✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 4 months ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 6 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 3 months ago
CENNETİN KARŞILIĞI
İbn Teymiyye şöyle der:
"Şüphesiz ki Tevhid İmanın asılıdır. Bu Cennet ehli ile Cehennem ehli arasındakı alameti farika (ayrıcı söz)dür. O Cennetin (karşılığıdır) ücretidir. Bu nedenle hiç kimsenin İslam'ı onsuz doğru olamaz..."
[Feteva, 24/235]
Uca Allah başımızın üstündə olan 7 qat göyü, üzərində gəzdiyimiz yeri, göy və yer arasında olan bütün şeyləri bir kəlimə üçün yaratmışdır - LƏ İLƏHƏ İLLƏLLAH kəliməsi üçün. Bizi isidən günəşi, gecəmizi nurlu edən ayı, göy üzünü bəzəyən ulduzları da yalnız bu kəliməyə görə yaratmışdır. Uca Allah "Lə iləhə illəllah" kəliməsinə görə peyğəmbərlər göndərmişdir. Adəmdən (aleyhissələm) son peyğəmbər Muhammədə (sallallahu aleyhi və səlləm) qədər gələn bütün peyğəmbərlər "Lə iləhə illəllah" kəliməsini insanlara çatdırmışdılar. Uca Allah Öz Kitabı "Qurani-Kərim"də buyurur:
"Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona: "Məndən başqa heç bir ilah yoxdur, Mənə ibadət edin!" - deyə vəhy etməyək". (Ənbiya surəsi - 25)
Elə Uca Allahın peyğəmbərlərlə birlikdə səmavi kitabları göndərməsindəki məqsədi də "Lə iləhə illəllah" kəliməsi olmuşdur. Həyat və ölümün, axirətdə isə kimilərinin Cənnətə, kimilərinin də Cəhənnəmə getməsinin səbəbi də "Lə iləhə illəllah" kəliməsi olacaqdır.
Gördüyünüz kimi LƏ İLƏHƏ İLLƏLLAH kəliməsi necə də əzəmətli və dəyərli bir kəlimədir. Amma bu söz sadəcə dil ilə deyilən quru və mənası olmayan bir söz deyildir. Bu sözün dilimizdəki mənası "ALLAHDAN BAŞQA İBADƏTƏ LAYİQ OLAN HEÇ BİR HAQQ İLAH YOXDUR" deməkdir. Yəni, bunu deyən insan gərək ibadətlərini yalnız Allaha etsin və etdiyi ibadətində Allaha heç bir şeyi şərik qoşmasın.
Gəlin, fikrimizi təsdiqləmək üçün bir misal çəkək... Məsələn, dua bir ibadətdir və Uca Allah bizə "Qurani-Kərim"də yalnız Ona dua etməyimizi, yalnız Ondan istəməyimizi əmr edir:
"Mənə dua edin, Mən də sizin duanızı qəbul edim. Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər". (Mumin surəsi - 60)
Əgər bir kimsə duanı həm Allaha edər, həm də Allah ilə yanaşı qəbirdəki ölüyə, bir övliyaya, bir şeyxə, imama edərsə, deməli, ibadətində Allaha şərik qoşmuşdur. Çünki nə qəbirdəki ölü, nə bir övliya və ya şeyx, imam ibadətə edilməyə layiq deyil, ibadət edilməyə layiq olan yalnız Allahdır. Bizə fayda verib zərəri dəf edən, xəstəliyimizə şifa verən, bizə övlad verən, sıxıntılarımızı aradan qaldıran yalnız Allahdır. Uca Allah "Qurani-Kərim"də buyurur:
"Allahdan başqa çağırdıqlarınız da sizin kimi qullardır. Əgər doğru deyirsinizsə, çağırın onları sizə cavab versinlər". (Əraf surəsi - 194)
Rəbbimiz "Qurani-Kərim"də nə deyir:
"Həqiqətən, Allah Özünə şərik qoşulmasını əsla bağışlamaz". (Nisa surəsi - 48)
"Allaha şərik qoşan kimsəyə, Allah Cənnəti haram etmiş və onun sığınacağı yer Oddur". (Maidə surəsi - 72)
"(Ey Rəsulum!) "Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: "Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan. Sən yalnız Allaha ibadət et...". (Zumər surəsi - 65-66)
Günahları bağışlanmamış halda ondan ayrılan bəndə bədbəxt olsun!
Cabir ibn Abdullah r.a rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ minbərə qalxaraq minbərin birinci pilləsində dayanıb: “Amin!”– dedi.
Sonra ikinci pilləsinə qalxıb: “Amin!”– dedi.
Sonra da üçüncü pilləsinə qalxıb: “Amin!”– dedi.
Səhabələr dedilər: “Ya Rəsulullah, biz sənin üç dəfə: “Amin!”– dediyini eşitdik.”
Peyğəmbər ﷺ dedi: “Birinci pilləyə qalxdıqda Cəbrail aləyhissələm yanıma gəlib dedi:
“Ramazana yetişdikdən sonra günahları bağışlanmamış halda ondan ayrılan bəndə bədbəxt olsun!” Mən də: “Amin!”– dedim.
Sonra o, dedi: “Valideynlərinin hər ikisi, yaxud biri qocalanadək onlarla (bərabər) yaşayan, sonra da (onların üzünə ağ olub buna görə də) Cənnətə daxil olmayan bəndə bədbəxt olsun!” Mən də: “Amin!”– dedim.
