışlama istəmələrini buyurur ki, onların günahlarını bağışlasın. Allahu əkbər, mərhəmətə bir baxın! Allahdan ən çox qorxan və Ondan ən çox məğfirət diləyən peyğəmbərlər olub, o cümlədən də Peyğəmbərimiz ﷺ. Hədislərin birində Peyğəmbər ﷺ demişdir: “Vallahi, mən hər gün yetmiş dəfədən çox Allahdan həm bağışlanma diləyir, həm də Ona tövbə edirəm.”
Səhih əl-Buxari, 6307.

Diqqət edin, günahı olmayan, məsum peyğəmbər bu əməli ilə ümmətə nümunə göstərir. Bu hədislər Allahın, tövbələri qəbul edən, günahları bağışlayan və əfv edən, Rəhimli və Mərhəmətli Rəbb olduğunu bildirir.
Sonra bu hədisdə Uca Allah Öz qullarının Ona, nə zərər yetirməyə, nə də fayda verməyə qadir olduqlarını bildirir. İbn Rəcəb bu cümləni belə izah etmişdir: “İnsanlar nə fayda verməyə, nə də zərər yetirməyə qadirdirlər. Uca Allah, həqiqətən də zəngindir, tərifəlayiqdir, heç kəsin Ona itaət və ibadət etməsinə möhtac deyil. Məxluqatın itaət və ibadətinin ona heç bir faydası yoxdur.
Bunun faydası yalnız yaradılanların özlərinə aiddir. Onlardır, öz əməlləri müqabilində mükafat qazananlar. Eləcə də onların asiliklərinin Allaha heç bir zərəri yoxdur. Asilik edənlərin özləri öz
əməllərindən zərər çəkərlər. Necə ki, “Ali-İmran” surəsinin 144-cü ayəsində buyurulur: “Kim dinindən geri dönərsə, Allaha heç bir şeylə zərər yetirməz.” Həmçinin bu surənin 176-cı ayəsində buyurulur: “Küfr etməyə can atanlar səni kədərləndirməsin. Çünki onlar Allaha heç bir zərər yetirə bilməzlər.
Camiul-Ulum vəl-Hikəm, 2/43.

5 Monate, 3 Wochen her
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 4 days ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 1 year, 2 months ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 12 months ago