Technote

Description
Azərbaycanın texnologiya kanalı.

• Facebook
⤷ https://bit.ly/Technote_Facebook

• Instagram
⤷ http://bit.ly/Technote_Instagram

• TikTok
⤷ https://bit.ly/Technote_TikTok

• Web
⤷ https://bit.ly/Technote_Web
Advertising
We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 6 days, 8 hours ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 11 months, 2 weeks ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
💡 Doğrunu bizdən öyrənin
🔹 Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 8 months, 3 weeks ago

2 months ago
Apple şirkəti iOS 18 üçün nəzərdə …

Apple şirkəti iOS 18 üçün nəzərdə tutulmuş yeni faydalı funksiyanı təqdim edib. Təqdim edilmiş funksiya itmiş və ya zədələnmiş foto və videoları bərpa etməyə imkan verəcək. Photos tətbiqindəki Recovered adlı qovluq smartfonda mövcud olmalarına baxmayaraq əlçatan olmayan media fayllarını avtomatik şəkildə aşkar edəcək və onları istifadəçiyə sərgiləyəcək. Beləliklə istifadəçi həmin media faylları bərpa etmək şansına sahib olacaq.
https://technote.az/proqram-teminati/ios-18-ipados-18-ve-macos-sequoia-da-itmis-ve-ya-zedelenmis-media-fayllarin-berpasi-funksiyasi-teqdim-edilib

2 months ago
Aparılmış yeni tədqiqata əsasən planetin istiləşmə …

Aparılmış yeni tədqiqata əsasən planetin istiləşmə prosesinin 1.5 dərəcə Selsi səviyyəsində saxlanması cəhdi uğursuzluqla yekunlaşıb. Beləliklə bu yüzilliyin sonuna kimi planetin 1.5 dərəcə Selsidən 2.5 dəfə daha çox qızacağı gözlənilir. Alimlər güman edirlər ki, gələcəkdə bizləri iqlim ilə bağlı daha acınacaqlı vəziyyət gözləyir. Görünür, gələcəkdə baş tutacaq hər bir El-Ninyo (Sakit okeanın ekvatorial hissəsində su səthinin temperaturunun dəyişməsinə təkan verərək iqlimə təsir göstərən hadisə) hadisəsi daha ekstremal hal alacaq.
https://technote.az/texnologiya-xeberleri/yer-kuresini-gelecekde-daha-acinacaqli-iqlim-veziyyeti-gozleyir

2 months ago
Tədqiqatçılar tarixdə ilk dəfə insanın qida …

Tədqiqatçılar tarixdə ilk dəfə insanın qida zəncirində çoxlu miqdarda şüşə lifi aşkar ediblər. Məlumata əsasən çoxlu miqdarda şüşə lifi Böyük Britaniyanın cənub sahillərindəki stridiyalar ilə midyələrin tərkiblərində aşkar edilib. Mütəxəssislər bildiriblər ki, çox güman ki, yaxın gələcəkdə bu problem qlobal miqyas alacaq və bir çox ölkələrdə müşahidə ediləcək. Brayton və Portsmut Universitetlərinin mütəxəssisləri İngiltərənin cənubunda yerləşən Çiçester adlı körfəzdə fəaliyyətdə olan verfdən (gəmilərin tikintisi və ya təmiri üçün olan müəssisə) stridiya və midyələri yığıblar.
https://technote.az/texnologiya-xeberleri/tarixde-ilk-defe-insanin-qida-zencirinde-coxlu-miqdarda-suse-lifi-askar-edilib

2 months, 1 week ago
James Webb kosmik teleskopu vasitəsilə LHS …

James Webb kosmik teleskopu vasitəsilə LHS 1140 b adlı ekzoplanet üzərində aparılmış müşahidələrə əsasən bu ekzoplanet çox güman ki, okeana sahibdir və onda potensial olaraq həyat üçün münbit şərait mövcuddur. Bununla belə sözügedən ekzoplanet Yer kürəsinə nisbətən yaxın məsafədə yerləşir. Hal-hazırda alimlər Günəş sistemindən kənarda həyat üçün münbit şəraitə sahib planetlərin axtarışı ilə məşğuldurlar.
https://technote.az/texnologiya-xeberleri/daha-once-kesf-edilmis-ekzoplanetin-sethinde-okean-movcud-ola-biler

2 months, 1 week ago
NASA, Gateway adlı kosmik stansiyanın konseptini …

NASA, Gateway adlı kosmik stansiyanın konseptini sərgiləyib. Sözügedən kosmik stansiya gələcəkdə potensial olaraq Ayın orbitində yerləşəcək ilk kosmik stansiya və Ayın səthi üzərində ilk nəqliyyat qovşağı ola bilər. Bu kosmik stansiya 2030-cu illərdə Ay üçün planlaşdırılan “Artemis” missiyalarında aktiv şəkildə istifadə edilə bilər. Gateway-in layihələşdirilməsi və hazırlanmasında ABŞ ilə yanaşı Avropa ölkələri, Yaponiya, Kanada və Birləşmiş Ərəb Əmirlikləri iştirak edirlər.
https://technote.az/texnologiya-xeberleri/nasa-gateway-adli-ay-kosmik-stansiyasinin-konseptini-sergileyib-video