Sonra o, dedi: “Sən yad edildiyin zaman (bunu eşidib) sənə salavat gətirməyən bəndə bədbəxt olsun!” Mən də: “Amin!”– dedim.”
Buxari, Ədəbul-Mufrad kitabı,281 fəsil,Hədis 644
Hasan el Basri رحمه الله
Rasulullah عليه الصلاة و السلام 'ın ashabını kastederek şöyle dedi:
"Vallahi öyle topluluklara ulaştım ve içlerinden bazılarıyla arkadaşlık yaptım.Onlar karşılaştıkları bir dünyalık maldan dolayı sevinmez, kaçırdıkları bir dünyalıktan dolayı da üzülmezlerdi.Dünya onların gözünde şu topraktan daha basitti.Onlardan birisi elli sene yaşar, gereksiz yere ne bir elbise diktirir ne altına bir yatak alır ne de özel olarak ailesine bir yemek yapmasını emrederdi.Gecenin bir bölümünde namaza durur, boyunlarını büker ve gözyaşlarını akıtarak kurtuluşları için Rablerine yalvaralardı. Bir iyilik yaptıklarında şükreder ve kabul edilmesi için Allaha dua ederlerdi.Bir kötülük yaptıklarında ise, hüzünlenir ve Allah'tan bağışlanma dilerlerdi.Vallahi onlar günahlardan sadece Allah'ın bağışlaması ilə kurtulabileceklerine inanırlardı.
Size gelince, ömrünüz kisa, ameliniz azdır. Ölüm her zaman ensenizde ve önünüzde azap vardır.Öyleyse gece gündüz Allah'tan bağışlanma dileyin.
?Kitabu'z-Zühd/Ahmed Ibn Hanbel 1648
*✨Əraf surəsi*✨
43)Biz onların kökslərindəki kin-küdurəti çıxaracağıq. Onların ayaqları altından çaylar axacaq. Onlar deyəcəklər: “Bizi buna qovuşduran Allaha həmd olsun! Əgər Allah bizə hidayət etməsəydi, biz özümüz doğru yola yönələ bilməzdik. Əlbəttə, Rəbbimizin elçiləri haqqı gətirmişdilər”. Onlara belə xitab ediləcəkdir: “Əməlləriniz sayəsində varis olduğunuz Cənnət budur!”
Əbu Hureyrənin anasının qissəsi...
Əbu Hureyrə radiyallahu anh dedi ki; "Müşrikə olan anamı İslama dəvət edirdim. Bir gün yenə onu dəvət etdim, mənə Rasulullah səllallahu aleyhi va səlləm haqqında xoşlanmadığım sözlər eşitdirdi. Bunun üzərinə ağlayaraq Rasulullah səllallahu aleyhi va səlləmin yanına gəldim; "Ey Allahın Rəsulu! Mən anamı İslama dəvət edirdim, o da qəbul etməkdən çəkinirdi. Bu gün onu yenə dəvət etdim. Mənə sənin haqqında xoşlanmadığım bəzi sözlər dedi. Əbu Hureyrənin anasına hidayət etməsi üçün Allaha dua et." dedim. Bunun üzərinə Rasulullah səllallahu aleyhi va səlləm; "Allahım! Əbu Hureyrənin anasına hidayət et!" deyə dua etdi. Mən Rasulullah səllallahu aleyhi va səlləmin duasına sevinərək yanından çıxdım. Evə gəldiyimdə qapını açmaq istədiyimdə bağlı olduğunu gördüm. Bu vaxt anamın ayaq səslərini eşitdim və anam; "Yerində qal, ey Əbu Hureyrə!" dedi. Bir də suyun şırıltısını eşitdim. Anam çimdi, əynini geyindi. Tələsik baş örtüyünü örtdü. Sonra qapını açdı. Sonra bunu dedi; "Ey Əbu Hureyrə! Mən Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına şəhadət edirəm. Muhəmmədin onun qulu və Rəsulu olduğuna da şəhadət edirəm." Mən dərhal Rasulullah səllallahu aleyhi va səlləmin yanına qayıtdım. Sevincimdən ağlayaraq gəldim; "Ey Allahın Rəsulu, müjdə! Allah sənin duanı qəbul etdi və Əbu Hureyrənin anasına hidayət etdi." dedim. Bunun üzərinə Allaha həmdu səna etdi və xeyirli sözlər söylədi; "Ey Allahın Rəsulu! Anamla məni mömin qullarına, onları da bizə sevdirməsi üçün Allaha dua et!" dedim. Rasulullah səllallahu aleyhi va səlləm belə buyurdu; "Allahım bu qulunu - yəni Əbu Hureyrəni- və anasını mömin qullarına, möminləri də bunlara sevdir!" Artıq yaradılmış heç bir mömin yoxdur ki, məni eşitsin və ya görsün və məni sevməmiş olsun."
Səhih. Muslim (2491); Hakim (4298)
Aşura günüylə bərabər məhərrəm ayının 9-cu günü də (təsua günü) oruc tutmaq müstəhəbdir. Abdullah ibn Abbas (Allah hər ikisindən razı olsun) belə rəvayət edir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) aşura günü oruc tutub, insanlara da bunu əmr edəndə dedilər: “Ey Allahın elçisi, bu, yəhudi və nəsranilərin əzəmətləndirdiyi gündür”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “İnşəAllah gələn il olsa, doqquzuncu günü oruc tutarıq”. Lakin gələn il gəlmədən Peyğəmbər (salləllahu aleyhi və səlləm) vəfat etdi.”
Muslim, 2722
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 4 months ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 6 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 3 months ago