✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 2 months ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 4 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 2 months ago
Dekan köməkçisi tələb olunur
Xəzər Universiteti “İqtisadiyyat və Biznes Yüksək Təhsil” fakültəsinin dekan köməkçisi vəzifəsinə vakansiya elan edir.
İşə başlama tarixi: 1 Mart, 2025
Əsas vəzifələr:
Fakültənin assistenti dekanın rəhbərliyi altında aşağıdakı fəaliyyətləri həyata keçirir:
Magistraturaya qəbul, qeydiyyyat və s. kimi məsələlərdə sənədləşdirmə işlərini həyata keçirir;
Doktoranturaya fəlsəfə və ixtisas fənlərindən qəbul imtahanlarını təşkil edilməsində sənədləşdirmələri həyata keçirir;
Doktorant və dissertantların minimum imtahanlarının verilməsi prosesində sənədləşmələri aparır;
Tələbələrin elmi məqalə və dissertasiya işlərinin plagiat yoxlamalarını təşkil edir;
Tələbələrin təliminin və tədqiqatının keyfiyyətini təmin etmək üçün Kitabxana İnformasiya Mərkəzi və uyğun departamentlər ilə koordinasiyanı təmin edir;
Magistr, doktorant və dissertantların bütün fayl və məlumatlar ilə bağlı sənədlərinin lazımi qaydada saxlanılmasını təmin edir;
İclas protokollarını hazırlayır;
Digər kargüzarlıq işlərini həyata keçirir.
Tələb olunan bilik, bacarıq və vərdişlər:
Fakültənin profilinə uyğun magistr dərəcəsi;
İngilis dilində şifahi və yazılı ünsiyyət bacarıqları;
Sənədlərlə işləmək, yazışma və kargüzarlıq bacarıqları;
Yaxşı kompüter vərdişləri (Microsoft Office);
Tələbə və işçilərlə yaxşı ünsiyyət bacarıqları;
Sərbəst şəkildə işləmək və təşəbbüs göstərmək bacarığı;
Müsbət düşüncəyə və ozünü motivasiya etmək xüsusiyyəti;
Müraciət üçün tələb olunan sənədlər
· Tərcümeyi hal (CV)
· Müraciət məktubu
· Tövsiyyə məktubu verəcək üç şəxsin adı, vəzifəsi və E-poçt ünvanları
Qeyd: Dekanlıq Universitetin Mərkəz kampusunda, B. Səfəroğlu, 122 ünvanında (Şahmat məktəbinin yanı) yerləşir. Əmək haqqı namizədin kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir.
Maraqlananlar 20 fevrala qədər [email protected] e-mail ünvanına sənədlərini göndərə bilər
Psixoloji və nitq inkişaf mərkəzinə işçilər tələb olunur - Quba
İşəgötürən: Viqas Quba Psixoloji və nitq inkişaf mərkəzi.
Vəzifələr:
Psixoloq
Psixo-pedaqoq
Loqoped
Ailə və ev təhsili
Korreksiyaedici təlim ixtisaslı
İnklüziv təhsil ixtisaslı
Təcrübə əsas deyil!
Rus dilini bilmək vacibdir!
Quba ş. Fətəlixan 41A. (XAN RESTORANININ YANI)
Sizə uyğun vəzifənin adını qeyd edib işlə bağlı müraciətinizi070 227 19 51 (wp)-na yaza bilərsiniz.
**ELLİN peşə kursunda YENİ VAKANSİYA
Hal-hazırda Ellin peşə kurslarında "Vətəndaşlar ilə iş üzrə mütəxəssis" vakansiyası aktivdir.**
• İş saatları həftə içi : 9:00-dan - 18:00-dək.
•Əmək haqqı 500 manat (Bonus)
Nahar şirkət tərəfindən verilir.
Namizəddən tələblər.
1. MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti (Word, Xüsusilə Excel) .
2. Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı.