2 months, 1 week ago
Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən mütəxəssislər internetdə …

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən mütəxəssislər internetdə 9 948 575 739 şifrədən təşkil edilmiş məlumatlar bazasını aşkar ediblər. Məlumata əsasən bu sayda şifrəni özündə birləşdirən rockyou2024.txt adlı fayl haker forumlarından birində aşkar edilib və onun daxilindəki məlumatlar açıq mənbə şəklində yerləşirlər. Bu cür məlumatları özündə birləşdirən fayl müxtəlif istifadəçi hesablarının sındırılması istiqamətində şifrələrin yoxlanılması üsulundan istifadə edən haker və dələduzlar üçün adətən arzuolunan məqsədə çevrilir.
https://technote.az/kiberteklukesizlik/internete-10-milyarda-yaxin-sifre-sizdirilib

2 months, 2 weeks ago
Hər bir insanın fəal smartfon istifadəçisi …

Hər bir insanın fəal smartfon istifadəçisi olduğu müasir dövrdə, tələblərə uyğun cihazın seçimi daha da çətinləşir. Bu kontekstdə HUAWEI nova 12i qabaqcıl texnologiya, zərif dizayn və funksionallığın orijinal birləşməsi ilə seçilir. Yüksək keyfiyyəti və rahatlığı dəyərləndirən istifadəçilər üçün bu smartfon ideal seçimdir.Nova 12i-nin ölçüləri 163,3x74,7x8,4 millimetr, çəkisi isə 199 qramdır (batareya ilə birlikdə). Ekranın eni 6,7 düym, ekran ölçüsü 1080x2388, yenilənmə tezliyi isə 90 Hz-dir.
https://technote.az/mobil-cihazlar/huawei-nova-12i-108-mp-kamera-ile-yuksek-keyfiyyetli-sekiller-cekin

2 months, 2 weeks ago
2016-cı ilin sentyabr ayında NASA-nın OSIRIS-Rex …

2016-cı ilin sentyabr ayında NASA-nın OSIRIS-Rex adlı missiyası start götürmüşdü. Bu missiyanın əsas məqsədi Bennu adlı asteroiddən süxur nümunələrinin əldə olunması idi. Nəticədə 2020-ci ilin oktyabr ayında kosmik agentliyin kosmik aparatı süxur nümunələrini əldə etdi və 2023-cü ilin sentyabr ayında nümunələri Yer kürəsinə çatdırmaqla OSIRIS-Rex missiyası başa çatdı. İndi isə Bennu asteroidindən əldə edilmiş süxur nümunələrinin analizi ilə bağlı daha detallı məlumatlar təqdim edilib.
https://technote.az/texnologiya-xeberleri/bennu-asteroidi-suya-sahib-planetde-formalasmis-ola-biler

2 months, 2 weeks ago
Alimlər tərəfindən aparılmış yeni modelləşdirməyə əsasən …

Alimlər tərəfindən aparılmış yeni modelləşdirməyə əsasən Yupiterin Avropa, Saturnun isə Enselad adlı peyklərinin səthaltı okeanlarının dərinliklərində çox uzun müddət ərzində aşağı temperaturlu hidrotermal mənbələr mövcud ola bilərlər. Məhz həmin hidrotermal mənbələr okeanları qızdıra və yadplanetli həyat növünün inkişafına təkan verə bilərlər. Yer kürəsində hidrotermal mənbələr həm istilik ilə enerji mənbələri həm də həyatın formalaşması üçün mümkün yer kimi çıxış edirlər.
https://technote.az/texnologiya-xeberleri/avropa-ve-enselad-peyklerinde-potensial-yadplanetli-heyat-novunun-konkret-yerlesece-bileceyi-yer-mueyyen-edilib

2 months, 3 weeks ago
ABŞ-ın böyük şirkətlərinin yarısından çoxu (61%) …

ABŞ-ın böyük şirkətlərinin yarısından çoxu (61%) daha öncə insanların yerinə yetirmiş olduqları tapşırıqların avtomatlaşdırılması istiqamətində gələn il süni zəka sistemlərinin inteqrasiyasını planlaşdırır. Söhbət, artıq bəzi gündəlik tapşırıqların yerinə yetirilməsində istifadə edilən ChatGPT və ona bənzər çat-botları tamamlayacaq süni zəka sistemlərindən gedir. Bu cür tapşırıqlara misal olaraq vakansiyalar ilə bağlı elanlar üçün mətnlərin, press-relizlərin, marketinq kampaniyalarının və s. tərtibatı. Süni zəka şirkətlərə xərcləri azaltmağa, gəlirləri artırmağa və işçilərin performanslarını yüksəltməyə yardımçı olur.
https://technote.az/suni-zeka-ve-elm/abs-da-suni-zeka-adi-iscileri-yavas-yavas-sixisdirib-cixartmaga-baslayib

We recommend to visit

✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (📞 Business Wp: )

Last updated 6 days, 8 hours ago

Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin

Kanal qorunur©

Last updated 11 months, 2 weeks ago

Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
💡 Doğrunu bizdən öyrənin
🔹 Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006

Last updated 8 months, 3 weeks ago