3. Səlis və aydın nitq qabiliyyəti.
4. Ciddi, səbirli , komanda ilə işləmək bacarığı, intizamlı və işinə qarşı məsuliyyətli.
6. Təşəbbüskarlıq, kreativlik və operativlik.
7. Yaş həddi: 25-30
8. Cins: Qadın
Vəzifə öhdəlikləri
1. Müraciətlərin qeydə alınması.
2. Vəzifələrini yerinə yetirməklə bağlı digər struktur bölmələri ilə əlaqələrin qurulması.
3. Rəhbərlik tərəfindən verilən tapşırığı düzgün yerinə yetirmək.
4. Vətəndaşların davamiyyətinin izlənməsi.
5. Telefon zənglərinin cavablandırılması, məlumatların qeydə alınması.
6. Sənədlərin qəbulu və qeydiyyatı.
Ünvan: Azure biznes
Uyğun namizədlər "Vətəndaşlar ilə iş üzrə mütəxəssis" qeyd edib CV-ni [email protected] adresinə göndərə bilərlər.
Assistent-müəllim tələb olunur
İşəgötürən: Brave kids uşaq bağçası
Tələblər:
30-45 yaş aralığında uşaqları sevən, hər yaş qrupu ilə işləməyi bacaran təcrübəli pedaqoq xanım;
Pedaqoji təhsilin olması vacibdir;
Rus dilinin yüksək olması vacibdir;
İş haqqında məlumat:
İş qrafiki 1-5 günlər;
İş saatı 08:00 – 18:00;
Əmək haqqı: 500 manat + %
Əlaqə : 012 525 17 18 / 070 478 17 18
E-mail:
[email protected]
Azərbaycan bölməsi üzrə müəllim tələb olunur
İşəgötürən: ABBA Kids uşaq mərkəzi
İş şəraiti
İş saatları 2-4-6-7-ci günlər (2-4-6), saat 10:00-18:00 dır.
Əmək haqqı 500 azn nəzərdə tutulmuşdur. Yaşı 25-dən yuxarı və cinsi qadın olmalıdır.
Tələblər:
İbtifai sinif üzrə təhsil və təcrübə
Azərbaycan dilində səlis yazmaq qabiliyyəti
İngilis dilini bilmək
Kiçik yaşlı uşaqlarla işləmə bacarığı
Səbirli və mehriban olmaq
Öhdəliklər:
Uşaqlara ciddi nəzarət etmək
İbtidai siniflərin ev tapşırıqlarına dəstək
Məktəbəqədər yaşlı uşaqların inkişafını təmin etmək
Ünvan: Bakı şəhəri, Bülbül prospekti 65 c, Sirkin yaxınlığı.
"Azərbaycan bölməsi üzrə müəllim " qeyd edib CV-nizi [email protected] e-mail adresinə göndərə bilərsiniz.
İbtidai məktəb müəllimi tələb olunur
İşəgötürən: ADA School
ADA İbtidai Məktəb sizə Təlim və Tədris sahəsində karyera qurmaqla yanaşı, zəngin və dəyərli təcrübəni qazanmaq imkanı təqdim edir.
İbtidai məktəb müəllimi vəzifəsinə müraciət etmək üçün əsas tələblər:
İbtidai təhsil, K-12 təhsili, uşaq psixologiyası və ya digər əlaqəli sahələrdə Bakalavr və/və ya Magistr dərəcəsi;
Mükəmməl Azərbaycan dili biliyi;
İbtidai təhsil sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək;
Orta səviyyədə İngilis dili biliyi olan namizədlərə üstünlük veriləcək;
Məktəb və cəmiyyətə töhfə verməkdə yüksək motivasiyası olan namizədlərə üstünlük verilir.
Namizədlərdən [email protected] e-mail elektron poçt ünvanına aşağıda göstərilən sənədlərin göndərilməsi xahiş olunur. Məktubun “mövzu” sətrində vakansiyanın adı (İbtidai məktəb müəllimi) qeyd edilməlidir;
CV - CV-nin giriş hissəsində vəzifəyə uyğunluğunuz barədə qısa əsaslandırma və uyğun bacarıqların xülasəsi qeyd olunmalıdır;
MİQ imtahan nəticələri;
İki rəyçinin əlaqə məlumatları.
Qeyd: Tədris Azərbaycan dilindədir.
Müraciət üçün son tarix 15 noyabr 2024-cü il. Yalnız ilk seçim mərhələsini uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.
Elektronika və Robototexnika müəllimi tələb olunur
İşəgötürən: Robotzadə Azərbaycan
İş barədə məlumat
İş şəraiti:
Azərbaycan Respublikası Əmək məcəlləsinə əsasən sənədləşmə;
6 günlük iş rejimi (09:00 – 18:00) və Şənbə (09:00 – 14:00)
Əmək haqqı müsahibə əsasında razılaşma yolu ilə müəyyən ediləcəkdir.
Namizədə tələblər
Elektronika və Robototexnika müəllimi kimi en az 1-2 il iş təcrübəsi
Arduino, Micro bit, Scratch proqramlarında kodlaşdırma təcrübəsi
3D Dizayn bacarığı
STEM / Maker biliyi
- Texniki fənnlər üzrə ali təhsil
- Özünü inkişafa meyillilik
- Komandada işləmə bacarığı
- Ünsiyyət qurma və səlis danışıq qabiliyyəti
Ünvan: Bülbül pr 79A
Maraqlanan və göstəriciləri uyğun olan namizədlər "Elektronika və Robototexnika" qeyd edib [email protected] mail ünvanına CV lərini göndərə bilərlər.
Xaricdə Təhsil üzrə Mütəxəssis tələb olunur
İşəgötürən: NSCO mmc
Tələblər:
İşin təsviri:
İş şərtləri:
QEYD: Ən azı bir universitetə müraciət edib qəbul alan şəxslər müraciət etsin.
Sınaq müddəti 1 ay
Maraqlanan namizədlər mövzu yerində “Xaricdə Təhsil üzrə Mütəxəssis” yazmaqla öz CV-lərini [email protected] e-mail adresinə göndərə bilər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər intervyuya dəvət olunacaqlar.
Əlaqə nömrəsi - 055 531 31 91
Bağçanın 2 filialına işçilər axtarılır
İşəgötürən: Ana Məktəb bağçası
VƏZİFƏLƏR:
Əlaqə: 050 375-13-78 (Nəsimi filialı)
Əlaqə: - 050 544 9418 Badamdar filialı
General English müəllimi tələb olunur (Sumqayıt)
İşəgötürən: Celt Colleges
Tələb olunan bacarıqlar:
● Yüksək ingilis dili biliyi
● İngilis dilində tədris bacarığı
● Yaradıcı düşünmək, strateji hərəkət etmək
● Beynəlxalq sertifikatlar
Məsuliyyətlər:
● Dərslərə məsuliyyətli yanaşna
● Layihələrin vaxtında çatdırılması
● Fasiləsiz öyrənmə
Şərtlər:
Əmək haqqı namizədin bacarıqlarına əsasən müzakirə olunacaq
İş qrafiki: 10:00-19:00
Sınaq müddəti ola bilər.
Necə müraciət etməli?
CV-nizi qeyd edilmiş [email protected] e-mail ünvanına göndərinMob: 055 910 35 71
Bütün namizədlər diqqətlə təhlil ediləcək və nəticəsi bildiriləcəkdir. Seçilmiş namizədlər müsahibə mərhələsinə dəvət ediləcəklər
✔️ Maraqli.tv -nin rəsmi telegram kanalı
Reklamla və əməkdaşlıqla bağlı:+994552205568 (? Business Wp: )
Last updated 2 months ago
Kanalın yaradılmasında əsas məqsəd insanların bir-birinə tədris üçün kömək etməsidir.
Müzakirə qrupu: @BirlikTeam
Adminlə əlaqə: @BirlikTeamAdmin
Kanal qorunur©
Last updated 1 year, 4 months ago
Dünyada və Ölkədə baş verən ən yeni xəbərlərdən anında xəbərdar ol❗
? Doğrunu bizdən öyrənin
? Operativ Xəbər Portalı
ℹ️Dəqiq, Tərəfsiz və Sürətli xəbər
@Rusi_006
Last updated 1 year, 2 months ago